Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   11   12   13   14   15   16   17   18   ...   99

30 
 
xəzinəsindən  bir  qədər  pul  aldı və 1489-cu ildə öz səyahəti  üçün nəzərdə tutulan 
məbləği saraydan çıxarmağa nail oldu.  
Lakin sonrakı ili komissiya onun xeyrinə olmayan məruzə təqdim etdi. Kral 
və kraliça onu bütünlüklə rədd etməsələr də, Kolumb hiss edə bilərdi ki, bəlkə də 
onun İspaniyada qonaq olması sona çatır. 
Sonra  Palosdakı  gəmi  sahibi  Pintson  onu  partnyorluğa  götürmək  barədəki 
xahişini qəbul etdi. Səfərin xərci olduqca böyük idi. Ona rıtsar titulu verilməli və o
böyük admiral və vitse-kral təyin edilməli idi.  
1491-ci  ildə  Kolumbun  Ferdinand  və  İzabella  ilə  görüşü  təkrar  şəkildə 
Sevilyada  baş  tutdu.  Görüşün  nəticəsi  yenə  də  ürək  açan  deyildi.  Bu  vaxt  tac 
sahiblərinin  başı  İspaniyada  axırıncı  müsəlman  dövləti  olan  Qranada  ilə 
müharibədə  qarışmışdı.  1491-ci  ildə  Kolumb  böyük  maqnat,  yüzə  qədər  ticarət 
gəmisinin sahibi Medina-Sidoniyaya müraciət etdi, lakin kömək barədə ondan da 
rədd cavabı aldı.  
1492-ci  ildə  güman  ki,  Fransaya  və  ya  İngiltərəyə  getmək  istədi,  lakin 
dostları kral və kraliçanı inandırdılar ki, mərhəmət göstərib onu yada salsınlar və 
bu vaxt onun bütün tələbləri müsbət qarşılandı. 
1492-ci ildə artıq Qranada məğlub edilmişdi. Təntənə sevincini yaşayan kral 
Kolumbun tələblərini “həddən artıq böyük və qəbul edilməyən hesab etdi”. Lakin 
ona qarşı ilk mərhəmətli addımı yenə də kraliça İzabella atdı. Kral əri ilə kraliçanın 
maliyyə işləri ayrılıqda aparıldığından, İzabella bu şansın nə Portuqaliyanın, nə də 
Fransanın  əlinə  düşməməsi  üçün  layihənin  baş  tutmasından  ötəri  hətta  “mən  öz 
daş-qaşlarımı girov qoya bilərəm” ehtimalından çəkinmədiyini də bildirmişdi. 
30  aprel  1492-ci  ildə  kral  cütlüyü  Kolumba  “don”  titulu  (bu,  onu  zadəgan 
edirdi) verdilər və onu da bildirdilər ki, okeanın o tərəfinə səyahət layihəsi uğurlu 
olsa  o,  Dəniz-okean  admiralı  və  kəşf  etdiyi  və  ya  ələ  keçirdiyi  torpaqların  vitse-
kralı olacaqdır. 
Kolumba Martin Alonso Pintson çox kömək etdi. Səyahətə çıxan gəmilərdən 
biri – “Pinta” ona məxsus idi və onu öz hesabına səfərə hazırlamışdı. 
Nəhayət,  3  avqustda  üç  gəmidə  -  “Santa  Mariya”,  “Pinta”  və  “Ninya”  adlı 
gəmilərdə  Kolumbun  komandası  Palosdan  üzməyə  başladı.  Doqquz  gün  sonra 
Kanar adalarına çatdılar və qərb tərəfə istiqamət götürdülər. Bütöv ay ərzində hava  
və əhval-ruhiyyə həm yaxşı, həm də pis tərəfə dəyişilirdi. 12 oktyabr 1492-ci ildə 
gecə yarısı o, “Pinta”nın burnundan torpağı gördü. Səhər şəfəqində bakirə gözəllik 
və  təzə  rəngli  torpaq,  tapdıqlarından  şadlanan  ispanlar  qarşısında  açıldı.  İki 
kapitanla  və  ekspedisiyanı  müşayiət  edən  qulluqçularla  birlikdə  Kolumb  kral 
bayrağını sahilə çıxardı. O, bayrağı yerə sancdı və torpağı Ferdinand və İzabellanın 
mülkiyyəti  elan  etdi.  Bu  yer  Baham  adalarından  “Quanaxani”  adası  idi,  onu 
ispanlar  San  Salvador  adlandırdılar.  O,  bu  yeni  torpaqların  Şərqi  Asiya  –  başqa 
sözlə,  Yaponiyanın  və  ya  Hindistanın  ətrafı  olduğunu  hesab  edirdi.  Sonralar 
avropalılar  bu  yeni  kəşf  edilmiş  əraziləri  Vest-İndiya,  hərfi  mənada  “Qərbi 
Hindistan” adlandırdılar. Bu Avropada uzun müddət Ost-İndiya və ya hərfi mənada 
“Şərqi  Hindistan”  adlandırılandan  fərqləndirmək  üçün  belə  söz  birləşməsi 
işlədilirdi. 


31 
 
Gördüyü  hər  şey  Kolumbu  inandırırdı  ki,  o,  xəritələrdə  aşağı  tərəfdə 
göstərilən “Şərqin qurtaracağındakı adalar” arasındadır. Yerli adamların burnunda 
qızıl nümunələrini görəndə, o, buranı tərk etdi ki, “bəlkə də Çipanqu (başqa sözlə 
Yaponiya) ətrafına gələ bilməyi” gerçəkləşdirməyə tələssin.  
Bir həftə ərzində o, ispan adları verdiyi gözəl adaların arasında var-gəl etdi, 
bu  vaxt  ümid  edirdi  ki,  “Allah  ona  qızılın  harada  olduğunu  göstərəcəkdir”.  Ona 
sahib  olmaq  müasir  dildə  iqtisadi  inkişaf  adlana  bilərdi.  O,  həm  də  quldarlıq 
barədə, çox sayda qul ələ keçirmək barədə fikirləşirdi. Hər yerdə xaç qaldırırdı. 
Hələ  ekspedisiyanın  təşkili  barədə  Kolumb  Ferdinanda  və  İzabellaya 
müraciətində yazmışdı ki, o, Çipanquya üzmək istəyir, oradan Kataya, daha sonra 
isə  oradan  hər  iki  Hindistana  getmək  niyyətindədir.  Katay  –  “Çin”  demək  idi, 
Çipanqu  adı  altında  isə  Yaponiya  başa  düşülürdü.  Yaponiya  barədə  Marko  Polo 
xatirələrində  elə  uydurmalar  söyləmişdi  ki,  bu  istənilən  adamı  ora  yollanmağa 
həvəsləndirərdi. Guya ki, orada “evlərin daşı təmiz qızılla örtülmüşdür”. Beləliklə, 
Kolumb özünün ilk məqsədi kimi, çox vaxt deyildiyi tək heç də Hindistanı deyil, 
Yaponiyanı hesab etmişdi. 
Onun  ada  sakinləri  ilə  keçirdiyi  “bal  ayı”  yeddi  yerli  məskunu  zorla 
başqalarından  ayırıb,  götürməklə  sona  çatdı.  Tuzemlər  bu  vaxt  fikirləşməyə 
başladılar  ki,  ispanlar  öz  davranışlarına  görə  kanniballardan  bir  qədər  az  tiran 
xüsusiyyətlərinə malikdirlər. Kanniballar isə cənubdakı uzaq adalardan gəlib onları 
tutub  aparır  və  yeyirdilər.  Kolumbu  inandırmışdılar  ki,  həmin  kanniballar  böyük 
bir  xanın  təbəələridir. Bu “fakt” onu  inandırmışdı ki, ada sakinlərinin  Kuba kimi 
xatırladıqları həmin böyük ada Çipanqunun özüdür. O, bir nəfər ispanı göndərdi ki, 
həmin xanla danışıqlar aparsın. 
Lakin elçi nə xanı, nə də qızıl mədənini tapa bilmədi. Lakin Kolumb böyük 
sərvət  mənbəyi  olan  tütünü  kəşf  etdi.  San-Salvador  adasında  yerli  sakinlər  olan 
aravaklar  ona  “quru  yarpaqları”  –  tütünü  hədiyyə  verdilər.  Bu  adamların 
bəzilərində qızıl qırıqları görəndə, Kolumb qiymətli metalın mənşəyini öyrənməyə 
can  atdı.  Cənuba tərəf  hərəkət edərək Baham  adalarının  tərkibinə daxil olan yeni 
adaları  kəşf  etdi.  Onların  sakinlərindən  də  Kuba  barədə  bəzi  şeylər  öyrəndilər. 
Sonra onlar Kubaya gəlib çıxdılar. Lakin burada onlar nə qızıl, nə ədviyyat, nə də 
heç bir iri şəhər tapmadılar. 
Donanma yenə üzməyə başladı, güclü şərq küləyi nəticəsində “Pinta” gəmisi 
yoxa  çıxdı.  Kolumb  isə  qorxurdu  ki,  “Pinta”  gəmisində  üzən  Pintson  qızıl 
mədənini  kəşf  edə  və  beləliklə,  şöhrəti  onun  əlindən  qopara  bilər.  İtmiş  gəminin 
kapitanını  axtaranda  indi  Haiti  adlanan  yerə  gəlib  çıxdı.  Kolumb  bu  adanın 
gözəlliyinə  valeh  olub,  onun  adını  dəyişdirərək  Espanyola  qoydu,  bu  söz  “ispan 
adası”  mənasını  verirdi.  O,  ada  sakinlərini  fərasətlərinə,  işgüzarlıqlarına  və 
gözəlliklərinə görə tərifləyirdi. 
Güclü  külək  “Santa  Mariya”  gəmisini  sahilə  atdı  və  gəmi  yararsız  hala 
düşdü.  “Pinta”  da  artıq  onun  sərəncamında  deyildi.  Adamların  hamısını  “Ninya” 
gəmisində  geri  qaytarmaq  mümkün  olmayacaqdı.  O,  Villa  de  la  Navidad 
məntəqəsini yaratdı və 38 adamı orada qoydu. Kolumb onları bir illiyə tərk edib, 
1493-cü ilin yanvarının əvvəlində İspaniyaya döndü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə