C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix26.03.2018
ölçüsü233,31 Kb.
#34305
1   2   3   4   5   6   7   8   9

 28

Antiretrovirus terapiyası ilə uyğunlaşma 

Peqinterferon və ribavirinlə müalicə dövründə didanozindən 

istifadə son dərəcə arzuolunmazdır (D), qaraciyər sirrozu zamanı isə, 

ümumiyyətlə,  əks-göstərişdir  (D). Stavudin, xüsusilə didanozinlə 

kombinasiyada laktasidoz riskini əhəmiyyətli dərəcədə artırdığı üçün  

əks-göstərişdir  (D). Bundan başqa, anemiya və neytropeniya 

təhlükəsi yarandığından zidovudin təyin edilməməlidir (D).  

Bir tədqiqatda  İİV proteazası inhibitorlarının C hepatitinin 

peqinterferon və ribavirinlə müalicəsinin nəticəsinə  mənfi təsiri 

nümayiş etdirilmişdir; bu faktın gələcəkdə  təsdiq edilməsi tələb 

olunur. 


Müşahidə 

Müalicə başlandıqdan 1, 2 və 4 həftə sonra, bunun ardınca isə hər 

ay qanın ümumi analizi aparılır, aminotransferazaların aktivliyi və 

bilirubinin səviyyəsi müəyyənləşdirilir. CD4 limfositlərin sayı hər ay 

hesablanır. Əlavə laborator müayinə həkimin məsləhəti ilə aparılır və 

buraya TTH səviyyəsinin  ən azı 3 aydan bir müəyyənləşdirilməsi 

daxil edilir.  

Beləliklə: 

 

İdarə olunan İİV-infeksiyalı və histoloji təsdiq olunmuş qaraciyər 



xəstəliyi olan pasiyentlərə XCH-nin virus əleyhinə terapiyası 

aparılmalıdır (D).  

 

Alfa-peqinterferon və ribavirinlə virus əleyhinə terapiya doza 



baxımından monoinfeksiyada olduğu kimi həyata keçirilməlidir 

(D)

 



Virus  əleyhinə müalicənin müddəti, genotipdən asılı olmayaraq, 

minimum 48 həftə təşkil etməlidir (C)

 

Didanozin və ribavirinin yanaşı qəbulundan çəkinmək lazımdır (C)



 

Birgə infeksiyaya yoluxmuş pasiyentlərin virus əleyhinə 



müalicəsi fonunda sitopeniya daha tez-tez özünü göstərir və bu, 

müalicəni davam etdirmək məqsədilə qranulositar koloniya 

stimuləedici artım faktoru və eritropoetin təyin olunmasını tələb 

edə bilər (C).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 29

 



HCV/İİV ko-infeksiyalı və Child-Pugh üzrə balların miqdarı ≥ 6 

olan qaraciyər sirrozlu pasiyentlərə HCV-nin virus əleyhinə 

terapiyası aparılmamalıdır (B) 

 

MÜALİCƏNİN TƏHLÜKƏSİZLİYİ VƏ 



EFFEKTİVLİYİNİN MONİTORİNQİ  

HCV-nin virus əleyhinə terapiyası zamanı daha çox qeydə alınan 

kənar effektlər bunlardır: qripəbənzər sindrom, zəiflik, ilikdə 

qanyaranmanın zəifləməsi, psixo-emosional rahatsızlıq 

(depressiyalar, psixomotor oyanmalar və s.), mədə-bağırsaq 

sisteminin pozulması, saç tökülməsinin artması, qalxanabənzər vəzin 

disfunksiyası, müxtəlif dərəcədə ifadə olunmuş allergik reaksiyalar, 

autoimmun və sistem xəstəliklərinin kəskinləşməsi, interferon daxil 

edilən sahələrdə lokal reaksiya və s. 

Bununla  əlaqədar, virus əleyhinə terapiya zamanı pasiyentlərin 

əsaslı klinik və laborator monitorinqdən keçməsi çox vacibdir. 

Müalicənin orqanizm tərəfindən pis qəbul edilməsi onun erkən 

dayandırılmasına səbəb ola bilər. Yaranacaq kənar effektlərin üzə 

çıxarılması  və onların korreksiyası üsulları barədə pasiyentlərin 

təlimatlandırılması yolu ilə terapiyanın  şərtlərinə  əməl edilməsinin 

yaxşılaşdırılmasına nail olmaq mümkündür. Pasiyentləri inandırmaq 

lazımdır ki, terapiya nəticəsində yaranmış  kənar effektlərin çoxu 

müalicə edilə və ya azaldıla bilər.  

 

DOZANIN MODİFİKASİYASI 

Alfa-peqinterferon və ribavirinin dozalarının korreksiyasına dair 

tövsiyələr 2-ci və 3-cü cədvəllərdə göstərilmişdir. Alfa-

peqinterferonun dozasının azaldılması pilləli şəkildə aparılır (alfa-2a 

peqinterferon üçün 180 mkq-dən 135 mkq-dək, sonra 90 mkq-dək; 

alfa-2b peqinterferon üçün 1.5 mkq/kq-dən 1 mkq/kq-dək, sonra 0.5 

mkq/kq-dək). Praktikada ribavirin dozasının azaldılması da 200 mq 

olmaqla pilləli  şəkildə aparılır (cədvəl 3).  Dozanı  aşağı salmamaq 

üçün artım faktorlarının təyininin mümkünlüyünü nəzərdən keçirmək 

olar. 


Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 30

Cədvəl 2Peqinterferonun dozasının aşağı salınması və ya 

onun tətbiqinin dayandırılması 

Laborator 

göstəricilər 

İstehsalçının təlimatda göstərilmiş tövsiyələri 

Leykositlər 



< 1,5 × 10

9

/l 



Alfa-peqinterferon dozasının aşağı salınması 

və leykositlərin miqdarının təkrar təyini 



< 1 × 10

9

/l 



Leykosit miqdarının bərpasınadək alfa-

peqinterferon təyininin dayandırılması 

Neytrofillərin 

mütləq sayı 



< 0,75 × 10

9

/l 



Alfa-2a peqinterferon: dozanın həftədə 135 

mkq-dək aşağı salınması və neytrofillərin 

miqdarının təkrar müəyyən olunması və/və ya 

qranulositar koloniya stimuləedici faktorun 

təyini 

Alfa-2b peqinterferon: dozanın aşağı salınması 



və neytrofillərin miqdarının təkrar müəyyən 

olunması və/ və ya qranulositar koloniya 

stimuleədici faktorun təyini  

< 0,50 × 10

9

/l 



Neytrofillərin miqdarı bərpa olanadək alfa-

peqinterferon təyininin təxirə salınması 

Trombositlər 

< 50 × 10

9

/l 



Alfa-peqinterferon – dozanın 50% aşağı 

salınması və trombositlərin miqdarının təkrar 

müəyyən olunması 

< 35 × 10

9

/l 



Trombosit miqdarının bərpasınadək alfa-

peqinterferon təyininin dayandırılması. Bu 

zaman trombositlərin miqdarını tez-tez 

yoxlamaq, həmçinin qanaxma və ya hematoma 

simptomlarını ciddi nəzarət altında saxlamaq 

lazımdır 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 31

Cədvəl 3Ribavirinin dozasının aşağı salınması və 

qəbulunun dayandırılması 

Parametr Tövsiyələr 

Hemoqlobin 

 < 11 lakin 

> 10 q/dl 

Minimal simptomlar zamanı dozanın aşağı 

salınması tələb olunmur 

Simptomlar yaranarsa, ribavirinin dozası 

gündə 200 mq aşağı salınmalı və/və ya 

eritropoetin təyin olunmalıdır 

< 10 lakin 

> 8,5 q/dl 

Ribavirin dozasının gündə 200 mq aşağı 

salınması və/və ya eritropoetinin təyin 

olunması  

Hemoqlobinin səviyyəsi hər 2 həftədən bir, 

lazım gələrsə, daha tez-tez müəyyən 

edilməlidir 



< 8,5 q/dl 

Hemoqlobinin səviyyəsi bərpa olanadək 

ribavirin təyininin dayandırılması 

Qeyd: 

1.  

Ürəyin stabil xəstəliyi zamanı hemoqlobinin səviyyəsi 4 həftə 

ərzində > 2q/dl azalıbsa, ribavirinin dozası sutkada 200 mq aşağı 

salınmalıdır. 

2.  

Əgər hemoqlobinin səviyyəsi ribavirin dozasının aşağı 

salınmasından 4 həftə sonra < 12 q/dl olarsa, preparatın qəbulu 

hemoqlobinin səviyyəsi bərpa olanadək dayandırılmalıdır.

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 32

ARTIM FAKTORLARI 

Ribavirinlə terapiya fonunda hemoqlobin səviyyəsi orta hesabla 

2-3 q/dl-dək azalır ki, bu da yorğunluq və  təngnəfəsliklə özünü 

büruzə verir. Ribavirinlə terapiya fonunda yaranmış anemiyanın 

korreksiyası variantlarına ribavirinin dozasının azaldılması, ribavirin 

qəbulunun dayandırılması  və/və ya eritropoetin artım faktorunun 

təyin edilməsi daxildir.  

Anemiyanın korreksiyası  məqsədilə ribavirin dozasının aşağı 

salınması DVC-nin əldə olunması göstəricilərinin aşağı düşməsinə 

səbəb ola bilər. Lakin ribavirin dozasının  ≤ 20%  aşağı salınmasının 

DVC-nin  əldə olunmasına təsiri məlum deyil. Beləliklə, xüsusən 

terapiyanın ilk 12 həftəsində, ribavirinin hədəf  dozasının ≥ 80%-ini 

qəbul etmək lazımdır. Ribavirin qəbulunun erkən dayandırılması 

DVC əldə olunmasının sübut edilmiş azalmasına səbəb olur.  

Eritropoetinlə terapiya ribavirinin lazımı dozasını saxlamağa 

imkan verir və müalicə fonunda yaranmış anemiyası olan 

pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırır.  

Eritropoetin terapiyası İİV və ya qaraciyər transplantasiyasından 

sonra  immunosupressantların tətbiqi nəticəsində iliyin zəifləməsi baş 

vermiş pasiyentlər üçün daha effektli ola bilər. Eritropoetin təyini 

zamanı alfa-epopoetinin başlanğıc dozası 40000 vahid d/a həftədə 1 

dəfə (60000 vahidə qədər, d/a, həftədə 1 dəfə) və ya alfa-darbopoetin 

200 mkq d/a 2 həftədə 1 dəfə (300 mkq-dək, d/a, həftədə 1 dəfə). Hb 

səviyyəsi və hematokritə  nəzarəti hər 2-4 həftədən bir aparmaq 

lazımdır. 

 

Eritropoetin qəbuluna dair tövsiyələr 

 



Eritropoetin, ribavirin qəbulu fonunda yaranmış simptomatik 

anemiyalı pasiyentlərə  və/ və ya anemiya ilə  əlaqədar ribavirin 

dozasının azaldılmasının qarşısını almaq, yaxud onun qəbulunu 

dayandırmamaq məqsədilə  təyin oluna bilər. Bu, xüsusilə, 

qaraciyər sirrozu olan, qaraciyəri transplantasiya edilmiş, 

İİV/HCV müştərək infeksiyalı xəstələrə şamil edilir (A)

 

Müalicəyə  qədər anemiyası olan (Hb < 11 q/dl), xüsusən 



proqressivləşən XCH-li pasiyentlərdə ribavirin dozasının VƏT 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 33

zamanı azaldılmaması  məqsədilə eritropoetin  preventiv təyin 

oluna bilər.  

 

Qranulositar koloniya stimuləedici faktorun tətbiqi 

Neytropeniya alfa-peqinterferonla terapiyaya xas olan yanaşı 

təsirdir. Bu zaman təqribən 20% pasiyentlərdə neytrofillərin mütləq 

sayı 750/mm

3

-dən aşağı düşür. Alfa-peqinterferonun ilkin dozasının 



60%-dən az aşağı salınması DVC-nin əldə olunmasının azalmasına 

gətirib çıxarır. Qranulositar koloniya stimuləedici faktor leykositlərin 

miqdarını artırır, XCH-li və/ və ya qaraciyər transplantasiyası 

olunmuş  xəstələrdə interferonla bağlı neytropeniya inkişaf etdiyi 

zaman yüksək dozada interferonun təyin edilməsinə imkan yaradır. 

Qranulositar koloniya stimuləedici faktor qaraciyər sirrozu olan, 

qaraciyər transplantasiya olunmuş, həmçinin İİV/HCV ko-infeksiyası 

nəticəsində neytrofillərin mütləq sayı 500/mm

3

-dən az olan 



pasiyentlərə  təyin edilə bilər, xüsusən o halda ki,  alfa-

peqinterferonun dozasının azaldılmasına baxmayaraq neytropeniya 

davam edir.  

Qranulositar koloniya stimuləedici faktor 300 mkq d/a həftədə 1-

2 dəfə təyin olunur. Neytrofillərin arzu olunan mütləq sayı 500/mm

3

-



dən artıq olarsa, qranulositar koloniya stimuləedici faktorun dozası 

korreksiya oluna bilər. 

 

Trombopoetinin tətbiqi 

Hal-hazırda effektivlik və  təhlükəsizlik barədə  məlumatlar 

olmadığından, interferonoterapiya alan xəstələrə trombopoetin təyin 

olunması tövsiyə edilə bilməz. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 34

Ədəbiyyat: 

 

1.

 



Helen S Yee, Sue L Currie, Jama M Darling and Teresa 

L Wright M. Management and treatment of hepatitis C viral 

infection: recommendations from the Department of Veterans 

Affairs Hepatitis C Resource Center program and the National 

Hepatitis C Program office. American Journal of 

Gastroenterology 2006;101:2360-2378. 

2.

 



Strader DB, Wright T, Thomas DL, Seeff LB. AASLD 

PRACTICE GUIDELINE: Diagnosis, Management, and 

Treatment of Hepatitis C. Hepatology. 2004;39:1147-1171. 

3.

 



National Kidney Foundation 2008 Spring Clinical Meetings: 

Session 285. Guidelines for Hepatitis C in Chronic Kidney 

Disease. April 2–6, 2008.Kidney Intl. 2008;73(suppl 109):S1-

S99. 


4.

 

Alfredo Alberti, Nathan Clumeck, Simon Collins, Wolfram 



Gerlich, Jens Lundgren, Giorgio Palú, Peter Reiss, Rodolphe 

Thiebaut, OlaWeiland, Yazdan Yazdanpanah, Stefan Zeuzem. 

Short Statement of the First European Consensus Conference on 

the Treatment of Chronic Hepatitis В and C in HIV Co-Infected 

Patients. Journal of Hepatology 2005; 42:615-624. 

5.

 

Giorgio Bedogni, M.D.; Lucia Miglioli, M.D.; Flora Masutti, 



M.D.; Silvia Ferri, M.D.; Anna Castiglione, M.D.; Marco Lenzi, 

M.D.; Lory Saveria Crocè, M.D.; Alessandro Granito, M.D.; 

Claudio Tiribelli, M.D., Ph.D.; Stefano Bellentani, M.D., Ph.D. 

Natural course of chronic HCV and HBV infection and role of 

alcohol in the general population: the Dionysos Study. Am J 

Gastroenterol. 

 2008;103(9):2248-2253. 

 ©2008 Blackwell 

Publishing 

6.

 



Heller T and Rehermann B (2005) Acute hepatitis C: a 

multifaceted disease. Semin Liver Dis 25: 7–17 

7.

 

В. Hofer H et al. (2003) Spontaneous viral clearance in patients 



with acute hepatitis C can be predicted by repeated measurements 

of serum viral load. Hepatology 37: 60–64  

8.

 

Zekry A et al. (2005) Treatment of acute hepatitis C infection: 



more pieces of the puzzle? J Hepatol 42: 293–296  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 35

9.

 



Jaeckel E et al. (2001) Treatment of acute hepatitis C with 

interferon alfa-2b. N Engl J Med 345: 1452–1457  

10.

 

Kamal SM et al. (2006) Duration of peginterferon therapy in 



acute hepatitis C: a randomized trial. Hepatology 43: 923–931  

11.


 

Wiegand J et al. (2006) Early monotherapy with pegylated 

interferon alpha-2b for acute hepatitis C infection: the HEP-NET 

acute-HCV-II study. Hepatology 43: 250–256 

12.


 

Roberts SK, Cooksley G, Dore GJ, et al. Robust antiviral activity 

of R1626, a novel nucleoside analog: A randomized, placebo-

controlled study in patients with chronic hepatitis C. Hepatology. 

2008; 48:398-406.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

 

 



 

 

 



 

 

 



Klinik protokolla bağlı  təklif və iradlarınızı 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin İctimai 

Səhiyyə və İslahatlar Mərkəzinə göndərə bilərsiniz. 

 

Ünvan:  Bakı, H.Zərdabi küç., 96 

Tel: 431-60-88 

Faks: 430-52-85 

Email: office@isim.az 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • Obloshka Hepatit C.pdf
  • Hepatitis C_A5 for Web.pdf
    • 1. Helen S Yee, Sue L Currie, Jama M Darling and Teresa L Wright M. Management and treatment of hepatitis C viral infection: recommendations from the Department of Veterans Affairs Hepatitis C Resource Center program and the National Hepatitis C Program office. American Journal of Gastroenterology 2006;101:2360-2378. 
    • 2. Strader DB, Wright T, Thomas DL, Seeff LB. AASLD PRACTICE GUIDELINE: Diagnosis, Management, and Treatment of Hepatitis C. Hepatology. 2004;39:1147-1171. 
    • 3. National Kidney Foundation 2008 Spring Clinical Meetings: Session 285. Guidelines for Hepatitis C in Chronic Kidney Disease. April 2–6, 2008.Kidney Intl. 2008;73(suppl 109):S1-S99. 
    • 4. Alfredo Alberti, Nathan Clumeck, Simon Collins, Wolfram Gerlich, Jens Lundgren, Giorgio Palú, Peter Reiss, Rodolphe Thiebaut, OlaWeiland, Yazdan Yazdanpanah, Stefan Zeuzem. Short Statement of the First European Consensus Conference on the Treatment of Chronic Hepatitis В and C in HIV Co-Infected Patients. Journal of Hepatology 2005; 42:615-624. 
    • 5. Giorgio Bedogni, M.D.; Lucia Miglioli, M.D.; Flora Masutti, M.D.; Silvia Ferri, M.D.; Anna Castiglione, M.D.; Marco Lenzi, M.D.; Lory Saveria Crocè, M.D.; Alessandro Granito, M.D.; Claudio Tiribelli, M.D., Ph.D.; Stefano Bellentani, M.D., Ph.D. Natural course of chronic HCV and HBV infection and role of alcohol in the general population: the Dionysos Study. Am J Gastroenterol.  2008;103(9):2248-2253.  ©2008 Blackwell Publishing 
    • 6. Heller T and Rehermann B (2005) Acute hepatitis C: a multifaceted disease. Semin Liver Dis 25: 7–17 
    • 7. В. Hofer H et al. (2003) Spontaneous viral clearance in patients with acute hepatitis C can be predicted by repeated measurements of serum viral load. Hepatology 37: 60–64  
    • 8. Zekry A et al. (2005) Treatment of acute hepatitis C infection: more pieces of the puzzle? J Hepatol 42: 293–296  
    • 9. Jaeckel E et al. (2001) Treatment of acute hepatitis C with interferon alfa-2b. N Engl J Med 345: 1452–1457  
    • 10. Kamal SM et al. (2006) Duration of peginterferon therapy in acute hepatitis C: a randomized trial. Hepatology 43: 923–931  
    • 11. Wiegand J et al. (2006) Early monotherapy with pegylated interferon alpha-2b for acute hepatitis C infection: the HEP-NET acute-HCV-II study. Hepatology 43: 250–256 
    • 12. Roberts SK, Cooksley G, Dore GJ, et al. Robust antiviral activity of R1626, a novel nucleoside analog: A randomized, placebo-controlled study in patients with chronic hepatitis C. Hepatology. 2008; 48:398-406.  
  • Klinik protokolla baqli.pdf

Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə