Bitkinin ilkin və ikincili metabilitləri. Bioloji fəal maddələr İlk və İKİNCİLİ metaboliTLƏR


TƏRKİBİNDƏ SELİK MADDƏLƏRİ OLAN DƏRMAN BİTKİLƏRİ



Yüklə 4,73 Mb.
səhifə6/12
tarix04.05.2023
ölçüsü4,73 Mb.
#108228
1   2   3   4   5   6   7   8   9   ...   12
Mühazirə 5

TƏRKİBİNDƏ SELİK MADDƏLƏRİ OLAN DƏRMAN BİTKİLƏRİ
Selik maddələri polisaxaridlərin bir qrupu olub, müxtəlif heksoz, pentoz, oliqosaxaridlər, uron turşuları və həmçinin daha mürəkkəb tərkibli polisaxaridlərdən, eləcə də onların törəmələrindən təşkil olunmuşdur. Selik maddələri hidrofil olur. Bitkilərin toxum və kök yumrularının inkişaf etməsi və quraqlığa davamlı olması üçün tərkibində ehtiyat su toplayır. Selik maddələri suda qatı selikli kütlə əmələ gətirir. Selik maddələri daha çox (8-12 % və daha çox) zəyərək və heyva toxumlarında, səhləb kökyumrusunda, gülxətminin kökündə, iri bağayarpağının yarpağında, birə bağayarpağının yarpaq və toxumlarında, dəvədabanı yarpaqlarında və s. olur. Bu bitkilərin xammalından hazırlanmış dəmləmə və bişirmələr selikli qişalara yumşaldıcı və bürüyücü təsir göstərir, onları müxtəlif fiziki və kimyəvi faktorların qıcıqlandırıcı və zədələyici təsirlərindən müdafiə edir, nəticədə iltihabi prosesin və ağrı sindromunun intensivliyini azaldır. İltihab ocağına və ya zədələnmiş toxumaya birbaşa təsir etdikdə bu effekt əldə edilir. Tərkibində selikli maddələr olan dərman bitkilərinin dəmləmə və bişirmələri mədə və bağırsağın kəskin və xroniki qastritində, yara xəstəliklərində, enteritdə, kolitdə və burun-udlaq xəstəliklərində təyin edilir. Bu maddələr buxarla uçucu hala keçmədiyindən onların inhalyasiya şəklində istifadəsi özünü doğrultmur. Həmçinin onların mədə-bağırsaq traktından sorulması və bronxial vəzilərdən sekresiyası haqqında etibarlı məlumatlar yoxdur, hərçənd oliqosaxaridlərin belə təsirləri ehtimal edilir. Selik maddələrinin kəskin traxeit, bronxit və pnevmoniya zamanı daxilə istifadəsi zamanı müsbət nəticələrin olması haqqında empirik məlumatlar var.
Selik maddələri hetero- və homopolisaxaridlərin qarışığından ibarətdir. Onlar bit-kilərdə qabıq və oduncaq parenximinin hüceyrələrinin yeni dəyişikliklərə uğraması nəti-cəsində əmələ gəlir. Selik maddələri yapışqanlardan (kitrələrdən) fərqli olaraq eksudativ məhsullar deyildir və onlar bitkilərdəki təbii proseslər sayəsində xarici təsirlər olmadan əmələ gəlir.
Selik maddələri qələvi məhlulunun təsirilə sarı rəngə boyanır, yod məhlulunun təsiri ilə isə göy rəngə boyanmır. Kitrələrdən fərqli olaraq onlar neytral ola bilirlər, yəni tərkiblərində uron turşuları saxlamır, həm də onların molekulyar kütləsi nisbətən kiçik olur və onlar suda yaxşı həll olur.
Bitki orqanizmində lokalizə olunduqları yerinə görə interselülər selikli (zəyərəyin və bağayarpağının toxumları) və hüceyrədaxili selikli xammal (gülxətminin kökü və otu, cökə və şirquyruğunun çiçəyi, ögeyananın yarpaqları) qrupları ayırd olunur.
Kimyəvi cəhətdən selik maddələri kitrələrdən çox da fərqlənmir. Lakin selik maddələrinin tərkibində pentozanlar heksozanlardan miqdarca üstünlük təşkil etməsinə görə fərqlənir.

Yüklə 4,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə