Bəxtiyar tuncay


göndür  ~  fel.  (azərb.)  –  göndərmək:  Səlamlar  ve  dovalar  hezretinqizgə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
1   ...   114   115   116   117   118   119   120   121   ...   149

 
241 
göndür  ~  fel.  (azərb.)  –  göndərmək:  Səlamlar  ve  dovalar  hezretinqizgə 
göndüriyerbiz. Biz həzrətlərinizə salam və dualar göndəririk.  
gör ~ Bax: kör ~  
görgüz ~ Bax: körgüz ~ 
görklü Bax: körklü 
gövdə (-m, -sın, -nqizni, -lər, -lərni, -lərim, -lərimiz, -lərinqizni, -ləri, -ləridir, -
lərindən)  ism.  (azərb.)  –  gövdə,  üzv:  Egər  ki  ağrısa  bir  xaysı  gövdə,  ağrırlar 
barça gövdəlar birgəsinə da egər sövünsə bir gövdə, sövünürlər barça gövdələr 
birgəsinə (1 Коr. 12: 26). Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla 
birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir. 
gövdələn  ~  fel.  –  gövdələnmək,  gövdə  əldə  etmək,  bədən  qazanmaq: 
Gövdələniyir, ya bedənləniyir. Gövdə əldə edir və ya bədən qazanır. 
gövdəli sif. – gövdəli, vücudlu, iri bədənli, hündür boylu: Gövdəli, bek küçlü. 
Gövdəli və çox güclü. 
gramatiqa  ism. (lat.) – qrammatika: Gramatiqa ya xırmax, egrini (egrisini) 
toğrutma,  yanqlışnı  (yanqlışını)  çıxarma,  ya  körksizni  körklu  etməx  ki,  atni, 
söznü da əvəzni (atnı da söznü da sağışnı) neməgə oxştma (Qriqori Hamamanın 
“Alban dilinin qrammatikası”ndan). Qrammatika və ya hallanma əyrini düzəltmək, 
səhvi  aradan  qaldırmaq,  gözəl  olmayanı  gözəl  etməkdir  ki,  adı,  sözü  və  əvəzini 
nəyəsə oxşada biləsən. 
gurk (-nınq, -qa, -una, -lar, -larnınq, -larğa, -larnı, -lardan, -larınğa, -larımız, -
larınqız, -larınqzğa, -ları, -larına, -larında, -larından) ism. (?) – büt, səcdəgah: Zera 
dügüldürlər  gurkları  alarnınq,  neçik  Tenqrimiz  bizim,  yoxsa  duşmanlarımız 
bizim  yaman  sağışlılar  (Qan. 32:  31). Çünki onların bütləri bizim  Tanrımz kimi 
deyil,  amma  düşmənlərimiz  çox  bədfikirlidirlər.  Xayttılar,  öçəştirdilər  anı 
gurklarında kendilərininq da yonğan pudları bilə kendilərininq paxıllq (paxıl) 
saldılar anqar // Xaytıp öçəştirdilər anı gurkları bilə kensilərininq da balçıxtan 
etkənləri bilə kensilərininq paxıllıq saldılar anqar (Məz. 77/78: 58). 
Onu səcdəgahları ilə qəzəbləndirdilər,  
Onu yonma bütləri ilə qısqandırdılar. 
Ya  ne  oxşaşliki  bar  dacarınınq  Tenqrininq  gurk  övləri  bilə?  (II  Коr.  6:  16). 
Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? (Allahn məbədi ilə bütxana arasında 
nə oxşarlıq var?)  
curkçı (-ğa, -lar, -larnınq, -larğa, -larnı, -larda, -lardan, -ları) // curkçi ism. – 
bütpərəst:  Zera  dügül  ki  nemə  uyat  sağınırmen  Avedarannı,  zera  xuvatı 
Tenqrininqdir xutxarılmaxına barça inanğanlarnınq,  əvəl cuvutqa da sonqra 
gurkçığa (Rom. 1: 16). Mən Müjdədən (İncildən) utanmıram, çünki o, iman edən 
hər kəsin – əvvəlcə yəhudinin, sonra da bütpərəstin xilası üçün Tanrının qüdrətidir. 
gurkçılıx (-qa) ism. – bütpərəstlik 
gusanc  (-lar,  -lər,  -larnınq,  -larğa,  -lərgə,    ~larnı,  -lardan,  -larınq)    //  gusanq 
sif. – bakirə: Bu vanqnınq ululuxu edi Kayiana atlı, xaysı edi mayr gusanc. Bu 
vəngin (monastrın) qüruru bakirələr anası sayılan Qayiana (Qayane) idi. 
guz  //  quz  ism. – qoz, qozbel, qoz boyda şiş:  Saldı,  neçik  devə  guzlarnı  da 
ağırlıxın  kensininq,  ol  faydasın  da  xocalıxn  kensininq.  Öz  bürclərindən  və 
yükündən qurtulan dəvə kimi o da öz fayda və var-dövlətindən əl çəkdi. Bir yara 


 
242 
başına da başnınq birsi yanına guz. Başında bir yara və başın o biri tərəfində qoz 
boyda şiş var. 
gübə  (-si)  ism.  –  zireh.  Döyüşçünü  düşmən  zərbələrindən  qorumaq  üçün 
paltarın üstündən geyilən metal işləməli xüsusi qoruyucu geyim. 
gügürçi // gügürçin Bax: kügürçi 
gügürt Bax: kügürt 
gükürçin Bax: kügürçi 
gül  ism.  (<  azərb.  <  frs.)  –  gül,  qızılgül:  Neçik  çiçək  gülnünq  kününə 
əvəlbağarnınq. İlk bahar gününün qızılgül çiçəyi kimi. 
gülaf  (-nınq,  -nı)  //  külaf  ism.  (<  azərb.  <  frs.)  –  gülab,  gül  suyu,  qızılgül: 
Gülafnınq  butaxı.  Qızılgül  kolunun  budağı.  Baxça  gülafnınq.  Qızılgül  bağçası. 
Anq da unutma axqanın gülaf çireyli xaninqnı da asqanın tenqrilik baınqnınq 
(aşaxlatqanın başınqnı) xaç üstünə. Gülab kimi gözəl və al qanınn necə axtığnı və 
Öz tanrılıq başını xaç üstündə necə salladığını (aşağı əydiyini) xatırla və unutma.  
Gülaf (-nınq, -ni, -nı) x. ism. – albanlar arasında yayğın olan şəxs adlarından 
biri 
gülaflik ism. – güllük, qızılgül bağçası 
Gülka // Gulka x. ism. – albanlar arasında yayğın olan şəxs adlarından biri 
güman Bax: küman 
gümrük // gümmrük ism. (azərb.) – gömrük 
gümüş Bax: kümüş 
gün    ism. (azərb.) – gün: Bu  gündür  (kündür),  xaysı  ki  etti  Biy;  kelinqiz, 
süvüniyix  da  fərah  bolıyıx  bunqar!  (Məz. 117/118: 24). Bu günü Tanrı yaratdı, 
gəlin bütün bunlara sevinək və fərəhlənək. Bax: kün 
günah (-ından) // günağ ism. (< azərb. < frs.) – günah: Köp türlü can u ten 
günahından  (yazıxından).  Çox  sayda  mənəvi  və  cismani  günah  üzündən.  Bir 
suçum, gunağım yox. Mənim heç bir suçum və günahım yoxdur. Bax: yazx 
günahkar (-men) ism. (< azərb. < frs.) – günahkar Bax: yazıxlı 
günahsız Bax: suçsuz-günahsız 
günəş (-tir, -ninq, -ninqdir, -kə, -ni, -tə, -tən, -i, -ininq, -inə, -indən, -imiz) ism. 
–  günəş:  Günəş,  ermeniçə  Aramazt  (günəş,  xaysı  ki  ermenilər  ündiy  edilər), 
Zruan acəmlər ündiyirlər. Günəş – erməncə (arami dilində) “aramazt”, əcəmilərsə 
“zruan”  deyirlər.  Günəşninq  çövrəsinə  bolğan  xızıl.  Günəşin  ətrafın  bürüyən 
qırmızı  rəng.  Günəş  xonğınça.  Günəş  qonana  (batana)  qədər.Günəş  yarıx  bilə 
terən, ya yarıx közü. Günəşin aydın işğı ilə və ya işıq mənbəyi. 
günəşli sif. – günəşli 
güzgü Bax: küzgü 
 
 
Ğ 
 
 
ğaburğa Bax: xaburğa 
ğadir Bax: hadir 
ğadirlə  Bax: hadirlə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə