Bestami yazgan yağmur Quşları



Yüklə 219,19 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix14.01.2018
ölçüsü219,19 Kb.
#20624
1   2   3   4   5   6   7   8   9   10   11


heyrətlə  quyruqlarını  yellədilər.  Öncə  Hamsi  balığı 
söz aldı:
-Bu iş çox asandır! Sudan bir nərdivan düzəldərik, 
bununla da  bizim dəcəl  balıq ağaca çıxar.
Toplantıda olan bütün balıqlar gülməyə başladılar. 
Toplantı  bir saat çəkdi.  Bilgə  balıq  hər kəsi diqqətlə 
dinlədi və axırda qərarını açıqladı:
-Balina  qardaş,  dənizin  yeddi  qat  dibindəki  buz 
dağlarına  get  və  bizə  buz  gətir.  Kəsər  balığı  on­
ları  incə-incə  doğrar.  Dülgər  balığı  o  buzlardan 
nərdivan  düzəldər.  Delfin də tam günorta vaxtların- 
da  nərdivanı  aparıb  qovaq  ağacına  söykəyər.  O za­
man günəş də havanı yaxşıca qızdırdığı üçün buzlar 
yavaş-yavaş əriyər.  Bizim  zebra  balığı  da  əriyən  su­
larda üzərək qovaq  ağacına çixar.
Bu sözləri eşidən  balıqlar Bilgə  balığı üzgəcləri ilə 
alqışladılar.
Balıqlar  hazırlanmaqda  olsunlar,  sizə  kimdən 
xəbər  verim,  Şəkərcandan.  Şəkərcan  bazar  günü­
nün  gəlməsini  səbirsizliklə  gözləyirdi.  Hər gecə yu- 
xusunda  mavi  velosipedlə  zebra  balığını  görürdü. 
Nəhayət  gözlədiyi  gün  gəlib  çatdı.  Yenə  eyni  yerə 
istirahat  etməyə  getmişdilər.  Şəkərcan  həmən  qo­
vaq ağacının yanına qaçdı. Baxdı,baxdı amma zebra 
balığını  görə  bilmədi.Çarəsiz  halda  ailəsinin  yanı­
na  döndü.  Bir  az  sonra  süfrə  hazırlandı.  Şəkərcan 
heç  bir  şey  yemir  və  məyus-məyus  baxırdı.  Aylar-
-  
3 7
-


dan  bəri  qurduğu  xəyallar,  gördüyü  yuxular  boşa 
çıxmışdı.  Amma  yenə  hərdən  gözünün  ucuyla  qo­
vaq  ağacına  baxırdı.  Günəş zirvəyə  qalxmışdı.  Hava 
əməlli  başlı  qızmışdı.Şəkərcan  bir daha  qovaq  ağa­
cına  baxdı.  Orada  bir şey olduğunu  gördü.  Delfinin 
buzdan  bir  nərdivan  gətirdiyini  görüncə  gözlərinə 
inana  bilmədi.  Qağayıların  ağaca  doğru  uçuşlarını 
seyr  etdi.  Bir  az  sonra  da  qovaq  ağacının  başında 
öncə  zebra  balığını,  daha  sonra  bir  afişanın  dalğa- 
landığını  gördü.  Həyəcanla atasını səslədi:
- Ata,  bax balıq qovağa  çıxdı.
Anası  və  atası-  "Şəkərcan  yenə  xəyal  görür"- 
deyərək qovaq ağacına baxdıqlarında heyrətləndilər. 
Doğrudan  da  ağacın  başında  bir balıq  atılıb-düşür- 
dü. Şəkərcan qaça-qaça qovaq ağacın yanına qaçdı. 
Oraya gedənə qədər zebra  balığı artıq aşağı enmiş- 
di. Şəkərcan:
-  Mənim  gözəl  zebra  balıq  qardaşım,  deyərək 
onun  üzgəclərindən öpdü.
Bu  hadisədən  sonra,  Şəkərcan  hər  gün  mavi  ve- 
losipedi ilə balıq dostlarının yanına gedir və əlbətdə 
anasının  bişirdiyi  dadlı  kökələri  də götürməyi unut- 
murdu...
-  
3 8
-


OXUYAQ VƏ ÖYRƏNƏK
1.  Şəkərcan nəyin xəyalını qurudu?
A) Tətifin
B)  Yuxarı sinfə  keçmənin
C)  Mavi velosipedin
2.  Günəş  İşığı,  su  damlalarına  əks  olunduğunda 
nə görünürdü?
A) Göy qurşağı
B)  İşıq  kəpənəkləri
C) Su  günəşi
3.  Şəkərcan hansı  balıqla dost olur?
A)  Kəsər balığı
B)  Zebra  balığı
C)  Balina
4.  Zebra  balığı  qovaq  ağacına  çıxmaq  üçün 
kimdən yardım  istədi?
A)  Dostlarından
B)  Bilgə  balıqdan
C) Anasından
5.  Yoldaşlarınınza  söz versəniz nə edərsiniz?
-  
39
  -


YAĞMUR QUŞU 
QARĞANIN  NAĞILI
Pislər  üçün  çalışan  tamtamlar.  Xeyirli  axşamlar. 
Mən qarğayam "qaa" dedim. Pendirimi tülkü aldı. Çox 
hirsləndim "ver" dedim. Hiyləgər tülkü vermədi. Mən 
gedib  bir  nağıl  aldım  sizin  üçün.  Buraya  gəlməzdən 
qabaq yenə eyni tülkü çıxdı qarşıma. Mən qarğayam 
"qaa"  dedim,  amma  bu  dəfə  "qaa"  demədən  öncə 
nağılımı  biryarpağa  bağladım.  Hiyləgər tülkü  inim- 
inim  inləsin,  nağılımı can dostlarım dinləsin...


AGACDƏLƏNIN 
GÖZ YAŞLARI
Suların ağaçla qardaş olduğu, sevginin sönməyən 
günəş  olduğu  bir  meşə  var  idi.  Meşənin  ortasında 
bir çay, çayın yanında ulu bir ağaç və suların üzərinə 
əyilmiş  böyük  bir  budaq  vardı.  Külək  həzin-həzin 
əsdikcə  böyük  budağın  üzərindəki  yuva  beşik  kimi 
yellənirdi.Bu  yuvanın  gözəlliyi  dillərdə  dastan  ol- 
muşdu.  Hər kəs ürəyində/'kaş  bizim  də  belə  bir yu­
vamız olaydı"- deyirdİ.
Ağacdələnin  sevinci  yerə  göyə  sığmırdı.  İki  yu­
murtanın  üstünə  oturmuş,  yayın  gözəlliyini  seyr 
edirdi.  Bu onun yay yuvası idi.  Bol günəş alan  başqa 
bir ağacın gövdəsində  də  qışlıq yuvası vardı.
İstidan  ürəyi  sıxılan  qara  ilan  ağacın  altında  bir 
az sərinlənmək istədi.  Bir yandan fıs-fıs fısıldayıp  bir 
yandan  da  -"Nə  yaman  istidir"-deyə  düşünürdü.
-
4 1
-



Birdən  gözü  hər  kəsin  heyran  olduğu  ağacdələnirı 
yuvasına sataşdı.
Qıvrılaraq ağaca dırmaşdı. Ağacdələn ürkərək yu­
vasından  uçub  yan  budağa  qondu.  Qara  ilan  dilini 
oynadaraq  danışmağa  başladı:
-  Burada  hər şey pulla deyil sırayladır.  Sən  bu yu­
vada  səfanı  sürdün  yetər!  Bundan  sonra  bu  yuva 
mənim  olacaq!
Ağacdələn  nə  edəcəyini  bilmədi. Qorxudan  dim- 
diyi  bir-birinə  dəydiyi  üçün  kəkələyə  kəkələyə  da­
nışmağa  başladı:
- Niyə elə deyirsən ilan qardaş. Bu meşə hamımıza 
yetər.  İstəyirsən  sənə  də  bir yuva  düzəldə  bilərəm, 
dedi.
Qara ilan özünü eşitməməzliyə vurdu və sürünərək 
yuvaya  girib  qıvrıldı.  Ağacdələn  yalvarmağa  başla­
yınca:
-  Yetər  boşboğaz  quş!  Çox  istəyirsənsə  özünə 
yeni  bir yuva düzəlt, dedi.
Ağacdələn yalvarmağa davam etdi:
-  Əlbətdə  özümə  yenə  yuva  düzəldərəm.  Amma 
iki yumurtam var orada.  Balalarım sağ-salamat çıx- 
sın...
Qara  ilan dilini şappıldadaraq:
- Əla!  Yumurtalar da  mənim  sahər yeməyim  olar. 
Artıq  çıx  get  buradan!  Canını  bağışladım,  daha  nə 
istəyirsən?
- 4 3
  -


Yüklə 219,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə