Bismillahir-Rahmənir-Rahim Allahın salam və salavatı olsun Peyğəmbər və onun Əhli-Beytinə



Yüklə 459,52 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix14.06.2018
ölçüsü459,52 Kb.
#48872
1   ...   7   8   9   10   11   12   13   14   15

www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

43

hər  ikisini  rəsmiyyətlə  tanımaq  olmaz.  Ikisinidə  eyni 



baxışla  qəbul  etmək  olmaz.  Mənim  dinim  ədalət, 

sizinki isə zülm dinidir.  

 

“Kafirun” surəsinin hədəfi. 

1.  Kafirlərin  Peyğəmbər  (s)-ə  etdikləri  bu  təklif 

yalan  və  hiylədən başqa heç bir şey deyildi. Onlar bu 

sözlərində  heç  bir  səmimiyyətə  malik  deyildilər. 

Yuxarıda  dediyimiz  kimi  çirkin  niyyətlərini  həyata 

keçirmək istəyirdilər.  

2.  Bu  surənin  hədəflərindən  biri  də  bu  idi  ki, 

islam  və  həqiqət  dininin  müşriklik  ilə  heç  vaxt  bir 

araya  gəlməməsini  elan  edərək,  Peyğəmbər  (s)  kimi 

şəxsiyyətin  çirkin  əməllər  etməsinin  qeyri-mümkün 

olduğunu bütün insanlara çatdırırdı.  

 

“Kafirun”  surəsinin  xüsusiyyətləri  və  onda 



olan məqamlar.  

1.  Bu  surə  “Kafirun”  ona  görə  adlanıb  ki,  bu 

kəlmə  bu  surədə  işlədilib.  Bu  surə  “Cəhd”  adı  ilə  də 

tanınıb.  “Cəhd”  inkar  etməyə  deyərlər.  Bu  surə 

kafirlərin təklifini inkar etdiyinə görə belə adlanıb. 

2.  Bu surə hicrətdən qabaq Məkkədə nazil olub.  

3.  Bu  surəni  oxumağın  fəziləti  barədə  Həzrət 

Peyğəmbər (s) buyurub:  

  أﺮﻗ  ﻦﻣ

 

»



 َنوُﺮِﻓﺎَﻜْﻟا ﺎَﻬﱡـﻳَأ ﺎَﻳ  ْﻞُﻗ

«

 



نآﺮﻘﻟا  ﻊﺑر  أﺮﻗ  ﺎﳕﺄﻜﻓ

 

 ةدﺮﻣ  ﻪﻨﻋ  ﺪﻋﺎﺒﺗ  و



ﱪﻛﻷا عﺰﻓ ﻦﻣ ﰲﺎﻌﻳ و كﺮﺸﻟا ﻦﻣ أﺮﺑ و ﲔﻃﺎﻴﺸﻟا

  



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

44

“Hər kəs bu surəni oxusa elə  bil Quranın  dörddə 



bir hissəsini oxuyub. Tuğyankar şeytanlar ondan uzaq 

olar,  şirkdən  təmizlənər  və  qiyamət  gününün 

çətinliyindən amanda qalar”. 

Həzrət  buyurur:  “yatanda  bu  surəni  oxuyun  bu 

sizi şirkdən qoruyar”. 

4.  Bu  surədə  belə  vurğulanır  ki,  heç  bir 

müsəlmanın dinini sazişə qoyub al-ver edib, onu nəyə 

isə  satmaq  və  əvəzində  bir  şey  almaq  haqqı  yoxdur. 

Ümumuyyətlə  dini  heç  nə  ilə  əzəz  etmək  olmaz.  Din 

axirət  aləmini  təmizləyir.  Onu  atan  axirətdə  heç  bir 

məqama çata bilməz. Ona qörə də müvəqqəti dünyaya 

görə  axirəti  əldən  vermək  olmaz.  Peyğəmbər  (s) 

buyurur:  “Bədbəxt  adamdır  axirəti  dünyaya  satan, 

ondan  da  bədbəxti  axirəti  başqasının  dünyasına 

satandır”.  

5.  Bu  surədə  bir  neçə  söz  təkrar  olunubdur.  Bu 

təkrar  olunma  nə  üçündür?  Ümumiyyitlə  Allahın 

kəlamında təkrarlanma o kəlamı fəsahətdən salmırmı? 

Rəvayətdə  gəlib  ki,  materialist  olan  (zindiq)  Əbu 

Şakir  Veysanı  İmam  Sadiq  (ə)-ın  dostlarından  olan 

“Əbu Cəfər Əhvəl”-dən (Muhəmməd ibni Əli Nomani 

Kufi,  Mömin-i-Taq)    soruşdu:  bu  surədəki  təkrar 

nəyə  lazım  idi?  Həkimin  (Allah-Təala  hikmət 

sahibidir,  yəni  hər  bir  bihudəçilik  Ondan  uzaqdır, 

O,  hər  bir  işi  müəyyən  bir  səbəb  və  məqsədə  görə 

edir  –  red.)  sözündə  belə  bir  təkrarın  olması  nə 

üçündür?  O,  cavab  verə  bilmədi.  Bir  gün  Mədinəyə 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

45

gəlib  onu  İmam  Sadiq  (ə)-dan  soruşanda,  İmam  belə 



cavab  verdi:  “Müşriklər  dedilər:  bir  il  sən  bizim 

Allahlara, bir il biz sənin  Allahına, o biri  il sən bizim 

Allahlarımıza,  sonrakı  il  isə  (dördüncü  il)  biz  sənin 

Allahına  ibadət edək.  Allah-Təala da, onlar  neçə dəfə 

demişdi o, qədər cavab verdi”.  

“Əbu  Cəfər  Əhvəl”  bunu  “Əbu  Şakirə”  deyəndə 

“Əbu  Şakir”  dedi:  “bu  cavabi  dəvələr  hicazdan 

(mədinə)  gətirib.  Yəni  bu  İmam  Sadiq  (ə)-ın 

cavabıdır”. 

6.  Belə  bir  sual  oluna  bilər:  surədəki 

 ِﻦﻳِد  َِﱄَو  ْﻢُﻜُﻨﻳِد  ْﻢُﻜَﻟ  

(sizin  dininiz  sizin  üçün,  mənim  dinim  mənim  üçün) 

ayəsi  “bütpərəstliyi”  rəsmi  bir  din  kimi  qələmə 

vermirmi?  

Belə  cavab  vermək  olar  ki,  Xeyr.  Çünki, 

ayələrdən  aydın  olur  ki,  Quran  onları  məzəmmət  edir 

və  deyir:  sizin  dininiz  başınıza  dəysin,  bunun  pis 

aqibətini  tezliklə  görəcəksiniz.  Buna  Quranın 

yüzlərlə  ayəsi  dəlalət  edir.  O,  ayələr  ki,  şirki  haram 

bilərək müşrikliyi qadağan edir. Ondan mənfur bir şey 

tanımır.  

Bundan əlavə din “Cəza” mənasındadır. Yəni siz 

öz  cəzanızı  çəkin,  biz  də  öz  cəzamızı  (“cəza” 

kəlməsinin bir mənası da əməllərin qarşılığı deməkdir 

və  mənfi  mənada  işlənməklə  yanaşı  müsbət  mənada 

da  işlənə  bilər  –  red.),  əqidəmizə  uyğun  cəzamızı 

çəkəcəyik.  



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

46

Allah-Təala  bizi  şirkdən,  fikri  şirk,  və  əməli 



şirkdən qorusun. Amin, ya Rəbbəl aləmin.  

 

 



 

Sual və tapşırıqlar. 

1.  Bu  surənin  adlarını  və  onun  adlanma 

səbəblərini deyin. 

2. Bu surə nə üçün və hansı mövzuda nazil olub?   

3. Peyğəmbər (s) kafirlərlə nə üçün saziş etmədi? 

4. Bu surənin fəziləti haqda nə deyə bilərsiniz? 

5. Bu surədəki təkrarlanmanı izah edin.  

6. 


ﻳِد ْﻢُﻜَﻟ

 ِﻦﻳِد َِﱄَو ْﻢُﻜُﻨ   ayəsini izah edin.  

      

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 459,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə