Bestami yazgan yağmur Quşları



Yüklə 219,19 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix14.01.2018
ölçüsü219,19 Kb.
#20624
1   2   3   4   5   6   7   8   9   10   11


- Qardaşlarıma  nə olub  belə- deyə soruşur.
Ana dovşan  pərişan  halda cavab verir:
-  Deyəsən  atalarımızın  dediyi  olur  oğlum.  Ulu 
dovşan dədəm- "Hirsli  başda ağıl olmaz"-deyərdi.
-  Amma  ana,axı  qardaşlarım  bir-birlərini  çox 
sevirdilər!
Ana dovşan:
-  Hirsli  başdan ağılla  bərabər sevgi  də gedər oğ­
lum  - deyərək Sonquyruğun tüklərini oxşadı.
Dalaşmaqdan  yorulan  əkiz  qardaşlar  yuvaları­
na  yollandılar.  Onların  bu  hallarına  üzülən  günəş 
də  işıqlarını  toplayıb  getdi.  Ana  dovşanla  Sonquy- 
ruq  bağçaya gedib ətrafa tökülən  kökləri topladılar. 
Bütün  kökləri  bərabər  bölüb  ayırdılar və  yuvalarına 
döndülər.  Baş-başa verib bir plan  hazırladılar.
Ana  dovşan  kök  radıosuna  zəng  etdi.  On 
dəqiqədən sonra qurdların ulama səsini vermələrini 
xahiş  etdi.  On  dəqiqə  sonra  bağçaya  qurd  səsləri 
doldu.
Sonquyruq  qaça-qaça  Canquyruğun  yanına 
gedərək  qardaşı  Yanquyruğa  qurdların  hücum  et- 
diyini söylədi. Oradan  ayrılıb eyni sözləri  Yanquyru- 
ğa  da  söylədi.  Bu  xəbəri  eşidən  əkiz  qardaşlar,  ya­
balarını  alaraq  bağçaya  qaçdılar.  Köklərin  yığıldığı 
yerdə  qarşılaşdılar.  Heyrətlə  bir-birinə  baxdılar.  Bir 
az özünə gələn Yanquyruq:
-Əlındə yabayla  burada  nə edirsən  - dedi.
-  
53
  -



Canquyruq:
-  Şey,  kiçik  qardaşım  qurdların  sənə  hücum  etdi- 
yini  söylədi,  ona  görə  gəlmişəm.  Xeyir ola  bəs  sən 
burada  nə edirsən?
Yanquyruq  başını  aşağı salaraq:
-  Mən  də  səni  qurdların  əlindən  qurtarmağa 
gəlmişdim  qardaşım- dedi.
İkisi də əllərindəki yabaları yerə atıb bir-birini qu- 
caqladılar.
Bu  zaman  ana  dovşanla  Sonquyruq  da  onların 
yanlarına gəlir. Əhvalatı anlayan Canquyruq gülərək:
- Anacan bir az əwəl qurdların ulaşma səsi gəlirdi, 
niyə  birdən  kəsildı- dedi.
Əkizlərini  qucaqlayıb  şişkin  yanaqlarından  öpən 
ana  dovşan:
- Övladlarım  biz elə bir səs eşitmədik. Sizin eşitdi- 
yiniz içinizdəki  qəzəbin  səsi  idi.
Bu  dəfə Yanquyruq  gülərək:
- Yaxşı  eyni səsi  indi  niyə  eşitmirik anacan- dedi.
Ana  dovşan:
-  Mənim  gözəl  balalarım!  Hirsli  başdan  ağılın 
və  sevginin  getdiyi  kimi,  sevgi  gəlincə  də  qəzəbin 
səsi  kəsilər.  Siz  bir-birinizi  qucaqlayarkən  ola  bilsin 
içinizdeki  qurdlar dağa  qaçdılar- dedi.
Ulduzlar  sevgiylə,  ay  isə  sevinclə  parıldamağa 
başladı.  Hava  bir az işıqlanan  kimi oldu. Ana  kök yı­
ğınlarını  göstərərək:
-  
55
-


- İstədiyinizi seçin- dedi.
Dovşanların  ikisi də  birdən:
-  Biz  qardaşlığı  seçirik,  anacan,  deyərək  bir- 
birilərini qucaqladılar.
Könüllərdə  və  gözlərdə  sevgi  İşığı  yandı.  Hər 
tərəf gündüz  kimi  aydınlandı.  O  gecədən  sonra  iki 
qardaş  bir  daha  dalaşmadılar.  Xoşbəxtlik  günəşi 
üzərlərindən  əksik  olmadı.  Bağçaları  köklə  dol­
du.  Onların  əkdikləri  kökləri  xırt-xırt  yeyənlər  çox 
bəxtiyar oldular...
-  
5 6
-


OXUYAQ VƏ ÖYRƏNƏK
1.  Əkiz dovşanlar nə zaman savaşdılar?
A)  Kökləri  bölərkən
B) Oyun oynanda
C) Yarışanda
2.  Aşağıdaki  cümlədə  boş  buraxılan  yerə  uyğun 
kəliməni yazınız.
Hirsli  başdan...........gedər.
3.  Kök radiosundan hansı səslər eşidildi?
A)  Musiqi səsj
B)  Quş səsi
C) Qurd  ulaması
4.  Bir-birilərini sevdiklerinin başa düşən əkiz qar- 
daşlar nə etdilər?
A) Sevincdən atılıb-düşdülər
B)  Birlikdə  kökyedilər
C)  Bir-birini qucaqladılar.
5.  İndiyə qədər sevdiklərinizlə nələri  bölüşmüsü- 
nüz?
-  
5 7
-


YAĞMUR QUŞU 
KƏKLİYİN  N AĞILI
Sizdən uzaq olsun  kədər və qəmlər. Xeyirli axşam- 
lar.  Qaf dağında gözəl-gözəl  uçaram.  Harda  maraq- 
lı  nağıl  görsəm  üstünə  şəkər,  bal  qoyaram.  Qırmı- 
zı  dimdiyimdə  lalə,  sümbül  gətirərəm.  Göy  üzünə 
yayılsın  gözəl  qoxular,  gözəl  balalar  hamınıza  şirin 
yuxular...
-  
58
  -


SÜDDƏN  SEVGİ 
NƏRDİVANI
Çoban  Saleh  qoyunlarını,  quzularını  çox  sevərdi. 
Onları  yemləmk  üçün  ilk  bahar  günü  səhər tezdən 
qoyunlarını  alıb  yaylağa  çıxdı.  Göydə  günəş  şirin- 
şirin  gülür,  yerdə  çiçəklər əl  edirdi.  Yaşıllıqlar  içində 
quzular,  ağ  çobanyastıqları  kimi  görünürdü.
Həyat  gözəl,  hava  gözəl,  ətrafda  səssizlik  və  ra- 
hatlıq  vardı.  Bir qurbağanm  səsi  səssizliyi  pozdu.
-Vaaq, vaaq  !  Quyuya  bax!
Çobanla  bərabər  qoyunlar  və  quzular  quyunun 
başına  gəldilər.  Kiçik  bir  qurbağa-  "Qurtarın  məni 
burdan" -deyə gücü yetdikcə bağırırdı. Çoban Saleh, 
qurşağını  çıxarıb,  əlinə  keçən  iplərlə  onu  uzadaraq 
quyuya  buraxır.  Amma  qurbağa  ipi  tuta  bilmir.  Ço-
-  
5 9
-


Yüklə 219,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə