Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 391,56 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix14.06.2018
ölçüsü391,56 Kb.
#48859
1   2   3   4   5   6   7   8   9   ...   16

- 8 - 

 

Nəyimizə  lazım.  Biz  qazanmışıq  məgər  bu  tutduğumuz  yeri?  Xeyr,  cənablar. 



Valideynlərimizin adı, soyadı olmasaydı...gəlin bura. 

  Hər  üç  dost  pəncərə  qarşısında  diqqətlə  nəyəsə  baxan  Eyvaza  yaxınlaşırlar. 

Eyvaz parkda skamya üzərində uzanan bomju göstərərək: 

-Bəlkə  biz  də,  bax  o  fəqirin  yanında,  yerində,  bəlkə  ondan  da  bətər,  ya  bir  az 

ondan üstün ("üstün" sözünü xüsusi vurğuyla deyir) olacaqdıq. Kabus olacaqdıq 

onun  kimi.  Qudurğan  olmayacaqdıq.  Üzümüzə  gülənlərin  mimikalarındakı 

saxtalığı, süniliyi, qrimi görmək üçün arif olmaq vacib deyil. Bir az diqqət etsək 

ətrafımızda nə qədər yaltaq, iki və daha çox siması olanları asanlıqla görmək olar. 

Tərif, alqış bizi ucaltmır dostlar, məhv edir. Biz isə bunun fərqinə belə varmadan 

rahat  yaşayırıq.  Yox,  bu  yaşayış  deyil.  Naşükürlük  də  deyil.  Üsyan  da  deyil. 

Ruhun  ürəklə  mübarizəsidi.  Bahalıoyuncaqlarıq  biz.  Vitrinləri  bəzəyən 

oyuncaqlar.  Kasıbların  həsrətlə  tamaşa  etdiyi  vaxtda,varlıların  sevimlisi  olan 

oyuncaqlar.  Oynayırlar  bizlə.Nə  vaxtsa  keyfiyyətimiz  itəndə  tullayacaqlar  bizi 

zibilliklərə.  Yeniləri,  biriləri  bizi  əvəzləyəcək.  Bizsə  zibillikdə  eşələnən  hansısa 

yoxsulun  tapıntısı  olacağıq.  Övladına  verəcək.  Həmin  uşaq  qədrimizi  biləcək. 

Qopmuş  əlimizi,  sapımızı  tikəcək,  təzələyəcək,  həyat  verəcək.  Məhz  həmin  an 

illərimizin  saxtalığını  görəcəyik.  Məhz  həmin  an  bahalı  oyuncaq  olduğumuza 

lənət edəcəyik və məhz həmin an uduzduğumuzu anlayacağıq.   



 

                                Sıfırdan 

  Eyvaz  sözünü  bitirdi.  Təsiredici,  reallıqda  qovrulan  sözlərin  ağırlıqları 

qarşısında  məclisə  ölü  sükut  çökmüşdü.  Qar  gətirmişdi  sözlər  masa  üzərinə, 

ətrafına.  Donmuş  baxışlar  uzanır,  nəfəslər  çəkilirdi.  Susqunluq  uzandıqca 

uzanırdı. Nəhayət Cəlil sükutu pozdu: 

-Düşünmək  istəmədiklərimizi  düşündürdün  bizə.  Nə  deyim  bilmirəm.  Bildiyim 

bir şey var,o da indi özümə yaranan nifrətimdi. 

-Hələ də gec deyil! 




- 9 - 

 

Eyvazın bu ümidverici nidası təəcüblü baxışlarla müşayiət olundu. 



-Nə demək istəyirsən, Eyvaz? 

Məhz bu sual idi həmin an hər birinin beynində. 

Eyvaz alnını qaşıyıb, kinayə ilə gülümsəyib dedi: 

-Sıfırdan başlamağa nə deyirsiz? 

Cavid az qala pıçıltıyla: 

-Nəyi başlamağı? 

Toğrul əlavə etdi: 

-Sən Allah ay Eyvaz, açıq danış. Artıq başımız işləmir ki sətiraltı yozaq. 

  Eyvaz ona zillənən sual dolu baxışları intizarda saxlamaqdan zövq alırmış kimi 

bir az susdu və nəhayət mətləbə keçməyə qərar verdi: 

-Burda sətiraltı heç nə yoxdu. Sıfırdan başlayacağıq.Yenidən doğulan körpə kimi. 

Özümüz  öz  həyatımızı  öz  istədiyimiz  kimi  qurmağa  cəhd  edəcəyik.  Ən  əsas 

özümüzü  kəşf  etmiş  olacağıq.  Həqiqətdə  kim  olduğumuzu  anlayıb  da  özümüzü 

sınayacağıq. 

Cəlil gülümsəyərək: 

-Həə, mənə yavaş-yavaş aydın olur artıq. 

Toğrul təəcüblə: 

-Sıfırdan, özünü sübut, yenidən doğuluş...Yəni sıradan biri? 

Eyvaz əl çaldı: 

-Afərin  Toğrul,  düz  anladın.  Sıradan  və  kabus  olaraq.  Zahiri  görünüşümüzü, 

geyimimizi dəyişirik. Ailə, işlə halallaşıb, sağollaşıb guya ezamiyyət, məzuniyyət 

adıyla  xarici  ölkəyə  gedirik,  amma  əslində  adsız  yola  çıxırıq.  Hər  gün  cənnət 

cildində gördüyümüz Bakının cəhənnəminə şahid olmağa gedirik. Bir yerdə yox, 



- 10 - 

 

hərəmiz  ayrı  olaraq.  Dözüm,  iradə,  mübarizə  əzmiylə.  Bu  məcburi  deyil  və  kim 



nə vaxt istəsə öz cənnətinə rahat dönə bilər.Məqsədimiz həqiqəti görməkdi. "Pul 

hər şey deyil" frazasını təsdiq etməkdi. Nə deyirsiz,razısınız adsız yola çıxmağa? 

  Cəlil düşünmədən əl qaldıraraq razılığını bildirdi.Cavid qədəhi qaldırıb dedi: 

-Adsız yola çıxmağımızın və bu gözəl ideya sahibi Eyvazın sağlığına. 

Toğrul bığaltı bic-bic gülərək: 

-Həri e, lənət şeytana. Varam bu sınağa. Eyvaz sənin sağlığına. 

Qədəhlər cingildədi. 

-Amma,  bir-iki  detal  var.  Əvvala  bu  söhbəti  heç  kim  bilməyəcək  dördümüzdən 

başqa.  Sonra...hmm,  hə  dördümüzdən  biri  bizim  işlərimizi  nəzarətə  götürmək 

üçün bu sınaqda iştirak edə bilməyəcək. Birdə düz bir il sonra məhz bu məkanda 

görüşməklə bitəcək yol. Yəni müddət bir ildi. Kim yarı yolda imtina etsə Cəlilə 

kömək  edə  bilər.  Məncə  Cəlilə  sübut  lazım  deyil.  O  zabit  olaraq  özünü  çoxdan 

sübut edib özünə. 

-Eee, ay Eyvaz, Toğrul canı, olmadı ki...Mən göydən düşmüşəm bəyəm? 

-  Düz  deyir  də  Eyvaz,  nə  olub  əl  qatmısan  özüvə?  Bir  il  hərbidən  nə  adla 

yayınacaqsan? Qoca vaxtında türmən çatmır elə. 

- Həri Cəlil, tebe eto nado? Ha-ha-ha... 

-  Hə  uşaqlar,  şərtlər  məlum  oldu.  Yaddan  çıxan  nəsə  olmadı  məncə.  Daha  bu 

günlük  söhbəti  bağlıyaq,  yeməklər  israf  olmasın.  Nuş  eliyin.  Sabah  yola  çıxırıq. 

Xeyirlisi olsun.  

 

                   Əlvida Bakı, Salam Bakı... 

 

Aqressiyam adaptasiya olmur mühütə. 



- 11 - 

 

Gücüm çatmır öz toxuduğum səbətə. 



Toxunmağım gəlir günəşə. 

Qorxuram çevrilər xəyallar vərdişə. 

Qayıdacağam getdiklərimin şəhərinə. 

Mənası nə? 

Dişlə nəfsini. 

Mənim sevgimdən sənə nə? 

İşıq çəkdirəcəyəm gözlərimə ki,görüm. 

Həyatmı pis,ya ki,ömrüm? 

Sınacaq güzgülər bizə göstərəndə qırışları. 

Ağlamayacağam! 

Yazıqdı göz yaşları. 

Qaldır qaşları,dik tut belini. 

Məğrur görünüşünlə qazan sevgini. 

Nə gözəl sınaqdı həyat ki,cənnəti cəhənnəm edən bizlərik. 

Hələ doymamışıq,yenə cənnət gözləyirik. 

Qaça-qaça qalmısan sürünən arxasında. 

Yada düşəcəksən son dəfə yasında. 

Yox Bakı, deyilsən mənə yar. 

Sənə də yağdı qar. 

Günün də dalanların kimi dar. 

Ümüd saxlama ki,o qayıdar. 

Məcnun epiloquyla bitdi,yoxdu vəfalı yar. 


Yüklə 391,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə