Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   12   13   14   15   16   17   18   19   ...   99

32 
 
İki  gün  sonra  “Pinta”  gəmisi  “Ninya”ya  qoşuldu.  Kolumb  Pintsonun 
izahatını  rədd etdi  və onu  qəsrin  qapısından  asmaqla hədələdi. Pintson buna belə 
cavab  verdi:  “Mən  ona  layiqəm,  çünki  səni  indi  qərar  tutduğun  şərəfə 
qaldırmışam”.  Pintson  onun  adamları  arxada,  adada  qoymasını  da  qəti  şəkildə 
bəyənmədi. Nəhayət, 16 yanvar 1493-cü ildə onlar Avropaya üzdülər. Yolda tufan 
baş verdi. Öz kəşfinin naməlum qalacağını düşünən Kolumb əhvalatı yazıb kağızı 
dənizə  tulladığı  zənbilə  qoydu.  Dörd  gün  ərzində  o,  yatmadı.  Pis  qasırğalar 
gəmilərə hücum edirdi. Martın 4-də gəmilər Taq çayına girdi. Portuqaliya kralı onu 
böyük şərəflə qəbul etdi. 
Pintson isə tezliklə Palosa gəlib çıxdı. O, krala və kraliçaya Kolumb barədə 
loyallığı əks etdirən məktub yazdı. Lakin ağır səfərdə taqətdən düşdüyündən o, 20 
martda  öldü.  Kolumb  da  krala  və  kraliçaya  məktub  yazdı.  Onlar,  nəhayət,  onu 
saraya  gəlməyə  dəvət  etdilər.  Portuqaliya  kralının  belə  bir  tədbiri  görəcəyindən 
qorxub,  ikinci  ekspedisiyanı  nə  qədər  mümkünsə  tez  göndərmək  istədilər.  Roma 
Papasından  kəşf  edilmiş  İndiyaları  onlara  verən  iki  bulla  qopara  bildilər.  Papa 
Qərbin  hələ  kəşf  edilməmiş  torpaqlarını  da  İberiyanın  iki  hakimiyyəti  arasında 
böldü.  Atlantik  okeandan  qərbdə  olan  ərazilər  İspaniyaya,  şərqdə  olanlar  isə 
Portuqaliyaya çatacaqdı. 
Aprelin  sonunda  kral  və  kraliça  onu  təntənəli  şəkildə  qəbul  etdilər. 
Monarxlar  onu  salamlamaq  üçün  ayağa  qalxdılar  və  ona  stul  təklif  etdilər.  Bu, 
imtiyazlar və şərəf axınının yalnız başlanğıcı idi. 
Onun narahatlığı “İndiya” işlərinə yepiskop Xuan de Fonsekanın başçı təyin 
edilməsi ilə başlandı. Saray məktubları Kolumbu və yeni rəisi tələsməyə çağırırdı. 
İkinci  səfərdə  17  gəmi,  1000-dən  1500-ə  qədər  adam  iştirak  edəcəkdi.  Maddi 
maneələr  kifayət  dərəcədə  qorxulu  idi,  lakin  əsas  narahatlıq  bu  iki  adamın 
arasındakı,  həm  də  onların  iki  qulluqçusunun  arasındakı  fərqlər  idi.  Kolumb 
bütövlükdə ona nəzarət edilməsinə qarşı çox səbirsiz idi.  
Kral  və  kraliça  əlavə  olaraq  İndiyaların  xristianlaşması  və  əhalinin  maddi 
rifahına nail olunması vəzifələrini qoymuşdular. 25 sentyabr 1493-cü ildə donanma 
Kadisdən  yola  düşdü.  3  noyabrda  sahili  gördülər.  Lövbər  saldıqdan  sonrakı  gün 
onlar Qvadelupa adalarını kəşf etdilər. Lakin Kolumb qitəni axtarırdı. O, həmçinin 
Espanyolada  qoyub  getdiyi  adamlar  barədə  həyəcan  keçirirdi.  Nəhayət,  ora  gəlib 
çatanda yerli başçılar tərəfindən ispanların məhv edildiyini öyrəndilər. O, göstəriş 
verdi ki, qırılmış adamların basdırdıqları qızılları axtarsınlar. Sonra o, adada daha 
yaxşı baza yaratmaq üçün üzdü, bir aya qədər hərəkət etdi və axırda bir tərəfi seçib 
orada  Yeni  Dünyadakı  ilk  Avropa  şəhəri  olan  İzabellanı  saldı  (bu  ad  sonra 
Dominikan respublikasının şimal sahilindəki yaşayış məntəqəsinə verildi). 
La Navidaddakı xəstəlik barədəki xəbərlər sarayda ona olan etimadı azaltdı. 
Kəşf belə bəlaya və ağır haqq ödənilməsinə layiq idimi? 29 martda İzabellaya geri 
dönəndə ərzağın istidən xarab olduğunu, adamların ac və hirsli olduğunu gördü. O, 
çalışdı ki, onları dəyirman tikməyə məcbur etsin, onda gətirdiyi buğda üyüdülməli 
idi. Bundan imtina edənləri o, cəzalandırdı. Kolumb bir neçə adamı dar ağacından 
asmışdı. 


33 
 
Plutarx yazır ki, onu vicdansız adlandırmaqla söyən arqoslulara Sparta çarı 
Kleomon  demişdi:  “Siz  məni  söyə  bilərsiniz,  sizin  cəzanızı  vermək  isə  mənim 
səlahiyyətimdədir”.  Kolumb  heç  də  Kleomondan  geri  qalmırdı,  daha  sərt  cəza 
növlərini seçirdi. 
Baxmayaraq ki, vəziyyət İzabellada və Santo Tomasda heç də yaxşı deyildi, 
Kolumb  üç  karavella  ilə  İspaniyaya  yola  düşdü,  yenidən  İzabellanı  qardaşının 
himayəsi altında qoydu. Kolumb Kubanı tədqiq etmək istəyirdi, lakin xristianlığa 
keçirilmiş hinduların təkidi ilə cənub tərəfə üzüb 5 mayda Yamaykanı kəşf etdi və 
onu  Santyaqo  adlandırdı.  Bir  neçə  günə  Kubaya  qayıtdı  ki,  onun  materik  olub 
olmadığını  öyrənsin.  Onun  qərarı  tezliklə  sona  çatdı,  o,  qərara  gəldi  ki,  Kuba 
qitədir.  Hər  bir  adama  and  içdirdi  ki,  onlar  bu  fikirdən  üz  döndərsələr  dillərini 
qoparıb  çıxaracaqdır.  Yamaykanın  cənub  sahilləri  boyu  üzməyə  başladı.  O, 
xəstələndi və bir neçə gün ölüm təhlükəsi altında idi. Kralın və kraliçanın buraya 
gələn nümayəndəsi Espanyolada yerli əhalinin qiyam ərəfəsində olduğunu gördü, 
çünki Kolumb onlara qızıl vergi qoymuşdu. Nümayəndə ilə Kolumbun münaqişəsi 
beş  ay  çəkdi  və  vitse-kralın  məğrurluğu  xeyli  dərəcədə  alçaldı.  Kolumb  adalar 
arasında bir neçə həftə qaldıqdan sonra Avropaya üzüb Kadisdə lövbər saldı. 
Kolumbun düşmənləri krala və kraliçaya bəzi şeyləri çatdırdılar. Lakin iyul 
ayında o,  saraydan salam  məktubu  aldı.  O, düşmənlərinə qalib gəldi, onun bütün 
imtiyazları  təsdiq  edildi,  maddi  vəziyyəti  xeyli  yaxşılaşdı.  Espanyola  royal 
malikanəsinin  ona  verilməsi,  həmçinin  hersoq  və  ya  markiz  titulu  verilməsi 
barədəki  təkliflərdən  imtina  etdi.  Çünki  hiss  edirdi  ki,  malikanə  nə  qədər  böyük 
olsa da (172 mil x 86 mil), Yeni Dünyadan çox kiçikdir. 
Maliyyə  çətinlikləri  üçüncü  ekspedisiyaya  yollanmağı  ləngidirdi.  30  may 
1498-ci ildə bu səfərə yola çıxıldı. Altı gəmi 200 adamı daşıyırdı, bura dənizçilərin 
özü  daxil  deyildi.  O,  axtardığı  qitəyə  paralel  istiqamətdə  üzürdü,  lakin  istiqaməti 
dəyişib  şimala  döndü,  Dominikaya  tərəf  üzdü.  O,  bu  yeni  torpağı  Trinidad 
adlandırdı.  O,  ada  ətrafında  üzüb  qitəyə  ayaq  basdı.  Lakin  onu  ada  hesab  edərək 
tez oranı tərk etdi, axı o, Kubanı “qitə” hesab edirdi. Pariya yarımadasında olanda 
ispanlar  yerli  qadınlarda  boyunbağı  gördükdə  sevindilər  ki,  bu,  həqiqətən  də 
onların  Şərqdə  olmalarının  sübutudur.  Kolumb  isə  müşahidə  etmişdi  ki,  boğaz 
nəhəng və güclü şirin su axını qəbul edir. Bu Orinoko çayının mənsəblərindən biri 
idi.  Bu  müşahidəsindən  belə  bir  fantastik  nəzəriyyə  qurdu  ki,  o,  cənnətdəki  dörd 
çaydan (Bibliyada təsvir olunanlardan) birinin mənsəbində dayanmışdır. Bu cənnət 
yerin yuxarısında yerləşir, yer isə dəyirmi deyildir, armud şəklindədir. 
Kolumb  Espanyolaya  gəlib  çıxanda  gördü  ki,  onun  İzabellaya  təyin  etdiyi 
mer 70-ə yaxın öz ardıcılı ilə Kolumba qarşı qiyam qaldırmışdır. 
Kral  və  kraliça  könülsüz  olaraq  və  yavaş-yavaş  belə  bir  rəyə  gəldilər  ki, 
Kolumb yaxşı admiral olsa da, pis qubernatordur. Ona görə də Espanyolaya başqa 
qubernator təyin edildi. Kolumb artıq bu qubernatora tabe olmalı idi, bütün royal 
əmlakı,  qəsrləri,  silahları  və  anbarları  ona  təhvil  verməli  idi.  Həmin  qubernator 
Bobadilla  1500-cü  ildə  Espanyoladakı  Santo  Dominqoya  gəlib  çıxdı.  Ona 
çatdırdılar  ki,  Kolumbun  qardaşı  Dieqo  bir  neçə  ispanı  dar  ağacından  asmış,  beş 
nəfər isə hələ də bu cəzanı gözləyir. Qubernator dustaqların ona verilməsini tələb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə