Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər



Yüklə 203,08 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix21.07.2018
ölçüsü203,08 Kb.
#57612
1   2   3   4   5   6   7   8   9

Orucov, Məmməd Tağıyev, Yusif Ziya Şirvani və b. kimi filoloqların, dilçilərin elmi zəhməti 

nəticəsində Azərbaycan dilinin zəngin leksik potensiyası üzə çıxdı. 

Baxın, həm ədəbi tənqid, həm ədəbiyyatşünaslıq, həm də dilçilik sahəsində adlarını çəkdiyim 

müəlliflərin hamısı (!) məhz sosrealizm dövrünün yetişdirdiyi qələm sahibləridir. 

Sosrealizm Azərbaycan ictimai fikrinin formalaşmasında, milli təfəkkürün güclənməsində böyük 

rol oynadı, sırf milli prolematikanın ədəbiyyatımızın əsas mövzularına çevrilməsinə mane 

olmadı, bu problematika həm coğrafi, həm də mənəvi ehtivasına görə ədəbiyyatın ön sırasına 

çıxdı. Baxın, Sistem Cənubi Azərbaycandan xaincəsinə geri çəkildi, ancaq Araz mövzusu 

ədəbiyyatımızın tərkib hissəsinə daxil oldu, Sistem Gəncənin adını Kirovabad qoydu, ancaq 

poeziyamız qədim Gəncədən söz açdı, Sistem “millətçi” ittihamından gen-bol, bir sıra hallarda 

isə cəlladcasına istifadə etdi, ancaq sosrealizm qəbul etdi və bununla da imkan verdi ki, misal 

üçün, “Azərbaycan” (Səməd Vurğun) şeiri dillər əzbərinə çevrilsin. 

Olsun ki

, sosrealizm bir sıra hallarda bu mövzuları “özününküləşdirmək” istədi, onlardan da 

siyasi məqsədlərlə bəhrələnməyə çalışdı, ancaq milli bədii təfəkkürdə həmin mövzuların sanbalı, 

mütləq çəkisi ağır olduğu üçün, effekt tərsinə oldu: əks-proses baş verdi, bu mövzular 

sosrealizmi buxovladı. 

Sosrealizm dövrünün böyük uğurlarından biri tərcümə ədəbiyyatı ilə bağlıdır və məsələyə 

obyektiv yanaşsaq, görəcəyik ki, müasir Azərbaycan bədii tərcümə məktəbi sosrealizmin 

bəhrəsidir. Klassik və bir sıra ideoloji baxımdan istisnalarla çağdaş dünya ədəbiyyatının ən 

məşhur əsərləri dilimizə çevrildi və Azərbaycan oxucusu üçün Homerdən, Firdovsidən, 

Dantedən, Hötedən, Lev Tolstoy və Dostoyevskidən tutmuş Remarka və Heminquey, Böyll və 

Markesə qədər müəlliflərin əsərlərini ana dilində oxumaq imkanı yaratdı. Güman edirəm ki, belə 

bir mütaliə miqyasının əhəmiyyəti barədə danışmağa ehtiyac yoxdur. Digər tərəfdən ərəb, 

xüsusən də fars dilli klassik Azərbaycan ədəbiyyatı (Xaqani, Məhsəti, Nizami və b.) doğma dilə 

tərcümə edildi, eləcə də klassik və müasir Azərbaycan ədəbiyyatı xarici dillərə çevrildi. 

Məmməd Arifin, Mikayıl Rəfilinin, Ənvər Məmmədxanlının, Mikayıl Rzaquluzadənin, Beydulla 

Musayevin, Əziz Şərifin, Hüseyn Şərifin, Cabbar Məcnunbəyovun, Mustafa Əfəndiyevin, 

Mübariz Əlizadənin, Cahanbaxşın, Vladimir Qafarovun, İshaq İbrahimovun, Cəlal 

Məmmədovun, Elxan İbrahimovun və b.-nın tərcümələri milli tərcümə ədəbiyyatımızı zəngin 

mənəvi qüvvə kimi ortaya qoydu. 70 illik sosrealizm dövründə böyüklü-kiçikli, demək olar ki, 

bütün şairlərimiz, o cümlədən ən məşhurları (Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman 

Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Əhməd Cəmil, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, 

Əliağa Kürçaylı, Tofiq Bayram və b.) intensiv surətdə tərcümə ilə məşğul olurdu. 

Düzdür, tərcümə sahəsində dilin coğrafiyası baxımından birtərəflilik var idi, yəni dünya 

ədəbiyyatı əsas etibarilə orijinaldan deyil, rus dilindən, Azərbaycan ədəbiyyatı isə əsas etibarilə 

rus dilinə tərcümə edilirdi, ancaq, aydın məsələdir, bunun özü də əhəmiyyətli bir hadisə idi.  

Həqiqət bundan ibarətdir ki, sosrealizm tərcümə sahəsində – bu sözün gurultusundan 

qorxmayaq! – 

Qərb və rus ədəbiyyatı ilə müasir Azərbaycan mənəviyyatı arasında ikitərəfli 

gedişata malik körpü saldı və bu həqiqəti layiqincə qiymətləndirmək lazımdır. Aydın məsələdir 

ki, sosrealizm müddəaları tərcümənin əhəmiyyətini qəbul etməsəydi, həmin körpü də 

salınmayacaqdı və burada şübhəsiz ki, Sistemin də təbiətindəki ziddiyyətlər özünü göstərirdi. 

Baxın, “Böyük terror”un şıdırğı vaxtında – 1937-ci ilin mayında məşhur rus şairləri Vladimir 

Luqovskoydan, Pavel Antaqolskidən, Pavel Pançenkodan, Marqarita Aligerdən ibarət, o vaxtın 

təbiri ilə desəm, “şairlər briqadası” Moskvadan Bakıya gəlir və Sistemin ən sınanmış və 

görkəmli nümayəndələrindən biri, Azərbaycanın “hakimi-mütləq”i Mir Cəfər Bağırov Yazıçılar 

İttifaqının sədri Seyfulla Şamilovla birlikdə onları qəbul edir. 

Qəbul iki saat çəkir. 

Məsələ burasında idi ki, biləvasitə M.C.Bağırovun təşəbbüsü ilə SSRİ Yazıçılar İttifaqı 

qarşısında rus dilində “Azərbaycan poeziya antalogiyası”nı hazırlayıb, nəşr etmək məsələsi 

qaldırılmışdı və M.C.Bağırov kimi Ümumittifaq nüfuzuna malik bir partiya xadiminin qaldırdığı 

məsələ cavabsız qala bilməzdi. Həmin məşhur rus şairləri klassik və müasir Azərbaycan 

şairlərinin əsərlərini rus dilinə tərcümə etmək, həmin antalogiyanı hazırlamaq məqsədi ilə 

 

15 



Bakıya göndərilmişdilər. M.C.Bağırovun mürəkkəb və qorxulu tut-ha-tut vaxtında moskvalı 

şairləri qəbul etməsinin özü, əlbəttə, onun bu məsələyə nə dərəcədə əhəmiyyət verdiyini göstərir. 

Qəbul zamanı V.Luqavskoy Vaqifin və Vidadinin “Durnalar” şeirlərini, P.Antaqolski Füzulinin 

“Leyli və Məcnun”undan parçaları, P.Pançenko Seyid Əzimin və Sabirin şeirlərini öz 

tərcümələrində oxuyurlar. Rəsmi məlumatda deyilir: “Tərcümələr Bağırov yoldaşa təsir 

bağışlamışdır. Bağırov yoldaş bir saata qədər davam edən nitqində antalogiyanın mühüm 

əhəmiyyətini və xüsusilə xalqımızın yaradıcılıq simasını göstərməkdə onun oynadığı böyük rolu 

qeyd etmişdir.” (“Ədəbiyyat qəzeti”, 16 iyun 1937.) 

Güman edirəm ki, bu fakt çox şey deyir. 

Nəhayət, sosrealizm dövründə ədəbiyyata “altmışıncılar” gəldi. 

Ancaq bu barədə, görünür, ayrıca yazmaq lazımdır. 

 

 



 

 

 



Dördüncü məqalə 

 

Bəzən bizim tənqidimiz və ədəbiyyatşünaslığımız 1960-cı illərdə yaranan ədəbiyyat ilə həmin 



illərdə yaradıcılığa başlamış ədəbi nəsli – “altmışıncılar”ı eyniləşdirirlər və bu da bədii-estetik 

təsnifat baxımından dolaşıqlıq, qeyri-dəqiqlik yaradır. 

XX partiya qurultayından sonra cəmiyyətdə, ictimai həyatda yaranmış “mülayim iqlim” (İlya 

Erenburqun pov

estinin adı ilə – rusca “Ottepel”, yəni “Mülayim iqlim”, yaxud “Yumşaq hava” – 

adlandırılan istilahdır) nəticəsində 1950-ci illərin sonu, 1960-cı illərdə Azərbaycan nəsrində 

“Yeraltı sular dənizə axır” (Mehdi Hüseyn), “Söyüdlü arx”, “Körpüsalanlar” (İlyas Əfəndiyev), 

“Dəli Kür” (İsmayıl Şıxlı), “Teleqram”, “Saz”, “Kollu Koxa” (İsa Hüseynov), “Telefonçu qız” 

(Həsən Seyidbəyli), “Yamacda nişanə” (Sabir Əhmədov) və s. kimi həm mövzu və mövzuya 

münasibət, həm də bədii keyfiyyət baxımından əvvəlki onilliklərin bədii təsərrüfatından seçilən 

əsərlər meydana çıxdı. Poeziyamızda, dramaturgiyamızdada bu cür məlum (yuxarıda yeri 

düşdükcə onlardan bəhs etmişəm) uğurlarımız yarandı.  

Eyni zamanda, paralel olaraq yeni bir nəsl ədəbiyyata gəldi ki, bu, yalnız adi nəsildəyişmə 

prosesi yox, bədii-estetik hadisə idi və söhbət ayrı-ayrı yazıçıların yaxşı, ya pis yazmağından 

yox, yaxşısı və pisi ilə bərabər, bədii təfəkkür yeniliyindən, sosrealizm müddəalarına 

münasibətdə yaradıcılıq tipajının dəyişməsindən, istedadın daxili azadlıq əldə etməsindən 

gedirdi. 

Məhz bu yenilik, dəyişiklik, daxili azadlıq, bir tərəfdən “altmışıncılar”ın novatorluğunu müəyyən 

etdi, o biri tərəfdən isə həmin novatorluqla ənənə arasında sıx bir bağlılıq yaratdı. Həmin 

ənənənin özündə də iki cəhətin üzvi, təbii vəhdəti yaranmışdı: milli ədəbi ənənələr və dünya 

ədəbiyyatı təcrübəsinin doğurduğu ənənələr. 

Məhz belə bir bədii-estetik amal özündən əvvəlki onilliklərin üzərindən folklora körpü saldı və 

Süleyman Rəhimovun, Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Ənvər Məmmədxanlının bəzi 

hekayələri yalnız folklor əsasında yazılmış ayrı-ayrı nümunələr idisə, “altmışıncılar”ın 

yaradıcılığında folklor alt qatın mühüm hissəsinə çevrildi, hiss və həyəcanların təsvirində, 

psixoloji qatların açılmasında sitat yox, mahiyyətin ifadəsi oldu. “Altmışıncılar”ın bu cəhəti 

sosrealizmin ədəbiyyata gətirdiyi və müdafiə etməyə çalışdığı süniliyin, falşın aradan 

qaldırılmasında mühüm rol oynadı. 

Eyni bir körpü klassik milli ədəbiyyatla, “Molla Nəsrəddin” ədəbi məktəbi ilə, XIX – XX əsr 

Azərbaycan maarifçiləri ilə “altmışıncılar” arasında bir yaxınlıq, hətta deyərdim ki, bir doğmalıq 

yaratdı və “altmışıncılar”ın yaradıcılığını kosmopolitçi perspektivlərdən uzaqlaşdırdı, həmin 

yaradıcılığın milli mənsubiyyətinin müəyyənləşməsində əhəmiyyətli rol oynadı. 

Özlərindən əvvəlki ədəbi nəslin bir çox nümayəndələri yaradıcılıqlarının ilk illərində – 1920-30-

cu illərdə – Sistemin qorxusu və təhriki ilə, yaxud da inqilabi fanatizmin təsiri ilə klassik 

 

16 



Yüklə 203,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə