Ci illər peyzaj: Hüseyin Arif


İslam Səfərli yaradıcılığı (şair-dramaturq, tərcüməçi)



Yüklə 214,12 Kb.
səhifə40/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   36   37   38   39   40   41   42   43   ...   51
Allah komeyimiz olsun

48.İslam Səfərli yaradıcılığı (şair-dramaturq, tərcüməçi)
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli qədim diyarımız Naxçıvanda dünyaya göz açıb. Yaradıcılığa çox erkən başlayıb - ilk şeiri "Ədəbiyyat qəzeti"ndə çap olunub. Onun yaradıcılığında, şübhəsiz ki, baş mövzu Azərbaycan idi. Bu mövzuda yazdığı şeirlərin bir çoxu, ola bilsin ki, indiki ədəbi meyar və ölçülərlə yanaşsaq, bir qədər zəif və solğun təsir bağışlasın, amma bütünlükdə bu şeirlərin hamısına xas olan bir cəhəti xüsusi vurğulamaq lazımdır - o da səmimiyyət idi.
İslam Səfərli ədəbiyyat tariximizdə həm də bir dramaturq kimi anılır. Bəlkə də çox şair və nasir dram əsəriylə tanınmır, onları ancaq şair və nasir kimi yad edirlər. Lakin İslam Səfərlinin elə bircə "Göz həkimi" pyesi kifayətdir deyək ki, o, həm də dramaturq kimi yaşayacaq. Bu əsər əllinci illərin ortalarında qələmə alınmışdı və səhnəyə vəsiqə alandan sonra uzun müddət bizim teatrların repertuarında özünə yer tutdu. "Göz həkimi" pyesi göstərdi ki, İslam Səfərli - lirik duyğular şairi həm də həyatda, onu əhatə edən mühitdə baş verən hadisələrə dramatik məqamlardan da yanaşa bilir.
O, “Ələsgər” poemasını aşıq sənətinin ustadı Aşıq Ələsgərə həsr etmişdir.Şair bu poemanı yazarkən bütün Göyçə mahalını qarış-qarış gəzmişdir.
Müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr etdiyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və s. bir-birindən maraqlı poemaları diqqət çəkmiş, yadda qalan olmuşdu.
Şairin “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə