Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR


TƏRKİBİNDƏ PEKTİNLƏR OLAN DƏRMAN BİTKİLƏRİ



Yüklə 4,73 Mb.
səhifə7/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5

TƏRKİBİNDƏ PEKTİNLƏR OLAN DƏRMAN BİTKİLƏRİ
Pektin maddələri də polisaxaridlərə aid olub, əsasən (80-90 %) qalakturon (pektin) turşusunun metilləşmiş törəmələrindən, az miqdarda monosaxaridlərdən və oliqosaxaridlərdən təşkil olunmuşdur. Yetişməmiş meyvə və tərəvəzlərdə onlar suda həll olmayan protopektinlər formasında olur, yetişdikcə isə həll olan pektinlərə çevrilir. Pektinlər suyu sorbsiya etməklə qatı gel (jele) əmələ gətirir ki, bu da yeyinti sənayesində geniş istifadə edilir. Bitkilərdə onlar hüceyrə divarlarının qurulmasında və hüceyrələrarası yapışqanlı maddə - ehtiyat suyun formalaşmasında iştirak edir. Pektin maddələri yüksək sorbsiyaedici xassəyə malikdir və bağırsaqda toplaşmaqla ağır metal (sink, qurğuşun, kobalt, mis, radionuklidlər və s.) ionlarını, xolesterini, qələvi xassəli digər zəhərli maddələri özünə birləşdirməklə tutub saxlaya bilir. Pektin maddələri mədə-bağırsaq traktında monosaxaridlərə qədər parçalanmır və sorulmur. Ona görə də sorbsiya olunmuş pektin maddələri bağırsaq vasitəsilə xaric olunur. Şişmə xüsusiyyətinə görə onlar mədə-bağırsaq sistemində motorikanı gücləndirən kütlə əmələ gətirir, ona görə də bu məqsədlə pektin maddələri istifadə edilir. Pektin maddələri daha çox meyvə və giləmeyvələrin (alma, gavalı, ərik, qarağat, mərcangilə və s.), həmçinin meyvəköklərin (şəkər çuğunduru, yerkökü və s.) tərkibində olur. Bitki xammalında onların miqdarı 0,8-3 % olur. Qırmızı yosunların tərkibində xüsusi maddə vardır ki, o pektin maddələrinə oxşarlığı ilə seçilir. Lakin onlarda polisaxarid algin turşusundan təşkil olunmuşdur. Əczaçılıq şirkətləri tərkibində dəniz kələminin polisaxaridi əsasında “Laminarid” preparatı buraxır ki, polisaxaridlərin miqdarı onun tərkibində quru qalığın 30 %-ə qədərini təşkil edir. Dəniz kələminin tərkibində kifayət miqdarda (yerüstü bitkilərlə müqayisədə) yod və brom var, ona görə də yalnız işlədici vasitə kimi yox, həmçinin aterosklerozun müalicəsində və orqanizmdə olan yod qıtlığını aradan qaldırmaq üçün istifadə edilir. Dəniz kələmindən alınmış “Laminarid” şişmə və sorbsiya xüsusiyyətinə görə pektin maddələrindən yüksəkdir.
Pektin maddələri yüksəkmolekullı karbohidratlar (molekul kütləsi 200.000-ə çatır) olub, bitkilərin meyvələrində, kökyumrularında və gövdələrində suda həll olmayan protopektin şəklində çox miqdarda toplanır.
Pektin maddələrinin bitkilərdə 2 forması aşkar edilmişdir: 1) Hüceyrəarası və hüceyrə qlafının matriksində toplanan, həll olmayan protopektin; 2) Meyvə və tərəvəz şirələrinin tərkibində məhlul şəklində olan pektin. Pektinin molekul quruluşunun əsasını D-qalakturon turşusunun kalsium və maqnezium duzları təşkil edir. D-qalakturon turşusu qalıqları bir-birilə 1,4 qlikozid rabitələri vasitəsilə birləşib, polimer zənciri əmələ gətirir (buna pektin turşusu deyilir). Beləliklə, “pektin maddələri” adı altında pektin turşusu və onun duzları (pektanlar) nəzərdə tutulur. Pektin maddələrinin tərkibində olan karboksil qruplarının metilləşmə yolu ilə əmələ gətirdiyi efirlər də pektinlər adı ilə birləşdirilir.
Protopektin metoksilləşmiş poliqalakturon turşusunun hüceyrə divarının qalaktanı və arabanı ilə əmələ gətirdiyi və bəzən ramnozanın qalıqları ilə qırılan polimeridir.
Poliuronidin zəncirləri bir-birlərilə Ca2+ və Mg2+ ionları vasitəsilə birləşmişdir.



Pektin turşusu

Pektin turşusu – R = H


Pektat – R = Me+
Pekt turşusu – R = H və CH3
Pektinat – R = Me+ və CH3
Protopektin çox miqdarda yetişməmiş meyvələrdə toplanır. Meyvələr yetişdikdə poliuronid zəncirlərinin parçalanması və qismən depolimerizasiyası baş verir və protopektin pektinə çevrilir ki, o da şəkərlərin və turşuların iştirakı ilə gelə (jeleyə) çevrilir.
Pektinə qurudulmuş qələvi məhlulları və ya pektaza fermenti ilə təsir edildikdə metoksiqruplar asanlıqla qopub ayrılır və nəticədə metil spirti və sərbəst pekt turşusu əmələ gəlir ki, o da sərbəst poliqalakturon turşusundan ibarətdir.
O, kalsium pektat şəklində məhluldan asanlıqla çökür. Onun bu xüsusiyyətindən pektin maddələrinin miqdarının təyinində istifadə etmək olar.
Meyvələrin yetişməsi protopektinin həll olan pektinə çevrilməsi ilə əlaqədardır. Pektin maddələri salisilatların qastrotoksinliyini azaldırlar. Pektin turşusu dərman maddələrinin daşıyıcısı kimi istifadə oluna bilər. Pektinlər xoralar əleyhinə təsir göstərir və işlədici təsirə də malikdir, onlar müxtəlif metallarla kompleks birləşmələr olan xelatları əmələ gətirir və orqanizmdən asanlıqla xaric olur.
Tərkibində pektinlər olan məhsullar yüksək radioaktivliyi olan ərazilərdə yaşayan insanlara daha çox tövsiyə olunur və orqanizmdən radionukleidlərin, ağır metalların duzlarının xaric olmasını təmin edir.
Pektinin yetişmiş limon meyvələrində miqdarı 20-40 %-ə, alma meyvələrində isə 10-20 %-ə çatır.
Pektin suda həll olaraq kolloid təbiətli, suvaşqanlı, zəif turş xassəli (pH 3-4) məhlullar əmələ gətirir, üzvi həlledicilərdə və spirtdə isə həll olmur.
Pektinin keyfiyyətinin əsas göstəricisi gelin əmələ gəlmə gücü və müddətidir. Pektin tez jeleləşən (20-70 saniyə ərzində) və tədricən yaranan kompozisiyalar (180-250 saniyə müddətində ) əmələ gətirə bilər.
Pektinin əsas istehsalçılırı ABŞ, İngiltərə, Fransa və Almaniyadır.

Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə