Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR



Yüklə 4,73 Mb.
səhifə12/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 5

P. lanceolataP. media bitkilərinin yarpaqlarınn dəmləməsinin, eks­traktının və şirəsinin antibakterial, iltihab əleyhinə, yarasağaldıcı, spazmolitik, ağrıkəsici, bəlğəmgətirci təsiri vardır. Bu bitkilərdən hazırlanmış dərman formaları həzm sistemi orqanlarının patologiyasında (qastritlər və mədə xorası xəstəliyi, enteritlər və enterokolitlər, qaraciyər xəstəlikləri), tənəffüs sistemi orqanlarının patologi­yasında (kəskin respirator xəstəliklər, bronxitlər, bronxial astma, ağ ciyər vərə­mi, plevrit), bəzi infeksion və parazitar xəstəliklərdə (göy öskürək, malyariya, qonoreya), böyrək və sidik yolları xəstəliklərində (nefrit, uretrit, sistit), ane­miyalarda, babasildə, onkoloji xəstəliklərdə, xaricə isə dəri patologiyalarında tətbiq edilir.
Həmçinin bağayarpağının yarpaqları qida əlavəsi olaraq salatlara, püre­lərə əlavə edilir. P. psyllium, P. ovataP. indica toxumlarının dəmləməsi ginekologiyada iltihabi xəstəliklərə qarşı istifadə edilir. Bişirməsi, dəmləməsi və tozu işlədici, bürüyücü və iltihab əleyhinə təsirə malikdir. P. psyllium toxumlarının bişirməsi qastritdə, dəmləməsi konyuktivitlərdə, təpitməsi uşaq əmizdirən qadınlarda döş gilələrinin çatlamalarında tətbiq edilir. P. ovataP. indica toxumları hind təbabətində ishal, qonoreya, babasil, böyrək və sidik kisəsi xəstəliklərində, Qərbi Avropa və ABŞ-da isə sedativ və yumşaldıcı vasitə kimi, xroniki qəbizlik zamanı işlədici kimi istifadə olunur.
P. ovata toxumları əsasında hazırlanmış «Mukofalk» preparatı pediatri­yada qəbizliyi aradan qaldıran vasitə kimi təyin olunur.
Bağayarpağının müxtəlif növləri bir çox ölkələrin farmakopeyalarına və dərman bitkilərinə aid olan monoqrafiyalara daxil edilmişdir. İri bağayarpaının yarpaqları ofisinal dərman bitkisi kimi keçmiş SSRİ-nin XI Döv­lət Farmakopeyasına daxil edilmişdir. Neştərşəkilli bağayarpağının yarpaqları Slovakiya Farmakopeyasına və Avropa Farmakopeyasına daxildir. İsveçrə və Fransada dərman bitkisi olaraq yetişdirilir.
Bağayarpağının toxumlarının bürüyücü və yumşaldıcı təsiri tərkibindəki seliyin və aukubinin sayəsində mümkün olduğu ehtimal edilir.
MDB ölkələrində Plantago cinsinə aid bitkilərdən iki dərman preparatı is­tehsal edilir. Bunlardan biri «Bağayarpağı şirəsi»dir (Succus Plantaginis). İri bağayarpağının təzə toplanmış yarpaqlarının və birə bağayarpağının yerüstü hissəsinin şirəsinin bərabər həcmdə qarışığından ibarətdir. Anasid qastritlərdə, xora xəstəliyində, xroniki kolitlərdə təyin edilir. Digər preparat isə «Plantaqlü­sid»dir. P. major-un yarpaqlarının sulu ekstraktından hazırlanmışdır. Tərkibi əsas etibarı ilə selik və iridoid qlikozidi olan aukubindən və uron turşuları ilə birləşmiş qeyri-üzvi duzlardan ibarətdir. Bozumtul rəngli, acıtəhər qranulalardır. Su­da kolloid məhlul əmələ gətirir. Eksperimental xorası olan siçovullarda preparat mədənin selikli qişasına qoruyucu təsir göstərir. Mədə fistulası qoyulmuş itlərdə «Plantaqlüsid» mədə şirəsinin ifrazını artırır, sərbəst və ümumi turşuluğu yük­səldir. «Plantaqlüsid» spazmolitik təsirə malikdir. Hipoasid qastritin, normal və aşağı turşuluqlu mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin (kəskinləşmə dövründə) müalicəsi və residivlərin profilaktikası üçün istifadə edilir.
P. psyllumP. indica toxumlarından işlədici təsiri olan «Agiolax», «Casyllium», «Cillium», «Effersyllium», «Fiberal», «Hydrocil», «Konsyl», «Metamucil», «Modan», «Mucilose» «Naturacil», «Perdiem», «Pro-lax», «Prompt», «Reguloid», «Serutan», «Siblin», «Syllact» və «Syllamalt» kimi dərman preparatları istehsal edilir.
P. major bitkisinin ekstraktının Drosophilia melanogaster hüceyrələrinə geno­toksik təsiri öyrənilmişdir. Bu bitkidən alınmış preparatların eksperimentdə sinir sisteminin şiş xəs­­təliyində müəyyən effekt göstərdiyi bəlli olmuşdur. Həmçinin bit­kinin ekstarktı əsasında hazırlanmış pasta parodontozda tətbiq olunur.
P. major bitkisinin polisaxarid məcmuyundan ayrılmış pektin maddələrinin insan komplementi ilə qarşılıqlı təsiri öyrənilmişdir. Alınmış nəticələr bitkinin yarpaqlarının yarasağaldıcı təsirini təsdiq edir. Bitkinin müxtəlif ekstraktları yüksək dozada istifadə edildik­də onun işlədici və hipotenziv təsiri güclənir, həmçinin immunoqlobulin E-nin antitelini əmələ gətirə bilər.




Gülxətmi





Bağayarpağı



Ögeyana dəvədabanı



Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə