Bestami yazgan yağmur Quşları



Yüklə 219,19 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix14.01.2018
ölçüsü219,19 Kb.
#20624
1   2   3   4   5   6   7   8   9   10   11


ban Saleh  ipin ucuna  bir vedrə bağlayıb aşağı salla­
yın  Kiçik  qurbağa  çox  yaxınlaşsa  da  atılıb  vedrənin 
içinə  girə  bilmir.
Qurbağa  bağıra-bağıra  yardım  istəyirdi.  Saleh 
özünü  itirmişdi,  nə  edəcəyini  bilmir,  düşünürdü. 
Qoyunlardan  biri:
-Quyunu su  ilə doldursaq  bəlkə  qurbağanı çıxara 
bilərik- dedi.
Bu  sözdən  sonra  üzlər sevicdən  güldü,  amma  bu 
sevine çox sürmədi. О qədər suyu haradan tapacaq- 
dılar?  Birden  bir quzu  mələyərək:
-Süd  nərdivanı  quraq,  dedi.
Çox  məyus  olduqları  halda  quzunun  bu  sözünə 
hər  kəs güldü.  Saleh  çoban  quzunu  əlinə  alıb oxşa- 
dıqdan  sonra:
-Söylə  görüm  xınalı  quzum,  quyuya  süd 
nərdivanını  necə  qürcağıq- dedi.
Quzu şirin-şirin  mələyərək dedi:
-Biz quzulara ayrılan  südü  içmərik. Analarımız və 
siz  də  razı  olsanız  südləri  quyuya  sağarıq,  qurbağa 
qardaş da  qurtular.
Bu  fikir  hər  kəsin  xoşuna  gəldi.  Qoyunlar  sırayla 
quyunun  yanına  gəldilər.  Çobanla  bərabər  quzular 
da süd sağmağa başladılar. Quyudakı süd, vedrənini 
həddinə  gəlincə Saleh  çoban:
-Yaxşı  əzizlərim,  bundan  sonrasını  mən  həll 
edərəm.
-
6 1
-


Qoyıınların  heyratli baxışları altında Saleh vedrə- 
nin  altına  bir  neçə  deşik  açdı.  İçinə  də  böyük  bir 
daş  qoyub  quyuya  buraxdı.  Altı  deşik olduğu  üçün 
içi  südlə  dolan  vedrə  quyunun  dibinə  doğru  endi. 
Südün  üzərində  üzən  qurbağa  da  rahatça vedrənin 
içinə atıldı.
Çətin  də  olsa  kiçik qurbağanı  quyudan  çıxarmtş- 
dılar.  Hər kəs çox yorğun və  ac  idi. Amma  etdikləri 
xeyirxahlığın sevinci  könüllərini rahatlatmışdı.
Bütün  bunları görən  iki  mələk dua etdilər:
- Ya  Rəbbim,  hər yaxşılığın əvəzi olsun!
Ya  Rəbbim,  bu quyu su  ilə dolsun!
Bu  duadan  sonra  quyudan  sular daşmağa  başla- 
dı.Qoyunlar və  quzular  bu  sudan  doynca  içdilər.  O 
gündən  sonra  da  quyunun  suyu  heç  əksik  olmadı. 
Adına  süd  quyusu  dedilər.  O  qədər  gçzəl  dadı  var 
idi  ki,  içənlərin  həm  susuzluğunu,  həm  də  açlığını 
a pa ra rd i.
Gözəlliklər  bununla  bitmədi.  Qoyunların  bu  yax- 
şılığını  unutmayan  qurbağalar  ətrafda  bir  qurd 
gördükləri zaman Saleh çobana xəbər verirdilər:
- Vaak,vaak! Qarşıdakı təpəyə  bax!
- Vaak,vaak!  Dar keçiddə tələ var!
Saleh  çoban  bu  xəbərdarlığa  diqqət  etdiyi  üçün 
qoyunlarına və quzularına heç bir zərər gəlmədi.  Bir 
ömür boyu  onlarla xoşbəxt bir həyat sürdü.
-
6 2
-


OXUYAQ VƏ ÖYRƏNƏK
1.  Yaşıllıqlar arasında gəzən quzular nəyə 
bənzəyirdilər?
A) Çobanyastığına
B)  Qar adamına
C)  Pambıq tarlasına
2.  Quyuya kim düşmüşdü?
A) Quzu
B)  Qurbağa
C) Çoban
3.  Qurbağanı qurtarmaq  üçün nə etdilər?
A)  Daş qoydular.
B)  Nərdivan qoydular.
C) Süd tökdülər.
4.  Aşağıdaki cümlədə nöqtələrin  yerinə uyğun 
kəliməni yazın.
Yaxşıhq  edən.........görər.
5.  Bir xeyirxah iş görəndə hansı hissləri  keçirirsi- 
niz?
- 6 3
  -


Y A Ğ M U R  QUŞU 
BÜLBÜLÜN  NAĞIL
Ah,  bu  nə  gözəllikər,  bu  nə  əndamlar!  Xeyirli  ax- 
şamlar.Güllərin yanında birilxidmətetdim.Əvəzində 
gül qoxulu bir nağıl aldım. Nağılın ətrafında  qırxgün 
cəh-cəh vurdum.  Hər sətiri  sevgiylə  toxudum.  Mən 
oxudum çox bəyəndim. Əgər siz də bəyənsəniz, çox 
gözəl.  Dünya  bir yana ,  siz bir yana....
-
6 4
-


SEVGİ AÇARI
Bir  neçə  gün  əwəl  ovçu  tərəfindən  ovlanmışdı. 
Gözəllər gözəli  bülbül  qəfəsin  içində  səssiz-sədasız 
dururdu.  Qəm-qüssədən  heç  bir  şey yeyib  içmirdi. 
Bir an başının döndüyünü hiss etdi və sanki anasının 
səsini eşitdi:
-Mənim  gözəl  balam!  Heç  bir  şey  səbəbsiz  de- 
yil.  Biz  bülbüllərin  həm  səsi,  həm  də  görünüşü  çox 
gözəldir.  Buna  görə  də  qəfəsə  həbs  edilirik.  Başına 
belə  bir  iş  gəlsə  nə  badə  həyatdan  küsmə  və  Al- 
lahdan  ümüdünü  üzmə. Azadlığın  sevgi və səbirdə 
olduğunu  unutma!
Gözəl  bülbül:

Mənim  gözəl  anam,  gözəl  sözlər  söyləyirsən, 
amma  mən  nəyi  sevəcəyəm?  Bu  qəfəsin  tellərinmi, 
yoxsa məni tutan zalim  ovçunumu- deyə  düşündü.
Bütün  bunlara  baxmayaraq  həyat  dəvam  edirdi. 
Bülbül  gözünün  ucu  ilə  qəfəsə  qoyulan  yemə  və 
suya  baxdı.  Könülsüz yeməyə  başladı.  Bir  az  özünə 
gəldikdən  sonra  saxsıdakı  ağac  diqqətini  cəlb etdi. 
Ağacın  bir budağı qəfəsin  içinə girmişdi.
-Keçmiş  osun  bülbül  qardaş.  Neçə  gündür qəm-
-  
65
  -



qüssə  içindəsən,  amma  bizim  halımıza  baxıb  şükr 
edə bilərsən- dedi,  kiçik budaq.
Bülbül heyrətlə soruşdu:
- Sizə  nə olub ki?
-  Daha  nə  olacaq,  bülbül  qardaş.  Sənə  hər  gün 
yem  və  su  verirlər,  bizim  üzümüzə  belə  baxmırlar. 
Kiçik saxsıda  saralıb soluruq.
Bülbül diqqətlə  baxdıqda yarpaqların saralıb-sol- 
duğunu gördü.
Bülbül  utänaraq  -bağışla,  qardaşım.  Bundan 
sonra  mənə  gətirilən  yemin  və  suyun  yarısını  sənə 
verəçəyəm  -dedi.
О  gündən  bülbül  budağı,  budaq  da  bülbülü  çox 
sevdi.  Artıq  həyat  çox  gözəl  idi.  Bülbül  dostunun 
üstünə qonub,  şən-şən  mahnı oxuyurdu:
Göylərdə  günəşim var,
Bayırda dostlarım var.
Qəfəsdə olsam  belə
Mənim  də qardaşım var.
Sevgi və dostluq bir yerdə olunca hər şey canlan­
dı.  Qurumuş ağac sevgi  suyu  ilə  yaşıllandı,  qardaş- 
lıq duyğusu  ilə aldığı  qidalarla  pərvazlandı. Qəfəsin 
içinə  doğru  gedən  budaq  gündən  günə  qalınlaşıb 
tellərin  arasını  açırdı.  Yeməyini  yeyib,  suyunu  içən 
bülbül də fərqində olmadan arıqlayırdı.
Bir gün yenə qəfəsdəki budağa qonan bülbül, 
ən  gözəl  mahnılarını  oxumağa  başladı.  Digər  bu-
-
6 7
-


Yüklə 219,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə