BiZİM ÜÇÜn biZSİz heç NƏ



Yüklə 0,95 Mb.
səhifə27/49
tarix25.06.2018
ölçüsü0,95 Mb.
#51347
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

69

Faydalı vasitə və mexanizmlər:



Məlumat

•  Siyasi irəliləyiş barədə məlumata açıq və sərbəst əlçatımlılıq.

•  Layihənin icrası barədə statistika və örnəkləri toplamaq üçün dəlil yığmaq.

•  Konfranslar və hesabat vermə vasitəsilə siyasətin və onun təsirinin qiymətləndirilməsi.

•  Həlledici dərsləri aşkarlamaq üçün müstəqil araşdırma.

Məsləhətləşmə

•  İrəliləyişi izləmək üçün cavab reaksiyası mexanizmləri, rəy sorğuları, veb sorğular və ya 

anketlər.

Dialoq

•  Siyasi təşəbbüsün monitorinq və qiymətləndirilməsinə cavabdeh olan vətəndaş 

cəmiyyəti təşkilatlarından ibarət işçi qrup və ya komitə.

Tərəfdaşlıq

•  Siyasi təşəbbüsü yoxlamaq və qiymətləndirmək üçün strateji tərəfdaşlıqla bir yerə 

toplanmış vətəndaş cəmiyyəti təşkilatları və hökumət qurumlarından ibarət işçi qrup və 

ya komitə.



İnklüziv qərar qəbulunun mərhələləri hansılardır?

1.  Mümkün qədər geniş diapozonlu münasib məlumatı qabaqcadan al. Bütün aidiyyəti 

olanları (siyasət və ya xidmətdən istifadə edənləri, yaxud da faydalananları; qərarı 

həyata keçirəcək heyəti; bundan ötrü pul ödəyənləri) ilkin mərhələdə və proses boyu 

cəlb edin.

2.  Məsələ üzərində cəmlənmiş geniş diapozonlu müzakirə aparın.

3.  Razılıq əldə etməyə çalışın.

4.  Təsir hədəflərinin və irəliləyişin qiymətləndirilməsi, monitorinqi üçün meyarları müəyyən 

edin.

5.  Qərarı aydın şəkildə elan edin.



6.  Yeni əhəmiyyətli məlumat olmayana qədər qərarı yenidən nəzərdən keçirməyin.

7.  Müntəzəm monitorinq aparın və nəzərdən keçirin.



Ətraflı düşünün, sonra qərar verin

 

   Məlumat                            Müzakirə       

                   Qərar                        Baxış

   Tədqiqat      

              Əks olunma

   İdeyalar 

 

 

    Sınaq seçimləri



Səmərəli görüşlər - “geniş, dar, geniş”

Bəzi ekspertlər inanırlar ki, görüşlərə “geniş-dar-geniş” yanaşması səmərəlilik və məlumatın 

genişliyi arasında yaxşı balans yaradır.  



İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu

© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin 

əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi

70

Layihənin başlanğıcında böyük iclaslar problemlərin beyin həmləsi tapşırığı və həllə potensial 



yanaşmalara görə yaxşı nəticə verə bilər. Bu mərhələdə çox adamın olması yaxşıdır, çünki 

insanlar çox zaman bir-birinin fikirlərindən faydalanırlar. 

Elə ki beyin həmləsi edildi, spesifik yanaşmaları seçmək və detalları konkretləşdirmək üçün 

kiçik qruplarla işləmək daha yaxşı olar. Böyük komitələr bütün aidiyyəti olanlar üçün düzgün 

həlli tapmaq məqsədilə mübarizə apara bilərlər. 

Bir  və  ya  daha  çox  mümkün  həll  variantı  işlənib  hazırlandıqdan  sonra  təklifləri  nəzərdən 

keçirmək, güclü və zəif cəhətləri müəyyən etmək üçün geniş məlumatların vaxtı çatır. 

Düzəlişlər  tələb  olunarsa,  bunu  müzakirə  etmək  üçün  kiçik  qruplara  qayıtmaq  hələ 

mümkündür: qoy böyük qrup problemləri və yəqin ki, bəzi mümkün yanaşmaları müəyyən 

etsin, kiçik qruplar isə detalları işləsinlər. 



Qərar qəbulu üçün geniş diapozonlu məlumatı necə almalı

Geniş diapozonlu məlumat almağın və aidiyyəti olanları cəlb etməyin başlıca məqsədi qərarın 

keyfiyyətini artırmaqdır: çox adamın yaxşı ideyalarını birləşdirmək (istər texniki bacarıq və 

biliyinə,  istərsə  də  təcrübəsinə  və  mahiyyəti  bilməsinə  görə)  az  adamın  yaxşı  ideyalarını 

birləşdirməkdən daha yaxşı nəticə verəcək.  

Məlumat istəmək ideyanın dəstəklənməsini də artırır: hətta yekun qərar onların fikirlərinə 

tam uyğun gəlməsə belə, qərara cəlb edilən insanlar özlərini yaxşı hiss edirlər.    

Prosesdə məlumatı erkən, hələ onun təsir müddəti bitməmiş toplayın. Nə qədər gözləsəniz, 

verilən məlumat o qədər az faydalı olacaq. Məlumatın hər bir dövriyyəsindən sonra dəyişiklik 

etməyi planlaşdırmalısınız, beləliklə, ideyalarınız barədə məlumatı onları hələ tam formalaşmış 

hesab  etməzdən  qabaq  toplayın.  Fikirlər,  cavab  reaksiyası  bildirildikdən  sonra  dəyişiklik 

etməyə hazır deyilsinizsə, onda siz məlumat istəməmisiniz, razılaşma istəmisiniz. Məlumatı 

istəmək və sonra ona məhəl qoymamaq nə qərarın keyfiyyətini, nə də onun dəstəklənməsini 

artırır: bu, sadəcə hər kəs üçün vaxt itkisidir. 

Məlumatı  toplayarkən  ən  özünəinamlı  insanları  erkən  cəlb  etdiyinizə  əmin  olun.  Təbii 

tendensiya  əksini  etmək  və  ziddiyyətli  məlumatı  mümkün  qədər  ləngitməkdən  ibarətdir. 

Ancaq güclü fikirləri erkən toplamağın bir neçə üstünlüyü var:  

•  Birincisi, mümkün həllərin spektrını müəyyənləşdirməyə kömək edir, sizin müqayisə 

üçün yaxşı seçiminiz olur. 

•  İkincisi, daha ziddiyyətli yanaşmanın doğru olduğu meydana çıxa bilər. Əgər belədirsə, 

qeyri-ziddiyyətli yanaşmadansa oyunu dəyişdirən inqilabi yanaşmanın üzərində durma 

ehtimalı daha çoxdur. 

•  Üçüncüsü, ziddiyyətli təklifin yanlışlığına əmin olsanız belə, onu vicdanla nəzərdən 

keçirmək yaxşıdır ki, hər kəs özünü prosesin bir parçası kimi hiss etsin, üstəlik də, sizin 

əks-arqument hazırlamaq üçün kifayət qədər məlumatınız olsun.  

Geniş məlumatların bir riski də qərar verməmək üçün ondan bəhanə kimi istifadə edilməsidir: 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə