Bestami yazgan yağmur Quşları



Yüklə 219,19 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix14.01.2018
ölçüsü219,19 Kb.
#20624
1   2   3   4   5   6   7   8   9   10   11

daqlar  məst  olub,  bülbülü  dinləyirdilər.  İçlərindən 
biri:
-  Gözəl  bülbül!  Budaq  qardaşımızla  dost  olma­
na  qiptə  edirik.  Sevgi  bir günəşə  bənzər,  biz də  bu 
sevgidən faydalansaq olarmı?- deyə soruşdular.
Bülbül  də  cuşa  gələrək yeni  bir mahnıya  baş­
ladı:
Çətinliyə alışmaq gözəl,
Sevinclə gülüşmək gözəl.
Doğru deyirsən can qardaş,
Sevgiyi paylaşmaq gözəl,
Oxuyaraq  gəfəsin  kanarındaki  budaqlara  doğru 
yeriməyə  başladı.  Çöldəki  budaqların  ona  heyrətlə 
baxdığını görüncə təəccübləndi:
- Yanınıza gəlmişəm, amma siz heç sevinmirsiniz- 
dedi.
Budaqlar sevinclə:
- Səni  sevməmək olar bülbül qardaş?! Amma sən 
fərqində  deyilsən!  Bizim  yanımıza  gəlmək  istərkən 
qəfəsdən  çıxdın,  artıq  azadsan!  Biz  buna  heyrət et- 
dik- dedilər.
Bülbül  də  qurtulduğunun fərqinə  varınca  sevinc- 
dən  qanad  çırpmağa  başladı.  Dostu  ağacın  bütün 
budaqlarını  öpərək  onlarla  vidalaşdı.  O  gündən  nə 
zaman  uçmağa  çıxsa  ovçunun  pəncərəsinə  qonub 
dostlarını ziyarət etməyi  unutmadı.
-  
68
  -


OXUYAQ VƏ ÖYRƏNƏK
1.  Ana  bülbülə görə azadlığın açarı  nədir?
A)  Sevgi və səbr
B)  Çox çalışmaq
C) Açar almaq
2.  Quru ağac harda yaşayırdı?
A)  Saxsıda
B)  Yol  kanarında
C)  Meşədə
3.  Bülbül qəfəsdən necə qurtuldu?
A) Gizlincə qaçaraq
B)  Sahibi  sərbəst buraxınca
C) Qəfəsdəki  budaq telləri aralayınca
4.  Qəfəsdən qurtulan bülbül  nəyi  unutmadı?
Ä)  Mahnı  oxumağı
B)  Dostlarını ziyaret etməyi
C) Təşəkkür etməyi
5.  Qəfəsdə yaşayan bir quş olmaq  istərdinizmi?


YAĞMUR QUŞU 
LEYLƏYİN  NAĞILI
Sizdən  uzaq olsun pis adamlar. Xeyirli axşamlar. 
Lak lak...Lak lak...
Sənə  bir  nağıl  gətirdim,  gözəl  dostum,  qalx  da 
bax. Ammä bu yaxşılığımı unutma!
Nə zaman məni görsən:
"Leylək leylək havada
Yumurtası tavada"- deyə bir mahnı oxumağa baş- 
layırsan. Yumurtalarımdan nə istəyirsən? Ayıb deyil- 
mi, şirin  bala? Yaxşı incimə, 
zarafat etdim, canım,
Sizi  nə zaman görsəm qaynayır qanım.
-
7 0
-


GÖY ÜZÜ  KƏPƏNƏYİ
Gözəl günəş dünyanı salamlarkən mavi xallı, ağap- 
paq  bir kəpənək də salam dedi həyata. Günəşin  ilk 
işıqlarıyla  oynamağa  başladı.  Elə  gözəl  uçurdu  ki, 
onu görən bütün çiçəklər budaqlarına qonsun deyə 
bir yandan  bəzənir,bir yandan da;
- Sabahın xeyir kəpənək qardaş,  buyur gəl, -deyə 
səslənirdi.
Kəpənək,  özündən  və  gözəlliyindən  razı  uçma­
ğa  davam  etdi.  Bir  zaman  sonra  Nazlı  Gəlinciklər 
ölkəsinə gəldi. Bir gəlinciyin üstünə qonacaqdı  ki;
-  Çox  gözəldirlər amma  hamisinin  boynu  bükük 
-deyərək qonmadı.
Az  uçdu,  düz  uçdu.  Dodaqlardan  söz  uçdu.  Bu 
dəfə  də  bənövşələr  ölkəsinə  gəldi.  Onlar  da  çox 
gözəl  idi,  amma  onJarın  da  boynu  bükülmüşdü. 
Çiçəklərin  dəvətlərinə  baxmayaraq  onlara  da  quru 
bir salam verib oynamağa davam etdi.
Qırmızı güllər ölkəsinə gəldiyində gördükləri qar- 
şısında ağlım itirdi. İşıqla oyununa ara verib, güllərə 
doğru  süzüldü.Tam  qonarkən,  tikanları  görməsiylə 
hürkməsi bir oldu.
- Aman,- dedi-  bu  güzəlliyin yanında  bu tikanla- 
rın nə işi var?
-
7 1
-



Mavi  xallı  kəpənək  uçub  getdi.  Qırmızı  güllər 
boyunlarım  bükdülər.  Qönçələrdən  biri  arxasınca 
səsləndi:
- Özündən  razı  kəpənək!
Güllər, qırmızı  qırmızı  gülümsədilər bu sözə.
Güllərdən  biri dedi:
- Bu tikanlar arasında nə gözəl güllər açmış,- diyə 
soruşa  bilərdin.
Kəpənək günəşin işıqları ilə oynamağa davam etdi. 
İşıqların  gözəlliyi  qarşısında  gözləri  qamaşdı.  Buna 
görə  də  başqa  gözəllikləri  görə  bilmirdi.  Axşama 
qədər  uçdu,  uçdu.  Zaman  da  onunla  bərabər  uçdu. 
Günəş  batmağa  başlarkən  işıqları  solmağa  başladı. 
Mavi xallı kəpənək də yorulduğunu  hiss etdi.
Salam  verib  bir  qayanın  üzərinə  qondu.  Fəqət 
salamını  kimsə  almadı.  O  an  hirsli  bir  külək  "buuv, 
buuv"  -deyə  əsməyə  başladı.  Kəpənək  sağa,  sola 
düşdü.
-  Bir az fikir versənə,  az  qala  məni  öldürəcəkdin, 
-dedi qəzəblə.
Külək şiddətini  bir az da  artıraraq:

Özündən  razı  kəpənək,  onsuzda  ömrünün 
sonuna  az qalıb.
Mavi xallı  kəpənək, təəccüblə:
-  Necə yəni ömrün az qalıb?
-  Əlbəttə,  kəpənəklərin  ömrü  bir  gündür -deyib, 
sürətlə əsməyə davam etdi.
-
7 3
-


Kəpənək özü  də  hiss  etmədən  bir dəvə  tikanının 
üstünə  qondu. Tikanlar ağappaq  qanadlarını  parça- 
lamışdı.  Küləyin  dediklərini  düşündü.  Yoxsa  doğru­
dan  da  ölürdü?  Boynunu  bükdü,  qanadlarını  artıq 
tərpədə bil mirdi...
Bütün  bunları  seyr  edən  günəş,  son  işıqlarından 
birini göndərərək kəpənəyi  göy üzünə  qaldırdı.  Par­
çalanmış  qanadlarını  işıqdan  iplərlə yenidən  əwəlki 
halına gətirdi.
Səhər  gözlərini  açan  kəpənək,  çox  təəccübləndi. 
Günəşin bir şey deməsinə fürsət vermədən:
-Çox təşəkkür edirəm  sevgili  günəş.  Boynu  bükük 
olmağın  nə  demək  olduğunu  indi  anladım.  Davra­
nışlarıma  görə  səndən  və  çiçək  dostlarımdan  üzür 
istəyirəm -dedi.
Günəş  də  onu  isti  işıqları  ilə  sevib,  oxşadı.  О 
gündən sonra  mavi xallı  kəpənək:
Qanadı açmaq gözəl,
Göylərə  uçmaq gözəl,
Qəlblərə sevgi əkib,
Dostluğu biçmək göiəl - deyərək göy üzündə uç­
mağa  başladı.
Kiçik,  böyük,  gözəl,  çirkin  deyə  heç fərq  qoyma- 
dan  bütün  ulduzlarla  dost oldu.  Beləliklə  həm  özü, 
həm də  ulduzlar yalnızlıqdan qurtuldu.
-
74
-


Yüklə 219,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə