Bismillahir-Rahmənir-Rahim Allahın salam və salavatı olsun Peyğəmbər və onun Əhli-Beytinə



Yüklə 459,52 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix14.06.2018
ölçüsü459,52 Kb.
#48872
1   ...   7   8   9   10   11   12   13   14   15

www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

47

 



 

 

 

 

Yeddinci Dərs 

“Kövsər” surəsi 

       


ﻢﻴﺣﺮﻟا ﻦﲪﺮﻟا ﷲا ﻢﺴﺑ

 

 َﺮَـﺛْﻮَﻜْﻟا َكﺎَﻨْـﻴَﻄْﻋَأ ﺎﱠﻧِإ



 

 ْﺮَْﳓاَو َﻚﱢﺑَﺮِﻟ ﱢﻞَﺼَﻓ

  

 ُﺮَـﺘْـﺑَْﻷا َﻮُﻫ َﻚَﺌِﻧﺎَﺷ ﱠنِإ



 

 

“Kövsər” surəsinin kəlmələri.  

 

نا "



 "ﺎﻧ


ﺎﻧا


- həqiqətən biz                     

 

ﺎﻨﻴﻄﻋا - əta etdik – bağışladıq 



 

ک



ت

- sən (kişi əvəzliyi) 

 ا

 ﺎﻨﻴﻄﻋ


ک

- sənə bağışladıq – sənə əta etdik  

 َﺮَـﺛْﻮَﻛ- behiştdə su çeşməsi, çoxlu övlad, tükənməz 

elm, bollu xeyr və bərəkət 

 َف- sonra 

 ﱢﻞَﺻ - namaz qıl, dua et 

 َﻚﱢﺑَﺮِﻟ - Allaha xatir 

و- və (bağlayıcı) 

 ْﺮَْﳓاَو - dəvə kəs, dəvə qurban et 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

48

  



 ﱠنِإ - həqiqətən 

 َﻚَﺌِﻧﺎَﺷ - sənin düşmənin 

 َﻮُﻫ - o, (kişi cinsinə aid əvəzlik) 

 ُﺮَـﺘْـﺑَْﻷا - quyruğu kəsik – nəsilsiz – sonsuz – nasiq – 

faydasız 

 

Hərfi tərcümə. 

“Biz  sənə  kövsər  (bollu  xeyir  və  bərəkət)  əta 

etdik  (bağışladıq),  belə  olan  halda  Allahın  üçün 

namaz  qıl  və  qurbanlıq  et,  həqiqətən  sənin  düşmənin 

sonsuzdur”. 

 

“Kövsər” surəsinin təfsiri. 

 َﺮَـﺛْﻮَﻜْﻟا َكﺎَﻨْـﻴَﻄْﻋَأ ﺎﱠﻧِإ

 

 



Peyğəmbər  (s)-in  oğlan  uşağı  olmadığından 

müşriklər  onu  “sonsuz”  adlandırırdılar.  Onun  dinində 

davamsız  olduğunu  güman  edirdilər.  Ona  deyirdilər: 

sənin  oğlun  olmadığına  görə  sənin  davamçın  da 

olmayacaq.  Dinin  naqis  qalacaq,  heç  bir  həqəfinə 

çatmayacaqsan.  Bunların  cavabında  Allah-Təala  bu 

surəni  göndərərək,  həmişəki  kimi  kafirlərin  ağzına 

möhkəm 


bir 

şillə 


vurur. 

“Ey 


mənim 

əziz 


peyğəmbərim, biz sənə “kövsər əta etdik (bağışladıq)” 

sən onların sözündən narahat olma, onlar səhv edirlər, 

sənin gələcəyindən xəbərdar deyillər. Sənin məqamını 

və  şəxsiyyətinin  böyüklüyünü  başa  düşmürlər.  Biz 

sənə  bol  nemətlər  vermişik.  Sənin  bəşərin  çata 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

49

bilməyəcəyi  ən  yüksək  olan  “nübuvət”  və  “risalət” 



məqamına  çatdirmişiq.  Sən  insanların  rəhbəri  və 

imamısan. Biz sənə Quran kimi bir kitab göndərmişik. 

Bütün  alimlər  onun  qarşısında  baş  əyir.  Onun 

möcüzəsi  hamını  heyranlıqda  qoyub.  Bütün  elm 

xəzinələri  ondadır.  Əxlaqi  və  hüquqi  qanunların 

hamısını  o  kitab  özündə  toplayıbdır.  Həmişəlik 

möcüzədir. Sənin dinin bəşəriyyətin  hər  iki dünyasını 

səadətə  çatdırır.  Sənə  behişt  çeşmələrindən  olan 

“Kövsər”  əta  etmişik.  Nəslini  davam  etdirmək  üçün 

“Kövsər”i (Həzrət Fatiməni) sənə vermişik. 

“Fəxri  Razi”  öz  təfsirində  yazır:  Bu  surə 

Peyğəmbər  (s)-i  sonsuz  bilənlərin  cavabında  nazil 

olub. Görün Allah-Təala Peyğəmbər (s)-ə elə bir nəsil 

qismət  etdi  (Fatimədən(s))  ki,  bütün  zaman  boyu 

yaşayırlar.  Əhli  Beyt  nə  qədər  şəhid  verdi,  nə  qədər 

qaçqın  və  didərgin  oldu,  amma  dünyanın  hansı 

tərəfinə  baxırsan  həzrətin  övladlarıdır.  Amma  onların 

düşməni  olan  bəni  Üməyyədən  ya  bir  nəfərdə  olsun 

qalmayıb,  ya  da  ki,  heç  yerdə  tanınmırlar.  Baxın  nə 

qədər  Əhli  Beyt  nəslindən  alimlər  vardır:  Baqir, 

Sadiq,  Rza  və  Nəfsi  Zəkiyyə  (Muhəmməd  ibni 

Əbdullah ibni Həsən(ə)  - İmam Həsən(ə) nəvəsi).”  

Surənin davamında Allah-Təala buyurur:  

اَو َﻚﱢﺑَﺮِﻟ ﱢﻞَﺼَﻓ

 ْﺮَْﳓ

 

“Sənə  verdiyimiz  bu  nemətlərin  müqabilində 



namaz  qıl,  zikr  et,  qurbanlıq  elə”.  Fəqirlərə, 

yoxsullara, əlacsızlara, əl tut, onların köməyinə çat.  




www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

50

“Nəhr”  (



ﺮﳓ)   dəvənin kəsilməsinə deyərlər. Dəvə 

kəsmək  qurbanlar  içərisində  ən  bahalısıdır.  Hər  kəs 

bunu  edə  bilmir.  Ona  görə  Allah-Təala  Peyğəmbər 

(s)-ə  dəvə  qurban  etməyi  tövsiyyə  edir  ki,  bol  bir 

qurban  olsun,  gözə  gəlimli  olsun.  Kafirlərin  bütləri 

qarşısında  kəsdiklərindən  də  artıq  olsun.  Dəvə 

kəsməklə  onların  yalançı  fikirləri  (bütdən  başqasına 

qurban olmaz) boşa çıxsın.  

 ُﺮَـﺘْـﺑَْﻷا َﻮُﻫ َﻚَﺌِﻧﺎَﺷ ﱠنِإ

 

“Həqiqətən  sənin  düşmənlərin  sonsuzdurlar”. 



ﱰﺑا” (əbtər) quyruğu kəsik  heyvana deyərlər. Ərəblər 

bu  kəlməni  sonsuz  adamda  təhqir  ünvanında 

işlədərdilər. Göründüyü kimi onlar düşmənçiliklərində 

heç  bir  ədəb  qaydasına  riayət  etməyiblər.  Peyğəmbər 

(s) kimi şəxsiyyətin barəsində hansı ifadəni işlədiblər. 

Buna  görə  də  Allah-Təala  həmin  kəlməni  onların 

barəsində işlədib və onların özünü sonsuz adlandırır.  

Peyğəmbər  (s)-ə  təskinlik  verərək  buyurur:  Ey 

mənim  həbibim! Sən  narahat olma, bunların dedikləri 

sənin ruhiyyəndə təsir qoymasın, onlar özləri “əbtər”-

dirlər.  Onların  nə  övladları,  nə  də  ki,  var  dövlətləri 

heç bir fayda verməyəcək. 

Sən övladların dünya yaşadıqca yaşayacaq. Dinin 

əbədi bir din olaraq hökm edəcək, və hər bir evə daxil 

olacaq. 


Amma 

sənin 


düşmənlərinin 

arzuları 

ürəylərində qalacaq.  

 



Yüklə 459,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə