C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix26.03.2018
ölçüsü233,31 Kb.
#34305
1   2   3   4   5   6   7   8   9

 19

 



Virusoloji artım:   EVC və ya LVC əldə olunduqdan sonra 

müalicə zamanı virusemiyanin qayıdışı/ səviyyəsinin artması 

(HCV RNT-nin təkrar deteksiyası).  

 



Residiv:  Virusoloji cavab əldə olunmaqla VƏT kursu başa 

çatdıqdan sonrakı dövrdə virusemiyanın qayıdışı (HCV RNT-nin 

təkrar deteksiyası). 

Beləliklə, müalicə zamanı sürətli və erkən virusoloji cavab və 

tam EVC olmadıqda ləngimiş virusoloji cavabı müəyyən etmək 

vacibdir (B).  

Müalicə zamanı erkən supressiyaya nail olunma ilə müqayisədə 

natamam və ya yubanmış virusoloji cavab zamanı DVC-yə çatma 

ehtimalı daha azdır. Sürətli və tam erkən virusoloji cavablar sabit 

virusoloji cavabın prediktorləri qismində nəzərdən keçirilə bilər (B).  

Əvvəllər müalicə olunmayan pasiyentlərdə SVC əldə olunarkən 

DVC-nin alınması ehtimalı 80-83% , SVC baş vermədən tam EVC 

əldə olunduğu hallarda isə 65-76% təşkil edir.  

EVC/LVC-yə çatma yoxdursa, DVC-nin alınma ehtimalı  ≤ 3% 

təşkil edir. Belə olduğu halda, terapiyanın dinamikasının, ona 

dözümlülüyün və qaraciyər zədələnməsinin mövcud səviyyəsinin 

hərtərəfli öyrənilməsindən sonra həkim müalicənin dayandırılması  

məsələsini pasiyentlə birgə nəzərdən keçirməlidir. 

Terapiyanın istənilən mərhələsində virusoloji cavabın olmaması 

halında belə qaraciyərin ağır fibrozu (F 3-4) olan pasiyentlərdə müalicə 

VƏT-ə qarşı dözümlülükdən asılı olaraq davam etdirilə bilər (D)

MÜALİCƏNİN MÜDDƏTİ 

Müalicənin müddətini təyin etmək üçün virusun genotipini 

müəyyən etmək lazımdır. Qəbul edilmiş standartlara görə, 1-ci, 4-cü, 

5-ci və 6-cı genotiplər üçün terapiya müddəti 48, 2-ci və 3-cü 

genotiplər üçün isə 24 həftədir. Klinik göstərişlər olduğu halda 

terapiyanın müddətinin fərdi qaydada dəyişdirilməsi mümkündür. 

Virus  əleyhinə terapiya (VƏT) başlanmazdan  əvvəl ilkin virus 

yüklənməsini (HCV RNT-nin miqdarı) müəyyən etmək zəruridir. 

Kəmiyyət müəyyənləşdirilməsi terapiya zamanı da aparılmalıdır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 20

1-ci genotipli, qaraciyər sirrozu olmayan pasiyentlərin          

müalicə müddəti 

 

SVC  əldə olunarsa, müalicə müddətini fərdi qaydada 24-36 



həftəyədək ixtisar etmək olar (D)

 

SVC olmadığı, lakin tam EVC əldə edildiyi halda müalicə 



müddəti 48 həftə təşkil edir (A)

 

Tam EVC olmadığı  və yubanmış cavaba nail olunduğu 



zaman müalicəni 72 həftəyədək uzatmaq tövsiyə edilir (D).  

 

2-ci, 3-cü genotipli, qaraciyər sirrozu olmayan pasiyentlərin 

müalicə müddəti 

 

Standart müalicə müddəti 24 həftədir (A)



 

3-cü genotipli və HCV RNT-nin ilkin səviyyəsi > 600 000 

BV/ml, yüksək səviyyəli fibroz və/və ya steatoz olan 

pasiyentlərdə DVC-nin əldə edilməsi ehtimalını  VƏT-ni 24 

həftədən çox uzatmaqla artırmaq olar (D).  

XÜSUSİ HALLARIN MÜALİCƏSİ 

Qaraciyərin minimal histoloji dəyişikliyi olan pasiyentlər 

 



Minimal histoloji  dəyişiklik müşahidə olunan (F 0-1,  A 0-1 

METAVIR) pasiyentlərdə qaraciyər xəstəliyinin  əhəmiyyətli 

dərəcədə inkişaf etməsi riski yüksək deyil. Proqnoz və müalicə 

variantlarının  ətraflı müzakirəsindən sonra həkim və pasiyent 

müalicəsiz müşahidə taktikasını seçə bilərlər. Belə olan təqdirdə, 

fibroz və histoloji aktivlik səviyyəsini hər il müəyyən etmək 

lazımdır (qeyri-invaziv metodlarla). Əgər fibroz və histoloji 

aktivliyin səviyyəsinin qiymətləndirilməsi biopsiya məlumatları 

əsasında aparılırsa, onda bu prosedur 3-5 ildə 1 dəfədən çox 

olmamaq  şərtilə yerinə yetirilməlidir. Qaraciyər xəstəliyinin 

proqressivləşməsi müşahidə edilərsə, VƏT-nin başlanması 

tövsiyə olunur.  

 

Əgər VƏT-nin xüsusiyyətləri və yanaşı  təsirləri barədə dolğun 



informasiya verildikdən sonra, fibrozun və  xəstəlik aktivliyinin 

minimal olmasına baxmayaraq pasiyent müalicəyə  təkid 

göstərərsə, virus əleyhinə terapiya aparıla  bilər.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 21

 



Qaraciyər zədələnməsinin ağırlığından asılı olmayaraq, hepatitin 

qaraciyərdən kənar təzahürləri olan pasiyentlər üçün virus 

əleyhinə terapiyanın aparılmasının mümkünlüyü mütləq nəzərdən 

keçirilməlidir. 

 

HVC-nin 2-ci və 3-cü genotipi olan pasiyentlərdə DVC-yə nail 



olmanın yüksək ehtimalı, hətta minimal histoloji dəyişiklik olan 

hallarda VƏT aparılmasını məqsədəuyğun edir. 

 

Sabit normal ALT səviyyəsi olan pasiyentlər 

XCH-li pasiyentlərin təxminən 30%-ində sabit normal ALT 

səviyyəsi göstəriciləri qeydə alınır. Lakin belə pasiyentlərin orta 

hesabla 20%-ində ifadə olunmuş fibroz və ya sirroz aşkar edilir. 

Beləliklə, histoloji qiymətləndirmə olmadan təkcə laborator müayinə, 

yüngül formalı  xəstəliyi geniş yayılmış fibrozdan etibarlı  şəkildə 

fərqləndirməyə imkan vermir. VƏT aparılmasının zəruriliyi haqqında 

qərar yalnız bütün məlumatlar əldə olunduqdan sonra verilir.  



 

Bədən çəkisi artıq olan və/və ya qaraciyər steatozu                    

aşkar edilmiş pasiyentlər 

Alfa-peqinterferon və ribavirin ilə kombinasiya olunmuş 

terapiyanın randomizasiya olunmuş və nəzarət edilən tədqiqatlarının 

nəticələrinə görə, artıq bədən çəkisi olan pasiyentlər (bədən çəkisi 

indeksi >30 kq/m

2

) VƏT-ə daha pis cavab verirlər.  



Qaraciyər steatozu çox zaman metabolik sindrom (insulinə qarşı 

rezistentlik/şəkərli diabet, hipertriqliseridemiya) və HCV-nin 3-cü 

genotipi ilə  əlaqəlidir.  İnterferonoterapiyaya başlamazdan  əvvəl 

metabolik pozuntuların korreksiyasını aparmaq lazımdır, ona görə ki, 

interferon qeyd olunan xəstəliklərin ağırlaşmasına səbəb ola bilər.  

 



Virus  əleyhinə müalicənin vacibliyi bədən çəkisi indeksi >30 

olan pasiyentlərdə nəzərdən keçirilməlidir (D).  

 

Virus  əleyhinə terapiyaya başlamazdan  əvvəl metabolik 



pozuntuları olan pasiyentlərdə tez-tez inkişaf edən və yanaşı 

gedən xəstəliklərin – şəkərli diabet, arterial hipertenziya, 

hiperlipidemiyanin korreksiyası aparılmalıdır (D).  

 



Bundan başqa, xəstələrə həyat tərzini dəyişməyi (fiziki hərəkətlər 

və  çəkinin aşağı salınması) məsləhət görmək lazımdır. Belə ki, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə