Bəxtiyar tuncay



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
1   ...   27   28   29   30   31   32   33   34   ...   149

 
66 
deyildir:  “Türk  tarixçiləri  və  yüyrək  dilli  salnaməçilər  bildirirlər  ki,  Nuh 
əleyhissəlam,  -  Allah  ona  rəhmət  eləsin,  -  yer  üzünün  adamlar  yaşayan  hissəsini 
oğlanları arsında böləndə şərq ölkələrini, Türküstanı və ona yaxın yurdlarla birlikdə 
böyük  oğlu  Yafəsə  verdi.  Yafəs  türklərin  təbirincə  Olcay  xan  ləqəbini  aldı.  O, 
səhrada yaşayırdı. Olcay xanın yaylağı və qışlağı  Türküstan torpaqlarında idi: Yaz 
aylarını o, İnanc şəhərinin yaxınlığında olan Ortaq və Kurtaqda keçirir, qışlayanda 
isə  yenə  o  tərəflərdə  -  Qaraqorum  adı  altında  məşhur  olan  Qaraqumdakı  Borsuk 
adlanan yerdə olurdu. Həmin  yerdə iki şəhər vardı: Biri Talas, o biri Karı Sayram 
və  bu  sonuncu  şəhərin  qırx  böyük  qızıl  qapısı  vardı.  İndi  orada  müsəlman  türklər 
yaşayır, həmin yer Kunçi mülklərinin yaxınlığındadır və Kaydudan asılıdır... Olcay 
xanın paytaxtı da burada yerləşirdi” 
Apetar // Apettar x. ism. (< Oved-Edom yəh.) – Avedar. Adın qədim yəhudi 
dilindən  hərfi  tərcüməsi  “ilahə  Edomun  qulu”  anlamına  gəlir.  Avedar  Həzrət 
Davudun  (ə)  şəxsi  mühafizə  xidmətində  qulluq  edən  bir  fələstinli  idi.  Rəvayətə 
görə, Ozanın ölümündən sonra Davudun (ə) göstərişinə əsasən, içrisində Tanrının 
on  buyuruğunun  yazıldığı  müqəddəs  səhifələrin  bulunduğu  sandıq  üç  ay  ərzində 
onun  evində  qorunmuşdur:  Apetar,  xul  biyikləngən.  Apetar  -  yüksək  mənsəbə 
yetişmiş qul. 
Apin  x.  ism.  (<  Yavin  yəh.)  –  Yavin.  Sami  dillərindən  tərcümədə  “ağıllı” 
anlamını  verməkdə  olan  bu  adı  yəhudilərə  məğlub  olmuş  Aşşur  (Assuriya) 
hökmdarı  daşımışdır:  Et  alarnı,  neçik  Matiamnı,  neçik  Sisaranı,  neçik  Apinni 
xainlərinə  Gisonnunq  (Məz.  82/83:  10).  Başlarına  gətir  Mədainliərə  etdiklərini, 
Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.  
Apiron (-nunq) // Arpiron (-nunq) x. ism. (< Aviron yəh.) – Aviron. Koreyin 
Həzrət Musa (ə) və  Həzrət Haruna (ə) qarşı qaldırdığı üsyanın fəal iştirakmlarından 
olnuş  yəhudilərdən  biri:  Açıldı  yer  da  yuttu  Tatannı  da  yapti  taborların 
Apironnumq  (Məz.  105/106:  17).  Torpaq  yarılıb  Datanı  uddu,  Aviramla 
yoldaşlarını yerə batırdı. 
apirorus  ism.  (<  apiros  yun.)  –  xalsedon.  Mineral  növü:  Karbunkul  – 
ermeniçə  biqincaqoyn,  urumça  aytıyırlar  “vengel  rospaloniy”,  zera  anqar 
oxşaştır,  tuymas  otnu  da anınq  üçün  Pliniuşta  (Upliniuşta) ündəliyir apirorus 
(apyrotos)  bitikində  37.  Kарбункул,  erməncə  “biqincaqoyn”  ,    yunanca  “vengel 
rospaloniy” (yandırılmış kömür) adlanır, çünki ona (yandırılmış kömürə) bənzəyir. 
O,  oddan  qorxmur  və  bu  səbəbdən  Pliniyin  37-ci  kitabında  onu  “apirorus” 
(yanmayan) adlandırılır. 
Apisolom  (-ğa) // Apisolomon  x. ism. (< Avişalom yəh.) – Avessalom. Hərfi 
mənada “sülhün atası” anlamına gələn ad. Albandilli dini mənbələrdə Bu ad altında 
Həzrət  Davudun  (ə)  Hevronda  doğulan  üçüncü  oğlundan  söhbət  gedir:  Salmos 
Tavitninq,  ne  zaman  ki  xaçıp  edi  yüzündən  Apisolom  oğlununq  kensininq 
(Məz. 3. 1). Davudun məzmuru. Oğlu Avşalomun qarşısından qaçanda.  
appa  // apa  ism. (< abba yun., aram.) – ata, qoca, müqəddəs ata, keşiş, abbat 
rahib:  Zera  almadınqız  canın  aul  bolmaxnınq,  ekinçi  xorxuğa,  yoxsa  aldınqız 
canın oğul yazılmaxnınq, xaysı bilə ki, çaxırıybiz: “Atalar Atasi! Appa!” (Rom. 
8:  15).  Axı  siz  köləlik  ruhunu  almadınız  ki,  yenə  də  qorxu  içində  yaşayasınız; 


 
67 
övladlıq  Ruhunu  aldınız.  Elə  o  Ruhun  vasitəsilə  Allaha  «Abba,  Ata»  deyə  nida 
edirik. 
Apraham  (-nınq, -nınqdırlar, -ğa, -nı, -dan) // Apraxam  (-nınq) // Apreham 
//Abraam  //  Avram  x.  ism.  (<  yəh.  –  Abraham  İbrahim.  Həzrət  İbrahim  (ə): 
Taranınq  oğlu  boluptır  appa  Apraham  ki,  Adam  atamızdan  sonqra  3186 
yılına,  Xaran  şəhərindən  Qalteasos  Ulusundan  da  boluptır  sünəti  99  yılına. 
Taranın (Azərin) oğlu  – ulu babamız Adəmdən 3186 il sonra dünyaya gəlmiş ulu 
ata İbrahim əslən Haldeyanın Harran şəhərindən idi və 99 yaşında sünət olunub. 
april  //  abril  //  aprilis  //  aprilus  ism.  (<aprilos  yun.)  –  aprel.  Ilin  on  iki 
ayından biri və dördüncüsü. 
Aptiu  (-nı) x. ism. (< Ovidiya // Obadyahua // Obadya yəh.) – Ovidiy. Bu ad 
yəhudi  dilindən  tərcümədə  “Rəbbin  qulu”  anlamına  gəlir.  Ovidiy  xristianların  12 
kiçik peyğəmbər hesab etdikləri peyğəmbərlərdən biri idi. Bu adı VIII əsrdə yəhudi 
dinini qəbul edən Xəzər xaqanı Bulan da dinini dəyişdirdikdən sonra daşımışdır. 
ar I ism. və zrf. – yer, tərəf, rahat yer. 
ar II Bax:  or 
ar III Bax:  es 
ar IV Bax:  ari l (-dəgi) 
ar ~: çar arğan Bax:  çurğağan-çararğan 
ara  I  (-ğa,  -da,  -nqa,  -sı,  -sına,  -sna,  -sınadır,  -sınaydı,  -ın,  -sında,  -sından,  -
mıza, -mızda, -mızdan, -nqızğa, -nqızda, -nqızdan, -larına, -larından) zrf. – ara, orta, 
mərkəz, çat, fasilə: Xamışlıx arasi. Qamışların arası. Xaya arasi, tağ arası. Qaya 
arası, dağ arası. Tağ arası, xayda ki kiçi suv axar ya derə. Kiçik çayın axdığı dağ 
arası  və  ya  dərə.  Xanatları  kügürçinninq  kümüşlü  da  yağırları  arası  anınq 
rəngina altunnunq (Məz. 67 / 68: 14).Qanadları gümüş kimi və tüklərinin arası isə 
qızıl  rəngli  göyərçin.  Uyatınqz  sizinq  üçün  aytırmen:  ol  xadar  yoxtur  kimesə 
esli  aranqızga  ki,  bolğay  qonuluqnı  bildirmə  xardaşları  arasına  kensininq? 
(1Коr  6:  5).  Mən  bunu  sizi  utandırmaq  üçün  deyirəm.  Yəni  öz  bacı-qardaşlarınız 
arasında hakim olmaq üçün sizlərdən bir nəfər müdrik adam tapılmadı? Bax:  bel, 
iç I, orta 
ara II: yarağ-yasağ ara Bax: yarağ-yasağ 
araba  (-ğa,  -nı,  -da,  -sı,  -sına,  -lar,  -larğa,  -larnı,  -ları,  -ların)  ism.  –  araba: 
Tanqlama  erlərni  da  tanqlama  yarağlılarnı,  arabaların  da  atların  da  barça 
xuvatın  paravonnunq  boğdu  tenqizdə  (Çıx.  15:  4).  Fironun  döyüş  arabalarını, 
ordusunu  da  dənizə  atdı.  Döyüş  arabalarının  başçıları  (Qırmızı)  dənizdə  boğuldu. 
Bular  arabalar  bilə  da  bular  atlar  bilə,  yoxsa  biz  atına  Eyəmizninq  bizim 
sarnıyıx (Məz. 19/20: 8). Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, bizsə 
Allahımız  Rəbbin  adı  ilə  öyünürük.  Çıxtınq  sen  arabanqa  seninq,  atlanğanınq 
seninq  xutxarılmaxlıxtır  çıxqanınq  seninq.  Çıxdın  sən  öz  arabana.  Atlanmağın 
sənin xilasındır.  
Araba  ism.  –  Araba.  Göydəki  bürclərdən  birinin  adı:  Araba  bürcü.  Alban 
mətnlərində böyük ayı bürcünün adı: Araba  yolduzu  (beşyolduzu).  Araba bürcü 
(beş ulduzu). 
arabaçı (-larnı) ism. – arabaçı: Arabaçılar üsnə biy. Arabaçıların başçısı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə