C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix26.03.2018
ölçüsü233,31 Kb.
#34305
1   2   3   4   5   6   7   8   9

 9

DİAQNOSTİKA 

C virus hepatitinin son diaqnozu yalnız qanda törədicinin 

RNT-si aşkar olunduqdan sonra qoyula bilər.  

Müalicəyə 

qədər bütün pasiyentlər nəzərdə tutulan 

müayinələrdən keçməlidirlər (C)

 

C virus hepatitli pasiyentlərin müalicəyə qədər müayinəsinin 

tövsiyə edilən həcmi: 

 



Qaraciyər xəstəliyinin ağırlaşmaları, həyatın keyfiyyətini poza 

bilən hepatitin qaraciyərdən kənar  əlamətləri və XCH 

simptomlarının mövcudluğu da daxil olmaqla tibbi anamnez

psixiatrik anamnez, depressiya və alkoqol qəbulunu aşkar etmək 

üçün müayinə, virus əleyhinə əvvəllər aparılmış terapiya və onun 

effektivliyi.  

 

HCV RNT-nin qanda miqdarının və genotipinin təyin edilməsi.  



 

Qaraciyər zədələnməsinin biokimyəvi markerləri və qaraciyər 



funksiyasının dəyərləndirilməsi: ALT, AST, QQT, QF 

səviyyəsinin müəyyən edilməsi, ümumi zülalın və bilirubin 

fraksiyalarının təyin olunması (koaquloqram daxil olmaqla). 

 



Qanın ümumi analizi (leykoformula və trombosit sayı daxil 

olmaqla). 

 

Fibrozun dərəcəsi və histoloji aktivliyin qeyri-invaziv metodlarla 



(fibroksan, fibrotest) müəyyənləşdirilməsi, zərurət yaranarsa, 

qaraciyərin punksion biopsiyası. 

 

Qalxanabənzər vəzin funksiyasının müəyyən edilməsi.  



 

Qanda kreatinin, Fe, ferritin, zərdabın dəmirlə doyması 



qabiliyyətinin təyini. 

 



Antinuklear anticisimlər, krioqlobulinlərin aşkar olunması.  

 



İnsulin rezistentliyi indeksi (НОМА-IR). 

 



Şəkərli diabetli pasiyentlərdə qlikolizə olunmuş hemoqlobin 

(HbA1С).  

 

Hamiləlik testi (fertil dövrdə olan qadınlarda). 



 

İİV infeksiyasına test, RW



 

HBsAg, anti-HBc, anti-HBs, anti-HAV (summar). 



 

EKQ 



 

Döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

10

Bundan başqa, məqsədyönlü şəkildə yerinə yetirilməlidir:  



 

Şəkərli diabet və arterial hipertenziyalı pasiyentlərdə 



retinopatiyanı aşkar etmək məqsədilə göz dibinin müayinəsi.  

 



Genetik qan xəstəliklərinin (talassemiya, hemofiliya, Q-6-FDH 

aktivliyinin defisiti) müəyyən edilməsi. 

 

Zərurət yaranarsa, digər genetik (Vilson-Konovalov xəstəliyi və 



s.) və autoimmun xəstəliklərin istisna olunması. 

 



Opiat, kokain və amfetaminlərin aşkara çıxarılması üçün sidiyin 

toksikoloji tədqiqi. 



MÜALİCƏ 

 



KCH və XCH-li bütün pasiyentlər virus əleyhinə müalicəyə 

potensial namizəd kimi dəyərləndirilməlidirlər (D).  

 

Əsas müayinə  və  VƏT aparılmazdan  əvvəl pasiyentdən yazılı 



formada məlumatlı razılıq alınması tövsiyə edilir.  

 

Virus əleyhinə terapiyanın aparılmasına əks-göstərişlər: 

 



Klinik  əhəmiyyətli yanaşı  xəstəliklər (bəzi bədxassəli  şişlər, 

qeyri-stabil stenokardiya, ağ ciyərlərin ağır obstruktiv xəstəliyi) 

 

Qaraciyərin klinik dekompensasiya olunmuş xəstəliyi* 



 

Nəzarət oluna bilməyən autoimmun xəstəliklər  



 

Hamilə olan və ya hamiləliyi planlaşdıran pasiyent, yaxud 



pasiyentin cinsi partnyoru, ya da hamiləliyin baş verməməsi üçün 

adekvat nəzarətdən boyun qaçırma 

 

Pasiyentin  əvvəlki müalicənin  şərtlərinə  əməl etməməsi barədə 



rəsmi sənədin olması  və ya təyin olunmuş müayinənin başa 

çatdırılmasının mümkün olmaması 

 

Preparatın müstəqil yeridilməsinin və ya parenteral yeridilmənin 



təşkilinin, həmçinin müntəzəm tibbi nəzarətin mümkünsüzlüyü 

 



İdarə edilməyən ağır psixiatrik xəstəliklər, xüsusən, intihar riski 

olan depressiyalar  

 

Hal-hazırda inyeksion narkotiklərdən istifadə 



 

Hal-hazırda alkoqoldan sui-istifadə** 



* Müalicəyə klinik dekompensasiyalı qaraciyər xəstəliyi olan ayrı-ayrı 

pasiyentlər namizəd ola bilərlər. 

** Müalicə dövründə alkoqoldan mütəmadi istifadə terapiyaya mənfi təsir 

göstərir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 11

Virus əleyhinə müalicə aparılması ehtimal olunan        

pasiyentlərlə bağlı tövsiyələr 

 



Virus  əleyhinə müalicə orta dərəcəli və ya ağır portal fibrozu 

olan xəstələrə, o cümlədən  əks-göstərişlər olmadığı  təqdirdə, 

kompensasiya olunmuş sirrozlu xəstələrə təklif olunmalıdır (D).  

 



Əks-göstərişlər olduğu halda, virus əleyhinə müalicə 

aparılmamalıdır (D)

 

Virus  əleyhinə terapiyaya qədər pasiyentlərə davamlı virusoloji 



cavabın (DVC) əldə edilmə ehtimalı haqqında məlumat 

verilməlidir (D)

Histoloji aktivlik və fibrozun olmadığı  və ya aşağı  səviyyədə 

olduğu (0-1 METAVIR) təqdirdə  VƏT xəstənin təkidi ilə aparıla 

bilər.  

 

Müalicənin şərtlərinə əməl edilməsi 

Təyin olunmuş virus əleyhinə terapiya rejiminə riayət 

edilməsinin vacibliyi barədə pasiyentlərlə mütləq müzakirə 

aparılmalıdır. VƏT zamanı  təyin olunmuş rejim və qaydalara 

əvvəllər riayət edilməməsi, həmçinin bu qaydaların psixi pozuntu və 

ya narkotik asılılıq səbəbindən pozulması hazırda aparılan HCV 

müalicəsinə  də etinasız yanaşma faktını proqnozlaşdırmağa imkan 

verir. Zərurət yaranarsa, terapiya təxirə salınaraq, müalicəyə 

münasibətin ciddiləşməsi istiqamətində  tədbirlər görülə bilər. 

Alkoqol qəbulu və narkotik maddələrin istifadəsindən imtina 

olunması müalicənin  şərtlərinə daha ciddi əməl ediləcəyinə  zəmin 

yaradır. Xroniki C hepatitli xəstələrin alkoqoldan istifadə etməsi 

hepatosellyulyar karsinomanın (HSK) inkişafı  və ölüm təhlükəsinin 

yaranması baxımından arzuolunmaz faktor kimi dəyərləndirilir. 

 

Autoimmun xəstəliklər zamanı VƏT 

İnterferonoterapiya autoimmun xəstəliklərin kəskinləşməsinə 

səbəb ola bilər. Stabilləşmiş  şəkərli diabeti və qalxanabənzər vəzin 

autoimmun xəstəliyi olan pasiyentlərin VƏT alması  təhlükəsizdir. 

Ağır autoimmun xəstəliklərdən (məsələn, psoriaz, Kron xəstəliyi, 

revmatoidli artrit) əziyyət çəkənlər həmin xəstəliyin stabilləşməsinə 

və XCH-nin proqressivləşməsinə  qədər virus əleyhinə müalicə 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə