“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
23
əsrin sonunadək ən qorxunc düşmən elan olunsun!» - prinsipinə əsasən, orda-burda sağ qalan
yaralıları da yerlərindəcə güllələdilər. Bütün bu haqq-hesab uzananacan o, general Rodriqo de
Aqilardan iki addam aralıda, döşəmədə üzü üstə uzanaraq, səbrlə qumbaraların gurultusuna
qulaq asdı. Kürəyi, hər partlayışdan pəncərələrdən içəri dolan şüşə qırıntılarıyla, divarlardan
qopan suvaq parçalarıyla dola-dola, qumbaralar guruldaya-guruldaya, dua oxuyurmuş kimi,
ağzının içində bir nəfəsə pıçıldadı: «Bitdi, əzizim, qurtardı daha, bundan sonra bütün əmrləri
özüm verəcəyəm, bir küçüyün belə cınqırı çıxmayacaq, sabah səhər baxarıq görək, bu zırıltıdan
sonra nə salamat qalıb… əgər oturmağa bir şey qalmayıbsa, bir cüt ucuz kətil, dəlmə-deşiyi
tutmağa beş-altı həsir, bir-iki xəm-xırt da alınar, qab-qaşıq lazım deyil, kazarmalardakını
işlədərik, daha əsgər-məsgər də saxlayan deyiləm, nə əsgər, nə zabit, hamısı cəhənnəm olsun süd
əmməklərinə, qarmaqarışıqlıq düşəndə ələ bir kəs gəlmir, çörəkləri dizlərinin üstündədi köpək
uşağının, bircə prezident qvardiyasını saxlayacağam, bir onlar qocaq və namusludurlar, nazirlər
kabineti-zad da qurtardı… nəyimə gərəkdi, bircə qabiliyyətli səhiyyə naziri bəs eləyər… belə
nazir doğrudan lazımdı, bir də xətti yaxşı olan bir nəfər, birdən bir şey yazmaq lazım oldu,
vəssalam, bütün bu kazarmaları, nazirlikləri də kirayə verərik, o pula sarayı da saxlayarıq, indi
adamdan çox. pula ehtiyac var, iki nəfər də qabiliyyətli quluqqçu götürərik, qoy biri bişirib-
düşürsün, yır-yığış eləsin, o biri yuyub ütüləsin, inəklərdən, quşlardan salamat qalanı varsa əgər,
onlara da özüm baxacağam, bir fahişənin də ayağı dəyməyəcək bundan sonra buralara, bu da o
deyil ki, dəqiqə başı tumanlarını sivirib əsgərlərin yanına cumurdular… qızılgüllərin altında
köpən cüzamlılar da rədd olsunlar başımdan, başıbilən hüquqşünaslar, hər şeyi guya qabaqcadan
bilən siyasətçi-alimlər də – hamısı cəhənnəm olsun, bura prezident sarayıdı, yankilərin sözü
olmasın, murdar fahişəxana deyil… Patrisio Araqones də düz deyirdi, hər şeyin öhdəsindən
özüm gələrəm, heç kim də mənə lazım deyil, ikinci kameta olmur, lap belə onuncusu olsun, daha
ölməyə hazırlaşmıram. Ölmək istəyən ölsün, boyunlarının ardını görərlər!» Bütün bunları o, dua
kimi ara vermədən, ağzının içində şer əzbərləyən tək, birnəfəsə dedi. Bu, onun köhnə adəti idi,
həmişə ən çətin dəqiqələrdə, müharibələrdə içini yeyən qorxunu canından çıxarmaq üçün
fikirlərini öz-özünə danışır, sabah gələcək yeni yüzilliyin hansı tarixinin hansı saatınınsa dəqiq
planını qururdu. Belədə elə bil yeri-göyü lərzəyə gətirən partlayışların səsi eşidilməz olurdu.
Axır ki, çöldən sonuncu güllənin səsi eşidildi. Bu güllə ilə axırıncı yaralını öldürdülər. General
Rodriqo de Aqilar pəncərəyə sarı sürünüb ayağa qalxdı, küçəyə boylanıb kiməsə, meyidləri
daşımaq üçün zibil furqonları gətirməyi əmr elədi, sonra generala sarı çönüb: «Gecəniz xeyrə
qalsın, mənim generalım!» - deyib otaqdan çıxdı. «Xeyrə qarşı, - general cavab verdi – xeyrə
qarşı, dostum! Çox sağ ol!» Rodriqo gedəndən sonra o bir müddət nazirlər kabinetinin matəm
rənginə boyanmış qara, mərmər döşməsi üstə uzanıb qaldı, sağ qolunun dirsəyi başının altında,
üzü sol ovucunun içində, xaraba qalan otaqların tüstüsündən və qan gölməçələrinin əksindən
qızaran ayın çəhrayı işığı altında, bu gecə ömrünə ilk qədəmini qoyan uğursuz payızın xəzəli
qoynunda, xəzəlin yumşaq laylasını diləyə-dinləyə, həmişəkindən bir az da tənha vücuduyla
yuxuya getdi. Səhəri gün isə hər şey gözlənilmədən ayrı cür oldu, dünəndən bəri fikirləşib öz-
özünə qurduğu planları yerinə yetirməyə ehtiyac qalmadı. Ordu öz-özünə dağılmışdı – əsgərlər
qaçmış, son dəqiqəyəcən paytaxtın kazarmalarında və ölkənin bir neçə ayrı kazarmalarında
dünənəcən müqavimət göstərən bir ovuc zabit, könüllülər dəstəsinin köməyi ilə prezident
qvardiyası tərəfindən öldürülmüş, nazirlərdən sağ qalanların hamısı, son dəqiqəyəcən ona sadiq
qalan həkimindən, bir də ölkənin ən yaxşı kalliqrafından başqa, hamı xaricə qaçmışdı. Maliyyə
məsələlərində də ortaya bir o qədər çətinlik çıxmadı, borc üçün kiməsə, hansı xarici dövlətəsə
agız açıb, bogaz çəkmək lazım olmadı. Sən demə, tərəfdarları az deyilmiş, onlar dövlət
xəzinəsini qızıl üzüklərlə, bəzək əşyalarıyla doldurmuşdular. Ucuz kətil, dəfn günü sökülüb-
dagılan uçuq-söküyü yamamaq üçün kilim almaq da lazım olmadı. Ona görə lazım olmadı ki,
ölkənin sakitləşdirilib dinc əmin-amanlıq yaradılması zəmnində, prezident sarayı da bərpa edilib
əvvəlkindən daha zəngin və gözəl olmuşdu. Saray yenə başdan-başa içi cürbəcür quşlarla dolu
qəfəslərlə bəzədilmişdi. Qəfəslərin bir qismində acıdil qaykamay tutuquşları oturub: «İspaniya
olmur, Portuqaliya olsun» mahnısını oxuyurdular. Hər yer gül kimi tər-təmiz, dənizçi səliqəsi ilə
par-par parıldayırdı. Bu dənizçi səliqəsi, bu sahman iki utancaq qadının əməyini bəhrəsiydi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
24
Pəncərələrdən içəri, onun şəninə çalınan musiqi sədaları axır, fişənglər atılır, dünən ölümünə
çalınan zənglər, indi səhər-axşam onun ölməz əbədiliyinə cingildəyirdi. Armas meydanının
həmişəhazır camaatı isə iri hərflərlə yazılmış: «Ölümünün üçünçü günü zühur edən zat-alilərini
Allah hifz eləsin!» - şüarlarıyla hamını ölməz prezidentin ətrafında sıx birliyə səsləyirdilər. Bir
sözlə, həyat, əvvəllər olduğu kimi, heç kimi, heç nəyi süni surətdə nəyəsə təhrik eləmədən, təbii
şəkilldə gündəlik bayrama çevrilmişdi. Hər şey öz-özünə düzəlirdi. Dövlət işləri yağ kimi gedir,
vətən, iri addımlarla irəliləyir, höküməti öz bildiyi, öz istədiyi kimi idarə eləyir, heç kim ona
mane olmur, elə bil düşmənləri də öz-özünə ha tərfəsə buxarlanırdı. Əziz dostu Rodriqo de
Aqilar öz işindən razı qalmaya bilməzdi, Rodriqonun işindən general da razı idi, odu ki, günlərin
bir günü prezident qvardiyasının qiyam vaxtı xüsusi amansızlıq və şücaət göstərən bütün
əsgərlərini sıraya düzdürüb, hamısına zabit rütbəsi verdi, sonra da yadına düşdü ki, indi bu
zabitlər kiməsə əmr verməlidir, bunun üçün də mütləq yenə ordu yaranmalıdı, çörəyi dizinin
üstdə olan ordu. Dəxli yoxdu, o, sıravi əsgərlərin hamısına zabit rütbəsi verib barmağıyla bir-bir
onların sinəsini nişan ala-ala: «Sən – kapitan! Sən – mayor! Sən – polkovrik! Yox-yox, sən –
general, o birilər – leytenant! Haydı, əzizlərim, ordunu qəbul edin!» - dedi. Ölümünə sidq-
ürəkdən yananları da yaddan çıxarmadı, bu qədirbilən insanlara qarşı duyduğu coşgun
minnətdarlıq hissi bütün vücudunu alovlandıra-alovlandıra, vida mərasimində cənazənin önündə
hüznlə dayanan həmin qoca veteranı, məhrumun üzüyünü öpən həmin o kişini axtarıb tapmağı
əmr elədi. Tabutu üstə ağlayan balıqsatan arvadı da tapdırdı və on dörd uşağı olan bu yazıq
qadına çoxotaqlı mənzil bağışlayaraq, zavallı ananın ən böyük ehtiyacını ödədi. Cənazəsi üstə
tək gül qoyan litsey tələbəsini də tapdırdı, onu dənizçiyə ərə verərək, qızın ən böyük arzusunu
yerinə yetirdi. Bu hədiyyələr və təltiflərlə kifayətlənmək bilməyən kövrək qəlb yalnız San-
Xeronimo kazarmalarının həyətində əli-qolu bağlı qiyamçıları görəndə sakitləşdi. Qorxudan və
nifrətdən itiləşən yaddaşıyla onların hamısını bircə-bircə, qəddar dəqiqliklə tanıdı, əsirləri günah
dərəcəsinə görə ayırdı: «Qiyama sən başçılıq eləyirdin – bu yana keç! Meyidin üstündə ağlayan
arvadı itələyib yerə yıxan sən idin – bu yana! Mərhumu murdarlayıb pillələrlə, palçıqlı
gölməçələrlə sürüyən siz idiniz – bura durun! Qalanları bu yana! İndi göstərərəm sizə –
alçaqlar!» Amma cəzanın özü onu qətiyyən maraqlandırmırdı, adicə cəzayla heç nə həll
olunmurdu. Ona o lazım idi ki, qiyama qalxan adamların bu hərəkətlərinin, «meyidinin»
murdarlanmasının, ümumxalq narazılığının partlayışı yox, bir dəstə heyvərənin əskik hərəkəti
olduğunu özü-özünə sübut eləsin. Odu ki, əsirləri şəxsən özü dindirir, istədiyi yalanı onların
boynuna qoyub, öz dilləriylə etiraf elətdirirdi. Əsirlər isə heç cür heç nəyi boyunlarına almırdılar.
Onda o, onların əl-qolunu bağlatdırıb, tavan taxtalarından, tutuquşu kimi kəllə-mayallaq
asdıraraq, saatlarla başıaşağı saxlatdırırdı. Bundan da bir şey çıxmyanda, onlardan birini qala
zindanına atmağı əmr elədi ki, timsahlar onu diri-diri parçalayıb yesinlər, o birilər də buna
tamaşa eləyib hərə öz payını götürsün. Bu da kar eləməyəndə, o, həbs olunanların hər
dəstəsindən bir nəfər seçib əmr elədi ki, hamının gözü qabağında onların dərisini soysunlar və
hamı, ana bətninin pərdəsi tək sarımtıl, incə dərilərə, qıpqırmızı əti görünən titrək bədənlərdən
kazarmanın daş pillələri üzərinə süzülən qaynar qana baxıb hərə öz dərsini götürsün. Yalnız
bundan sonra bu inadkar heyvərələr hər şeyi boyunlarına aldılar. Boyunlarına aldılar ki, onları
pulla şirnikləndirib, cənazəni murdarlayaraq, bazar zibilliyi ilə sürütləmək üçün dörd yüz qızıl
peso veriblər. Əvvəl onlar buna razı olmayıblar, çünki ona qarşı çıxmaq istəməyiblər və
ümumiyyətlə, belə şeylərin əleyhinədirlər, amma məsələ belə olub ki, gizli müşavirələrin birində
iştirak eləyən iki hərbçi general onları cürbəcür sözlərlə qorxudaraq məcbur eləyib. «Biz ancaq
buna görə razı olduq, işıq haqqı!» Onda o, rahat nəfəs alıb: «Aldadılmış zavalı balalar!» - dedi və
onları doyunca yedirdib, yatıb-dincəlmələrinə şərait yaradılmasını əmr elədi, səhərisi gün isə
hamısını yem əvəzi timsahlara atdırdı. Bundan sonra qəlbinin şübhə kisəsinin açılıb boşalmasını
hiss elədi və rahatlanıb ağzının içində özü-özünə: «Şeytana min lənət, indi hamı başa düşdü ki,
xalqın heç bir təqsiri yoxdu, xalq məni sevir!» - deyə-deyə öz yerinə, saraya qayıtdı. Patrisio
Araqonesin, bir vaxtlar qəlbində qaladığı həyəcan tonqalının son közərtilərini tapdalayıb
söndürərək, işgəncələrin ləğvi barədə fərman verməyi qərara aldı və ürəyində özünə söz verdi ki,
bu gözəl məmləkətdə bir daha işgəncəyə yol verilməyəcək. Qərardan sonra bütün timsahları