Byörnstyerne Martinus Byörnson



Yüklə 4,18 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix15.03.2018
ölçüsü4,18 Kb.
#31878
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
yalnız  BalaĢın  partiyasında  qalır.  Operanın  digər 
iĢtirakçıları  da  leytmotivlərlə  səciyyələndirilir. 
Operanın 
qəhrəmanları 
leytmotiv 
xarakteristikalarla  yanaĢı,  ariyalarla,  ariozolarla, 
həmçinin ansambl nömrələri ilə təqdim olunurlar. 
F.  Əmirovun  operasında  müxtəlif  xarakterli  və 
tipli  çoxlu  ansambl  nömrəsi  vardır.  Onların 
içərisində  xüsusilə  Sevillə  BalaĢın  duetini 
göstərmək  lazımdır.  Bu  duet  onların  xarakteris-
tikasını  tamamlayır  və  dramaturji  cəhətdən  əsas 
səhnələrdə mühüm rol oynayır. 
Ġkinci  pərdədən  alınmıĢ  septet  bütün 
operanın mərkəzi ansamblı, ən yüksək nöqtəsidir. 
O bütün iĢtirakçıları bilavasitə toqquĢdurur. 
Operanın  birinci  pərdəsindəki  hadisə  1918-
1919-cu  illərdə  Bakıda  baĢ  verir.  Üçüncü 
pərdədəki hadisə 10 il geçəndən sonra vaqe olur. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
Opera  proloqla  baĢlanır.  Operanın  mühüm 
səhnələrindən  biri  kimi  köhnə  Azərbaycanın 
ümumiləĢdirilmiĢ  lövhəsi  verilir,  nümayəndəsi 
Sevil  olan  xalqın  ağır  həyatı  təsvir  edilir. 
Operanın  proloqunda  Xəzər  dənizinin  mənzərəsi 
göstərilir.  AxĢamdır.  Dəniz  sahilində  xalça  və 
paltar  suya  çəkən  qadınlar  öz  talelərindən 
Ģikayətlənirlər.  Sevil  də  onların  arasındadır. 
Məscid  minarəsindən  gələn  müəzzinin  səsi 
hamını axĢam ibadətinə çağırır. Proloqda operanıi 
əsas mövzuları – məzlum xalqın, Sevilin və oğlu 
Gündüzün  mövzuları  təzadlı  Ģəkildə  bir-birini 
əvəz edərək keçir. 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
 
BĠRĠNCĠ PƏRDƏ 
Bank  qulluqçusu  BalaĢın  evi.  Kəndli 
ailəsindən  çıxan  BalaĢ  ―yüksək  təbəqə‖yə 
çatmağa  can  atır.  Onun  baĢı  hazırda  boĢ, 
yüngülxasiyyət,  kübar  dairələrinə  mənsub  qadın 
olan  Dilbərə  qarıĢmıĢdır.  Ailəsi  onu  sıxır.  BalaĢ 
savadsız  arvadı  Sevilə  alçaq  nəzərlə  baxır, 
savadsız  atasından  utanır.  O,  kobud,  diqqətsiz, 
ürəksiz olmuĢdur. Sevil əzab çəkir. Sevilin qəmli 
ariozosu  və  lay-lay  mahnısı  səslənir.  Bunlarda 
onun  öz  taleyindən  Ģikayəti  eĢidilir.  Ariozo  xalq 
mahnıları  ruhunda  yazılmıĢdır.  Sevil  öz 
bədbəxtliyinin  səbəbini  əvvəlcə  acı  taleyində 
görür  və  ondan  Ģikayətlənir.  Müqəddimənin 
kədərli  melodiyasında  təkidlə  səslənən  orqan 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
punktu 
üzücü 
məhkumluq 
duyğusunu 
güçləndirərək, bir növ, bütün ariozo üçün ümumi 
olan  çarəsizlik  əhvali-ruhiyyəsi  ―hazırlayır‖. 
Mahnı  melodiyasının  kiçik  diapazonu  və  onun 
obrazlı-emosional  quruluĢu  ariozonu  həzin-lirik 
xalq  mahnılarına  –  ağılara  yaxınlaĢdırır. 
Ariozonun  xalq  mahnısı  xarakterində  olması 
qəribə  tərzdə  qovuĢan  kədərli  frazalarla,  xalq 
nəfəsli 
alətlərinin 
melizmatik 
bəzəklərini 
xatırladan  ağac  nəfəs  alətlərinin  (xüsusilə 
fleytanın)  çaldığı  melodiya  ilə  də  nəzərə 
çarpdırılır. 
Sakit,  sadədil  obrazı  təcəssüm  etdirən  və 
aydın ifadə olunan lay-lay mahnısı ruhən ariozoya 
yaxındır.  Burada  vokalla  duet  Ģəklində  səslənən 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
klarnetin  tembri  sonralar  tez-tez  Sevil  partiyasını 
müĢayiət edərək onun leyttembrinə çevrilir. 
AtakiĢinin balaca Gündüzlə (Sevilin oğlu ilə) 
gəlməsi  də  Sevili  qəmli  düĢüncələrdən  ayıra 
bilmir.  AtakiĢi  mahnı-rəqs  xarakterli  kupletlər 
oxuya-oxuya 
nəvəsini 
əyləndirir. 
BalaĢ Ģad  halda gəlir.  O,  qonaqları gözləyir.  Axı 
Dilbər  də  onların  arasında  olacaqdır.  BalaĢın 
mahnısı  onun  sevincini,  yüngülxasiyyət  kübar 
gözəlindən məst olduğunu ifadə edir. Bu, valsvarı 
kupletlərdir  ki,  onlarda  da  Ģuxluq  qayğısızlıq, 
qəmsizlik  səslənir.  Sonralar  mahnının  mövzusu 
operada leytmotiv mənası kəsb edir. 
Qonaqlar  –  Dilbər  və  onun  dostları,  kübar 
avaralar  olan  Əbdüləli  bəy,  Məmmədəli  bəy 
gəlirlər.  BalaĢın  qonaqlarını  səciyyələndirən 
musiqinin  səslənməsi  nəzərə  çarpacaq  təzad 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2018 
 
Ağasəlim Pünhanoğlu
 
       
―Azərbaycan və dünya musiqi sənətindən‖
 
yaradır. Dilbər obrazını təsvir edən musiqi sahəsi 
operanın 
bütün 
iĢtirakçılarının 
xarakteristikasından  kəskin  Ģəkildə  fərqlənir. 
Dilbər  partiyasında  XIX  əsrin  sentimental 
romansı  ruhunda  stilləĢdirilmə,  tanqo  ritmi, 
―təmiz‖  major-minor  nəzərə  çarpır.  Operada 
Dilbər  obrazı  əsasən  mahnı  və  romans  janrı  ilə 
bağlıdır.  Dilbər  Sarasatenin  məĢhur  ―Qara  çətir‖ 
romansının  intonasiyaları  əsasında  yazılmıĢ 
mahnını  oxuyur.  Dilbərin  mahnısındakı  təm-
təraqla səslənən tanqo rəqsi Dilbərə bir yüngüllük 
verir  və  onun  kübar  simasının  boĢ,  gərəksiz 
olduğunu  nəzərə  çarpdırır.  Mahnının  mövzusu 
onun 
leytmotivinə 
çevrilir. 
Uzaq  kənddən  gəlmiĢ  BabakiĢinin  –  Sevilin 
atasının  içəri  girməsi  Ģadlıq  məclisini  pozur. 
BalaĢ  BabakiĢini  qovur.  HiddətlənmiĢ  AtakiĢi  – 


Yüklə 4,18 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə