Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər



Yüklə 203,08 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix21.07.2018
ölçüsü203,08 Kb.
#57612
1   2   3   4   5   6   7   8   9

(mərhələyə!) gəlib çadı ki, Sistem həm ideoloji, həm də həqiqi mənada, yəni ölüm-itim 

mənasında daha partiyalı ilə partiyasız arasında fərq qoymadı. 

Baxın, 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqının məşhur “ifşa” plenumunda Yusif Vəzir 

Çəmənzəminli məhkum bir insan kimi xahiş edəndə ki (əslində, yalvaranda!..), “bizi tərbiyə 

edin” (yəni bizi ölümə göndərməyin), İttifaqın sədri və plenumun aparıcısı Seyfulla Şamilov idi, 

vaxtilə ətraflı yazdığım kimi, Əli Nazim siyasi baxımdan Əhməd Cavadı ən çox tənqid (hətta 

ittiham!) edən, məqalələrindən birində Mikayıl Müşfiqi “molla şairi” adlandıran tənqidçi idi, 

“daloy Füzuli!”, “daloy Vaqif!”, “daloy tar!” deyib, sinəsini qabağa verərək, “proletar 

ədəbiyyatı”nın, “proletar sənəti”nin müdafiəsinə qalxanların başında Mustafa Quliyev dururdu, 

Hüseyn Cavidi Sistemə münasibət baxımından kəskin tənqid edənlərdən biri Xəlil İbrahim idi. 

Ancaq nə oldu? 

Sistem Əli Nazimi də Əhməd Cavad və Mikayıl Müşfiqlə, Seyfulla Şamilovu da Yusif Vəzirlə 

bir yerdə, Mustafa Quliyevi də, Cavidi də, Xəlil İbrahimi də məhv etdi, Sibirə göndərdi. 

O dövrün mətbuatını vərəqləsəniz, görəcəksiz ki, ən çox tənqid (“ifşa”) olunan iki nəfərdən biri 

“uzun za

man kontrrevolyusioner Əhməd Terinclə həmfikir olan”, “əxlaqsız Talıblını maraqlı 

yazıçı adlandıran” (“Kommunist” qəzeti, 27 may 1937), “alçaq və əclaf Mustafa Quliyev

Hacıbaba Nəzərli, Əhməd Terinc, Əli Nazim, Xəlil İbrahim və başqa nacinslərlə birlikdə, qəddar 

averbaxçı Mehdi Hüseyn” (“Kommunist” qəzeti, 31 dekabr 1937) idi. İkincisi isə “Firudin bəy 

Köçərlinin əsərlərinin ziyankar ideyasını, reaksion mahiyyətini gizlətdiyinə”, “pantürkist 

ideyaların təbliğinə” görə, “kontrrevolyusioner, satqın Ruhulla Axundovun yaxın dostu” olduğu 

üçün Yazıçılar İttifaqı üzvlüyündən çıxarılmış Mikayıl Rəfili idi (Mehdi Hüseyn üzvlükdən 

namizədliyə keçirilmişdi). Həmkarlarından biri partiya mətbuatında belə bir açıq-aydın (və 

qorxunc!) çağırış edirdi: “İfşa edilmiş xalq düşməni Hacıbaba Nəzərlinin, bu alçağın həmfikri 

Mehdi Hüseynin hələ də sovet yazıçıları sıralarında qalması təəccüblü deyilmidir?” 

(“Kommunist” qəzeti, 27 iyul 1937.) 

Ancaq Mehdi Hüseyn də, Mikayıl Rəfili də salamat qaldı və onların sağ qalmağı, “xalq 

düşməni” kimi güllələnməməsi həmin paradoksun nümunəsi, qorxunc püşkatma oyununun 

nəticəsi idi. 

Orası da yəqin səciyyəvidir ki, bir tərəfdən elə həmin 30-cu illərdə Mehdi Hüseynin və Mikayıl 

Rəfilinin özləri də sosrealizm iddialarını doqmaya çevirmiş, ədəbiyyata, klassik irsə münasibətdə 

vulqar-


sosioloji mövqe tutmuş tənqidçilər idi. Misal üçün, Mehdi Hüseyn Cavidi, Cavadı “burjua 

millətçisi”, “nasional demokrat”, Hacı Kərim Sanılını “qolçomaq sosializm” carçısı adlandırır, 

sovet ədəbiyyatında “musavatizm” axtarırdı. Digər tərəfdən isə Mehdi Hüseyn və Mikayıl Rəfili 

də eyni platformadan bir-birini kəskin tənqidə tutur, bir-birini qəbul etmirdi (onların ədəbi 

diskussiyası sonrakı illərdə də bitmədi). 

Başqa səciyyəvi bir paradoks: Məmməd Səid Ordubadi və Abdulla Şaiqdən başqa, 1920-ci ildən 

əvvəl yazmağa başlamış qələm sahiblərinin hamısı – Hüseyn Caviddən, Əhməd Cavaddan, Seyid 

Hüseyndən, Yusif Vəzir Çəmənzəminlidən, Kantemirdən tutmuş Salman Mümtaza və Əli 

Səbriyəcən – “ifşa” olunur, güllələnən güllələnir, güllələnməyən gedər-gəlməzə göndərilir, 

Sibirə sürgün edilir, amma heç bir yerdə – “ifşa” məqalələrində də, “ifşa” toplantılarındakı 

alovlu çıxışlarda da, cürbəcür qərarlarda, rəsmi məruzələrdə, sənədlərdə də Əliağa Vahidin adı 

çəkilmir, elə bil, bu adda şair yoxdur, halbuki Vahid o zaman da xalq arasında ən tanınan 

şairlərdən biri, aşiq ilə məşuqdan, gül ilə bülbüldən yazan qəzəl ustadı idi və həmin populyar 

qəzəllər sosrealizmin heç yanından da keçmirdi. 

Orasını da deyim ki, bu cür qara “37” paradoksları yanlız Azərbaycan üçün deyil, bütün Sovet 

İttifaqı üçün xarakterik idi. Sistem hərdən qələmini pornoqrafiyada da sınayan qraf Aleksey 

Tolstoyu sosrealizmin klassiki elan etdi, ancaq hələ 20-ci illərin əvvəllərində Lenin haqqında 

şeirlər kitabı nəşr etdirmiş kəndli Nikolay Klyuyevi güllələdi. Yaxud Gürcüstana nəzər salaq: 

XX əsr gürcü ədəbiyyatının klassikləri Konstantin Qamsaxurdia (1891-1975; müstəqilliyini 

bərpa etmiş Gürcüstanın ilk prezidenti Zivad Qamsaxurdianın atası) knyaz idi, amma Sistem ona 

imkan verdi 

ki, 84 il yaşasın, ya da Qalaktion Tabidze (1892-1959) “37”-ni adlayaraq, gələcəyin 

 




akademiki kimi öz əcəli ilə ölmək səadətinə nail oldu, ancaq yaşca onlardan cavan və sosrealizm 

yolu ilə gedən Tsisian Tabidze güllələndi, Paola Yaşvili isə Sistemin təhriki ilə özünü güllələdi.  

Ədəbi cərəyan, metod kimi sosrealizmin bədii-estetik əmsalı çox aşağı idi və bunun səbəbi də 

aydındır: dünya ədəbiyyatı tarixində siyasət, rəsmi ideologiya heç bir ədəbi cərəyana sosrealizm 

dərəcəsində müdaxilə etməyib. Bu cəhətə biz 30-40-50-ci illərin kontekstində baxsaq, o zaman 

həmin siyasi müdaxilə, eyni zamanda, inzibati müdaxilə, ağır, sarsıdıcı fiziki və mənəvi zərbə 

idi: Sistem sosrealizmdən istifadə edərək, nəinki ədəbiyyatın, həm də bir insan kimi yazıçıların 

taleyini həll etdi, onları fiziki cəhətdən məhv etdi (Osip Mandelştam və İshaq Babel, Mixail 

Cavaxişvili, Saken Seyfullin və Qalimcan İbrahimov, bizim yuxarıda adlarını çəkdiyim və 

çəkmədiyim qələm sahiblərimiz, bir çox b.) və həmin yazıçıların yaradıcılığı da 20 il yasaq 

(dustaq!) olunaraq, yeni-

yeni nəsillərin yetişməsində, ictimai fikrin inkişafında rol oynamadı. 

Əlbəttə, tarixə gümanla yanaşmaq olmaz, tarixlə danışıq dili – faktdır, amma hər halda güman 

edirəm ki, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, yaxud da Cəfər Cabbarlı öz 

əcəlləri ilə vəfat etməsəydilər, “37”-ni adlamaq onlar üçün çox çətin, hətta mümkünsüz olacaqdı 

və bu, Azərbaycan mədəniyyətinə, ictimai fikrinin inkişafına çox ciddi də zərbə vuracaqdı, milli 

mənəviyyatı xeyli dərəcədə kasıblaşdıracaqdı, çünki o qələm sahiblərinin repressiyası yalnız 

onların fiziki məhvi yox, eyni zamanda yaradıcılıqlarının iyirmi il (1956-57-yə qədər) dustaq 

edilməsi demək idi. Təsəvvür edin, hərgah Cavidlə, Yusif Vəzirlə, Müşfiqlə, Cavadla, 

Çobanzadə ilə, Əli Nazimlə, başqaları ilə bərabər, Mirzə Cəlilin də, Əbdürrəhim bəyin də, 

Cabbarlının da əsərləri çap olunmayacaqdısa, tədqiq edilməyəcəkdisə, məktəblərdə 

keçilməyəcəkdisə, teatr səhnələrində tamaşaya qoyulmayacaqdısa, filmlər çəkilməyəcəkdisə, o 

zaman nə qalacaqdı? Bizim milli ədəbiyyatşünaslığımız, sənətşünaslığımız, təhsilimiz, ana 

dilimiz, teatr və kino sənətimiz – xüsusən 40-50-ci illərdə – XX əsr Azərbaycan ədəbiyyatının bu 

böyük simalarının yaradıcılığını tədqiq və təhlil edə-edə, öyrənə-öyrənə, səhnədə tamaşaya qoya-

qoya inkişaf etmişdir və onlar da qadağan edilsəydi yeni nəsillər – söhbət yalnız yeni 

ədəbiyyatçı, sənətşünas, aktyor, rejissor və s. nəslindən yox, ümumiyyətlə, peşəsindən asılı 

olmayaraq millətin yeni nəsillərindən, genefondundan gedir! – hansı istiqamətdə yetişəcəkdi? 

Ədəbiyyatımızın, ümumiyyətlə, filologiyamızın Məmməd Səid Ordubadi və Abdulla Şaiq, 

Səməd Vurğun və Süleyman Rəhimov, Süleyman Rüstəm və Əbülhəsən, Rəsul Rza və Mir 

Cəlal, Əli Vəliyev və Osman Sarıvəlli, Mirzə İbrahimov və Məmməd Rahim, Mirvarid Dilbazi 

və Nigar Rəfibəyli, Sabit Rəhman və Əhməd Cəmil, Həmid Araslı və Məmmədağa Şirəliyev, 

Məmməd Arif və Feyzulla Qasımzadə, Məmməd Cəfər və Cəfər Cəfərov, Əzəl Dəmirçizadə və 

Muxtar Hüseynzadə, Əli Sultanlı və Mirzağa Quluzadə, Məmməd Hüseyn Təhmasib və Cəfər 

Xəndan, yuxarıda dediyim kimi, Mehdi Hüseyn və Mikayıl Rəfili və başqaları kimi sosrealizm 

dövrü nümayəndələrinin o qorxunc püşkatma oynundan salamat çıxması yalnız ədəbiyyatımızın, 

filologiyamızın yox, ümumiyyətlə, mədəniyyətimizin, ictimai fikrimizin xoşbəxtliyi oldu. Bir 

anlıq bunu da təsəvvür edək ki, bu qələm sahiblərinin 1937-ci ildən sonrakı yaradıcılıqları və 

fəaliyyətləri yoxdur, o zaman hansı bir boşluğun, mənəvi uçurumun yaranacağını görmək üçün 

xüsusi bir zərrəbin lazım deyil. 

 

 

İkinci məqalə 



 

Sosrealizmin inzibati surətdə ədəbiyyata tətbiqində, ölkəni bürümüş “ifşa”çılıq kompaniyasında, 

Sistemin öz meyarları ilə ədəbiyyatı qiymətləndirmə prosesində və s.-də Yazıçılar İttifaqının 

iştirakı barədə danışmaq açıq qapını döymək kimi bir şeydir, ancaq bütün bunlarla bərabər

Sistemin yaratdığı və daimi diqqətlə nəzarət etdiyi həmin Yazıçılar İttifaqının SSRİ miqyasında, 

xüsusən müttəfiq (misal üçün Azərbaycan), eləcə də muxtar respublikalarda (Tatarstan, 

Başqırdıstan, Dağıstan və s.) gördüyü işi, göstərdiyi fəaliyyəti bu gün yalnız tənqid obyekti kimi 

təqdim etmək tarixi obyektivlikdən uzaqdır və məsələyə üzdən yanaşmanın göstəricisidir. Mən 

müttəfiq və muxtar respublikalarda Yazıçılar İttifaqlarının əhəmiyyətini xüsusi vurğuladım, 

çünki bu yerdə söhbət milli dillərin inkişafında, hətta bəzi bölgələrdə yazılı ədəbiyyatın ilk 

 




Yüklə 203,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə