Bestami yazgan yağmur Quşları


YAĞMUR QUŞU  KANARYANIN  NAĞILI



Yüklə 219,19 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix14.01.2018
ölçüsü219,19 Kb.
#20624
1   2   3   4   5   6   7   8   9   10   11

YAĞMUR QUŞU 
KANARYANIN  NAĞILI
Hər  bir çatışmamazlığı  sevgi  və  dostluq  tamam­
layan  Axşamınız  xeyir  olsun.  Qardaşlar,  ağlamayın, 
ürəyimi  dağlamayın.  Bir  mahnı  söyləyim  sizə,  se­
vine  dolsun  qəlbinizə.  Səsimə  doymaq  olmaz,  heç 
pis niyyətim  olmaz.  Ne  ulduzam  nə ayam.  Mən  sarı 
kanaryayam. İzniniz olsa əgər sizə söylərəm  nağıl...



SƏNƏTKAR ASLAN
Maraq yaman şeydir! Günlərin bir günü  meşənin 
padşahı  sənətkar  olmağı  qərara  alır.  Öncə  böyük 
nağara çalmaq  istəyir.
-Ay  canım,  böyük  nağara  toxmaqla  çalınır,  - 
deyənlərə:
-Onu  hər kəs çalar!  Mənimki fərqli və  maraqlı ol­
malıdır,-  deyə kükrəmiş.
Böyük  nağaranı  toxmaq  yerinə  pəncəsiylə  çal­
mağa  başlamış.  Bir pəncə vurmuş:  "Paart!"  Nağara 
partlamış.  Nə  qədər yeni  nağaralar  gətirilsə  də  bu 
zərbələrə heç birisi tab gətirməmiş.
Aslan heçvecinə almır. Digərçalğı alətlərinin cam 
sağ olsun. Alır  sazı əlinə, oxumağa  başlayır:
Mən sənətkar aslanam,
-
9
-


Sazlar dilə  gəlməli.
Hər pəncə vurduğumda
Tellər ələ gəlməli.
Meşənin  ağasının  bir  dediyini  iki  etməkmi  olar? 
Aslanın  dediyi  olmuş.  Pəncəsini  vuran  kimi  "çaat" 
səsi eşidilmiş və tellər pəncəsində qalmış.
Axırda  bizim  aslan,  rəssam  olmağı  qərara  alır.  Bir 
neçə  rəsim  çəkir:  Zürafə,  fil,  dovşan,  sincab...  Əmr 
etdiyi  kimi  bu  rəsmlər  meşənin  hər  tərəfinə  asılır. 
Hələ  çəkdiyi  ağac və  çiçək  rəsimləri  aslanın  qorxu- 
sundan yüksək qiymətə alınır.
Bir müddət sonra aslan bunlardan da bezir. "Daha 
fərqli, daha maraqlı rəsmlər çəkməliyəm",- deyə dü­
şünür.  Bir gün tüikü  ilə  danışarkən:
-Tapdım, tapdım,  deyə  qışqırır.
Tülkü  həyəcanla:
Cənab  aslan  nəyi  tapdınız?  Axşam  yeməyində 
yeyəcəyiniz ceyranımı? - deyə soruşur.
Aslan sevinclə:
Səni  tapdım  deyir  və  sözlərinə  davam  edir.  Bəli, 
axşam yeməkdə səni istəyirəm
Tülkü  qorxudan titrəməyə  başlayın
-Şey,  cənab  aslan!  Mən  nə xəta  etdim  ki,  axşama 
məni..- deyincə aslan  qəh-qəhə çəkib gülür:
-Axşam görüşərik!
Tülkü ağlaya-ağlaya bayıra çıxır. Aslan yardımçıla- 
rına  nə etmələrini söyləyir.
-  
1 0
-


Yeməkdən sonra süfrə ətrafındakılara:
-Dostlar!  İndiyə  qədər  çəkdiyim  rəsmləri  çox 
bəyəndiniz. Hamınız rəsmlərimi yuvalarınıza asdınız. 
Bu  davranışınıza  görə  sizə təşəkkür edirəm.  Bu  ax- 
şam  ən  maraqlı  rəsm  əsərimi  çəkməyə  başlayıram. 
Hətta  adını  da  qoydum:  "Aslan  dərisinə  bürünmüş 
tülkü..."
Aslanın  bir  işarətiylə  tülkünü  gətirlər.  Ordakılar 
gülməmək  üçün  özlərini  güclə  saxlayırlar.  Aslan 
tablo və fırçasını  istəyir. Tablo yerinə  bir zebra, fırça 
yerinə  bir sincab  gətirirlər.  Aslan,  sincabın  quyruğu 
ilə  zebranın  sağ  tərəfini  ağ  rəngə  boyayır və  rəsm 
çəkməyə  başlayır. Əlbəttə  ki,  bizim tülkü  lələ də as­
lan dərisini geyirvə aslanın qarşısında durur.
Aslanın  bu  çalışması  bir-neçə  gün  davam  edir. 
Günlərlə aslan dərisinə bürünmüş tülkünü görənfər, 
onu  aslan zənn  edib önündə  hörmətlə  baş əyməyə 
başlayırlar.  Bu  vəziyyət  tülkünün  çox  xoşuna  gəlir. 
Rəsm  çəkilib  qurtardıqdan  sonra  aslanın  yanına 
gedir və deyir:
-Hörmətli  aslan  cənabları!  Dünyanın  ən  gözəl və 
ən ən  maraqlı  rəsmini çəkdiniz. Siz bu əsərinizlə as­
lan  rəssamlar albomunun  birinci səhifəsində yer al­
dınız.  Bu  müvəffəqiyyətinizin  şərəfinə  bu  geydiyim 
aslan dərisini mənə  hədiyyə edərsinizmi?
Aslanın tükləri qabarır:
-Doğrudur  tülkü  qardaş,  bu  müvəffəqiyyətimdə
-  
1 1
-



sənin  az  da  olsa  zəhmətin  var.  Bunun  əvəzinə 
əynindəki dərini sənə ərmağan edirəm,- deyir.
Aradan  bir  neçə  gün  keçir.  Aslan  dərisi  geyinən 
tülkü gecələr meşədə gəzməyə başlayın Gücü yetən 
dovşanlara,  sincablara  hücum  edir.  Hətta  bəzən 
həddini aşıb fillərə də  meydan oxuyurmuş.
Meşədə yeni  bir aslanın  peyda olduğunu və  hey- 
vanlara  hücum  etdiyini  heyvanlar  padişahı  aslan 
eşidir.  Bir  gecə  göl  kanarına  gedərək  kolluqların 
arasında  gizlənir.  Tülkü  qürurla  gəzə-gəzə  ora­
ya  gəlir.  Aslan  hiyləgər  tülkünü  tanıyın  Göldən  su 
içməkdə  olan  ceyranlara  hücum  etdiyi  zaman  as­
lan  qəzəblənir.  Qəzəblənmiş  aslan  tülküyə  pəncəsi 
ilə  bir şapalaq vurur.  Dəri  aslanın  əlində  qalır. Tülkü 
qorxusundan elə qaçır ki,  heç soruşmayın. Az gedif, 
üz gedir, dərə təpə düz gedir, gəlib yeddi dağın da­
lına çixır. Ancaq bundan sonra dönüb arxasına baxır. 
Tülkünün ardınca qəh-qəhə ilə gülən aslan: 
-Dostlar!  Tülkünün  halı  hamınıza  dərs  olsun! 
Sonradan  aslan  olmaq  olmaz.  Hələ  bu,  aslna  dərisi 
geyməklə  heş  mümkün  deyil.  Aslan  ancaq  aslan 
olaraq doğulandır,- deyir.
-  
1 3
-


OXUYAQ VƏ ÖYRƏNƏK
1.  Sənətkar olmağı  qərara  alan  aslan,  aşağıdakı- 
lardan  hansı  sənətlə məşğul  olmur.
A)  Rəsim  çəkmək
B)Nağara çalmaq 
QBaİet oynamaq
2.  Aslan  rəsim  çəkərkən  hansı  heyvan  ona  mo­
dellik edir?
A) tükü
B)  Zürafə
C) İlbiz
3.  Aslan şəkli çəkib qurtardıqdan sonra tülkü on­
dan  nə istəyir?
A) Toyuq 
В) Yumurta 
С)  Aslan dərisi
4.  Aslan dərisini geyən tülkü  neyləyir?
A) Xatirə qalması üçün şəkil çəkdirir.
B)Bərbərə gedir.
C)Bəzi  heyvanlara  hücum  edir.
5.  Meşələrin  padişahı  olsaydınız  meşəni  necə 
idarə edərdiniz?
-
14
-


Yüklə 219,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə