Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 391,56 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix14.06.2018
ölçüsü391,56 Kb.
#48859
1   2   3   4   5   6   7   8   9   ...   16

- 16 - 

 

  Cavid skamyada yatmışdı. Burnunu deşən iyə oyandı. Üfunət qoxusundan ürəyi 



ağzına gəldi. Yanında uzanan bomjdan gəlirdi bu "ətir". Xoruldayırdı, fısıldayırdı. 

Cırıq-cındır,  rəngi  getmiş, üstündə  Bakının  bir  kilodan  çox  çirki  olan pencəyini 

çəkib  rahat-rahat  yatmışdı.  Arada  arağın  iyi  də  beyinə  işləyirdi.  Cavid  isə  iyləri 

ayırd  edərək  heç  vaxt  bu  qədər  yaxın  olmadığı,yuxusuna  belə  girməyən  bu 

cəmiyyətdən  təcrid  olunmuş  kabusu  maraqla  izləyirdi.  İyə  öyrəşə-öyrəşə, 

izləməkdən də bezdi. Durub rahat ordan, ondan uzaqlaşa bilərdi, amma kəşfindən 

uzaqlaşmaq qərarında deyildi. Oyatmaq istədi...Risk etmək istəmədi.Qorxu-qorxu 

yaradır. Ən yaxşı müdafiə isə hücumdu. Birdən oyadar, o da hürkər, bıçaq çəkər, 

daş götürər, ya elə yumruğunu işə salar. Ya da batırar altına. Elə bu növbəti iy bəs 

edər  ki,  ürəyi  getsin.  Onsuz  da  güclə  dözür  havasına.  Gözləməyə  qərar  verdi. 

Ötüb keçənlərdən saatı soruşurdu ki, zamanı itirməsin...Günorta saat 3-də oyandı 

qonşusu.  Çirkdən  codlaşmış  saç-saqqalını,  qaşqabaqlı  simasını,  əyri  burnunu, 

çapıqlı  alnını  Cavid  indi  daha  rahat  görürdü.  Bir  az  diksindi  də  bu  simanın 

xofundan.  Cavidə  gözaltı  baxdı.  Cavid  onun  durub  getməsini  gözləmədən 

soruşdu: 

-Sizin yeriniz olduğunu bilmirdim.Narahat etdiyim üçün üzr istəyirəm. 

  Bomjdan  səs  çıxmadı."Astra"  siqaretini  sümürürdü  və  elə  təsir  yaranırdı  ki, 

deyəsən heç Cavidi eşitmirdi. Bəlkə də eşitmək istəmirdi. Cavid də bunu sınamaq 

istəyirdi. 

-Adım Caviddi.Bəs sizin? 

Bomj isə deyəsən danışmaq niyyətində deyildi. Cavid isə əl çəkmirdi. 

-Nə  üçün  cavab  vermək,  danışmaq  istəmirsiz?  Qorxmayın  məndən  sizə  pislik 

gəlməz. Sadəcə danışmaq istəyirəm sizinlə. 

Bomj düz Cavidin gözünün içinə baxaraq xışıltılı səslə dedi: 

-Nə istəyirsən? 

-Dedim axı, sadəcə danışmaq. 




- 17 - 

 

-Danışmağa adam tapmadın? 



-Hmm..ımm, onlarla söhbətim tutmur. 

-Səncə bir bomj sənə nə haqda danışa bilər? 

-Düzünü  deyim  ki,  elə  bilmədiyim  üçün  mənə  maraqlı  gəlir.  Nə  haqda  danışa 

bilər? 


-Nədən?  (Gülür.Gülüşünü  öskürəklər  əvəz  edir).  Nə  haqda,  öhü-öhöö...  Arağın 

hansı dükanda neçəyə satıldığından, hansı məhlənin zibil yeşiklərində yemək çox 

olduğundan. Hansı parkın, hansı skameykasının daha rahat olduğundan, kimlərin 

məni söydüyündən, nifrət etdiyindən danışım?! Mən dilənçi deyiləm, olmamışam 

da  heç  vaxt.  Uğur  centlimeniyəm.  Məni  skamya  doğub,  park  böyüdüb.  Araq 

yorğanım olub ki,donmayım. Siqaret də dostum... 

-Bəs qohumun, filan... 

-Qohumum? Ude oturub orda.(Sabirin heykəlini işarə edir) Odu qohumum. Öhö-

öhöö...Yeyirsən?  

Pencəyindən çıxartdığı bulkanı bölüb uzadır Cavidə. Cavid artıq iyrənmirdi. Aldı 

bulkanı. 

-Çox sağolun, acımışdım... 

-Ye, doyur qarnını. Adımı bilmirəm, hamı Alik deyir mənə... 

  Bulkanı yeyə-yeyə ətrafa baxdı.Sabir bağında olduğuna indi fikir verirdi.  

 

*** 

 

  Toğrul  hay-küy  səsinə  ayıldı.  Yadına  düşdü  ki,  dünən  gecə  burda  yatmışdı. 

Göydələn  tikilirdi  bu  sahədə.  Fəhlələr,əllərində  çertyoj  olan  yekəqarın  qalstuklu 

kişi  ora-bura  qaçışırdılar.  Toğrula  fikir  verən  də  yox  idi...O  isə  öyrəşmişdi  göz 




- 18 - 

 

önündə olmağa.Taxtaların birinin üstündə oturub tikintiyə tamaşa etməyə başladı. 



Ona elə maraqlı gəlirdi bu mənzərə, sanki Hamlet tamaşasına baxırdı. 

-A bala, sən niyə oturufsan orda? 

Bu qəfil səs mənzərəni korladı. 

-Oturmuşam. 

-Bə mən nə deyirəm? Soruşuram,niyə oturufsan da?

 

-Neyniyim bəs? 



-Məndən soruşursan? Nə iş tapşırıblarsa, onu gör də.  

-İşi kim tapşırır ki? 

-Qardaş, məzələnirsən mənlə? Kim olacaq,Tahir müəllim. 

-Allah  eləməsin,  sadəcə  bu  gün  gəlmişəm  bura,  işləməyə.  Ona  görə  heç  kimi 

tanımıram hələ. O dediyin Tahir yekəqarın, qalstuklu olandı? 

-Belə desənə. Hə, odur qardaş. Yanaş ona. Özüylə söhbət elə. Burda boş-boşuna 

oturmaq olmaz e, qadan alım.Söz gəler. 

- Oldu, çox sağ ol... 

  Tahir  tankerə  oxşayırdı.Tahirləri heç  vaxt  sevmirdi  Toğrul.  Məktəb, universitet 

vaxtlarında  çox  Tahir  görmüşdü.  Ümumilikdə  Tahir  obrazı  Toğrulun  beynində 

murdar, zigilli, ağzıcırıq, xəbərçi, axmaq biri kimi formalaşmışdı. Bu da növbəti 

Tahir... 

-Salam,Tahir müəllim. 

  Eynəyini  burnunun  ucuna  kimi  endirib  çertyojda  xətkeşlə  nəsə  ölçüb-biçirdi 

Tahir. Salamı başını tərpədərək alıb soruşdu: 

-Eşidirəm. 

-Mən bu tikintidə işləyə bilərəm? 



- 19 - 

 

-Kim göndərib səni bura? 



  Nə  axmaq  sual  idi  bu.  Hətta  bir  anlıq  təəcübləndi  də  bu  sualdan.  Tikinti  deyil 

bura? Fəhlə işləmir burda? Bəs bu nə sualdı? Eşşək işində də tapış rolu var? Niyə 

bütün Tahirlər belə axmaq olurlar görəsən?! 

-Heç kim göndərmiyib. İşləmək istəyirəm sadəcə. 

-Nə bacarırsan? Qaynaq,filan məsələn... 

-Yox qaynaq etməyi bacarmıram, amma belə fəhləlik edə bilərəm. Ehtiyacım var 

işə. 

-Yaxşı,onda  gedirsən  dördüncü  briqadaya  kömək  eləməyə.  Ude,  ora...Görürsən 



kranın yanında. 

-Hə,hə görürəm. 

-Ay sağol, get ora. Orda Vaqif var. Ona de ki, təzə işçiyəm, pal-paltar versin sənə. 

Sabah da yaxınlaşarsan mənə, adını salarıq kitaba. Ad demişkən, adın nə oldu? 

-Oldu Tahir müəllim. Adım Toğruldu. 

-Lap yaxşı Toğrul. Di get iş başına. Uşaqlarla da mehriban olun... 

-Oldu müəllim. 

  Tahirin  xoş  danışığı  Toğrulun  ona  qarşı  fikrini  dəyişdirməmişdi.  Dəyişə  də 

bilməzdi.  Lap  Tahir  beş  barmağını  bala  batarıb,Toğrulun  ağzına  soxsaydı  da, 

təsiri olmazdı.Toğrul üçün o növbəti cındır Tahirlərdən biri idi. 

 

  Biz özümüzü doğub, özümüzü öldürəcək qədər qəddar

 

                                                                  cəlladlarıq! 



 

Tüfürmüşdüm dünənə. 


Yüklə 391,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə