Bestami yazgan yağmur Quşları



Yüklə 219,19 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix14.01.2018
ölçüsü219,19 Kb.
#20624
1   2   3   4   5   6   7   8   9   10   11

təzə  yarpaqları  yeyə  bilməməmdir.  Sərt  yarpaqları 
yeyə-yeyə ağzım, dilim yara olub. Bütün  bunlar bo- 
umun  qısalığından  meydana gəiir,- deyib,  boynunu 
bükmüş.
Mavi tüklü quş:
Bu çox çətin  məsələdir Ürafə qardaş!  Sən yaxşılıq 
etməyə davam et, mən də sənin üçün dua edim. İn- 
şaallah boyun da boynun da uzanar, -deyərək ayrılır.
Bu  sözlərdən  sonra  Ürafə  elə  xeyirxah,  elə  zərif 
olur  ki,...  О  axşam  özü  də  bol-bol  dua  edir.  Səhər 
qalxanda  boyunun  da  boynunun da  uzandığını  gö­
rür  və  çox  sevinir.  Onu  görən  hər  kəs  heyrətlənir. 
Meymun  əlindəki  bananı,  qarğa  ağzındaki  pendiri 
yerə salır. Artıq  hər kəs ona zərif Ürafə deyirmiş.
Aradan aylar, sevgidən paylar keçir. Bir gün sarı tu- 
tuquşu,  Ürafədən tələsik yardım  istərkən zərif Ürafə 
deyəcəyi  yerdə  "Zürafə"  deyir.  Bu  ad  hər  kəsin  çox 
xoşuna  gəlir. О gündən  Ürafənin adi Zürafə olur...


OXUYAQ VƏ ÖYRƏNƏK
1.  Tülkünün  əlindən  qurtarmasına  yardım  edən 
zürafəyə dovşan  nə deməli idi?
A) Təşəkkür edirəm.
B) Səndən  kim yardım  istədi?
C)  Mən onsuz da qurtulacaqdım.
2.  "Bir daha yaxşılıq  etməyəcəyəm."  deyən züra­
faya  bülbül  nə deyir?
A) Yaxşılığı  elə at dənizə
B) Yaxşılıq qarşılıq gözləmədən edilir.
C) Yaxşılıq  baldan şirindir.
3.  Zürafə nə yeyirdi?
A) Ağac yarpağı  B)  Halva 
C) Armud
4.  Kenquru  mavi  tüklü  quşa  su  aparanda  nə  baş 
verdi?
A) Susayanda suyu  içir.
B) Atlan-atlan getdiyi  üçün su tökülür.
C) Su  buxarlanıb gedir.
5.  Sizə yaxşılıq  edən  insanlara  necə təşəkkür 
edərsiniz?
-  
2 9
-


YAĞMUR QUŞU 
QAĞAYININ  NAĞILI
Yağış  yağar  sular  damlar.  Xeyirli  axşamlar.  Gir­
dim  nağıl  dənizinə,  düşdüm  mavi  bir  balığın  izinə. 
Az  getdim  üz  getdim.  Dalğa  boyu  düz  getdim.  Bir 
də nə görsəm yaxşıdır.  Mercanların arasında  bir na- 
ğıl!  Bir yanı  al,  bir yanı  yaşıl.  Xoşbəxtlik sizin  olsun, 
qəlbiniz  sevgi ila dolsun...
-  
3 0
-


BALIĞIN QOVAQ 
AĞACINA ÇIXMASI
Şəkərcan xeyli vaxt idi  ki,  m'avi velosipedin  xəyalı 
ilə yaşayırdı. Hətta yuxularında da bəzən mavi velo- 
sipedi  ilə  göy  üzündə  uçurdu.  Bir gün  ata  və  anası 
ilə  bərabər dəniz  kanarına  dincəlməyə  getmişdilər. 
Şəkərcan  bol-bol  oyun  oynadı,  qumdan  evlər,  bax- 
çalar düzəltdi. Yemək hazır olunca süfrənin ətrafında 
oturdu. Anası yenə gözəl yeməklər hazırlamışdı.
Şəkərcan  həm  yemək  yeyir,  həm  də  ətrafı  seyr 
edirdi.  Qarşısındakı  dənizə  baxdı,  mavi...  Göy  üzü- 
nü  seyr  etdi,  o  da  mavi  idi.  Sonra  dəniz  kanarında 
velosipedə  minən  uşaqları  gördü.  Velosipedlərinin 
takarlərindən ətrafa sular sıçrayırdı. Günəş şüalarını 
əks  etdirən  su  damlaları,  sanki  göy  qurşağı  əmələ 
gtirirdi.  Bu  qadər  gözəlliyin  içində  mavi  velosiped 
ağla  gəlmazmi?  Əlbətdə  galər.  Ağzındaki  tikəni 
udan  kimi:
-  
3 1
-



-Atacan,  bəs sən  məktəbə  gedincə  mənə velosi- 
ped  alacaqdın  nə oldu, deyə  sorıışdu.
Atası  əwəlcə  eşitməməzlik  etdi,  amma  Şəkərcan 
eyni suali  bir daha verdi. Atası sıxıla-sıxıla cavab ver­
di:
-Alarıq  qızım!  Niyə tələsirsən?
Şəkərcan  həyəcanla:
-Nə zaman  alacaqsan  ata?
-  Balıq  qovaq  ağacına  çıxanda 
-Hansı  qovaq  ağacına atacan?
Bu məsum sual qarşısında çaşan ata biraz irəlidəki 
qovaq  ağacını  göstərərək:
-Bax  bu  qovağa,-  deyə  cavab verdi.
Bu  söhbəti  gizli-gizli  dinləyən  ana  qızının 
məsumiyyəti  qarşısında gülümsədi.
Şəkərcan  yeməyini  yeyib  kiçik  çayın  yanındaki 
qovaq  ağacının  yanına  qaçdı.  Onu  görüncə  ağa­
cın  kölgəsində  üzən  balıqlar,  dənizə  doğru  qaçdılar. 
Amma  bir balıq  bir az irəlidə  üzməyə  davam  edirdi. 
Bu balığın üstünda qırmızı ağ xətlərvar idi. Şəkərcan 
sevgiylə  onu  çağırdı:
-Ey, zebra  balıq,  bir dəqiqə  bura  baxsana.
Balıq,  heç bir şeyi vecinə almadan  üzməyə davam 
edirdi.  Şəkərcan yalvaran  bir səslə:
-Zebra  balıq  qardaş,  əğər  bu  qovaq  ağacına  çıx- 
san  atam  mənə  velosiped  alacaq.Mənə  kömək 
edərsənmi  - dedi.
-  
33
  -



Balıq heyrətlə başını qaldırdı.  Bu uşaq nə deyirdi? 
Heç  balıq  da  qovağa  çıxar?  Belə  düşünürdü,  amma 
uşağın şirin səsi və  "balıq  qardaş" deməsi çox xoşu- 
na gəlmişdi. Şəkərcan yalvarmağa davam  etdi:
-Zebra  balıq  qardaş,  əgər  velosiped  alsam  sənə 
hər gün gözəl yeməklər gətirərəm.  Həm də bilirsən, 
mənim  anam  çox dadlı yeməklər bişirir!..
Bu  uşaq  balığın  xoşuna  gəlmişdi.  Bir  an  başını 
qaldırıb:
-Yaxşı,  inşaallah gələn  həftə bu günkü gün qovaq 
ağacına  çıxaram  -dedi.
Şəkərcan sevincindən  uça-uça  oradan ayrıldı.  Ba- 
lıq  düşüncəli-düşüncəli  dənizin  dərinliklərinə  daldı. 
Əwəlcə  olanları  anasına,  sonra  da  atasına  damşdı. 
İkisi  də:
-Ağlını başına topla qızım,  heç balıq qovaq ağacı­
na  çıxarmı,  dedilər.  Zebra  balıq  fi kiri i-fi kiri i  üzərkən 
Bilgə  balıq  gəldi  ağlına.  Bir  ümidlə  onun  yanına 
üzdü.
-Nə  olar Bilgə  balıq,  mənə  bir çarə  - deyə yalvar­
dı.
Bilgə  balıq  ağ  üzgəclərini oxşadı,  bir az sağa, sola 
yelləndi və:
-Sabaha  qədər  bir fikirləşim,  bəlkə  bir  şey  düşü- 
nüb tapdım- dedi.
Zebra  balıq  gedincə  də  balıq  meclisini toplantıya 
çağırdı.  Qovaq  ağacına  çıxma  işini  eşidən  balıqlar
-
3 5
-


Yüklə 219,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə