Cənub bölgəsində Lənkərandayam: vaxtilə zəhmətsevərliyilə Azərbaycanda tanınan bu diyarda indi bərəkətli torpaqlar əkilmir kəndlilər qoyduqları zəhmətin əvəzinə qəpik-quruş almaqdan beziblər



Yüklə 203,08 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix21.07.2018
ölçüsü203,08 Kb.
#57612
1   2   3   4   5   6   7   8   9

Həqiqət budur ki, Azərbaycan ədəbiyyatının mənsur şeirdən tutmuş sərbəst və destruktiv şeirə 

qədər, povestdən (Avropa meyarı ilə “kiçik roman”dan, yaxud Türkiyədə deyilən “böyük 

hekayə”dən) tutmuş tragikomediyaya və farsacan müxtəlif janrlarda özünüifadəsi sosrealizmin 

biləvasitə iştirakı ilə mümkün oldu. 

Əlbəttə, belə bir sual yarana bilər ki, sosrealizm olmasaydı, dünya ədəbiyyatının inkişafı və 

güclü inteqrasiya meylləri kontekstində XX əsrdə bu janrlar yaranmayacaqdımı?  

Çox güman ki, yaranacaqdı.  

Ancaq fakt budur ki, istəsək də, istəməsək də, sosrealizm XX yüzil Azərbaycan ədəbiyyatının 

tarixinə daxil oldu və bədii ədəbiyyatın meydana çıxdığı əsas zaman vahidini əhatə etdi. 

Azərbaycan ədəbi tənqidindən danışanda biz Xətib Təbrizidən tutmuş Vəhid Təbriziyə qədər, 

Nizami Gəncəvidən tutmuş Mir Möhsün Nəvvaba qədər böyük mütəfəkkirlərin, sənət və fikir 

adamlarının, şairlərin bədii söz haqqında fikirlərini öyrənirik (Kamal Talıbzadənin, Şamil 

Salmanovun, Nizaməddn Şəmçizadənin, Nəzif Qəhrəmanlının, V.Sultanlının və b.-nın 

tədqiqatları). Ancaq müstəqil bir janr olaraq, professional ədəbi tənqidimiz ilkin orta əsrlərdən 

üzü bəri gələn və öz-özlüyündə çox qiymətli olan, amma pərakəndə fikir və mülahizələrdən, 

təzkirəçilikdən çıxıb, ictimai fikrimizin əsas hissələrindən biri kimi formalaşdı və ilk təcrübələri 

əsrin əvvəllərində Abdulla Surun, Kazımoğlunun (Seyid Hüseynin) qələmi ilə yaranmış müasir 

tənqidimiz artıq 20-ci illərdən başlayaraq, inkişaf edib, ədəbi prosesin aparıcı qüvvəsinə çevrildi 

(Mustafa Quliyev, Əli Nazim, Atababa Musaxanlı, Məmmədkazım Ələkbərli, Bəkir Çobanzadə, 

Meh


di Hüseyn, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Hidayət Əfəndiyev, Əkbər Ağayev, 

Cəfər Cəfərov, Cəfər Xəndan, Orucəli Həsənov, Abbas Zamanov, Əziz Mirəhmədov, Kamal 

Talıbzadə, Məsud Əlioğlu, Qulu Xəlilov, Pənah Xəlilov, Bəkir Nəbiyev, İslam İbrahimov, Əhəd 

H

üseynov, Yəhya Seyidov, daha sonrakı dövrlərdə Seyfulla Əsədullayev, Gülrux Əlibəyli, 



Təhsin Mütəllibov, Cəlal Abdullayev və b.). 

Məhz sosrealizm müddəalarının təhriki nəticəsində ədəbiyyat nəzəriyyəsi öyrənildi, ədəbiyyat 

tariximizin tədqiqi estetik kateqoriya kimi müasirlik baxımından tamamilə yeni keyfiyyətlər əldə 

etdi və hərgah sosrealizmdən əvvəlki dövrün bəhrəsi olan “Ədəbiyyat tarixi” (Firudin bəy 

Köçərli) ilk təcrübə, yeganə professional mənbə, (həmin mənbənin qiyməti, hətta unikallığı da 

elə bu ilkinlikdə, yeganəlikdə idi və mən vaxtilə rəhmətlik Şamil Salmanovla birlikdə bu barədə 

ətraflı yazmışdım (bax: “İlk Azərbaycan ədəbiyyatı tarixi”, “Ədəbiyyat və incəsənət” qəzeti, 9 və 

16 sentyabr 1978-

ci il), eləcə də Yusif Vəzir Çəmənzəminlinin 1919-cu ildə İstanbulda nəşr 

olunmuş “Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafiyası dövrün kontekstində əhəmiyyətli 

bir hadisə idisə, artıq sonrakı onilliklərdə bütün çatışmazlıqları, kəsir cəhətləri ilə bərabər, 

ədəbiyyatımızın fundamental tarixi yazıldı (Həmid Araslı, Feyzulla Qasımzadə, Mir Cəlal, 

Mirzağa Quluzadə, Əli Əjdər Seyidzadə, Qulmahüseyn Beqdeli, Qafar Kəndli, Mirəli Seyidov, 

Əli Sultanlı, Kamran Məmmədov, Firudin Hüseynov, Araz Dadaşzadə və başqalarının, sonrakı 

nəsl nümayəndələrinin, eləcə də yeri düşdükcə yuxarıda adlarını çəkdiyim müəlliflərin qələmi 

ilə). 


Bir tərəfdən sosrealizmin folklora, xalq yaradıcılığına vulqar-sosioloji həmləsi nəticəsində, misal 

üçün, aşıq poeziyasının eybəcər “nümunələri” yaranaraq partiya qəzetlərində çap edilirdi. Budur, 

“Kommunist” qəzetində dərc olunmuş (6 avqust 1937) “qoşmaların” hərəsindən bir bəndə fikir 

verin: 


 

Əziz Şmidti göndərdin uzaq ellərə,  

Təyyarə ilə uçdu, bələd oldu yollara, 

Saçdılar al bayrağı buzlu dağlara, 

Xaricilər düşdü haldan-hala, Stalin. 

(Aşıq Avak) 

 

Stalin marşurutu, səni min yaşa, 



İgitlər planını çatdırdı başa, 

Lenin ordenini taxdılar döşə, 

 

13 



Hər biri korpusa komandir oldu. 

(Aşıq Mirzə) 

 

Oxudum qəzetdə, mən oldum hali, 



Terrorçu salmış qeyli-qali, 

Cəsus, ziyançı o kəs xəyali 

Məhv etdin, dağıtdın, yaşa Stalin! 

(Aşıq Əsəd) 

 

Hətta rusdilli rəsmi partiya qəzetində də (misal üçün, bax: “Bakinski raboçi”, 8 avqust 1937.) 



azərbaycanca sosrealizmin yazdırdığı aşıq “şeiri” dərc edilirdi: 

 

Cahanda tək söylənir  



Stalin Konstitusiyası, 

Vətəndaşlara təhsil üçün var  

iyirmi birinci maddəsi, 

Yüz iyirminci maddəsi qocanın  

yardım kisəsi, 

Yüz iyirmi beşdə deyir,  

mətbuat söz azadası, 

İclaslarda maddəsi oxunan zamanı gördük! 

(Aşıq Bəhmən) 

 

Aydın məsələdir ki, aşıq şeirini bundan acınacaqlı bir vəziyyətə salmaq olmaz, ancaq bununla 



birlikdə sosrealizm imkan verdi və şərait yaratdı ki, “Dədə Qorqud”dan bu tərəfə folklorumuzun 

və klassik ədəbiyyatımızın elmi-nəzəri təsnifatı verilsin. Dastanlarımız, nağıllarımız, 

bayatılarımız və s. yalnız məclislərdə söylənmədi, hətta yalnız nəşr edilmədi (bu da öz-

özlüyündə böyük hadisə idi!), elmi-nəzəri təhlildən keçirildi, milli estetik köklərin, bünövrənin 

nəzəri mənzərəsi yarandı (Hənifə Zeynallı, Məmmd Hüseyn Təhmasib, Əhliman Axundov, 

Vaqif Vəliyev, Paşa Əfəndiyev, Mirzə Abbaslı, Həsən Qasımov və b.). 

Son dərəcə əhəmiyyətli hadisələrdən biri, bəlkə də birincisi bu oldu ki, sosrealizm müasir 

Azərbaycan ədəbi və bədii dilinin formalaşmasında fövqəladə rol oynadı. “Molla Nəsrəddin” ilə 

“Füyuzat” dili, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Sabir ilə Əli bəy Hüseynzadə, 

Əhməd bəy Ağayev, Məhhəmmməd Hadi dili arasındakı pərakəndəlik içində olan ədəbi-bədii 

dilimizin sintaksik və estetik prinsipləri təşəkkül tapdı və bu işi faktiki olaraq, 1930-cu illərdə 

yaranmış Azərbaycan ədəbiyyatı – sosrealizm nümunələri, Mikayıl Müşfiqin və Səməd 

Vurğunun, Süleyman Rüstəmin və Rəsul Rzanın, Osman Sarıvəllinin və Əhməd Cəmilin və b.-

nın poeziyası, Cəfər Cabbarlının və Məmməd Səid Ordubadinin, Abdulla Şaiqin və Süleyman 

Rəhimovun, Mir Cəlalın və Mehdi Hüseynin, Əli Vəliyevin və Əbülhəsənin, Mirzə İbrahimovun 

və Sabit Rəhmanın və b.-nın nəsri və dramaturgiyası gördü. 1940-cı illərdə Azərbaycan ədəbi-

bədii dili xüsusən İlyas Əfəndiyevin və Ənvər Məmmədxanlının yaradıcılığı vasitəsilə ən yüksək 

səviyyədə özünü ifadə etdi. Dilin leksik zənginliyinin, stilistik məxsusiliyinin, rəngarəngliyinin 

miqyası, misal üçün, Səməd Vurğun, Süleyman Rəhimov, yaxud Əli Vəliyev ilə, yenə də misal 

üçün, Mirzə İbrahimov, Əhməd Cəmil, yaxud İsa Hüseynov arasındakı bir genişlik əldə etdi. 

Fakt odur ki, sosrealizmin yaratdığı şərait nəticəsində Azərbaycan dilinin hərtərəfli tədqiqində 

Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Əzəl Dəmirçizadə, Muxtar Hüseynov, Səlim Cəfərov, 

Hadı Mirzəzadə, daha sonrakı dövrlərdə Əlövsət Abdullayev, Fərhad Zeynalov, Ağamusa 

Axundov, Yusif Seyidov, Afat Qurbanov, Tofiq Hacıyev və b. kimi dilçi alimlərimiz 70 ildə o işi 

gördü ki, Rusiyada, yaxud Avropa ölkələrində bu işə qat-qat artıq vaxt sərf olundu. 

Məhz sosrealizm dövründə biz dilimizin fundamental izahlı lüğətindən tutmuş bir çox qarşılıqlı, 

terminoloji, leksikoloji lüğətlərə qədər, nəşrlərin hazırlanıb işıq üzü görməsi kimi nəhəng 

miqyaslı elmi sıçrayışa nail olduq və Ruhulla Axundov, Xudadat bəy Əzizbəyov, Əliheydər 

 

14 



Yüklə 203,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə