Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR


TƏRKİBİNDƏ NİŞASTA OLAN DƏRMAN BİTKİLƏRİ



Yüklə 4,73 Mb.
səhifə4/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5

TƏRKİBİNDƏ NİŞASTA OLAN DƏRMAN BİTKİLƏRİ
Nişasta bitki üçün ehtiyat qida maddəsi hesab olunur və insan orqanizmi üçün vacib karbohidrogen mənbəyidir. Nişasta ilə daha çox kartof, taxılkimilər və paxlakimilər fəsiləsinin becərilən bitki növlərinin meyvələri və onlardan alınan məhsullar zəngindir. Müxtəlif bitkilərdə, bəzən isə bir cinsə aid ayrı-ayrı bitki növlərində onlar quruluş və xassələrinə görə fərqlənir. İstənilən nişastanın quruluşu qlükozadan (qlükopiranozadan) təşkil olunmuşdur və qlikozid rabitəsi hesabına 2 polisaxarid – amiloza və amilopektin formalaşır. Amiloza xətvari quruluşda olub, isti suda yaxşı həll olur və yüksək sıxlığa malik olmayan məhlul əmələ gətirir. Amilopektin budaqlanmış quruluşda olub, nişastanın təqribən 80 %-ni təşkil edir və su ilə özlü jele əmələ gətirir. Nişastanın molekul kütləsi 50000-dən bir neçə milyona qədər ola bilər və bitkilərdə dənələr şəklində toplanır. Onlar bağırsaqda pankreatik şirənin tərkibində olan amilazanın təsirindən qlükoza və disaxaridlərə qədər hidroliz olunur. Sonra isə bağırsaq vəzilərinin disaxarazası təsirindən parçalanır. Nişasta (əsasən düyü nişastası) müxtəlif səpgi vasitələrinin və kisellərin hazırlanmasında istifadə edilir. Kisellər yalnız qida əhəmiyyətinə malik olmayıb, həmçinin bürüyücü vasitə kimi, xüsusən pediatriya və heriatriya praktikasında mədə-bağırsaq traktının xəstəliklərində müalicəvi vasitə kimi istifadə edilir. Giləmeyvələrin (qaragilə, mərcangilə, qara qarağat və s.) tərkibində olan polifenol birləşmələri ilə birlikdə onlar selikli qişaları müdafiə edir və onları daha da möhkəmləndirir. Bəzi bitkilərdə ehtiyat karbohidrat kimi nişasta yox, kiçik ölçülü polisaxarid olan inulin sintez olunur. İnulinin molekul kütləsi 5000-6000-dir. Nişastadan fərqli olaraq 34-ə qədər fruktoza qalığından və 1 qlükozadan təşkil olunmuşdur. İnulin daha çox yeralması (topinambur), ənginar, andız, zəncirotu və s. bitkilərin müxtəlif orqanlarında toplanır.
Nişasta (Amylum)- (C6H10O5)n kimyəvi cəhətdən fərdi maddə deyildir. Homopolisaxaridlərə aid olub bitkilərin toxumlarında, köklərində və kök yumrularında toplanan ehtiyat qida maddəsidir. Nişasta xlorofilli bitkilərin xloroplastlarında sintez olunur. Sintez olunan ilkin nişasta assimillyasiya nişastası adlanır. Diastaza fermentinin təsirindən mono- və disaxaridlərə çevrilərək ehtiyat maddə kimi hər bir bitki növünə xas olan nişasta dənələrinə çevrilir. Onun tərkibinin 96,1-97,6 %-ni hidroliz olunduqda qlükoza əmələ gətirən polisaxaridlər təşkil edir. Mineral maddələrin miqdarı 0,2-dən 0,7 %-ə qədərdir və onlar, əsasən, fosfat turşusu ilə təmsil olunmuşlar. Nişastanın tərkibində həmçinin yüksəkmolekullu yağ turşuları -palmitin, stearin və digərləri tapılmışlar ki, onların da miqdarı 0,6 %-ə çatır. Nişastanın karbohidrat hissəsi 2 polisaxariddən - amiloza və amilopektindən təşkil olunmuşdur.
Amiloza nişasta dənələrinin daxili orta hissəsini doldurur. O, xətvari qlyukan olub, qlükozanın qalıqları 1-ci və 4-cü karbon atomları arasında yaranan α-qlikozid rabitələri vasitəsilə birləşmişdir.
Amilozanın molekulyar kütləsi 32.000-160.000-dir, suda yaxşı həll olur və çox da yüksək suvaşqanlığı olmayan məhlullar əmələ gətirir.

Amiloza

Amilopektin nişasta dənələrinin xarici qatlarında yerləşən budaqlı qlyukandan ibarət olub, burada qlükozanın qalıqları bir-birlərilə təkcə 1-ci və 4-cü karbon atomları arasında deyil, həm də 1-ci və 6-cı karbon atomları arasında qlikozid rabitələri vasitəsilə birləşmişlər. Amilopektin suda qızdırıldıqda həll olur və davamlı suvaşqanlı məhlullar əmələ gətirir. Onun molekulyar kütləsi yüz milyona çatır.



Amilopektin

Nişasta Lüqol məhlulunun (yodun kalium yodidin sulu məhlulundakı məhlulu) təsirilə göy rəngə boyanır. Boyanma zəif (aşağı) temperaturda zəifləyir, 100 °C temperaturda tamam itir, soyudulduqda isə yenidən əmələ gəlir. Göy rəngə boyanma, yodla nişasta arasında qarşılıqlı təsir nəticəsində kompleks və adsorbsion birləşmələrin əmələ gəlməsi ilə izah olunur (Saks reaksiyası).


Bitkilərdə nişasta müxtəlif formalı və ölçülü dənələr şəklində yerləşir. Nişasta də-nələrinin səciyyəvi forması və ölçülərindəki fərq xammalın və nişastanın təyinində istifadə edilir.
İsti suda nişasta şişir. Qızdırıldıqda nişasta kleysteri adlanan suvaşqanlı kolloid məhlul əmələ gətirir.
Tibb praktikasında kartof, buğda, qarğıdalı, düyü və s. nişastaları istifadə olunur. Cərrahiyyədə nişasta sabit sarğıların hazırlanmasında işlədilir.
Nişasta əczaçılıq sənayesində həblərin istehsalında formaverici və tamamlayıcı kimi, həmçinin səpkilərin, məlhəmlərin, sink-oksidi və talkla birlikdə isə pastaların (məcunların) hazırlanmasında geniş istifadə olunur. Nişasta daxilə bürüyücü vasitə kimi mədə-bağırsaq xəstəliklərində tətbiq edilir.

Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə