İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
50
Bu sənəd Əlilliyin Diskriminasiyası Aktları, İrqi Münasibətlər Aktı və Cinsi Diskriminasiya
Aktı kimi əvvəlki anti-diskriminasiya qanunlarını vahid bir aktla əvəz edərək, qanunun başa
düşülməsini daha da asanlaşdırdı və bəzi situasiyalarda müdafiəni gücləndirdi. Bərabərlik
Aktı bir kəslə qanunsuz rəftarın müxtəlif yollarını göstərir.
İnsan diskriminasiyadan nə zaman müdafiə olunur?
2010-cu il Bərabərlik Aktı «müdafiə olunan xüsusiyyətləri» olan insanları aşağıdakılar
tərəfindən diskriminasiyadan müdafiə edir:
•
işəgötürənlər
•
banklar, mağazalar və kommunal müəssisələr kimi əmtəə və ya xidmətlər təmin edən
biznes və təşkilatlar
•
xəstəxana və qayğı evləri kimi səhiyyə və qayğı xidməti təminatçıları
•
yaşayış binaları assosiasiyaları və daşınmaz əmlak agentləri kimi mülkiyyəti kirayə
götürdüyünüz və ya aldığınız kəslər
•
məktəblər, kolleclər və digər təhsil təminatçıları
•
avtobus, qatar və taksi kimi nəqliyyat xidmətləri
•
hökumət şöbələri və yerli qurumlar kimi dövlət qurumları
Müdafiə olunan xüsusiyyətlər hansılardır?
Bərabərlik Aktında 9 müdafiə olunan xüsusiyyət var. Bu xüsusiyyətlərin biri və ya bir neçəsi
səbəbindən baş verən diskriminasiya Akta əsasən qanunsuzdur. Bu xüsusiyyətlərin bəziləri bizim
hamımızda var (məsələn, cins, yaş). Beləliklə, Akt ədalətsiz diskriminasiyadan hər kəsi müdafiə edir.
Əgər bir kəslə müdafiə olunan xüsusiyyətlərə malik olduğu düşünüldüyü üçün ədalətsiz
rəftar edilirsə, bu da qanunsuz diskriminasiya hesab olunur. Məsələn, əgər kimsə bir şəxsin
İİV xəstəsi olduğunu düşünür və onu diskriminasiya edirsə, həmin şəxs İİV xəstəsi olub-
olmamasından asılı olmayaraq qorunacaq.
2010-cu il Bərabərlik Aktı üzrə müdafiə olunan xüsusiyyətlər aşağıdakılardır:
•
yaş
•
əlillik
•
genderin yenidən müəyyən olunması
•
nigah və ya vətəndaş partnyorluğu (yalnız işdə)
•
hamiləlik və analıq
•
irq
•
din və ya etiqad
•
cins
•
cinsi oriyentasiya
Əlaqəyə (assosiasiyaya) görə diskriminasiya
Əgər sizin ailə üzvlərinizin və ya dostlarınızın müdafiə olunan xüsusiyyətləri varsa və
buna görə sizinlə ədalətsiz rəftar olunursa, Akt sizi müdafiə edəcək. Bu, əlaqəyə görə
diskriminasiya adlanır (məsələn, kimsə oğlunun mavi olduğuna görə diskriminasiya edilir).
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
51
Dövlət sektorunun bərabərlik vəzifəsi
Dövlət sektorunun bərabərlik vəzifəsi Böyük Britaniyada 5 aprel 2011-ci ildə qüvvəyə mindi.
Bu, o deməkdir ki, dövlət qurumu öz gündəlik işini həyata keçirərkən - siyasət formalaşdırarkən,
xidmət göstərərkən və ya öz işçilərinə münasibətdə bütün fərdləri nəzərə almalıdır.
Sənəd həmçinin dövlət qurumlarından aşağıdakıları tələb edir:
•
diskriminasiyanı aradan qaldırmaq ehtiyacına lazımi diqqət vermək
•
imkan bərabərliyi siyasətini yürütmək
•
öz fəaliyyətini həyata keçirərkən insanlar arasında yaxşı münasibətlərə rəvac vermək
Xüsusi vəzifələr
2010-cu il Bərabərlik Aktı (Xüsusi vəzifələr) Qaydaları 10 sentyabr 2011-ci ildə qüvvəyə minib.
Xüsusi vəzifələr (borclar) dövlət qurumlarından xüsusi vəzifəyə əməl etdiklərini göstərən
müvafiq, proporsional məlumatı nəşr etməyi və bərabərlik məqsədlərini qarşıya qoymağı
tələb edir.
Bərabərlik borcu dövlət qurumları və ictimai funksiyalar həyata keçirən digər qurumlar
üzərinə qoyulan vəzifədir. Bu, o deməkdir ki, dövlət qurumu öz gündəlik işini həyata
keçirərkən - siyasəti formalaşdırarkən, xidmət göstərərkən və ya öz işçilərinə münasibətdə
bütün fərdləri nəzərə almalıdır.
Bərabərlik borcu yaxşı qərar qəbulunu dəstəkləyir, dövlət (ictimai) qurumlarını müxtəlif
insanlara onun fəaliyyətinin necə təsir etdiyini başa düşməyə səsləyir, belə ki, xidmətlər hamı
üçün münasib və əlçatımlı olmalı, müxtəlif insanların ehtiyacını ödəməlidir. Öz fəaliyyətinin
müxtəlif insanlara təsirini və inklüziv ictimai xidmətlərin insanları necə dəstəklədiyini, onlara
hansı imkanlar açdığını başa düşməklə dövlət qurumları səmərəli siyasətin və xidmətlərin
çatdırılmasında yaxşı bir mövqedə dayanmış olur. Buna görə də bərabərlik borcu dövlət
qurumlarına hökumətin ictimai xidmətlər üzrə ümumi məqsədlərinin yerinə yetirilməsində
kömək olur.
Bərabərlik borcunun 3 məqsədi var. O, dövlət qurumlarından aşağıdakı ehtiyaclara
lazımi
diqqət yetirməyi tələb edir:
• Aktın qadağan etdiyi yolverilməz diskriminasiyanı, sıxışdırma, qurbana çevirmə və hər
hansı digər belə rəftarı
aradan qaldırmaq;
• Müdafiə olunan və olunmayan xüsusiyyətlərə malik insanlar arasında imkan bərabərliyi
xəttini yürütmək;
• Müdafiə olunan və olunmayan xüsusiyyətlərə malik inanlar arasında yaxşı
münasibətlər yaratmaq.
Lazımi diqqət yetirilməsi Bərabərlik Borcunun üç məqsədi haqqında şüurlu şəkildə qərar
qəbulu prosesinin tərkib hissəsi kimi düşünmək deməkdir. Bu, o deməkdir ki, bərabərlik
məsələlərinin nəzərdən keçirilməsi dövlət qurumlarının gəldiyi qərarlara təsir etməlidir
(məsələn, onlar işəğötürənlər kimi necə hərəkət edirlər; siyasəti necə işləyib hazırlayır,