C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix26.03.2018
ölçüsü233,31 Kb.
#34305
1   2   3   4   5   6   7   8   9

 25

peqinterferon və ribavirinlə  təkrar müalicəyə  fərdi qaydada 

baxılmalıdır (C).  

 



Kombinasiya edilmiş  VƏT-dən sonra residiv qeydə alınan və 

müalicəyə cavab verməyən pasiyentlərdə  təkrar müalicənin 

aparılması üçün pegilə olunmuş alfa-2b interferondan istifadə 

edilir. Bu zaman preparatların dozasının artırılmasına, onlara 

dözümlülük  dərəcəsi nəzərə alınmaqla, fərdi qaydada 

baxılmalıdır. 

 

Virusoloji cavab alınan təqdirdə, təkrar müalicənin müddəti 



genotipdən asılı olmayaraq 48 həftədən  az olmamalıdır (D)

 



Təkrar müalicənin effektivliyi ilkin VƏT-nin müvafiq 

meyarlarına görə qiymətləndirilir.  

Peqilə olunmuş interferon və ribavirinlə  təkrar müalicə  əvvəllər 

VƏT almış və müalicəyə cavab verməyən, yüksək səviyyəli fibroz və 

ya qaraciyər sirrozu olan pasiyentlər üçün nəzərdən keçirilə bilər. 

 

Yüksək əhəmiyyətli orqanların transplantasiyasından sonra 



pasiyentlərin müalicəsi 

Ürək, ağ ciyər və böyrəklərin transplantasiyasından sonra 

interferonoterapiya əks-göstərişdir (C)

 



Qaraciyərin transplantasiyasından sonra pasiyentlər adekvat 

immunosupressiv terapiya almalı  və diqqətlə müşahidə 

edilməlidirlər.  

 



HCV səbəbindən aparılmış qaraciyər transplantasiyasından sonra 

transplantatın yoluxması qaçılmazdır. Transplantatın yoluxması 

ilə əlaqədar, qaraciyərin biopsiyasına əsasən I mərhələdən yuxarı 

fibroz aşkar  olunan pasiyentlərdə virus əleyhinə müalicənin 

mümkünlüyünə transplantoloqun rəhbərliyi altında baxıla bilər.  

 



Qaraciyər biopsiyasına  əsasən qaraciyər transplantatının XCH-i 

olan pasiyentlər üçün alfa-peqinterferon və ribavirinlə virus 

əleyhinə 48 həftəlik terapiya nəzərdən keçirilə bilər (B)

 



Qaraciyər transplantasiyasından sonra müalicənin aparılması 

zamanı alfa-peqinterferon və ribavirin kiçik dozalarda təyin 

olunmalıdır (C)

 



Qaraciyər transplantasiyasından sonra pasiyentlərdə virus 

əleyhinə müalicənin toksiki təsirlərinin ciddi monitorinqi 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 26

aparılmalı, preparatların dozaları aşağı salınmalı, artım faktorları 

təyin olunmalıdır (C)

 



Qaraciyər transplantasiyasından sonra, virus əleyhinə terapiya 

alan pasiyentlərdə orqanizmin transplantata reaksiyası ilə bağlı 

ciddi monitorinq aparılmalıdır. Orqanizmin transplantatı  qəbul 

etməməsi təsdiqlənərsə, virus əleyhinə terapiya dayandırılmalıdır 



(C)

 



Transplantatın zədələnməsinin histoloji təsdiqi olmayan 

pasiyentlərdə transplantasiyadan sonra erkən vaxtlarda 

qabaqlayıcı virus əleyhinə terapiyadan çəkinmək lazımdır (C).  

 

HCV/İİV ko-infeksiyası olan pasiyentlərin müalicəsi 

C hepatiti zamanı  İİV-infeksiya, xüsusilə  ağır immun 

çatışmazlığı, hepatitin proqressivləşməsini sürətləndirir. Nəticədə 

İİV-ə yoluxmuş  şəxslərdə C hepatiti qaraciyərin erkən fibrozu, 

qaraciyər çatışmazlığının yüksək riski, qaraciyər hüceyrəsinin 

xərçəngi və daha çox ölüm halları ilə  səciyyələnir. Ona görə  də C 

hepatiti  zamanı  ağır immun çatışmazlığı inkişafını – CD4 

limfositlərinin sayının 1 mkl-də 200-dən aşağı düşməsini yubatmaq 

lazımdır (B)

 

Lakin CD4 limfositlərinin sayı antiretrovirus terapiyasının 



məsləhət görüldüyü həddə yaxındırsa, onda İİV infeksiyasının 

müalicəsinə başlanılır. C hepatitinin müalicəsi isə müvəqqəti təxirə 

salınır,  əks halda interferonun təsiri altında CD4 limfositlərinin 

sayının bir qədər də aşağı düşməsi baş verə bilər (C).  

C hepatiti antiretrovirus terapiyasının effektivliyinə, həmçinin 

İİV infeksiyasının inkişafının immunoloji, virusoloji və  klinik 

göstəricilərinə demək olar ki, təsir etmir.  

Qaraciyərin biopsiyası histoloji dəyişiklikləri aşkar etməyə

habelə iltihabın (hepatitin aktivliyi) və fibrozun (hepatitin mərhələsi) 

ifadə olunma dərəcəsini  təyin etməyə  və yanaşı gedən xəstəlikləri 

üzə  çıxarmağa imkan verir. Biopsiya aparmaq qərarı  fərdi qaydada 

qəbul edilir, belə ki, alınmış  məlumat C hepatitinin müalicəsinin 

aparılıb-aparılmaması barədə seçimə təsir edir (B).  

Biopsiya bu hallarda xüsusilə vacibdir:  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 27

 

uğurlu müalicə olunma ehtimalı  aşağı olarsa (məsələn, 1-ci 



virus genotipi mənşəli C hepatiti);  

 

müalicənin riski və faydası arasındakı nisbət şübhə doğurursa 



(məsələn, kənar effektlərin yaranmasının böyük ehtimalı);  

 

xəstənin müalicə olunmaq istəyi yoxdursa. 



İİV-ə yoluxmuş  şəxslərdə iltihab və fibrozun qeyri-invaziv 

metodlarla (məsələn, fibrozun zərdab markerləri və ultrasəs 

elastoqrafiya) qiymətləndirilməsinin yararlılığı təsdiq edilməlidir.  

Müalicə zamanı seçim metodu – alfa-peqinterferon və 

ribavirindir. Peqinterferon-2a  adi dozada – həftədə 1 dəfə - 180 mkq, 

peqinterferon-2b isə – həftədə 1 dəfə - 1,5 mkq/kq təyin edilir.  

İİV-ə yoluxmuş  şəxslərdə 1-ci və ya 4-cü genotip nəticəsində 

inkişaf etmiş  və yüksək virus yüklənməsi ilə müşayiət edilən C 

hepatiti zamanı ribavirini sutkada 1 dəfə 1000-1200 mq dozada təyin 

etmək lazımdır  (C). Digər xəstələrə sutkada 1 dəfə 800 mq doza 

kifayət edir (A).  

Virusun genotipindən asılı olmayaraq, İİV-ə yoluxmuş xəstələrdə 

C hepatitinin müalicəsi 48 həftə davam edir.  

 

Müalicənin başlanması üçün optimal vaxt 



Kəskin hepatit C. Müalicə hepatitin xronik formaya keçməsi 

riskini azalda bilər. Beləliklə, klinik və ya laborator təsdiqi olan 

viremiya xəstəlik başlandıqdan sonrakı 3 ay müddətində davam 

edərsə, virus əleyhinə müalicə göstərişdir  (B). Təcrid edilmiş C 

hepatiti zamanı peqinterferon 6 ay müddətində  tətbiq edilir. İİV-ə 

yoluxmuş C hepatitli xəstələrdə müalicənin effektivliyi barədə 

məlumat azdır; bu xəstələrə monoterapiya, yoxsa kombinasiya 

edilmiş müalicənin tətbiq edilməsi məsələsi həll edilməyib.  



Xroniki hepatit C. Əgər xəstəlik İİV infeksiyasının antiretrovirus 

terapiyası  tələb etməyən ilkin mərhələlərində  aşkar olunubsa, 

müalicə tövsiyə edilir. (A) 

Ağır immunodefisit (CD4 limfositlərinin sayı 1 mkl-də 200-dən 

aşağı) zamanı hepatit C-ni müalicə etməzdən  əvvəl, CD4 

limfositlərinin sayını yüksək aktivlikli antiretrovirus terapiyasının 

köməyi ilə  artırmaq vacibdir. (A) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə