Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   13   14   15   16   17   18   19   20   ...   99

34 
 
etdikdə,  Dieqo  imtina  etdi.  O,  qalaya  girdi  və  dustaqlara  nəzarəti  öz  üzərinə 
götürdü. Kolumbla görüşdükdə isə admiral onun təyinatını tanımaqdan imtina etdi 
və dedi ki, kral və kraliça onu vəzifədən məhrum edə bilməz. Qubernator onu və 
Dieqonu dustaq edib onları qandalladı. Kolumb onu İspaniyaya göndərəndə qorxdu 
ki,  yəqin  onu  dar  ağacına  aparırlar.  Səfər  vaxtı  ona  hörmətlə  yanaşılsa  da, 
zəncirdən azad edilməsindən imtina etdi. 1500-cü ilin noyabrında o, Kadisdə sahilə 
çıxdı. Kral və kraliça bu vaxt Qranadada idilər, bu xəbərlərdən mütəəssir oldular. 
Onun azad edilməsi əmrini verdilər, ona 2 min dukat pul göndərdilər, qardaşı ilə 
birlikdə  saraya  dəvət  etdilər.  Kolumb  öz  royal  himayəçilərini  görəndə  diz  üstə 
çökdü və göz yaşları onu boğdu. 
Kralın və kraliçanın ona yazığı gəldi, müəyyən alicənablıq göstərdilər, lakin 
admiralın  siyasi  qabiliyyəti  barədə  öz  rəylərini  dəyişdirmədilər.  Kolumbun  Yeni 
Dünyadakı arzuları puça çıxmışdı. 
Digər kəşf edənlər kütləsi onun dənizlərində üzür, onun torpaqlarında sahilə 
çıxırdılar. Kral və kraliçanın iradəsi ilə o, Espanyolaya qayıtmadı, bundan sonra o, 
digər dənizlərdə yeni kəşflər etmək barədə düşünürdü. 
Bobadillanı  yeni  qubernator  əvəz  etdi,  o,  Kolumbun  müsadirə  edilmiş 
mülkiyyətini  bərpa  etmək  göstərişini  verdi.  Kolumb  isə  yeni  səfərə  hazırlaşırdı. 
Dördüncü  səyahətinə  o,  dörd  gəmi  götürdü  və  146  adam  seçdi.  Böyük  oğlu 
Dieqonu sarayda onu təmsil etmək üçün İspaniyada saxlatdı. 1502-ci ildə Kolumb 
Kadisdən  yola  düşdü.  İyun  ayında  kəşf  etdiyi  adanı  Santo  Dominqo  adlandırdı. 
Sonra  o  Yamaykaya  üzdü,  Honduras  sahili  boyu  dolaşdı.  O,  krala  və  kraliçaya 
yazırdı ki, “buradan Qanq çayına on günlük məsafə vardır”, buranı da o, yerüstü 
cənnət kimi qəbul edirdi. 
1503-cü ilin martında Panamadakı Manqo əyalətində oldu, buranı o, Katayın 
yanı hesab edirdi. Xristofor Kolumb özünün dördüncü ekspedisiyası vaxtı hələ də 
yeni kəşf edilmiş torpaqlardan Cənubi Asiyaya, ədviyyatlar mənbəyinə yol tapmaq 
istəyirdi.  1453-cü  ildə  Osmanlı  imperatoru  Mehmet  Fateh  Konstantinopolu  işğal 
edib,  Bizansı  tarix  səhifəsindən  sildikdən  sonra,  ərəb  tacirlərinin  köməyi  ilə 
ədviyyat ticarətini  Avropaya aparan yol türklər tərəfindən  bağlanmışdı. Ona görə 
də  Hindistana  yeni  yollar  axtarışı  zərurəti  yaranmışdı.  Vasko  da  Qama  da  Xoş 
Ümid burnunu keçməklə Hind okeanına, Hindistana gedən yolu kəşf etmişdi. Xoş 
Ümid  burnuna  portuqaliyalılar  ağalıq  edirdilər,  ona  görə  də  ispanlar  başqa  yol 
tapmağa  can  atırdılar.  Bu  səbəbdən  də  Kolumb  qərbə  tərəf  üzüb,  Hindistana, 
bütövlükdə Cənubi Asiyaya yeni yol açmaq istəyirdi. Buna möhkəm inandığından 
Kolumb Yeni Dünyanı kəşf etdiyini heç ağlına da gətirmirdi.  
Bütöv  bir  il  ərzində  Kolumb  adətən  qarşılaşdığı  bütün  bəlalara  qarşı 
mübarizə apardı, səhhəti pis idi, sığınacağı və ərzağı yox idi, həm də artıq arzuları 
puç olmuşdu. 1504-cü ilin sentyabrında o, İspaniyaya yola düşdü. Artrit xəstəliyi 
ucbatından  o,  çətinliklə  hərəkət  edirdi  və  Sevilyaya  aparılmalı  idi.  Kolumb  ümid 
edirdi ki, “İndiyalardakı əldə etdiklərini bərpa edəcəkdir”. Lakin onun ümidi boşa 
çıxdı.  O,  İndiyalar  və  onların  qızılı  barədə  bir-birinin  ardınca  memuarlar  yazırdı. 
Nəhayət, 1505-ci ildə Ferdinand tərəfindən Seqoviyada qəbul edildi və xahiş etdi 
ki,  “mənim  şərəfimə  paytaxt,  hökumət  və  İndiyaların  mülkiyyəti”  bərpa  edilsin. 


35 
 
Kral  rəhmdil  idi  və  Kolumba  yaxşılıq  etmək  istəyirdi.  Lakin  məsuliyyətli  bir 
monarx  kimi  Ferdinand  ehtirasla  coşan  admiralı  yenidən  qubernator  təyin  edə 
bilməzdi.  Kolumbun  səhhəti  daha  da  pisləşmişdi.  O,  19  may  1506-cı  ildə 
Valyadoliddə  vəsiyyətini  yazdı  və  sabahısı  günü  öldü.  Kolumbun  ölümündən 
əvvəlki  axırıncı  sözləri  belə  olmuşdu:  “Allah,  öz  ruhumu  sənin  əlinə  təqdim 
edirəm”.  
Kolumbu  Amerikanı  birinci  kəşf  edən  kimi  yalnız  müəyyən  düzəlişlə 
adlandırmaq olar, axı hələ orta əsrlərdə avropalılar island vikinqlərinin timsalında 
Mərkəzi  Amerika  ərazilərində  olmuşdular.  Lakin  bu  səfərlər  barədə  məlumat 
Skandinaviyadan kənarda heç kəsə məlum deyildi. Məhz Kolumbun ekspedisiyası 
ilk dəfə həmin torpaq barədə məlumatları bütün Qərbə çatdırdı və bundan bir qədər 
sonra  Amerikanın  avropalılar  tərəfindən  məskunlaşmasına  başlandı.  Bu  gün  çox 
işlənən  dünyanın  qlobalizasiyası  prosesi  də  başlanğıcını  Kolumbdan  və 
avropalıların müstəmləkə imperiyalarını yaratmasından götürür. 
Xristofor  Kolumbun  adı  Amerikalarda  əbədiləşdirilmişdir,  Cənubi 
Amerikadakı  Kolumbiya  ölkəsi  onun  adını  daşıyır,  ABŞ-ın  paytaxtı  Vaşinqton 
şəhərinin  yerləşdiyi  mahal  da  “Kolumbiya”  adlanır.  Nyu-Yorkun  onun  adını 
daşıyan meydanında möhtəşəm heykəli qoyulmuşdur. 
Tanınmış  amerikan  yazıçısı  Vaşinqton  İrvinq  1830-cu  illərdə  İspaniyada 
olarkən  Xristofor  Kolumb  barədə  geniş  məlumat  toplamış,  onun  əsasında  böyük 
səyyahın tərcümeyi-halını bədii şəkildə yazmışdı. 
Lakin  Cənubi  Amerikada  Kolumba  münasibət  birmənalı  deyildir,  ona  görə 
də  1992-ci  ildə  onun  kəşfinin  500  illiyi  həmin  qitədə  təntənəli  qaydada  qeyd 
olunmadı.  Karakasda  Kolumbun  heykəlinin  uçurulduğunu  eşidən  Venesuela 
prezidenti  Uqo  Çaves  bu  qərarı  bəyənmiş  və  bəyan  etmişdi  ki,  beş  əsr  bundan 
əvvəl  Amerikaya  gələn  Kolumb  hindu  əhalisinin  genosidinin  başlanğıcını 
qoymuşdu.  Bu  sözlərdə  həqiqət  də  vardır,  axı  Kortesin  Meksikada,  Pisarronun 
Peruda etdiyi qırğınlara, kütləvi cinayətlərə yolu məhz Kolumbun kəşfi açmışdı. 
 
Mikelancelo 
Özünə  elə  var-dövlət  yığ  ki,  onu  oğrular  oğurlaya  bilməzlər,  tiranlar  onu 
qəsb edə bilməzlər. Öləndən sonra da osəninki kimi qalacaq, heç vaxt azalmayacaq 
və məhv olmayacaqdır. 
Hind zərb-məsəli 
Ars longa, vita brevis (lat.) – İncəsənət əbədidir. Ömür isə gödəkdir. 
Latın zərb-məsələsi 
Bütün  dövrlərin  ən  böyük  heykəltəraşı  Mikelancelo  Buanorotti  Renessans 
ərzində heykəltəraşlıqda, rəssamlıqda və arxitekturada müqayisə edilə bilməyən bir 
şöhrət  qazanmışdı.  O,  həm  də  öz  əsrinin  görkəmli  şairi  idi.  Renessans  (italyan 
dilində  “dirçəliş”  deməkdir)  adlanan  rəssamlıq  tarixinə  o,  qeyri-adi  bir  təsir 
göstərmişdi.  Bu  dövrdə  Mikelancelonun  və  Rafaelin  başçılığı  altında  yüksək 
rəssamlığın nümunələri yaranmışdı. 
Tsitseron deyirdi ki, “Aurum recludit cuneta” (lat.) – “Qızıl hər şeyi aşkara 
çıxarır”. Mikelancelonun timsalında demək olar ki, qızıldan da qiymətli olan nadir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə