Bəxtiyar tuncay



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
1   ...   26   27   28   29   30   31   32   33   ...   149

 
64 
manqa  Tenqridən  (Rom.  15:  15).  Amma  Allahın  mənə  bəxş  etdiyi  lütflə  bəzi 
məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam. 
anqmaxlıx (-qa, -nı, -ınq, -ı) ism. – xatirə, abidə, nişanə: Şəhərin buzdunq da 
tas  boldu  anqmaxlıxı  alarnınq  çaxırıx  bilə  (Məz.  9:  7).  Şəhərlərini  təməlindən 
darmadağın  etdin,  bir  nişanə  qalmadı.  Etmə  yarlığamaxnı  duşmanlarımıznı 
atalarımızğa  bizim  da  anqmaxlıx  ösiyətni  arilikininq  kendininq  (Luk.  1:  72). 
Düşmənlərimizdən  və  bizə  nifrət  edənlərin  əlindən  bizi  xilas  etdi.  Beləcə  ata-
babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı. Toxtattınq bu ari 
xurbannı  anınq  üçün  ki,  biz  də  yişadağ  anqmaxlıx  etkəybiz  boşatlıxı  üçün 
bizim  yazııxlarımıznınq.  Sən  bu  abidəni  (xatirəni)  ona  görə  qoydun  ki,  bizlər 
günahlarımızı bağışladığını heç vaxt unutmayaq və daim xatırlayaq. Munı etərbiz 
nişanağ ki, atanız  Apraham Ismayelni xurban etti, munı anqar anqmaxlıxqa 
etərbiz  Bunu  biz  atamız  İbrahimin  öz  oğlu  İsmayılı  qurban  verməsinə  bir  xatirə 
kimi edirik. 
anqsızım // anqsızın zrf. – birdən-birə, gözlənilmədən, qəflətən, qəfildən, bir 
anda:  Biy  Tenqrim,  saxla  meni,  xulunqnu  seninq,  şağavatlı  xolunq  bila... 
anqsızın yaş yaşnamaxtan da otlu yıltrımdan. Ey Tanrı, ey Rəbbimiz bizim, Öz 
səxavətli əlinlə... məni gözlənilməz şimşəkdən, odlu ildırımdan qoru. Bax: ansızım 
anquçı ism. – xatırlayıcı, xatırladıcı 
apa Bax: appa 
Apana  x.  ism.  (<  Аvаnа,  Амаnа  yəh.)  –  Suriyada  çay.  Mənbəyini  Aman 
yüksəkliklərindən  götürür.  Adı  Bibliyanın  lV  Padşahlar  kitabının  5-ci  bölümünün 
12-ci ayəsində keçir. 
apeğa (-nınq, -ğa, -nı, -sı, -lar, -larnı, -lardan, -larına) // hapeğa (-nnq, -ğa, -nı, 
-lar,  -larnınq,  -larğa,  -ları)  ism.  (aram.  ?)  –  rahib.  Monastırda  yaşayıb  rahibliyə 
girmə  (saç  kəsdirmə)  mrasimindən  keçərək  monastr  nizamnaməsinin  tələblərinə 
uyğun olaraq tərki-dünya həyatı keçirməyi əhd etmiş şəxs: Qriqor hapağa Biy-Ata 
oğlu  İlovlu  vankta  bolğan.  İlovlu Monastrında olan rahib Qriqori Bəy Ata oğlu. 
Apeğa  kiyinişi.  Rahib  geyimi  (paltarı).  Apeğalarnınq  yeri.  Rahiblərin  məskəni 
(monastr). Bax: çidovuçı, xarabaşlı, xatunsuz kişi, yalğız 
Apeğail  //  Abiğail  x.  ism.  (<  Аviqail,  Аviqal  yəh.)  –  Avigeya.  Öncə  Güney 
Yəhudanın  ən  varlı  torpaq  sahiblərindən  olan  Navalın,  onun  ölümündən  sonra  isə 
Həzrət  Davudun  (ə)  arvadı  olmuş  qadın.  Həzrət  Davuda  (ə)  Daluia  (Daniyal)  adlı 
oğul  doğmuşdur.  Adı  Bibliyanın  ll  Padşahlar  kitabının  3-cü  bölümünün  3-cü 
ayəsində, eləcə də l Salnamələr kitabının 3-cü bölümünün 1-ci ayəsində yad edilir. 
Apel  (-ninq,  -ni)  //  Hapel  (-ninq,  -ni)  x.  ism.  (<  Havel  yəh.)  –  Habil. Həzrət 
Adəmlə (ə) Həvvanın ikinci oğulları. Böyük qardaşı tərəfindən öldürülmüşdür: Biy, 
oxşaş  Eski  Törəgə  Zaqariağa  körə,  yöpsün  bizdən  temyan  xurbanın,  neçik 
xurbanın Apelninq, Noynunq da Aprahamninq. İlahi, bizim də qurbanlarımızı, 
eynən  Əhdi-Ətiqdə  Zəkəriyyənin  yazdığı  kimi,  Habil,  Nuh  və  İbrahimin 
qurbanlarını qəbul etdiyin kimi qəbul et. 
Apesa x. ism. (<Avişay yəh.) – Avessa. Həzrət Davudun (ə) qardaşı oğlu. 
Apesdan x. ism. (orta fars ?). – Abesdan. “Müdrik Axikar haqqında rəvayət”in 
baş qəhrəmanı  Axikarın (Xiqarın) arvadının  adı.  Bu ada  alban  mətnləri içərisində 
sadəcə sözügedən əsərin alban variantında rast gəlinməkdədir. 


 
65 
Apet  (-ninq, -tən) x. ism. (<  Yefet  yəh.) – Yafəs. Həzrət Nuhun üç oğlundan 
biri: Noynunq 3 oğlu bar edi, atları – Sem, Qam, Apet. Ya neçə millət çıxtı kiçi 
oğlundan  Apettən,  xaysi  ki  bizim atamızdır?  Nuhun 3 oğlu vardı, adları:  Sam, 
Ham,  Yafəs.  Bizim  ulu  babamız  olan  Yafəsdən,  bəs,  neçə  millət  törəmişdir? 
Burungi  oğlu  Sem,  Qam,  Apet,  xaysı  ki  çıxtı  Xaqan  cınsı.  Birinci  oğlu  Sam, 
Ham və xaqanlar nəslinə başlanğıc verən Yafəs. 
Qeyd:  Alban  tarixçilərinin  təsəvvürlərinə  əsasən,  Azərbaycanda  xaqanlıq 
institutunun  təsisi  və  dövlətçilik  tarixinin  başlanğıcı  Nuh  tufanından  sonraya 
təsadüf  edir  və  bilavasitə  Nuh  əleyhissəlamın  adı  ilə  bağlanır.  Azərbaycanın  və 
ümumiyyətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun (ə) oğlu, samilərin Yafəs, 
türklərin isə Olcay (və ya Bulca, Abulca) adı ilə tanıdıqları  şəxsin adı çəkilir. Vlll 
əsrdə  yaşmış  alban  tarixçisi  Musa  Kağankatlı  özünün  “Alban  tarixi”  kitabında 
Yafəsin soyu və bu soyun hakimiyyəti altında olan torpaqlar barədə çox maraqlı və 
qiymətli  məlumatlar  verməkdədir:  "Qardaşlar  Nuhun  təkidi  ilə  bir-birini  qarət 
etməyəcəkləri  barədə  and  içdikdən  sonra  Nuhun  Yafəsə  təyin  etdiyi  sahə  şimalda 
Midiyadan  Qadriona  qədər  uzanıb,  Midiyanı  Babildən  ayıran  Dəclə  çayının  aşağı 
axarına çatırdı". 
Bu  məlumatdan  göründüyü  kimi,  Vlll  əsr  alban  tarixçisi,  Yafəsə  verilən 
torpaqlardan söz açarkən, Midiyanın adını çəkir. Midiya isə eramızdan əvvəl Vll - 
V  əsrlərdə  Azərbaycan  ərazisində  mövcud  olmuş  dövlətin  adıdır.  Müəllif  bununla 
sadəcə sözügedən əraziyə işarə etmişdir. O, kitabının “Yafəs və Arandan başlayaraq  
lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı”  adlı Vll fəslində 
Yafəsi  Albaniyanın,  yəni  Azərbaycanın  ilk  xaqanı  kimi  təqdim  edir,  ondan 
hökmdar kimi söz açır. Kitabının ll fəslində, Yafəsin soyundan və bu soyun hakim 
olduğu ölkələrdən danışarkən, Musa Kağankatlı yenə də Azərbaycanı birinci sırada 
göstərir  və  ilk  iki  yerə  Atropatena  və  Albaniyanı,  yəni  Azərbaycanın  cənub  və 
şimalını yerləşdirir.                                                               
Ümumiyyətlə, bu ardıcıllıq eyni mövzuya toxunmuş əksər xristian müəlliflərin 
əsərlərində  də  müşühisə  edilir.  Bu  baxımdan  lV  əsr  tarixçisi  Pamfilanın  oğlu 
Yevseviyin yazdıqları da maraq doğurur: “...Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin 
soyundan  olan  xalqlardır.  Midiyadan  Speriyaya,  okeandan  Akvelona  qədər  onlar 
belə  düzülmüşlər;  midiyalı-lar,  albanlar,  qarqarlar..,  sarmatlar..,  meotlar,  iskitlər, 
tavriyalılar..,  bastaranlar...  Yerləşdikləri  ölkələr  isə  bunlardır;  Midiya,  Albaniya, 
Meotiya, Sarmatiya, Taorvaniya, İskitlər ölkəsi...” 
Bənzər  fikrə  Portlu  İppolitdə  də  rast  gəlirik.  O  da  Yafəs  oğullarından  söz 
açaraq  onların  torpaqlarını  sıralayarkən  Midiya  və  Albaniyanın  adını  ilk  sırada 
çəkir.  XlX  əsrin  görkəmli  Azərbaycan  tarixçisi  və  maarifçisi  Abbasqulu  Ağa 
Bakıxanovun yazdığına görə,Yafəs türklərin ilk hökmdarı olmuşdur. O, Xlll - XlV 
əsrlər müəllifi Həmdullah Müstövhi Qəzvininn “Tarixi-Qozide” və XV əsr müəllifi 
Xondəmirin  “Xülasətül-Əxbar”  əsərlərinə  istinad  edərək,  Yafəsin  oğulları  barədə 
ətraflı məlumat vermiş, onun birinci oğlunun adının Türk olduğunu qeyd etmişdir.  
Yafəsin  şahlığının  mərkəzi  kimi  Azərbaycan  ərazisini  göstərən  xristian 
tarixçilərdən  fərqli  olaraq,  müsəlman  tarixçilər  bu  mərkəz  kimi  “Şərq  ölkələri  və 
Türküstsnın” adını qeyd etməkdədirlər. Bu baxımdan XlV əsrin böyük Azərbaycan 
tarixçisi  Fəzlullah  Rəşidəddin  və  onun  məşhur  “Cami  ət-Təvarix”  əsəri  də  istisna 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə