Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR


TƏRKİBİNDƏ SELLÜLOZA OLAN DƏRMAN BİTKİLƏRİ



Yüklə 4,73 Mb.
səhifə8/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
1   ...   4   5   6   7   8   9   10   11   12
Mühazirə 5

TƏRKİBİNDƏ SELLÜLOZA OLAN DƏRMAN BİTKİLƏRİ
Sellüloza bitkilərin əsas quruluş materialı hesab edilir. O, molekulları sapvari quruluşda birləşmiş çoxlu sayda dimer qlükozadan - sellübiozadan ibarətdir. Bütün saplar hidrogen rabitəsi vasitəsilə mitsellalar vasitəsi ilə birləşir və onların aralarındakı boşluqlar fenol mənşəli polimer maddə olan liqninlə dolu olur. Sellüloza ferment şirələri və bakteriyaların təsirindən həzm olunmur. O daha çox mayeni özünə hopdurma xüsusiyyətinə görə sarğı materialı kimi istifadə edilir. Bağırsaqda sellüloza zəif sorbsiyaedici təsirə malik olan kütlə əmələ gətirir ki, bu da mexaniki olaraq reseptorları qıcıqlandırır (həcminin hesabına) və bağırsağın motorikasını daha da gücləndirir. Orqanizmə sellüloza “bərk” tərəvəzlərin – çuğundur, şalğam, turp, yerkökü v. s. tərkibində daxil olur. Ona görə də xroniki qəbizliyi olan xəstələrin qida rasionunda belə tərəvəzlər üstünlük təşkil etməlidir.
Sellüloza, bitkilərin hüceyrə divarının əsas kütləsini təşkil edən polisaxariddir. Belə ehtimal olunur ki, müxtəlif bitkilərdə sellüloza molekulu 1400-dən 10000-ə qədər qlükoza qalıqlarından təşkil olunmuşdur. Qatı sulfat turşusu ilə qaynadıldıqda sellüloza hidroliz olunaraq qlükozanı əmələ gətirir.
Bir qədər yumşaq hidroliz aparıldıqda sellülozadan sellobioza oliqosaxaridi meydana gəlir.
Sellüloza təbiətdə ən çox yayılmış üzvi maddədir. Bitkilərin mühüm struktur polisaxarididir. Biosferdə olan bütün üzvi maddələrin ümumi miqdarının yarıdan çoxu sellülozanın payına düşür. Bitkilərin oduncaq hissəsinin ümumi kütləsinin 50-70 %-ni sellüloza təşkil edir. Pambıq lifində sellülozanın miqdarı daha çoxdur (90 %-ə qədər). Belə ehtimal olunur ki, müxtəlif bitkilərdə sellüloza molekulu -d-qlükoza (qlükopiranoza) qalıqlarından ibarıtdir. Qlükopiranoz qalıqlarının arasında -1,4- qlikozid rabitələri olur. Sellülozanın molekul zənciri şaxələnmiş olmur, onun molekul kütləsi 400000-dən 3-3,3 milyona qədərdir. Bu 2500-20000 qlükoza qalığına müvafiq gəlir. Sellüloza molekulunun 1 cüt -d-qlükoza qalığından ibarət olan fraqmentləri sellobioza adlanan bisaxaridin molekul strukturuna müvafiq gəlir. Bu polisaxariddən natamam hidroliz zamanı sellobioza, tam hidroliz zamanı -d-qlükoza əmələ gələ bilər. Sellülozanın formulunda “n”-in miqdarına və ya sellüloza molekulunun böyüklüyünə gəldikdə, bəzi alimlirin fikrinə görə, sellüloza molekulları nişastaya nisbətən daha çox qlükoza qalıqlarından təşkil olunmuşdur və sellüloza daha böyük molekul çəkisinə malikdir.

Sellüloza
Sellüloza molekullarından ibarət olan pambıq, kətan və başqa liflərin rentgenaqrafik tədqiqatı göstərmişdir ki, sellüloza molekul zəncirləri əlavə valentliklər hesabına bir-birilə birləşir və mitsel dəstələri əmələ gətirir. Bu mitsel dəstələri bir-birilə paralel olaraq düzülür, bəzi yerdə bunlar hörülərək torlar əmələ gətirir. Nəticədə liflərdə kristal və amorf sahələri əmələ gəlir. Kimyəvi cəhətdən sellüloza çoxatomlu spirtdir. Sellülozanın molekuluna nəzər yetirəndə hər qlükoza qalığında üç sərbəst hidroksil qrupu qalır. Buna görə də qısa olaraq sellülozanı (C6H7O2(OH)3)n formulu ilə ifadə etmək olar. Sellülozanın düzxətli molekul zəncirlərində anomer karbon atomuna birləşmiş vəziyyətdə olan oksigen atomları hidrogen rabitəsi əmələ gətirməyə meyilli olur. Bunun sayəsində sellülozanın polimer zəncirinin daxilində, həm də onunla qarşılıqlı yerləşən zəncirlər arasında yaranan hidrogen rabitələri sellülozaya xarakterik möhkəmlik verir. Praktik surətə sellüloza aldehid reaksiyalarını vermir və felinq mayesini aşkar reduksiya etmir. Sellüloza suda həll olmur, həzm fermentlərinin təsirindən parçalanmır və insan orqanizmi bu polisaxaridi mənimsəyə bilmir. Lakin qida maddələrinin tərkibində müəyyən qədər sellülozanın olması vacibdir, çünki qidada sellüloza olmadıqda nəcis kütləsinin formalaşması prosesi pozulur. Sellüloza almaq üçün ağac qırıntılarını təzyiq altında natrium qələvisi ilə qaynadırlar. Bu zaman ksilan parçalanır, liqnin qələvidə həll olur, sellüloza isə dəyişməyərək qalır. Sellülozanı yuyub ağardır və sıxıb vərəq halına salırlar. Süzgəc kağızı almaq üçün sənayedə bu üsuldan istifadə edilir. Qələvili sellülozanı xlor-sirkə turşusunun natrium duzu ilə emal etdikdə sellülozanın qlükoza hidroksillərindən birində hidrogen CH2-COOH qrupu ilə əvəz olunur və karboksi-metilsellüloza əmələ gəlir. Karboksimetilsellüloza neft sənayesində qazma mühərriklərinin davamlığını artırmaq üçün, detergentlər və sabunların hazırlanmasında əlavə maddə kimi, habelə kosmetik preparatların hazırlanmasında və başqa sahələrdə çox işlənir. Sellüloza praktik cəhətdən çox böyük əhəmiyyətə malikdir. Odun şəklində yanacaq kimi, ağac və taxta şəklində inşaat işlərində və toxuculuq sənayesində pambıq, kəndir, kətan lifləri halında işlənir. Bunlardan başqa, partlayıcı maddələr, laklar, süni liflər, plastik kütlələr və d. əhəmiyyətli materiallar hazırlamaq üçün sərf olunur.

Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə