C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix26.03.2018
ölçüsü233,31 Kb.
#34305
1   2   3   4   5   6   7   8   9

 12

almamalıdırlar. Autoimmun xəstəlikli pasiyentlərə  VƏT müvafiq 

mütəxəssislərlə (məsələn, revmatoloq, endokrinoloq) sıx əməkdaşlıq 

şəraitində  təyin edilməlidir. Autoimmun xəstəlik simptomlarının 

pisləşməsi ilə bağlı pasiyentlərin diqqətli monitorinqi aparılmalıdır.  

 

VƏT və hamiləlik 

Virus  əleyhinə müalicədən  əvvəl fertil dövrdə olan bütün 

qadınlar hamiləlik testindən keçməlidirlər. Əgər qadın hamilədirsə və 

ya hamilə qalmağa hazırlaşırsa, virus əleyhinə müalicəni başlamaq 

lazım deyil. Belə ki, ribavirin teratogen təsirə malikdir. Qadının 

partnyoru HCV-yə yoluxduğu və virus əleyhinə terapiya aldığı halda 

da hamiləlikdən daşınmaq lazımdır. Müalicə dövründə  və müalicə 

bitdikdən sonra 6 ay müddətində hər iki partnyorun ən azı bir baryer 

metodu vasitəsilə kontrasepsiyadan istifadə etməsi zəruridir. 

Ribavirin təyini fonunda hamiləlik baş verərsə, preparatın qəbulunun 

dərhal dayandırılması lazımdır.  

 

Gözlərin müayinəsi 

Tor qişanın zədələnməsi ilə bağlı risk faktorları olmayan 

pasiyentlərin müalicəyə  qədər oftalmoloji müayinədən keçməsi 

məsləhətdir. Gözlərin təkrar müayinəsi müalicə dövründə 

retinopatiya baş verdikdə  və ya onun ağırlaşması hallarında aparıla 

bilər.  


Tor qişanın zədələnməsi ilə bağlı risk faktoru olan (məsələn, 

arterial hipertenziya, şəkərli diabet) pasiyentlər, interferonoterapiya 

zamanı  xəstəliyin proqressivləşməsini aşkara çıxarmaq üçün həm 

müalicəyə  qədər, həm də müalicə vaxtı oftalmoloji müayinədən 

keçməlidirlər.  

 

C hepatitinin qaraciyərdən kənar təzahürləri 

HCV infeksiyası leykositoklastik vaskulit, membranoproliferativ 

qlomerulonefrit və dərinin gecikmiş porfiriyası da daxil olmaqla, bir 

sıra qaraciyərdən kənar təzahürlərin inkişafı ilə assosiasiya təşkil 

edir. Qaraciyərdən kənar təzahürlərin müalicə olunması  nəzərdə 

tutulmuş pasiyentlərdə krioqlobulinlərin ilkin səviyyəsi, kreatininin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 13

sutkalıq klirensi, sidikdə zülalın sutkalıq miqdarı  təyin edilməli, 

sidiyin ümumi analizi aparılmalıdır.  

 

İİV-nin təyin olunması üçün test 

İİV/HCV ko-infeksiyası qaraciyərin HCV tərəfindən zədələnmə 

riskini artırır, HCV infeksiyasının terapiya müddətinin uzanmasına 

və davamlı virusoloji cavaba nail olma ehtimalının aşağı düşməsinə 

təsir edə bilir. Virus əleyhinə terapiyanın aparılması  nəzərdə 

tutulmuş bütün XCH-li xəstələr  İİV-nin təyini testindən 

keçməlidirlər.  

 

Kəskin C hepatitli xəstələrin müalicəsi 

Klinik cəhətdən  kəskin ifadə olunmuş C virus hepatitli 

pasiyentlərdə orqanizmin virusdan öz-özünə  təmizlənməsi 67% 

hallarda simptomların yaranmasından sonrakı 3-4 ay müddətində baş 

verə bilər. Xəstəlik zəif, effektsiz T-hüceyrə cavabı zamanı xroniki 

hal alır. Virusun yüksək mutasiya qabiliyyəti, həmçinin humoral 

cavabı da çətinləşdirir və infeksiyanın xronikləşmə ehtimalını artırır. 

Digər tərəfdən, virusun öz-özünə klirensi aktiv immun cavabla 

əlaqədardır və sarılıqla keçən kəskin C hepatitli pasiyentlərin 

simptomsuz pasiyentlərlə müqayisədə öz-özünə sağalma ehtimalı 

daha böyükdür. 

HCV-yə yoluxma faktı müəyyən edildiyi andan etibarən 

pasiyentlərin 8-12 həftə  ərzində müşahidə edilməsi zəruridir  (D)

Əgər bu müddət  ərzində öz-özünə sağalma qeyd olunmazsa, onda 

VƏT-in təyin edilməsi vacibdir. Kəskin hepatit C-nin müalicəsi 

infeksiyanın xronikləşməsinin qarşısının alınması baxımından çox 

effektlidir.  

VƏT peqilə olunmuş interferonlarla monoterapiya rejimində 24 

həftə müddətində aparılır və pasiyentlərdə yüksək səviyyəli DVC 

əldə olunmasına zəmin yaradır.  

Kəskin C hepatitinin müalicə sxeminə ribavirinin əlavə edilməsi 

DVC-yə nail olma tezliyini artırmır. Bəzi hallarda kombinə edilmiş 

VƏT fərdi qaydada təyin oluna bilər.  

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 14

Xroniki C hepatitli  pasiyentlərin müalicəsi 

Əvvəllər VƏT almamış pasiyentlərin müalicəsinə dair  

tövsiyələr: 

 

 



Peqinterferon-alfa + ribavirin kombinə edilmiş terapiya sxemi 

XCH-nin müalicəsi standartıdır (A).  

 

Peroral qəbul edilən ribavirinlə kombinasiyada alfa-2a 



peqinterferonun standart dozası 180 mkq/həftə, alfa-2b 

peqinterferonun dozası isə 1,5 mkq/kq/həftə təşkil edir (A).  

 

Virusun 1-ci genotipi olan pasiyentlərdə alfa-2a peqinterferon ilə 



kombinasiyada ribavirinin dozası – 75 kq və ya ondan az bədən 

çəkisi üçün 1000 mq/sutka, 75 kq-dan artıq bədən çəkisi üçün 

1000-1200 mq/sutka təşkil edir (A). Alfa-2b peqinterferonun 

istifadəsi zamanı ribavirinin dozası  çəkisi 95 kq-dan çox olan 

pasiyentlər üçün 15 mq/kq/sutka (1400 mq/sutka-dan artıq 

olmamaq şərtilə) təşkil edir.  

 

2/3 genotipli pasiyentlərdə alfa-2a peqinterferonla kombinasiyada 



ribavirinin dozası 800 mq/sutka təşkil edir (A), alfa-2b 

peqinterferon ilə kombinasiyada isə ribavirin dozasının bədən 

çəkisinə uyğun (15 mq/kq/sutka, 1400 mq/sutka-dan artıq 

olmayaraq) hesablanması tövsiyə edilir.  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə