C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix26.03.2018
ölçüsü233,31 Kb.
#34305
1   2   3   4   5   6   7   8   9

 

6

İxtisarların siyahısı: 



ALT  

– alaninaminotransferaza 



AST  

– aspartataminotransfraza 



DVC  – 

davamlı virusoloji cavab 



EKQ  

– elektrokardioqrafiya 



EVC  

erkən virusoloji cavab 



HbA1С   – qlikolizə olunmuş hemoqlobin 

HC  

– hepatit C 



HCV  

– hepatit C virusu 



HSK  

– hepatosellyulyar karsinoma 



XBÇ  

– xroniki böyrək çatışmazlığı 



XBT-10  – 

Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu baxış) 



XCH  

– xroniki C hepatiti 



İFA  

immunoferment analizi 



İİV  

– insan immun çatışmazlığı virusu 



KCH  

– kəskin C hepatiti 



QF  

– qələvi fosfataza 



QQT  

– qamma-qlütamintransferaza 



Q-6 FDH – qlükoza-6 fosfatdehidrogenaza 

LVC  

– ləngimiş virusoloji cavab 



RNT  

– ribonuklein turşusu 



RW  

– Vasserman reaksiyası 



SVC  – 

sürətli virusoloji cavab 



TTH  

– tireotrop hormon 



ÜST  

– Ümumdünya Səhiyyə Təşkilatı 



VƏT  

– virus əleyhinə terapiya 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

7

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində  və stasionarlarda 



çalışan terapevtlər, infeksionistlər, ailə  həkimləri üçün nəzərdə 

tutulmuşdur. 

Pasiyent qrupu: C virus hepatiti xəstəliyi olan böyük yaşlı şəxslər 

və uşaqlar. 

 

Protokolun məqsədləri:  

 

Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə C virus 



hepatitinin diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 

 



C virus hepatiti ilə  xəstələnmə, onun fəsadlaşmaları  və ölüm 

hallarının azaldılması 



 

ÜMUMİ MÜDDƏALAR 

C virus hepatiti – RNT tərkibli virus tərəfindən törədilən və 

əsasən xroniki gedişli antroponoz infeksion xəstəlikdir. Törədici 

hepatotrop təsirli olsa da, virusun qaraciyərdən kənar lokalizasiyası 

da sübuta yetirilib.  

Hepatit C virusu (HCV) 1989-cu ildə  kəşf edilib. Bu, 



Flaviviridae ailəsindən ölçücə çox kiçik, 30-38 nm diametrli, 

təkzəncirli RNT-si olan virusdur.  

Yoluxma mexanizmi parenteraldır. Yoluxdurma dozası kifayət 

qədər böyük – tərkibində virus olan 10

-2

-10


-4

 ml qan qədərdir. 

İnfeksiyanın mənbəyi C virus hepatitli və ilk növbədə simptomsuz 

gedişli xroniki xəstələrdir.  

ÜST-nin (2004-cü il) araşdırmalarına  əsasən, dünyada C 

hepatitinə yoluxmuş insanların sayı 170 milyondan artıqdır. 

Onlardan 5 milyondan çoxu Avropa sakinidir.  

Hazırda bu virusun 10 genotipi aşkarlanıb və onlardan ilk 6-sı 

klinik cəhətdən daha çox öyrənilib. Avropa və Asiya ölkələrində 1-

ci, 2-ci və 3-cü genotiplərə daha çox rast gəlinir. Azərbaycanda 

yayılmasına görə 1-ci genotip üstünlük təşkil edir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 8

XBT-10 üzrə təsnifatı 

B17 Digər kəskin virus hepatitləri  

B17.1 Kəskin C hepatiti 



B18 

Xroniki virus hepatiti  

B18.2 


Xroniki virus mənşəli C hepatit

i  


Skrininq və risk qrupları 

C hepatitinə (HCV) yoluxma ehtimalı  aşağı olan simptomsuz 

böyük yaşlı şəxslərin adi skrininqi tövsiyə edilmir.  

Seroloji müayinəyə  aşağıdakı risk qruplarına aid olan şəxslər 

namizəddir:  

 

qan və qan preparatları köçürülmüş şəxslər; 



 

qanın laxtalanma faktorları köçürülmüş hemofiliyalı xəstələr; 

 

hemodializdə olan xroniki böyrək çatışmazlıqlı xəstələr;  



 

B (B+D) hepatitli, İİV, zöhrəvi xəstəliklər, vərəmə yoluxmuş, 

həmçinin onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslər; 

 

xroniki C hepatitli xəstələrin həyat yoldaşları və uşaqları; 



 

cərrahi və invaziv tibbi müdaxiləyə məruz qalmış şəxslər; 

 

xroniki qaraciyər xəstəliyinin biokimyəvi  əlamətləri olan 



şəxslər, hətta klinik simptomlar olmadıqda belə; 

 

inyeksion narkomanlar; 



 

riskli seksual davranışa malik şəxslər

 

tatuajlı  və ya salonlarda tatuaj, manikür, pedikür etdirən 



şəxslər; 

 

tibbi heyət, xilasetmə xidmətlərinin  əməkdaşları, polislər və 



yanğınsöndürənlər – alətlərlə yaralanma/xəsarət alma, dəri və 

selikli qişanın qana bulaşması hallarında; 

 

dəri örtüyü tez-tez zədələnən şəxslər; 



 

endoskopik müayinə  və müalicə metodlarından yararlanmış 

şəxslər; 

 

transplantasiya edilmiş orqanların donor və resipiyentləri; 



 

HCV infeksiyası daha çox yayılmış ölkələrdən gəlmiş 

immiqrantlar. 

Skrininq zamanı hepatit C virusuna qarşı anticisimlərin aşkara 

çıxarılması  məqsədilə immunoferment analiz (İFA) metodundan 

istifadə olunur.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə