Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR



Yüklə 4,73 Mb.
səhifə3/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5

D-fruktoza



-D-mannoza -D-qalaktoza -D-qlükoza
Polisaxaridlərin fiziki-kimyəvi xassələri. Polisaxaridlər təmiz halda amorf, bəzən kristallik və yüksəkmolekullu birləşmələrdir. Onların tərkibində çoxlu miqdarda sərbəst hidroksil qrupu olduğundan polyardır, spirtdə və üzvi həlledicilərdə həll olmur. Polisaxaridlərin suda həll olması müxtəlifdir. Bəzi budaqlanmamış homoqlikanlar (sellüloza, xitin, ksilanlar, mannanlar) möhkəm molekullararası rabitəyə görə suda həll olmur; mürəkkəb və budaqlanmış polisaxaridlər (qlikogen, dekstranlar) isə həll olur və ya özlü məhsul əmələ gətirir (pektinlər, aqar, algin turşusu və s.). Qlikanlar məhlullarda bəzən strukturlu sistemlər əmələ gətirir və çöküntü formasında olur.
Bitki xammalından polisaxaridlərin alınması. Təbii xammaldan polisaxaridləri almaq üçün isti və ya soyuq su (selik maddələri, bakteriyaların yaratdığı bəzi polisaxaridlər, sulfidləşmiş qalaktanlar, fruktanlar və s.), turşu və ya qələvi məhlullarından istifadə olunur. Alınmış ekstraktları zülallardan, mineral duzlardan, suda həll olan boyaq maddələrindən təmizləmək üçün dializ, spirt və ya ammonium əsası (IV) ilə narın çökdürmə, ultrasüzmək, fermentoliz və s. tətbiq edilir. Polisaxaridləri zülallardan təmizləmək üçün denaturasiya üsulundan və ya bentonit, kalsium fosfat və s. seçici sorbsiya istifadə oluna bilər.
Sellülozanı onunla birlikdə olan digər qarışıqlardan (hemisellüloza, liqnin, mineral duzlar) təmizləmək üçün qızdırmaqla qələvi, sulfat və nitrat turşusunda həll edilir. Bu zaman yalnız təmiz halda sellüloza dəyişilmədən qalır.
Keyfiyyət reaksiyaları. Polisaxaridlərin müxtəlifliyi, eləcə də homoloji sıradan müxtəlif molekul kütləsinə malik qlikanlar əmələ gətirmə xüsusiyyəti imkan vermir ki, onların təyinində vahid reaksiyadan istifadə olunsun. Laboratoriya məşğələlərində istifadə olunan reaksiyalar 2 yerə bölünür:
a) bilavasitə polisaxaridlərə aid reaksiyalar;
b) polisaxaridlərin hidroliz məhsullarına – saf şəkildə alınan monosaxaridlərə və uron turşularına aid reaksiyalar.
Polisaxaridlərin kimyəvi quruluşu və bioloji əhəmiyyəti arasında qanunauyğunluq olmadığdan onların mükəmməl təsnifatını yaratmaq mümkün deyil. Eyni polisaxarid müxtəlif mənbələrdən alınsa da, çox vaxt onların təsnifatı üçün alınma mənbəyi əsas götürülür. Bu təsnifata görə polisaxaridləri üç qrupa bölmək olar: a) fitopolisaxaridlər; b) zoopolisaxaridlər; c) mikroorqanizmlərin polisaxaridləri. Polisaxaridlər yerinə yetirdikləri funksiyalarına görə ehtiyat və struktur maddələri; turşuluğuna əsasən neytral və turş; skeletinin xarakterinə görə düz xətli və budaqlanmış; yekcinslik dərəcəsinə görə homopolisaxaridlər və heteropolisaxaridlərə bölünür. Homopolisaxaridlər eyni monosaxaridlərdən, heteropolisaxaridlər isə müxtəlif monosaxaridlərdən təşkil olunmuşdur. Fitopolisaxaridlərin əsas mənbəyi ali bitkilər və yosunlardır. Bu polisaxaridlərə sellüloza, pektin maddələri, kitrələr, seliklər, inulin, aqar maddələri, nişasta və s. aiddir.
Monosaxaridlər, disaxaridlər və onların törəmələri
Monosaxaridlər, disaxaridlər və onların törəmələri nişasta kimi daha çox diyetik əhəmiyyətə malikdir. İnsanın qidalanmasında disaxaridlərdən saxaroza, maltoza, treqaloza və s. xüsusi əhəmiyyət daşıyır. Bağırsaqda onlar parçalanana qədər sorulmur. Onların parçalanması üçün selikli qişaların hüceyrələrində xüsusi fermentlər var (hər bir disaxarid üçün ayrıca olmaqla). Daha mürəkkəb oliqosaxaridlər üçün xüsusi fermentlər yoxdur, ona görə də orqanizm tərəfindən mənimsənilmir.
Yetişmiş meyvə və giləmeyvələrin monosaxaridlərindən fruktoza daha vacib nümayəndə hesab edilir və şəkərli diabet xəstələrinin qidalanmasında istifadə olunur. Heksozlardan qalaktoza, mannoza, qlükoza, ramnoza (dezoksimannoza) çox tez, digərləri (sorboza və s.) bağırsaqdan çox zəif və ya tam olmayaraq sorulur. Eyni zamanda pentozalardan arabinoza və ksiloza zəif rezorbsiya olunur. Bir çox bitkilərdə müxtəlif şəkərlərin törəmələrinə, xüsusən, çoxatomlu spirtlərə – sorbit, mannit, dulsit və s. rast gəlinir. Şəkərlər kimi onlar da şirin dadlıdır, antimikrob və göbələk əleyhinə təsirə malik olduğundan konservləşdirmədə istifadə edilir. Bitkilərin tərkibində olan karbohidratların “şirinlik” şkalası (saxarozanın şirinlik dərəcəsi 100 % kimi götürülmüşdür) belədir: fruktoza - 173 %; saxaroza - 100 %; qlükoza - 74 %; sorbit - 48 %; ksiloza - 40 %; maltoza - 32 %; qalaktoza - 32 %; ramnoza - 32 %.
Sorbit, ksiloza və ksilit orqanizm tərəfindən mənimsənilmir. Ona görə də şəkərli diabet xəstələrinin qidalanmasında istifadə olunur. Sorbitlə daha çox adi quşarmudu mevələri (7 %-ə qədər) zəngindir. Ona eləcə də bir çox meyvə və giləmeyvələrin tərkibində rast gəlinir.
Sorbit və ksilit həmçinin işlədici təsirə malikdir. Onlar suyu tutub saxlamaq qabiliyyətinə görə osmotik işlədici vasitələrə aid edilir. Çox vaxt bu məqsədlə qida sənayesi tərəfindən buraxılan sorbit istifadə olunur. Sorbit orqanizmə yalnız daxilə təyin edildikdə yox, eləcə də vena daxilinə yeridildikdə bağısağın peristaltikasını gücləndirir, qazların xaric olmasını asanlaşdırır. Bu xassəsinə görə bağırsağın əməliyyatdan sonrakı iflicində təyin edilir.
Müəyyən edilmişdir ki, sorbit həmçinin onikibarmaq bağırsaqda endogen hormonların sintezini gücləndirir. Bu hormonlar qaraciyər, öd kisəsi, mədəaltı vəzi və bağırsaq vəzilərinin hüceyrələrinin fəallığını tənzimləyir. Çox vaxt bağırsaq xovlarının işini fəallaşdırır və nəticədə peristaltikanı gücləndirir. Qaraciyərin funksiyasının pozğunluqlarında, öd yollarının diskineziyasında və qəbizlikdə sorbitin ödqovucu və işlədici effektindən geniş istifadə edilir. Hepatit, xolangit və ödün durğunluğu zamanı sorbitlə zəngin olan adi quşarmudu meyvələrindən istifadə edilir. Meyvələrin tərkibində olan flavonoidlər sorbitin ödqovucu effektini gücləndirir.
Polisaxaridlərin bioloji fəallığı nəzərə alınaraq, son illər onların yeni mənbələri təyin edilmişdir. Polisaxaridlər bir sıra dəyərli xassələrə malikdir ki, bu da onların təbabətdə, əczaçılıqda, kimya, qida sənayesində və digər sahələrdə praktiki istifadəsinə perspektiv açır. Polisaxaridlər öskürəyə qarşı effektivliyi, iltihab əleyhinə və virus əleyhinə təsiri, immunoloji fəallığı, an­tikoaqulyant və hipoqlikemik effekti ilə seçilir. Topinam­bur kökyumrularından alınmış inulin-pektin qarışığı şəkərli diabet xəstələrinə təyin edilir. Bəzi dərman formalarının hazırlanmasında polisaxaridlər əvə­z edilməyən maddələr hesab olunur. Bitki polisaxaridləri əsasında bir çox yeni dərman preparatları təklif edilmişdir. Öskürəkkəsici bir çox dərman vasitələri bitki mənşəli polisaxaridlər əsasında hazırlanmışdır.
Polisaxaridlər mikrob əleyhinə də təsir göstərir. Oliqosaxaridlərin Helicobacter pylori hüceyrələrini ingibə etməsi xassəsindən mədənin yara xəstə­liyinin müalicəsi və profilaktikasında maye və ya bərk dərman formalarının tərkibində isti­fadə edilir. Bitki mənşəli polisaxaridlər dərinin və selikli qişanın müxtəlif xəstəlikləri­nin müalicəsində istifadə olunur. Polisaxaridlər antioksidant təsirə malikdir.
Polisaxaridlərin bioloji fəallığı. Polisaxaridlər bəlğəmgətirici, işlədici, bürüyücü, hopdurucu, detoksikasion, iltihab əleyhinə, yara əleyhinə və s. farmakoloji təsirə malikdir. Dekstran məhlulları qanın plazmasını əvəz edən vasitə kimi istifadə olunur. Bir çox monosaxaridlər əczaçılıq istehsalatında köməkçi maddələr (nişasta və onun modifikasiyaları, kitrələr, pektin, sellüloza və onun törəmələri və s.), doldurucu, stabilizator, emulqator, təbəqə əmələgətirici, əsas əmələgətirici və s. kimi funksiyalar yerinə yetirir.

Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə