Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 391,56 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix14.06.2018
ölçüsü391,56 Kb.
#48859
1   ...   8   9   10   11   12   13   14   15   16

- 41 - 

 

Həmin  romanın  sonluğunda  bir  cümlə  var.  "İnsanlar  beşmərtəbəli  evin  altıncı 



mərtəbələrini  görsəydilər  nə  var  idi  ki..."  Bax  Günay,  indi  sən  də,  beşmərtəbəli 

evin  altıncı  mərtəbəsində  durmusan.  Yanımda  olaraq...Bir  azdan  burdan  bloka 

düşəcəyik,  amma  sənin  həmişə  yerin  bu  görünməz  mərtəbə  olaraq  qalacaq. 

Əlçatmaz olub-olmaması sənə bağlıdı...Səni sevirəm Günay. İlk gördüyüm andan, 

hər gün daha da artan, təsvir edə bilməyəcəyim qədər çox sevirəm. 

  Günay  sözünü  qurtaran  Toğrulun  əlini  ovucları  arasına  götürüb  az  qala  pıçıltı 

ilə... 

-Toğrul,  incitmə  həm  məni,  həm  özünü.  Mümkünsüzdü  bu...Mən  layiq  deyiləm 



altıncı  mərtəbəyə.  Qurban  olum,  heç  bir  sual  vermə,  danışma.  Ümüd  vermək 

istəmirəm sənə. İstəmirəm mənə görə əziyyət çəkəsən Toğrul, istəmirəm! 

-İstəmirsən əziyyət çəkməyimi və mümkünsüz olduğunu deyirsən... 

-Bilirəm...Bilirəm  ki, axmaq  sözlər  deyirəm,  amma  ən düzgün qərar  elə burdaca 

başlamamış bitməsidi, Toğrul. 

-Mənim yerimə qərar vermə, Günay. Mənim ağlıma da gəlmir nəisə başlamadan, 

özümüzə şans tanımadan, risk etmədən bitirmək. 

-Nə edək bəs? 

-Ürəyin nə deyir? 

-Ürəyim qələt eliyir. Ağlıma güvənirəm, o isə səni mənə sığışdıra bilmir. 

-Sığışdırar.  Ürəyin  qəbul  edirsə,  ağlın  da,  qəbul  edəcək  Günay.Yol  sonu 

qaranlıqdı  deyir  ağlın?  Ürəkli  olub,  özün  get,  gör.  Əmin  olmamış  qərar  qəbul 

edib, hər ikimizə haqsızlıq etmiş olma. 

-Əminəm ki, qaranlıqdı! 

-Xeyr, xanım, əmin ola bilməzsən! 

-Toğrul... 




- 42 - 

 

-Sus... 



  Toğrul  Günayı  qucaqlayır.  Qolları  arasında  həyəcandan  titrəyən  Günay 

pıçıldayır. "Bağışla məni". Bu pıçıltını bəlkə də Toğrul eşitmir...Ya da, eşitsə də, 

önəm vermir... 

*** 

 

Gedirəm... 

Yolum uzun,mənzilim uzaqlardı. 

Mənə əziz mənzərə bu dənizdi,dəli dalğalardı. 

Bu şəhərdə tapmadım günəşi,tapmadım arzuları. 

Gedirəm indi yoraraq ayaqları. 

Tanış notlar,tanış musiqi. 

Maestro,bağışlasın tuta bilmədim ritmi. 

Çəkdim gormədiyin gülüşümü ulduzlara. 

Görəsən nə səbəb var yalanlara? 

Gecədi artıq,gecdi artıq. 

Daha bir ümüdü alçaltdıq. 

Əmanət olsun dənizim sənə,bu şəhərim sənə. 

Daha yoxdur çiçəkləyən tikan. 

Daha yoxdur yuxuna haram qatan. 

Gedirəm əsam və mən... 

Qal salamat,bacarsan o şəhərin,o da sən! 

 



- 43 - 

 

 



 

  Zarina  intihar  etmişdi.  Polis  basqını  zamanı  tutulmamaq  üçün  biləklərini 

doğramışdı... 

  Banu  ilə  Eyvaz  xəstəxanaya  çatanda  Zarina  can  verirdi...Banudan  onu 

qucaqlamasını xahiş etdi. Qulağına nəsə pıçıldayandan sonra Eyvaza gülümsədi, 

dərin bir nəfəs aldı. Bu onun aldığı son nəfəs idi... 

  Dəfn  etdilər.  Torpağa  tapşırmaq  da  deyillər  buna,  amma  torpağa  yox  Allahın 

mərhəmətinə buraxmaq desək daha düzgün olar. 

  Son anında Banuya səkkiz yaşlı oğlunun olduğunu etiraf etmişdi. Kamotundakı 

gözlərin birində qoruduğu sənədləri tapmağı istəmişdi Banudan. 

  Kamotdan çıxan sənədlərdən məlum oldu ki, Zarinanın səkkiz il əvvəl nigahdan 

kənar  əlaqədə  olduğu  Taleh  adlı  şəxsdən  Əfqan  adlı  oğlu  var.  Uşağın  iki  yaşı 

olanda Zarina onu uşaq evinə qoyub...Digər bir sənəd isə Zarinanın iki ay öncə 

evi Banunun adına keçirməsi haqda idi. 

  Banu  sənədləri  oxuduqca  hıçqırırdı.  Gözündəki  damcılar  üzündən  sürüşüb, 

əlindəki  vərəqə  düşürdü.  Eyvaz  da  dolmuşdu...İçin-için  çəkirdi.  Həyatında  ilk 

itgisinin  acısı  ondan  yan  ötə  bilməzdi.  Banunun  sakitləşə,  özünü  ələ  ala 

bilməməsini o gözəl anlayırdı. Yanılmışdı Banu. Ancaq fahişə obrazında gördüyü 

Zarinanın  əsl  siması  onu  yanıltmışdı.  Kiçik  bildiyi  bu  qadının  böyük  ürəyinə 

yanılmışdı...  Cəmiyyətin  fahişə  etdiyi  yüzlərdən  birinin  saf  düşüncəsini  görə 

bilmədiyi  üçün  yanılmışdı...Onunla  bir  dəfə  olsun  belə  söhbət  etmədən,  onu 

eşitmədən,  tanımadan  tamaşasına  baxdığı  aktrisa  kimi,  mənəviyyatına  deyil, 

roluna verdiyi qiymətdə yanılmışdı. 

  Kamotun  lap  alt  gözündən  isə  Zarinanın  gündəliyi  tapıldı...Fahişə  gündəliyinin 

nə  yazılardan  ibarət  olacağını təxmin  edə bilər hər kəs.  Söhbət  amma  Zarinadan 

gedirdisə, o gündəliyi oxumağa ürək lazım idi. 




- 44 - 

 

  Eyvaz boz karton üzlü dama-dama vərəqli gündəliyi vərəqləyib oxuduqca aldığı 



rənglər  təsvirə  gəlməz  idi.  Titrəyən  əlləri  səhifələri  çevirir,  dodaqları  arasında 

dişləriylə sıxdığı siqaret tüstüləyib əridikcə, soyuq küllər üstünə tökülürdü. Banu 

Eyvazın ifadəsindən gündəliyi oxuyurmuş kimi ağzını tutub, hönkürürdü... 

 

Fahişənin gündəliyi (ixtisarla) 



 

...Mən  fahişəyəm.  Bildiyiniz  qəhbəlik  yəni.  Bu  yola  düşməyimə  səbəb  nə  atam, 

nə  anamdı.  Özüməm.  İşimi  sevirəm.  Heç  kim  günahkar  deyil  mənim  bu  işi 

seçməyimdə!  Uşaqlıqda  mən  də  ərə  gedib  ana  olmağı  arzulamışam,  digər  qızlar 

kimi...Anam  kimi  ana  olmağı  arzulamışam...Böyüdükcə  arzuların  dəyərsizliyi, 

əlçatmazlığı  mənə  arzusuz  yaşamağa  məhkum  etdi.  Sevmişəm  mən  də.  Hamı 

kimi. Anamın atamı sevdiyi kimi. İnanın anam atamı çox sevirdi. İndi sevməsin. 

Atamdan fərqli mənim sevgilim məni bərabər olduğumuz ilk gecəyə kimi sevdi. 

Sonra, rahatca çıxıb getdi. Son sözləri də yadımdadı. "Kimə desən,özünü rüsvay 

edəcəksən. Mənə  nə  var  ki,  oğlanam  və  min bəhanə  ilə  sudan quru çıxacağam.” 

Adı İlqar idi...Bəlkə bu cümlələri o vaxt yazsaydım necə nifrət etdiyimdən, necə 

çarəsiz  olduğumdan  yazardım,  amma...Amma  indi  adiləşib.  İlqar  da,  Taleh  də, 

daimi  və  təsadüfi  müştərilərim  də,  həyatım  da,  getdiyim-gəldiyim  yerlər, 

gördüyüm  sifətlər...  Hər  şey  adiləşib.  Hər  dəfə  müxtəlif  kişilər  üçün  soyunub, 

müxtəlif yataqlara uzananda iki şey gəlir ağlıma. Anamın göylərdən mənə nifrətlə 

baxması  və  Əfqanı  uşaq  evinə  verəndə  körpə  əliylə  barmağımdan  yapışıb 

ağlaması...İndi artıq böyük oğlan olub. Qınasın qoy məni, söysün. Eybi yox! Bir 

uşaq  üçün  anasının  fahişə  olduğunu  bilmək  ayrı,  o  murdar  anayla  bir  damın 

altında  yaşaması  ayrı.  Qıymadım  ona.  O  saflığa.  Südümü  belə  vermədim. 

Qazandığım pulların çox hissəsini də həmin uşaq evinə köçürürəm hər ay. Bircə 

istəyim  var...Əfqanım  mənə  nifrət  etsə  də,  anlasın...Bağışlamamağa  haqqı  var. 

Onun  varlığı,  xöşbəxt  olması,  gülümsəməsi  mənim  üçün  bəsdi.  Yanında 

olmaqdan  isə  utanıram  və  istəmərəm  oğlum  fahişə  anasına  görə  utansın.  Əsla! 



Yüklə 391,56 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə