C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix26.03.2018
ölçüsü233,31 Kb.
#34305
1   2   3   4   5   6   7   8   9

 15

Cədvəl  1. Virus əleyhinə terapiya zamanı parametrlərin 

monitorinqi 

Parametr 

İnterval 

Şərhlər 

Leykositlər, Hb, Ht, 

trombositlər, 

kreatinin klirensi 

Müalicəyə qədər, 

1-ci və ya 2-ci 

həftə, 4-cü həftə, 

sonra hər ay və ya 

müalicə 

müddətində ayda 

2 dəfə və ya 

göstəriş olduqda 

daha tez-tez 

Müalicəyə qədər 

göstərilən parametrlər 

belə olmalıdır: kişilər 

üçün Hb ≥ 12 q/dl və 

qadınlar üçün ≥ 

11q/dl; 

neytrofillərin mütləq 

sayı > 1,5×10

9

/l, 



trombositlərin mütləq 

sayı > 70×10

9

/l, 


kreatinin klirensi 

> 50 ml/dəq (böyrək 

patologiyası olan 

pasiyentlər üçün) 

Biokimyəvi 

tədqiqatlar 

Müalicəyə qədər 

1-ci ay, sonra hər 

1-2 aydan bir 

Monitorinq apararkən 

digər testlərlə birgə 

Hamiləlik testi 

Müalicəyə qədər, 

terapiya zamanı 

hər ay, 

terapiyadan 

sonrakı 6 ay 

ərzində  

Müalicə zamanı, 

müalicə başa 

çatdıqdan sonrakı 6 

ay müddətində 

pasiyent və onun 

partnyoru 2 növ 

kontraseptivdən 

istifadə etməlidir. 

Hamiləlik baş 

verdikdə müalicəni 

dayandırmaq və 

hamiləliyin gedişini 

diqqətlə izləmək 

lazımdır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 16

Tireotrop hormon 

(TTH) 

Müalicəyə qədər 



və müalicə 

zamanı ən azı 3 

ayda 1 dəfə 

TTH səviyyəsinin 

artması zamanı 

nəticəni təsdiq etmək 

və sərbəst tiroksinin 

(T4) səviyyəsini 

müəyyənləşdirmək 

vacibdir. Lazım 

gələrsə, tiroksinlə 

əvəzedici terapiya 

təyin olunmalıdır. 

Qanda qlükoza 

Müalicəyə qədər 

və müalicə 

zamanı ən azı 3 

ayda 1 dəfə 

Qlükoza səviyyəsinin 

artması zamanı 

nəticəni qlikolizə 

olunmuş Hb 

səviyyəsini 

müəyyənləşdirmək 

yolu ilə təsdiq edin. 

Onun artması zamanı 

toxumaların insulin 

rezistentliyini aşağı 

salan preparatların 

təyin edilməsi 

göstərişdir.  

HCV RNT 


(kəmiyyət və/və ya 

keyfiyyət metodu ilə 

təyin etmək) 

 

Müalicəyə qədər, 



4-cü, 12-ci həftə 

və sonrakı VƏT 

dövründə 3 ayda 

1 dəfə, 


müalicənin 

sonunda, terapiya 

başa çatdıqdan 3, 

6, 12 ay sonra.  

12-ci həftədə HCV 

RNT-nin səviyyəsinin 

2 log

10

-dan az aşağı 



düşməsi qeydə 

alınarsa, müalicənin 

dayandırılmasının 

mümkünlüyünü 

nəzərdən keçirmək 

lazımdır. Erkən 

virusoloji cavab əldə 

olunmadığı və 

müalicənin davam 

etdirildiyi halda HCV 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 17

RNT 24-cü həftədə də 

aşkar edilirsə, 

terapiyanı 

dayandırmaq lazımdır 

(əgər terapiyanın 

məqsədi virusun 

eradikasiyasıdırsa). 

Yanaşı təsirləri və 

müalicənin şərtlərinə 

əməl olunmasını 

müəyyənləşdirmək 

üçün müayinə  

Hər gəlişdə Müalicə şərtlərinə 

əməl etməmək 

cavabın əldə 

olunmasına mənfi 

təsir göstərir. 

Depressiyanın 

mövcudluğunun 

aşkarı üçün müayinə 

Müalicəyə qədər 

və hər gəlişdə 

Depressiya müəyyən 

edildikdə 

antidepressantların 

təyini və/və ya 

psixiatr məsləhəti 

göstərişdir.  

Narkotik 

maddələrdən 

istifadəni müəyyən 

etmək üçün müayinə 

(anamnezdə 

alkoqoldan istifadə

kokain, opiatlar, 

heroin, amfetamindən 

istifadə) 

Müalicəyə qədər 

və hər gəlişdə 

Müayinənin nəticəsi 

müsbət olarsa, 

narkoloqun məsləhəti 

göstərişdir. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 18

Peqinterferon-alfa və ribavirinlə kombinasiya edilmiş müalicənin 

cavab prediktorları 

HCV-nin 1-ci genotipi kombinasiya edilmiş virus əleyhinə 

terapiya zamanı davamlı virusoloji cavabın alınması üçün başlıca 

mənfi prediktor sayılır. HCV RNT-nin ilkin səviyyəsinin yüksək 

olması (>600 000 BV/ml və ya >2 000 000 nüsxə/ml), 40  və ondan 

yuxarı yaş, artıq çəki, insulin rezistentliyi, dəmirlə yüklənmə 

sindromu və sirrozun mövcudluğu  əlavə müstəqil mənfi cavab 

prediktorlarıdır. Pasiyentin cinsi müstəqil cavab prediktoru sayılmır.  



 

Müalicənin effektivliyinin virusoloji meyarları 

Müalicəyə cavab virusoloji (HCV RNT səviyyəsinin dəyişməsi) 

və histoloji (histoloji aktivlik və fibroz indeksləri) meyarlarla 

dəyərləndirilir. 

Müalicənin gedişində biokimyəvi parametrlərin dəyişməsi heç də 

həmişə VƏT-in effektivlik meyarı sayılmır.  

Müalicənin effektivliyinin dəyərləndirilməsinin virusoloji 

meyarları: 

 

Sürətli virusoloji cavab (SVC): HCV RNT-nin miqdarı 



müalicədən 4 həftə sonra analizatorun deteksiya səviyyəsindən 

aşağıdır. 

 

Erkən virusoloji cavab (EVC): 



 

natamam EVC – HVC RNT-nin səviyyəsinin 2 log

10

  və ya 



daha çox (> 100 dəfə) azalması 

 

tam EVC – HCV RNT-nin 12 həftə müalicədən sonra qanda 

təyin olunmaması 

 



Ləngimiş virusoloji cavab (LVC):  natamam EVC əldə 

olunduqdan sonra HCV RNT-nin müalicənin 24-cü həftəsində 

qanda aşkar olunmaması. 

 



Müalicənin sonunda cavab: VƏT-in tam kursundan sonra HCV 

RNT deteksiyasının olmaması. 

 

Davamlı virusoloji cavab (DVC):    Müalicə başa çatdıqdan 24 



həftə sonra  HCV RNT deteksiyasının olmaması.  

 



Cavabın olmaması:  EVC və LVC əldə olunmadan aramsız 

virusemiya (HCV RNT-nin daimi deteksiyası). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə