Bu sayimizda



Yüklə 305,77 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix02.06.2018
ölçüsü305,77 Kb.
#47044
1   2   3   4   5   6

31 may 2017-ci il

5

http://w w w.amu.edu.az



Aprelin ilk həftəsindən başlaya-

raq, ATU-nun tibbi profilaktika 

fakültəsində Obyektiv Strukturlaşdı-

rılmış Praktik İmtahan (OSPİ) üsulu ilə 

treyninqlər aparılır.

Tibbi  profilaktika  fakültəsinin  dekanı,  dosent 

Anar Ağayev OSPİ üsulunun yenilik olduğunu qeyd 

edib: “Bu üsulla ilk dəfədir ki, fakültəmizdə imta-

han olacaq. Tələbələrdə praktiki bacarıqlar əsasən 

peşə  vərdişlərinin  formalaşması  ilə  müşayiət 

olunur.  Tələbələr  təhsil  müddətində  təcrübi  ba-

carıqlara  da  yiyələnməlidirlər.  Nəzəri  biliklərin 

təcrübi  bacarıqlara  inteqrasiyası  tibb  sahəsində 

yüksək  ixtisaslı  mütəxəssislərin  hazırlanma-

sı üçün müstəsna əhəmiyyət kəsb edir. Məhz bu 

baxımdan buraxılış kurslarımıza şamil olunan bu 

treyninqləri tələbələr çox bəyənib, razılıq edirlər”.

Bacarıqların  qiymətləndirilməsi  üçün  ən  yax-

şı  üsullardan  biri  də  son  illərdə  dünyanın  əksər 

ölkələrində  geniş  tətbiq  edilən,  müasir  tələblərə 

cavab  verən  Obyektiv  Strukturlaşdırılmış  Praktik 

İmtahan (OSPİ) adlandırılan imtahan üsuludur. Bu 

üsul tələbələrin nəzəri və təcrübi bacarıqlarını eyni 

sınaqla ədalətli qiymətləndirməyə imkan verir.

Qeyd edək ki, fakültədəki treyninqlər dekan Anar 

Ağayev və ATU-nun təhsilin keyfiyyətinin təminatı 

və innovasiya şöbəsinin müdiri Akif Qurbanovun 

nəzarəti altında keçirilib.

Tibbi profilaktika fakültəsində 

yeni növ treyninqlər keçirilir

ATU-nun mətbuat xidməti

• 

 Azərbaycan Tibb Universi-



tetinin Ortopedik stomatolo-

giya kafedrasında tələbələr 

və rezidentlər üçün semi-

narlar keçirilir.   

Ortopedik 

stomatolo-

giya  kafedrasının  müdi-

ri,  dosent  Nazim  Pənahov 

tədbir  iştirakçılarına  semi-

narın  ma hiy  yətindən  bəhs 

ederək bildirdi ki, ATU-nun 

rektoru,  professor  Gəray 

Gəraybəylinin  göstərişinə 

əsasən, 


tələbələr 

və 


rezidentlər  üçün  nəzərdə 

tutulan  seminarlar  qeyri-

iş  günlərində  təşkil  edi-

lir:  “Seminarlara  ortopedik 

stomatologiya 

sahəsinin 

tanınmış  mütəxəssislərini 

cəlb edirik. Təxminən 2 saat 

davam  edən  tədbirdə  I  və 

III  kurs  rezidentləri  və  yu-

xarı  kurs  tələbələri  iştirak 

edirlər  və  onların  sualla-

rı  mütəxəssislərimiz  tərə-

fin dən  cavablandırılır.  Bu 

sayca  ikinci  seminarımızdı. 

Tədbiri  davamlı  olaraq  hər 

ay  keçirməyi  planlaşdırı-

rıq.  İlk  seminarda  ”Stoma-

tologiyada  3d  planlama  və 

tomoqrafiya”  mövzusunu 

seçmişdik.  Seminarı  ATU-

nun  Ortopedik  stomatolo-

giya kafedrasının doktoran-

tı Rüfət Hüseynov aparmışdı 

və çox müsbət qarşılanmış-

dı”.


İkinci  seminar  ATU-nun 

Ortopedik  stomatologiya 

kafedrasının assistenti, tibb 

üzrə  fəlsəfə  doktoru  Aslan 

Məmmədova  həvalə  edilib. 

O,  “Diş  ətrafı  bioloji  enin 

formalaşması - anatomiyası 

və əhəmiyyəti” mövzusunda 

məruzə  ilə  çıxış  edib.  As-

lan Məmmədovun sözlərinə 

görə,  seminarda  müzakirə 

olunan  mövzu  dərs  proq-

ramında  yoxdur,  lakin  çox 

önəmli  bir  mövzudur:  “Bi-

zim  məqsədimiz  ondan 

ibarətdir ki, mümkün qədər 

həm  informativ  tərəfdən, 

həm  də  kliniki  təcrübə 

baxımından 

təcrübəmizi 

tələbələrlə bölüşək. Bu gün 

təqdim  etdiyim  mövzu  pa-

rodontologiyadan bəhs edir 

və  dünya  stomatologiya-

sında olan əsas problemləri 

əhatə  edir.  Bu  mövzu 

dərsliklərə  salınmayıb,  bu 

baxımdan da tələbələrin bu 

haqda öyrənməsi üçün bö-

yük şans yaradılıb”.

Qeyd edək ki, A.Məmmə-

dov Almaniyada sözügedən 

mövzu  üzrə  ixtisaslaşma 

keçib.  2007-2010-cu  illər 

ərzində  Almaniyada  Mün-

hen IPI institunun parodon-

tologiya  üzrə  ixtisaslaşma 

proqramını  bitirib.  2013-

2015-ci  illər  ərzində  Avs-

triyada Vyana Tibb Univer-

sitetinin  Parodontologiya 

kafedrasinda  elmi  araşdır-

malar  və  parodontologi-

ya  ixtisası  üzrə  təhsil  alıb. 

2014-cü  ildən  Avstriya  Pa-

rodontologiya Cəmiyyətinin 

üzvüdür.

Ortopedik stomatologiya kafedrasında tələbələr və 

rezidentlər üçün seminarlar keçirilir



Bu il aprelin 27-dən  mayın 1-dək  Nyu-Yorkda 



dünya allerqoloqlarının tanınmış simalarının iştirakı ilə  

Ümumdünya Tibbdə Reabilitasiya və İmmunoreabilitasi-

ya Konqresi və X Ümumdünya İmmunopatologiya təşkilatı 

tərəfindən allergiya, astma, XOAX üzrə illik Beynəlxalq 

Forum keçirilib

.

Tədbirdə MDB, Amerika, Asiya, Avropa və Afrikanın 50-

dən çox ölkəsindən nümayəndələr iştirak edib. Mühazirəyə  

Dünya  allerqoloqlar  təşkilatının  prezidenti  Mario  Sançez 

Borqes,  İtaliyadan  “İnterastma”  Beynəlxalq  Cəmiyyətinin 

həmsədri Valter Kanonika,  Amerika Allerqoloqlar-İmmu-

noloqlar Akademiyasının fəxri üzvü  Alen Kaplan,  Ame-

rika  Allerqoloqlar-İmmunoloqlar  Akademiyasının  eks-

prezidenti  Bryan  Martin,    Vyana  Tibb  Universitetinin  al-

lergiya  tədqiqatı  və  patofiziologiya,  immunopatologiya 

şöbəsinin  müdiri  Rudolf  Valenta,    Danimarkadan  Avropa 

Respirator  Cəmiyyətinin  eks-prezidenti  Ronald  Dahl    və 

digər  tanınmış  simalar  iştirak  edib.  Konfrans  iştirakçıla-

rı əsasən allerqoloji tədqiqatların əsas nəticələrini, kliniki 

praktikada onların tətbiqini nəzərdən keçirib, allerqologiya 

və  immunologiya  sahəsində  müxtəlif  kliniki  vəziyyətlərlə 

bağlı aktual məsələlər müzakirə olunub. 

Respublikamızı bu mötəbər tədbirdə ATU-nun “Klinik Al-

lerqolqiya və immunologiya” kursunun rəhbəri, tibb elmləri 

doktoru, professor Lalə Allahverdiyeva  və adıçəkilən kur-

sun dosenti Aynur Ağayeva yüksək səviyyədə təmsil ediblər.   

Forumun  poster  müzakirələri  çərçivəsində  professor 

L.Allahverdiyeva  respirator  allerqopatologiya  sahəsində 

Nailə  Əfəndiyeva  ilə  həmmüəllifi  olduğu  “Atopik  bronxial 

astmalı uşaq və yeniyetmələrdə speleoterapiyanın effektiv-

liyi” və  Nazilə Ələkbərova ilə həmmüəllif olduğu  “Allergik 

rinit  və  bronxial  astma  olan  uşaqlarda  sublinqval  aller-

genspesifik immunoterapiya” adlı məruzələri təqdim edib. 

Təqdim edilmiş poster məruzələr müxtəlif ölkə iştirakçı-

ları və eləcə də komissiya üzvləri arasında böyük marağa 

səbəb  olub.  Belə  ki,  L.Allahverdiyeva  və  N.Ələkbərovanın 

“Allergik  rinit  və  bronxial  astma  olan  uşaqlarda  sublinq-

val allergenspesifik immunoterapiya” adlı məruzəsinin elmi 

əhəmiyyəti yüksək qiymətləndirilərək  I yerə layiq görülüb 

və sertifikat alıb.

Bundan  başqa,  L.Allahverdiyeva  dünyanın  müxtəlif  

ölkələrindən  iştirak  edən    həkim  və  alimləri    Naxçıvanda 

yerləşən  duz  mağaralarının  müalicəvi,  reabilitasiya  im-

kanları  və  speleoterapiya  üstünlükləri  ilə  daha  yaxın-

dan tanış etmək məqsədilə forumda  plakatlar, broşürlər, 

məqalələrdən ibarət ekspozisiya sərgiləyib və qısa film nü-

mayiş etdirib. Alimimizin etdiyi təqdimat İspaniya, Ameri-

ka, Filippin, Rumıniya və digər ölkələrin həkimlərində geniş 

maraq oyadıb və onlar bilavasitə tənəffüs sağlamlığının bu 

təbii mənbəyi ilə tanış olmaq istədiklərini qeyd ediblər.

Həmçinin professor L.Allahverdiyeva Forumun plenar ic-

laslarından birinə də sədrlik edib.

Lalə xanım tədbir barədə təəssüratlarını bizimlə bölüşərək 

bildirib ki, Forum yüksək elmi səviyyədə keçirildi, bu, prak-

tiki  və  nəzəri  allerqologiya  sahəsində  mövcud  elmi  bi-

lik  mübadiləsi  üçün  böyük  əhəmiyyət  kəsb  etdi:  “Doğru-

dur, müalicəvi duz mağaraları istər Avropanın, istərsə də 

MDB-nin bir sıra ölkələrində mövcuddur. Amma Naxçıvan 

mağaralarındakı duzda olan natrium və xlor ionları digər 

ölkələrdəkinə  nisbətən  tərkibin  90  faizdən  çoxunu  təşkil 

edir.  Bu  da  müalicənin  effektliyini  daha  da  artırır.  Amma 

digər ölkələrdə duzun tərkibində kalsium ionları daha çox-

dur.  Naxçıvan  mağaralarının  üstün  cəhətlərindən  biri  də  

ondan ibarətdir ki, mağaralar Avropadakılara nisbətən üfiqi 

yerləşir. Havanın temperaturu sabitdir, burada rütubət  və 

havanın axını normaldır”. 

L.Allahverdiyeva  Naxçıvan  duzu  ilə  bağlı  tədqiqat 

işlərinin  davam  etdirildiyini  diqqətimizə  çatırmaqla  ya-

naşı,  pasiyentlərə  yüksək  xidmətin  təşkilindən  də  söhbət 

açıb. Xəstələrin düzgün müayinəsi üçün İsveçdən dünyanın 

məşhur tədqiqat mərkəzlərində istifadə olunan “Nioxmino” 

aparatının  gətirildiyini qeyd edib. 

Baş laborant Nailə Əfəndiyeva bu aparatın olduqca həssas 

olduğunu,  xəstələrdə  bir  sıra  müayinələrin  düzgün  apa-

rıldığını, hətta nəfəsdə azot-2 oksidinin səviyyəsinin belə 

dəqiq  ölçüldüyünü  bildirib.  Bir  sözlə,  onlara  müraciət 

edən  xəstələrin  müalicə  və  müayinələrinin  nəticələrindən 

məmnun qaldığını xüsusilə vurğulayıb. 

Qabil ABDULLAYEV

NAXÇIVAN DUZUNU DÜNYAYA TANIDAN ALİM



Yüklə 305,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə