Cəbrayılova Şəmail İsrafil qızı Azərbaycanda maliyyə bazarının formalaşması problemləri” mövzusunda magistr dissertasiyasi


Valyuta bazarı, onun tənzimlənməsi problemləri



Yüklə 0,6 Mb.
səhifə6/9
tarix28.08.2018
ölçüsü0,6 Mb.
#65139
1   2   3   4   5   6   7   8   9

2.3. Valyuta bazarı, onun tənzimlənməsi problemləri

Valyuta bazarı dedikdə, valyutaların ticarəti, yəni bir valyutanın digərinə dəyişdirilməsi həyata keçirilən pul bazarı sektoru başa düşülür. Hazırda valyuta bazarı dünya iqtisadiyyatının mühüm elementi sayılır. Dünya valyuta bazarı ayrı-ayrı dövlətlərin valyuta bazarlarından ibarətdir.

Bir ölkənin milli valyutasının digər ölkənin valyutası dəyişdirilməsi valyuta konvertasiyası adlanır. Valyuta bazarlarında əməliyyatların müntəzəm olaraq aparılmasının zərurililiy vahid dünya pulunun yoxluğundan irəli gəlir və bu da valyutaların müntəzəm şəkildə konvertasiya olunmasını tələb edir. Hazırda elə ödəniş vasitəsi yoxdur ki, xarici bazarda biznes subyektlərilə sövdələşmə aparıldıqda beynəlxalq tədavül vasitəsi kimi istifadə olunsun.

Xarici valyutalarla sövdələşməlır bəzi ölkələrdə məhdudiyyət qoyulmadan aparılır. Bu, inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrin hamısında (ABŞ,Kanada, Qərbi Avropa ölkələri, Yaponiya) müşahidə olunur. Başqa ölkələr-də hakimiyyət və idarəetmə orqanları çox zaman milli bazarda xarici valyutaların dövriyyəsinə inzibati qaydada məhdudiyyətlər qoyurlar. Bu adətən güclü xarici valyutalar tərəfindən sıxışdırılıb çıxarılmaması məqsədilə milli valyutanın müdafiəsi, yəni möhkəmləndirilməsi üçün edilir.

Belə məhdudiyyətlər postsovet ölkələrinin iqtisadiyyatında tətbiq edilir. Onlar, xarici banklarda valyuta hesabları açmaqla, aparılmış əməliyyatlardan əldə edilmiş valyuta gəlirinin sahibkar şirkətləri tərəfindən saxlamaqla, dövlət sərhədləri vasitəsilə valyuta qiymətlərinin yerini dəyişdirməklə, xarici valyuta ilə ticarət əməliyyatlarını əhatə edirlər.

Keçən əsrin sonlarında güclü xarici valyutaların, hər şeydən əvvəl ABŞ dollarının nisbətən sabitliyi fonunda rusiya rublu qeyri-sabitlik nümayiş etdirdi. Bir çox fiziki və hüquqi şəxslər müvəqqəti sərbəst pul vəsaitlərini xarici valyutaya çevirmək, o cümlədən nağd ABŞ dolları almaq, və ya xarici kommersiya banklarında dollar hesablarından istifadə etməklə saxlamağı üstün saydılar. Bu təzahür rusiya iqtisadiyyatının dollarlaşması adlandırılmışdır. Təqribi hesablamalara keçən əsrin son onilliyində nəqd ABŞ dollarının 40 faizə qədəri Rusiya bazarlarında tədavül edirdi, yaxud cəvahirat qismində Rusiya əhalisi tərəfindən istifadə olunmuşdur. Hər gün Şeremetyevo beynəlxalq aeroportuna içərisində dollarlarla dolu kisələr olan təyyarələr gəlirdi. Bu dollarlar ABŞ Federal ehtiyat sistemi banklarından birbaşa Rusiya bazarına daxil olurdu.

Sonda vəziyyət elə gətirdi ki, şərti hesablaşma vahidi (şərti vahid) qismində ABŞ dollarından istifadə etməklə daxili əmtəə və xidmətlər bazarında sövdələşmə həyata keçirmək üçün Rusiya sahibkarlarına icazə verildi. Bu qayda hazırda müxtəlif sazişlərin bağlanmasında və icrasında geniş istifadə edilir. Sonralar şərti vahid qismində ABŞ dolları ilə birgə evrodan da istifadə edilməyə başlandı. Şərti vahidin istifadəsi bir çox Rusiya sahibkarının öz milli valyutalarına-rubla inam-sızlığı, təklif edilən əmtəə və xidmətlərin dəyərini möhkəm ifadə etmək arzuları ilə şərtlənmişdi. Razılaşmaların kəmiyyət parametrlərinin şərti vahidlə ölçülməsi adətə çevrilmiş və Rusiya biznesində az qala yeni ənənə kimi çıxış etmişdir.

Müasir dövrdə tədavüldə olan bütün milli valyutalar aşağıdakı növlərə bölünə bilər:



  • sərbəst dönərli valyutalar. Bu valyutalar öz milli bazarlarında xarici kapitalın tədavülünə və xarici valyutalarla əməliyyatların aparılmasına bütün məhdudiyyətləri ləğv edən dövlətlərin milli valyutaları daxildir. Bu tip milli valyutalar dünyada ən sabitdir və biznes subyektlərinin böyük etimadını qazanıblar, buna görə də onlar digər xarici valyutaya sərbəst və məhdudiyyətsiz dəyişdirilirlər;

  • qismən dönərli valyutalar. Bunlara öz milli bazarlarında valyuta məhdudiyyətini qismən ləğv edən dövlətlərin milli valyutaları daxildir. Bu tip valyutalar qismən möhkəmdir, onlar biznes subyektlərinin bir hissəsinin etimadını qazanıblar, lakin bütün valyuta bazarlarında digər valyutalara sərbəst dəyişdirilə bilmir, məsələn, Rusiya rublu belə valyutaya çevrilmişdir, lakin bu gün Rusiya rublu inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin banklarında konvertasiyaya qəbul edilmir, amma rubl Ukrayna, Belarusiya və digər MDB ölkələrinin valyutalarına sərbəst dəyişdirilə bilər;

  • qapalı (dönərli olmayan) valyutalar. Bu valyutalara xarici dövlətlərin bazarlarında qəbul edilməyən milli valyutalar aiddir. Belə ölkələrin iqtisadiyyatı ya qapalı xarakterdə olur, ya da biznesin inkişafı zəifdir və xarici bazara çıxışı yoxdur.

Əvvəllər valyuta bazarında əməliyyatlar istehsal, ticarət və maliyyə biznesinin, əmək bazarında isə biznes subyektlərinin arasında ödəmə-hesablaşma münasibətlərinin tərkib hissəsi olmuşdur. Lakin beynəlxalq əmtəə bazarları şəraitində razılaşmaların həyata keçirilməsi üzrə daimi hesablaşmaların aparılması zəruriliyi tammiqyaslı valyuta alverçilərinin uzun illər oynadıqları rolu dəyişdirdi.

Valyuta bazarlarında biznes hər vaxt spekulyativ xarakter daşımışdı. Sahibkarlara mənfəət gətirən razılaşmalarla məşğul olmaq daha sərfəli idi. Sahibkarlar yalnız öz müştərilərinin razılaşmalarını ödəmək deyil, həm də şəxsi işgüzar fəaliyyətində gələcək valyuta fyuçerlərinin və opsionlarının rüşeymini aşkara çıxarmaqla xarici pul vəsaitlərilə alqı-satqı fəaliyyətilə məşğul olmağa məcbur idilər.

Mövcud olan valyuta bazarlarında həyata keçirilən sövdələşmələr iki tip əməliyyatlara ayrılır: xarici valyutanın alınması və xarici valyutanın satılması. Buna görə də bu və ya digər sövdələşmənin aparılmasının məqsədəuyğunluq dərəcəsini müəyyənləşdirmək üçün alqı-satqı obyektinə çevrilən milli valyuta və xarici valyuta arasında nisbət hər vaxt ən mühüm məsələlərdən biri olmuşdur.

Buna görə də valyuta bazarında ən mühüm anlayış valyuta məzənnəsidir. Valyuta məzənnəsi - bir ölkənin pul vahidi ilə digər ölkənin pul vahidində ifadə olunan qiymətidir. Hər bir valyutanın məzənnəsinə çoxsaylı müxtəlif amillər təsir edır, onların arasında ən əsası dünya bazarında müqayisə olunan milli valyutaların möhkəmlik dərəcəsi hesab edilir.

Valyutanın möhkəmlik dərəcəsinə ölkənin milli iqtisadiyyatının rəqabət qabiliyyətin və həmin valyutanın emitentinin iqtisadi vəziyyəti təsir edir. Bundan əlavə, valyutaların qarşılıqlı müqayisəsi ayrı-ayrı ölkələrin çoxlu müxtəlif cür valyutalarının fonunda aparılır, bu, həmçinin, valyuta məzənnəsinin səviyyəsinə təsir edir. Bundan başqa, valyuta məzənnəsinə əmtəə və xidmətlər bazarında, habelə valyuta bazarında mövcud olan konyuktur tərəddüdləri də təsir göstərir. Buna görə də hər bir milli valyutanın məzənnəsi hər zaman üzən xarakter daşıyır, onun qiyməti fasiləsiz dəyişir, hətta bir gün ərzində öz səviyyəsini bir neçə dəfə dəyişə bilər.

Valyuta bazarlarında valyuta məzənnəsinin səviyyəsinə uyğun olaraq maliyyə biznesinin subyektləri xarici ticarət əməliyyatları, maliyyə resurslarının beynəlxalq investisiyalaşdırılması, beynəlxalq kredit və turizm əməliyyatları ilə bağlı milli valyutaların alqı-satqı razılaşmalarını həyata keçirirlər. Ona görə də valyuta bazarında biznes subyektlərinin həyata keçirdikləri əməliyyatların xeyli hissəsi xarici valyutanın alqı-satqısını nəzərdə tutan xarici ticarət, turizm, xidmətlət və fərdi köçürmələr üzrə beynəlxalq hesablaşmalar adlanır. Valyuta biznesinin subyektləri isə milli valyutaya öz sahibkarlıq fəaliyyətlərinin aparıcı predmeti kimi baxırlar.

Valyuta biznesinin subyektlərinin bu fəaliyyətdən gəlirləri valyutanın həmin məzənnələri arasındakı fərq hesabına, yəni məzənnə fərqi hesabına əmələ gəlir. Xarici valyutanın alınaraq sonra baha satılması-valyuta məzənnəsinin dəyişdirilməsi ucuz valyuta biznesinə böyük gəlir gətirir. Maliyyə biznesinin bu sahəsi müasir biznesin ən cəlbedici növlərindən birinə çevirmişdir.

Müasir valyuta biznesini biznes fəaliyyətinin texnolojisinə uyğun olaraq kommersiya fəaliyyətinin xüsusi növü kimi dəyərləndirmək olar. Ancaq mahiyyətinə görə o, maliyyə biznesinin ünsürü kimi çıxış edir. Valyuta bazarının olması hesabına biznes subyektləri hər bir ölkədə xarici valyuta götürüb onu digərinə, lazım olan valyutaya, yaxud milli pullara çevirmək üçün istifadə edə bilərlər. Məhz bu işdə onlara valyuta vasitəçiləri aktiv kömək edə bilər.

Bazarın göstərilən sektorunda qurulan mövcud işgüzar əlaqələrin subyektləri aşağıdakılardır:


  • xarici valyuta alıcı və satıcıları, o cümlədən mərkəzi banklar, xarici valyuta əməliyyatları aparmaq üçün lisenziyası olan kommersiya bankları və bu bankların müştəriləri;

  • ixtisaslaşdırılmış valyuta vasitəçiləri və ya valyuta dilerləri;

Valyuta bazarında fəaliyyət göstərən bütün biznes subyektləri bütövlükdə iki əsas qrupa ayrıla bilər:

  • valyuta bazarının passiv iştirakçıları, Bunlar yalnız zərurət yarandığı hallarda valyuta əməliyyatları aparan biznes subyektləridir. Zərurət yarandıqda valyutanın qiymətinə görə digər banka müraciət edirlər;

  • valyuta bazarının aktiv iştirakçıları. Bu biznes subyektləri, hansıki kotirovkaya görə onlara müraciət edən digər kommersiya bankları üçün valyutaya qiyməti müəyyənləşdirirlər.

Kommersiya bankları tərəfindən aparılan maliyyə biznesinin xüsusi bir forması kimi banklararası bazarda valyutanın ticarəti xüsusi əhəmiyyət kəsb edir. Banklararası valyuta bazarı bankların, valyuta birjalarında fəaliyyət göstərən broker firmalarının, həmçinin həmin bazarlarda əsas subyektlər kimi çıxış edən dilinq şirkətlərinin və iri korporasiyaların məcmusunu özündə birləşdirir.

Xarici valyutalarla əməliyyatlar aparmaq sahəsində lisenziyaya malik olan milli kommersiya bankları vasitəsilə maliyyə biznesinin bütün subyektləri valyuta əməliyyatları həyata keçirirlər. Bu banklar həm öz müştərilərinin, həm də xarici bankların müxbirlərinin müxtəlif ödəmə tapşırıqlarını yerinə yetirirlər. Banklararası bazar razılaşmalarının həcminə və miqyasına görə təxminən bərabər 2 yerə - broker və birbaşa bazarlara bölünür. Broker bazarında banklar broker frmalarının xidmətlərindən istifadə edirlər, birbaşa bazarlarda isə tərəşdaşlarını sərbəst tapırlar.

Valyuta lisenziyası olmayan digər banklar, həmçinin dilinq şirkətləri və broker firmaları öz valyuta əməliyyatllarını iri kommersiya banklarının vasitəsi ilə aparırlar, demək olar ki, tabeçilik rolu oynayırlar. Banklararası valyuta bazarı kommersiya banklarının kommersiya və istehsalat müştəriləri adlanan hüquqi şəxslərin pul öhdəliklərinin ödənilməsilə əlaqədar bütün ödəmə dövriyyəsinə xidmət edir.

Valyuta bazarlarında Mərkəzi bankın rolu çox mühümdür. Bir qayda olaraq, bu banklar öz valyuta ehtiyatlarından və valyuta bazarının vəziyyətinə təsir etmək üçün öz səlahiyyətindən istifadə etməklə xarici valyuta ilə razılaşmalarda sərbəst “oyunçu” kimi çıxış edirlər. Belə ki, Mərkəzi Bank öz valyuta ehtiyatlarını artırmaq üçün milli kommersiya banklarından və xarici banklardan xarici valyuta ala bilər.

Valyuta bazarında bankların fəaliyyətilə birgə bizneslə məşğul olan digər subyektlərin də vasitəçilik fəaliyyəti müşahidə olunur və onlar bankın formal “damı” altında, yaxud onsuz çıxış edə bilər. Valyuta bankında vasitəçilik xidməti göstərən kommersiya banklarının və biznesin digər subyektlərinin valyuta brokerlərinə və valyuta dilerlərə bölünlməsi qəbul olunmuşdur.

Maliyyə (valyuta) brokerləri valyuta bazarının fəaliyyətində bir biznes subyekti kimi əhəmiyyətli rol oynayırlar. Maliyyə brokerləri - valyutanın alıcı və satıcısı arasında vasitəçi rolunda çıxış edirlər. Valyuta brokerləri yalnız öz müştərilərinin birbaşa tapşırıqları üzrə fəaliyyət göstərirsə, onlardan fərqli olaraq, valyuta dileri biznes fəaliyyətinin əsl subyekti kimi valyuta bazarına daxil olur, öz qorxu və riski ilə müstəqil hərəkət edir.

Valyuta dileri kimi kommersiya bankları, yaxud böyük xüsusi kapitala malik olan və valyuta qiymətləri ilə ticarətdə ixtisaslaşmış böyük səhmdar cəmiyyətidir. Valyuta dilerlərinin apardığı əməliyyat valyuta dilinqi adlanır. Bu şirkətlər üçün maliyyə aktivlərinin həcmi xüsusi əhəmiyyət daşıyır, çünki kiçik sahibkarlara bazarda dilinq xidməti göstərmək üçün yer yoxdur.

Bankları olmayan sahibkarlıq firmalarının valyuta dilinqi milli və xarici valyutaların alışı və satışından ibarət olur. Bu valyuta həm valyuta dilerinə məxsus ola, həm də borc ola bilər. Eyni zamanda kommersiya bankları tərəfindən həyata keçirilən valyuta dilinqi iki qısamüddətli maliyyə əməliyyatlarını birləşdirir.

Müasir valyuta ticarətinin inkişafında valyuta birjaları əhəmiyyətli rol oynayırlar. Bu birjalar əmtəə və fond birjalarından iki əlamət üzrə fərqlənirlər. Birincisi, valyuta birjasında yalnız banklar iştirak edə bilər. Onların siyahısına kommersiya bankları ilə yanaşı, çox vaxt yuristikasiyası altında valyuta birjaları fəaliyyət göstərən Mərkəzi banklarda daxil olur. İkincisi, valyuta birjalarında birja sövdələşmələrinin başlıca obyekti xarici valyutadır. Burada xarici valyutanın iri partiyalarının alqı-satqısı həyata keçirilir, Mərkəzi banklar valyuta intervensiyası aparmaq imkanına malikdirlər. Məhz xarici valyuta ilə birja razılaşmaları valyuta məzənnəsinin müəyyən olunması üçün əsasdır, baxmayaraq ki, ayrı-ayrı ölkələrdə valyuta məzənnəsi Mərkəzi bankın xüsusi direktivləri ilə də müəyyən edilir.

Valyuta birjasının ilk vəzifəsi birja satışı nəticəsində real valyuta məzənnəsinin müəyyən olunmasıdır. Birja valyuta bazarının bütün dünyada, o cümlədən, Azərbaycanda bir sıra xüsusiyyətləri vardır. O, valyutanın və valyuta vəsaitlərinin ən ucuz mənbəyi hesab edilir, birja satışına qoyulması sifarişi isə mütləq likvidliyə malikdir.

Valyuta birjasının digər vəzifəsi valyuta bazarında gedən proseslər barədə məlumatları toplamaq və təhlil etməkdir. Valyuta birjasında hazırlanmış təhlili materiallar valyutanın məzənnəsinə müxtəlif amillərin təsir dərəcəsi haqqında düzgün nəticə çıxarmağa əsas verirlər.

Dünyanın ən böyük valyuta birjası London maliyyə birjasıdır. Valyuta birjaları digər dövlətlərdə də fəaliyyət göstərirlər, o cümlədən, ABŞ-da (Nyu-York), Almaniyada (Frankfurtda-Mayn), Yaponiyada (Tokio), Rusiyada – Moskva banklararası valyuta birjası – qapalı tipli səhmdar cəmiyyəti.

Valyuta birjasının idarə edilməsinin ali orqanı ildə ən azı bir dəfə keçirilən Səhmdarların ümumi yığıncağı sayılır. Ümumi yığıncaqlar arasındakı dövrdə Banklararası valyuta birjasını Birja Şurası idarə edir.

Biznes fəaliyyətinin effektivliyi və onun davamlı olaraq inkişaf etməsi tərəfdaşlar arasında qurulan əlaqələrin, əsas da maliyyə münasibətləri sahəsində əməkdaşlığın səviyyəsindən çox asılıdır.

Dünya maliyyə bazarında sərbəst maliyyə resurslarının kreditorlardan borcalanlara yenidən bölüşdürülməsi həyata keçirilir və bu prosesdə iqtisadi agentlərin kateqoriyaları iştirak edirlər. Maliyyə bazarının iştirakçıları maliyyələşdirmə və investisiyalaşdırma proseslərinin tənzimlənməsində səmərəli əməkdaşlığa əsaslanmalıdırlar.

Dünya maliyyə bazarında investorlar və borcalanlar bazar risklərinin təsirindən özlərini maksimum müdafiə etmək üçün pul bazarının və kapital bazarının alətlərilə əməliyyatların aparılması zamanı törəmə valyuta-maliyyə alətlərilə əməliyyatların həcminin artmasını nəzərə almaqla faiz və valyuta risklərini sığortalamalıdırlar.

Maliyyə bazarında aparılan biznes fəaliyyəti spekulyativ xarakter daşıdığı üçün çox vaxt fiktiv kapitalın tədavülü ilə şərtlənir. Ancaq həm milli biznes sistemində və həm də beynəlxalq biznesdə “çirkli pullar” problemi ilə qalmaqdadır. Son dövrlərdə dünyada çirkli pulların iştirakı ilə maliyyə biznesi sürətlə inkişaf edir ki, bu da həmin pulların yuyulmasına və reallaşmasına xidmət edir.

Valyuta bazarında aparılan əməliyyatlara xarici valyutanın alınması və satılması üzrə sövdələşmələr aiddir. Valyuta əməliyyatlarının aparılmasının səmərəlilik dərəcəsini müəyyənləşdirərkən alqı-satqı obyektinə çevrilən milli valyuta ilə xarici valyuta arasında optimal nisbətin mütləq nəzərə alınması tələb olunur. Çünki valyuta məzənnəsinin səviyyəsinə müvafiq olaraq maliyyə ticarətinin subyektləri xarici ticarət və beynəlxalq kredit, maliyyə resurslarının beynəlxalq hərəkəti, beynəlxalq turizmin inkişafı ilə bağlı milli valyutaların alqı-satqı əməliyyatlarını həyata keçirirlər.

Yalnız xarici valyutalarla əməliyyatlar aparmaq üçün icazəsi olan bankların vasitəsilə sahibkarlıq subyektləri valyuta əməliyyatları həyata keçirirlər. Bu banklar həm öz müştərilərinin, həm də xarici bankların müxbirlərinin müxtəlif ödəniş tapşırıqlarını yerinə yetirirlər. Müasir valyuta ticarətinin inkişafında valyuta (maliyyə) birjaları mühüm rol oynayır. Buna görə də hər bir ölkədə maliyyə bazarının mühüm struktur hissəsi olan valyuta birjalarının müasir dövrün tələblərinə uyğun qurulmasının böyük əhəmiyyəti vardır.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə