Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər



Yüklə 203,08 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix21.07.2018
ölçüsü203,08 Kb.
#57612
1   2   3   4   5   6   7   8   9

Bir cəhəti də yaddan çıxarmayaq ki, sosrealizmin inzibati yolla sənətə tətbiq edildiyi həmin 70 

ildə bu ədəbi metoda sədaqətlə yazılmış (istedadlı və istedadsız!) əsərlərlə bərabər, xüsusən XX 

partiya qurultayından sonra sosrealizm prinsiplərindən kənarda yazılmış, ancaq Sistemin ayırd 

edə bilmədiyi (bəlkə də artıq təhtəlşüur olaraq ayırd etmək istəmədiyi!), bəzi hallarda yüngül, 

bəzi hallarda isə ağır tənqidlə üstündən keçdiyi əsərlər də var ki, sosrealizmin yox, sənətin 

nümunələri olduğu üçün bu gün də yaşayır, sabah da yaşayacaq.  

Rus ədəbiyyatını xatırlayaq: onların, yəni həmin sənət nümunələrinin bəzisi vaxtilə yazılıb, 

müəlliflərinin vəfatından xeyli sonralar çap olundu (M. Bulqakov, A. Platonov və b.), bəzisi 

tamam qadağan edildi və yalnız sosrealizmin süqutu zamanı işıq üzü gördü (B. Pasternak, V. 

Qrossman və b.), bir qismi də siyasi qalmaqalla müşaiyət edildi (V.Dudintsev, V.Aksyonov, 

A.Qladilin, Y.Yevtuşenko, A.Voznesenski, B.Axmadulina və b.), 70-80-ci illərdə isə 

ədəbiyyatda əsas qüvvəyə çevrildi (yaşlarından asılı olmayaraq: S.Zalıgin, V.Rasputin, V.Belov, 

Y.Tr

ifonov, V.Astafyev və b.).  



Bu maraqlı bir fakt deyilmi ki, Valentin Katayev müharibədən sonra “Alay oğlu” povestini 

yazaraq, Stalin mükafatı aldı və sosrealizm klassiki oldu, sonralar isə – 1960-cı illərdən 

başlayaraq məşhur povestlərini yazdı və ümumiyyətlə, rus ədəbiyyatının klassiki mərtəbəsinə 

qalxdı?  

Maraqlı faktdır. 

Azərbaycan ədəbiyyatında yuxarıda bəhs etdiyim “Cənub şeirləri”, “Rənglər”, eləcə də, misal 

üçün, “Sən həmişə mənimləsən” və “Geriyə baxma, qoca” kimi əsərlər, Bəxtiyar Vahabzadənin, 

yax


ud İsa İsmayılzadənin bir çox əsərləri, Qabilin 1960-cı illərdə yazdığı “Tramvay parka gedir” 

tipli əsərlər, İsa Hüseynov və Əli Kərim hadisələri – mən ilk fikrimə gələnlərin adını çəkdim – 

heç vəchlə sosrealizm nümunələri deyil. 

Beləliklə, sosrealizm bizə nə verdi? 

Ancaq bu barədə növbəti məqaləmizdə. 

 

 



Üçüncü məqalə 

 

70 illik bir dövrdə sosrealizm Azərbaycan ədəbiyyatına nələr verdi (yəni nə qazandıq) və bu 



ədəbiyyatı nələrdən məhrum etdi (yəni nə itirdik)? – bu iki sualın cavablarını bədii-estetik 

tərəzinin gözlərinə qoysaq, mən buna tamam əminəm ki, ümumlikdə qazandıqlarımızın ağırlığı 

itirdiklərimizdən az olmayacaq ki, bəlkə də, əksinə, çox olacaq. 

İlk olaraq itirdiklərimizə baxaq. 

Ən böyük itki o oldu ki, sosrealizm Sistemin inzibati köməyi ilə başqa heç bir ədəbi cərəyanı 

yaxına buraxmadı, fərdi və müxtəlif bədii təfəkkür ifadələrini eyni qəlibə salmağa çalışdı. XX 

əsr dünya ədəbiyyatında yaranmış abstraksionizmdən, yaxud ekzistentalizmdən tutmuş 

modernizmə və postmodernizməcən, sürrealizmdən, neorealizmdən tutmuş absurdacan bir çox 

ədəbi cərəyanlar Azərbaycan ədəbiyyatından (və bütün SSRİ xalqları ədəbiyyatından) kənarda 

qaldı. Bu, əlbəttə, həm bədii-fəlsəfi, həm də bədii-estetik rəngarənglik baxımından 

ədəbiyyatımıza yeknəsəklik gətirdi, həmin dövrdə yaranmış bir çox əsəri, hərgah təbir-caizsə, 

konveyr trafaretləri ilə “istehsal” etdi. 

Bu kontekstdə mən Andre Jidin məlum fikrini xatırlayıram ki, “sənət müstəbidlik zamanı daha 

əzmkardır, nəinki azadlıq zamanı” və düşünürəm ki, sosrealizm dövründə bu fikir özünü bir o 

qədər də doğrultmadı. Düzdür, sənətin həmin əzmkarlığı sayəsində sosrealizm çərçivələrindən 

kənar yazılan əsl ədəbiyyat nümunələri yarandı, amma bunlar aşağı-yuxarı “ənənəvi” 

ədəbiyyatın uğurları (bəzi hallarda böyük uğurları!) idi, yəni bu mənada ki, “Sakit Don” 

(M.Şoloxov), yaxud “Dokto Jivaqo” (B.Pasternak), yaxud da bütün SSRİ məkanında 

“altmışıncılar”ın yaradıcılığı meydana çıxdı, ancaq, misal üçün, bir dənə də olsun absurd pyes, 

ya da ki, ekzistentsialist bir roman yazılmadı. Sosrealizm (indiki halda sənət sahəsində 

müstəbidlik ideologiyası) buna imkan vermədi, A.Jidin dediyi həmin “sənət əzmkarlığı” özünü 

hərtərəfli ifadə edə bilmədi, eyni dövrdə “azadlıq”da isə “Keçəl müğənni qadın” (E.İonesko), 

 




yaxud “Qodonu gözləyərkən” (S.Bekket) kimi pyeslər yazıldı və teatr sənətində yeni bir mərhələ 

– 

“absurd teatr” yarandı, J.P.Sartr, yaxud S.de Bovuar, yaxud da Kobo Abe ekzistentsialist 



nəsrlərini yazdılar. 

Təkrar edirəm, bu cəhət sosrealizm dövründə ədəbiyyatımızın ümumi mənzərəsindəki bədii-

fəlsəfi-estetik miqyas ehtivasına, rəngarəngliyinə ciddi ziyan vurdu. 

Başqa bir itkimiz o oldu ki, sosrealizm istedadsız ədəbiyyatın meydana çıxması (və meydanı 

sulaması!) üçün münbit zəmin, əlverişli şərait yaratdı. Sistem üçün aktual olan mövzunun 

(pambıq, yaxud barama planının yüz əlli faiz yerinə yetirilməsi, böyük ruh yüksəkliyi ilə 

Mingəçevir su-elektrik stansiyasının tikilməsi, kolxozçunun, yaxud fəhlənin xoşbəxt həyatı, 

kapitalizmin ifşası və s., və i.a.) arxasında gizlənən bədii qadirsizlik sosrealizm tərəfindən nəinki 

qəbul edildi, əksinə, bu bədii qadirsizlik Stalin mükafatı ilə mükafatlandırıldı, dərsliklərə salındı 

və qrafomanlıq sənət səviyyəsinə qaldırıldı, bədii-estetik meyarları siyasi meyarlar əvəz etdi. 

Mən bu barədə əvvəllər də dəfələrlə yazmışam: Sistem sosrealizmin yaratdığı münbit zəmindən 

istifadə edib, sənəti və o cümlədən də ədəbiyyatı “məmurlaşdırdı”, yəni “böyük şair”, “görkəmli 

yazıçı”, “istedadlı sənətkar”, “canlı klassik” məfhumları vəzifəyə çevrildi və Sistem uyğun 

müəllifləri seçib həmin vəzifələrə təyin etdi. İosif Stalin məşhur sözləri (əslində, əmri!) – “Qorki 

sovet ədəbiyyatının rəhbəridir!” (“Qorkiy – vojd sovetskoy literaturı!”) ilə keşməkeşli, 

ziddiyyətli bir həyat yaşamış bu yazıçını ədəbiyyatın rəsmi rəhbəri təyin etdi. 

Bu, S.Dalinin saatları kimi, ədəbiyyatda sürrealist bir mənzərə yaradır, ancaq həqiqətdir və adlar 

çəkib bu həqiqəti sübut etməyə də ehtiyac yoxdur. Ümumsovet miqyasında bir çox həmin 

“böyük sənətkar”ların, “canlı klassik”lərin yaradıcılıq aqibəti – onların da Sistemlə bərabər 

süquta uğraması, vəzifələrdən “çıxarılması” göz qabağındadır. 

Sosrealizmlə bağlı başqa bir naqis cəhət: bu ədəbi metod insanın (xislətin!) bədii təsvirini iki 

zidd qütbə böldü – “müsbət” surətlər və “mənfi” surətlər. Sistem sosrealizm vasitəsilə xislət 

zənginliyini, yəni onun mürəkkəbliyini, ziddiyyətini, Xeyir ilə Şər arasındakı əbədi mübarizədəki 

rəngarəngliyini, nüanslarını və s. öz nöqteyi-nəzərincə məqbul və qeyri-məqbul qəliblərə ayırdı 

və sosrealizm yenə də Sistemin təpkisi ilə xisləti həmin qəliblərə pərçim etdi. 

Romanların, pyeslərin, hətta poemaların konfliktlərini “müsbət” insanlarla “mənfi” insanların 

sosioloji mübarizələri təşkil etdi və həmin “mənfi” – “müsbət” təsnifatını bədii-etik-psixoloji 

meyarlar deyil, siyasi meyarl

ar müəyyənləşdirdi. Yəni hakim ideologiyanı təcəssüm etdirən surət 

“müsbət” idi və o, “mənfi” ola bilməzdi, bu ideologiyaya yad hərəkətlərə yol verən isə heç 

vəchlə “müsbət” surət ola bilməzdi. Ədəbiyyatda sinəsi “Qızıl ulduz”lu, orden və medallarla 

dolu “


müsbət surət”lər qalereyası yaranmışdı və sosrealizm bu qəhrəmanları elə bəzəyib 

rəndələmişdi ki, onlar 7 Noyabr bayramında Lenin movzeleyinin üstündəki tribunada dayanmış 

Sistem rəhbərlərinin qarşısından keçən hərbi parad iştirakçılarına bənzəyirdi. 

Hətta tarixi əsərlərdə belə, surətlərin “mənfi” – “müsbət” təsnifatı mövzuya sinfi münasibətin 

nəticəsi olaraq meydana çıxırdı və Azərbaycan ədəbiyyatı sosrealizmin ana xətlərindən biri olan 

bu prinsipdən yalnız 1960-cı illərdən etibarən kənara çıxmağa başladı: dramaturgiyamızda 

Böyük bəy obrazı (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), nəsrimizdə Cahandar ağa (“Dəli 

Kür”, İsmayıl Şıxlı), Kərbəlayi İsmayıl (“Axırıncı aşırım”, Fərman Kərimzadə) kimi obrazlar 

yarandı. Bütün bunlar sinfi münasibətdən daha artıq dərəcədə insani münasibətlərin yaratdığı 

canlı bədii surətlər idi. 

Bu məsələ ilə bağlı bir cəhəti də qeyd etmək istəyirəm ki, ədəbiyyatdakı “mənfi” – “müsbət” 

qütbləşməsi oxucu zövqünün formalaşmasında da deformasiya yaratdı və təcrübə göstərir ki, 

həmin deformasiya sövq-təbii olaraq, indiyə qədər ortadan çıxmayıb. Digər tərəfdən isə, bu gün 

sinfi münasibətin başqa bir qeyri-təbii tendensiyası yaranıb: bəy, xan “müsbət” surətlər olmalıdır 

və bədiilik baxımından bunun özü də sosrealizmin o biri üzüdür. 

Ancaq biz mövzumuzdan uzaqlaşmayaq. 

Sosreali

zm həyat ilə ədəbiyyat arasında uçurum yaratmışdı: həyat bütün cəmiyyətlərdə olduğu 

kimi, min bir qayğıdan, çətinliklərdən, problemlərdən ibarət idisə, ədəbiyyatın predmeti – 

həyatda olmayan idilliya idi. O yerdə ki, ədəbiyyat (istedad!) bu idilliya səmalarından enib 

həyata qayıdırdı, o zaman sosrealizm müddəaları onu ittiham edirdi.  

 

10 




Yüklə 203,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə