C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix26.03.2018
ölçüsü233,31 Kb.
#34305
1   2   3   4   5   6   7   8   9

 22

çəkinin hətta az da olsa aşağı düşməsi zamanı qaraciyər steatozu 

əlamətlərinin zəifləməsi müşahidə edilir. 

 

Uşaqların müalicəsi 

Uşaqlar üçün standart interferonlardan (Roferon-A, İntron-A) 

istifadə olunmaqla kombinasiya edilmiş  VƏT-nin aparılmasına 2 

yaşdan sonra icazə verilir. İnterferonun tətbiqinin doza və rejimi – 3 

mln. BV/m

2

 × həftədə 3 dəfə, yaxud 3 mln. BV × həftədə 3 dəfə 



(əgər bədən səthinin sahəsinə müvafiq olaraq hesablanmış doza 9 

mln. BV/həftə-yə çatırsa). Ribavirin orta hesabla  15 mq/kq/sutka 

dozada təyin olunur. 

Pegilə olunmuş interferonlar böyüklərin müalicəsində “qızıl 

standart” kimi qiymətləndirilsə  də, onlar 18 yaşdan kiçik uşaqlarda 

istifadə üçün qeydiyyatdan keçməyiblər.  

3-18 yaşlı uşaqlarda XCH-nin müalicəsi zamanı pegilə olunmuş 

interferonların tətbiqinin effektiv olmasını göstərən ayrı-ayrı klinik 

tədqiqatlar mövcuddur (D). Lakin bu preparatların 

prepubertat/pubertat yaş dövründə istifadəsinin uzun müddətli 

təhlükəsizliyi (reproduktiv, endokrin sistemlərə  və s. təsiri) barədə 

heç bir məlumat yoxdur.  

Uşaqlarda VƏT, yalnız onun zəruriliyinin ciddi şəkildə 

əsaslandırılması, valideynlərin və ya uşağın qanuni təmsilçilərinin 

yazılı razılığı olduğu halda təyin oluna bilər.  

 

Yaşı 65-dən yuxarı və/ və ya klinik əhəmiyyətli yanaşı          

xəstəliyi olan pasiyentlər 

Pasiyentin yaşı virus əleyhinə terapiyanın aparılmasına mane 

olmamalıdır. Yaşı 65-dən yuxarı  və ya klinik əhəmiyyətli yanaşı 

xəstəliyi olan pasiyentlərin müalicəsinə başlamaq qərarı ömrün 

uzunluğu barədə proqnozlara əsasən verilə bilər.  

 



VƏT, pasiyentdə yanaşı gedən xəstəliklərlə  əlaqədar ömrün 

proqnozlaşdırılmış uzunluğunu artırmayacağı  təqdirdə  təyin 

edilməməlidir (D)

 



VƏT, yanaşı gedən xəstəliklərə  mənfi təsir riski yüksək olduğu 

hallarda da tətbiq edilməməlidir (D).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 23

 



Nisbi sağlam pasiyentlərin müalicəsi yaş  həddindən asılı 

olmayaraq aparılmalıdır (D).  

 

Kompensasiyalı sirrozu olan pasiyentlərin müalicəsi 

Qeyd olunan qrupa aid xəstələr üçün interferon (standart/pegilə 

olunmuş) və ribavirinin dozası fərdi qaydada təyin edilir.  

Kompensasiya edilmiş sirrozlu və neytrofillərin mütləq sayı 

1,5×109/l, trombositlərin miqdarı 70×109/l-dən çox olan 

pasiyentlərin müalicəsi üçün alfa-peqinterferon və ribavirin standart 

dozalarda təyin edilə bilər, bir şərtlə ki, qanın ümumi analizinə ilkin 

mərhələdə  hər həftə (4-8 həftə), daha sonra ayda 2 dəfədən az 

olmayaraq nəzarət olunsun.  

VƏT nəticəsində virus replikasiyası tam və sabit formada 

dayandırılmayan pasiyentlərə, fibrozun reduksiyası 

və 


hepatosellyulyar karsinomanın inkişafının profilaktikası  məqsədilə 

kiçik dozalarda uzunmüddətli saxlayıcı alfa-peqinterferon terapiyası 

məsləhət görülür.  

 

Dekompensasiyalı  sirrozu olan pasiyentlərin müalicəsi 

Həyat üçün təhlükəli bakterial-infeksion ağırlaşmalar və 

qaraciyər funksiyasının dekompensasiyasının dərinləşməsi riskinin 

artması ilə  əlaqədar, dekompensasiya olunmuş sirroz zamanı XCH-

nin virus əleyhinə terapiyası  əks-göstərişdir. Alfa-peqinterferon ilə 

terapiya kiçik dozalarla başlamalı  və müalicə  nəticəsində yaranmış 

sitopeniyanı korreksiya etmək üçün artım faktorlarının erkən təyini 

ilə müşayiət edilməlidir. 

Təyinat zamanı, xüsusilə böyrək çatışmazlığı olan xəstələrdə, 

ribavirindən kiçik dozalarda istifadə olunmalıdır. Lakin kreatininin 

50 ml/dəq-dən az klirensi zamanı ribavirin əks-göstərişdir.  

 

Qaraciyərin transplantasiyası – dekompensasiya etmiş qaraciyər 



sirrozu olan pasiyentlər üçün seçim terapiyasıdır (C).  

 



Dekompensasiya etmiş qaraciyər sirrozu olan pasiyentlərin 

əksəriyyəti üçün virus əleyhinə terapiya əks-göstərişdir (C)

 

Qara ciyər transplantasiyasını gözləyən pasiyentlər üçün balların 



miqdarı Child-Pugh<7 və MELD<18 olduğu halda 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 24

kombinasiya olunmuş interferon və ribavirin terapiyası nəzərdən 

keçirilə bilər. 

 



İnterferonoterapiya kiçik dozalarla başlanmalı  və müalicə 

nəticəsində yaranmış sitopeniyanı korreksiya etmək üçün artım 

faktorları təyin edilməlidir.  

 



Kompensasiya olunmuş sirrozlu pasiyentlər virusoloji cavabın 

əldə edilməsi baxımından mötədil  şanslı  dəyərləndirilirlər və 

onlara VƏT, yanaşı təsirlərin daha ciddi monitorinqini aparmaqla 

təklif olunmalıdır. 

 

Qaraciyər sirrozu olan xəstələr üçün VƏT özünü doğruldub. Belə 



ki, interferonoterapiya nəticəsində qaraciyərin histoloji 

xarakteristikası (fibrozun səviyyəsinin azalması) hətta DVC əldə 

olunmayan pasiyentlərdə belə yaxşılaşır. 

 

Böyrək xəstəliyi olan pasiyentlərin müalicəsi 

HCV-yə qarşı anticisimlər proqram hemodializində olan 

pasiyentlərin  əhəmiyyətli qismində  aşkarlanır. HCV infeksiyası bu 

kateqoriyaya aid pasiyentlərdə letal nəticənin  müstəqil risk 

faktorudur. 

 



HCV-nin virus əleyhinə müalicə  cəhdi xroniki böyrək 

çatışmazlığının terminal mərhələsində olan pasiyentlər üçün 

transplantasiyadan  əvvəl tövsiyə olunmalıdır. Bu qrupa aid 

xəstələrdə  VƏT-nin məqsədi virusun eradikasiyası  və ya virus 

yüklənməsinin mümkün qədər aşağı salınmasıdır.  

 



Böyrəklərin transplantasiyasından sonra orqanizmin 

transplantantı 

qəbul etməməsi riski ilə 

əlaqədar 

interferonoterapiya əks-göstərişdir .  

 



Alfa-peqinterferon ilə virus əleyhinə müalicə böyrək xəstəlikləri 

olan pasiyentlərə yalnız kreatinin klirensindən asılı olaraq, 

dozanın korreksiyası aparılmaqla tövsiyə olunmalıdır (C).  

 



Kreatinin klirensi 50 ml/dəq-dən aşağı olan pasiyentlər üçün 

ribavirinin təyini əks-göstərişdir.  

 

Müalicəyə cavab verməyən pasiyentlərin terapiyası 

 



İnterferon və/və ya ribavirin terapiyasından sonra residiv qeydə 

alınmış  və müalicəyə cavab verməyən  pasiyentlər üçün alfa-

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə