Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR


TƏRKİBİNDƏ İNULİN OLAN DƏRMAN BİTKİLƏRİ



Yüklə 4,73 Mb.
səhifə5/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5

TƏRKİBİNDƏ İNULİN OLAN DƏRMAN BİTKİLƏRİ
İnulin - (polifruktozanlar) monomerləri fruktoza qalıqlarından ibarət olan homopolisaxariddir. Bəzi bitkilərin, xüsusən mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərin ehtiyat qida maddəsi olub, onlarda nişastanı əvəz edir. Polifruktozanların nömayəndələrindən inulinin xassələri daha ətraflı öyrənilmişdir. İnulin molekulunda 34-ə qədər fruktoza qalıqları 1-ci və 2-ci karbon atomları arasındakı qlikozid rabitələri ilə birləşmişdir. Makromolekul α-D- qlükopiranoza qalığı ilə yekunlaşır.

İnulin (fraqment)
İnulin suda yaxşı həll olur, sulu məhlullardan spirtlə çökür, polyarizə müstəvisini sola fırladır. Felinq reaktivini reduksiya etmir,Turşularla hidroliz edildikdə inulindən fruktofuranoza və az miqdarda qlükopiranoza əmələ gəlir.
Bitki xammalında inulini Moliş reaktivi ilə aşkar edirlər. İnulinin daha çox yığıldığı mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsindən olan bitkilərin köklərinin səthinə α-naftol və qatı sulfat turşusunu damızdırdıqda bənövşəyi rəng əmələ gəlir.
İnulin mürəkkəbçiçəklilər və zəngçiçəyikimilər (Campanulaceae) fəsiləsinin bitkilərinin köklərində daha çox toplanır və nişastanı əvəz edir.
Tərkibində inulin olan bitkilər fruktozanın alınmasında xammal kimi istifadə olunur.
TƏRKİBİNDƏ KİTRƏLƏR OLAN DƏRMAN BİTKİLƏRİ
Kitrələr (Gummi) və ya yapışqanlar özək şüaları hüceyrələrinin möhtəviyyatının və qlaflarının dəyişikliyə uğraması və yenidən qurulması nəticəsində əmələ gəlir.
Belə ehtimal olunur ki, kitrələr bir neçə ətraf mühit amillərinin, məsələn mexaniki zədələnmələrin, həşəratların və mikoz (göbələklərin) xəstəliklərinin təsiri nəticəsində əmələ gəlir.
Kitrələr (yapışqanlar) heteropolisaxaridlərin qarışığından ibarət olub, tərkiblərində hökmən karboksil qrupları vasitəsilə Ca2+, K+ və Mg2+ ionları ilə birləşmiş uron turşularını saxlayır.



β-D-qalakturon turşusu β-D-qlükuron turşusu

Suda həll olmalarına görə kitrələr 3 qrupa təsnif olunur: 1) suda yaxşı həll olan arabinlər (ərik və ərəbistan kitrələri); 2) suda çətin həll olan və həddən artıq şişən bassorinlər (gəvən kitrəsi); 3) suda pis həll olan və az şişən serazinlər (gilas kitrəsi).



Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə