Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə42/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   38   39   40   41   42   43   44   45   ...   51
Allah komeyimiz olsun

Ayrılan yollar.
Ədibin ilk irihəcmli əsəri “Ayrılan yollar” romanı olmuşdur. Bu roman 1955-ci ildə işıq üzü görmüşdür. “Ayrılan yollar” İsmayıl Şıxlının çoxplanlı roman yazmağa qadir bir yazıçı olduğunu göstərdi. Ədəbi təcrübəsinə arxalanan yazıçı hər zaman həyat həqiqətinə sadiq qaldı. Əsərdə uydurma əhvalatlar, süni vəziyyət yoxdur, mövzu ədibin yaxşı bildiyi, gördüyü həyatdan götürülmüşdür. Romanın əsasında zəngin həyat materialı dayanır
“Ayrılan yollar” 1941-1945-ci il müharibəsindən sonra Azərbaycanda gedən dirçəlişdən bəhs edir. O dövrün gəncləri quruculuq işlərində fəal iştirak etməyə can atırdılar. Həyatda İmran, Zeynəb, Nərgiz kimi gənclər az deyildi. Müəllif göstərir ki, hər sahədə aparıcı qüvvə sayılan potensial imkanlı insan nə üçün çalışdığını, hansı məqsəd və ideal naminə mübarizə apardığını bilməlidir, kortəbii addım, düşünülməmiş hərəkət, sadəcə ümumi axına qoşulmaq cəhdi nailiyyətə yol aça bilməz.
Ali təhsil alıb ata-baba yurduna qayıdan İmran həm övladlıq borcunu, həm də vətəndaşlıq borcunu yerinə yetirməlidir. Bir mütəxəssis kimi İmranı doğma kəndinin yeniləşməsi, inkişafı çox ciddi düşündürür. İnamla irəliyə doğru hərəkət etmək istədiyi halda ciddi maneələrlə, ilk növbədə, mühafizəkar rəhbər olan Qurban Kosaoğlu ilə üzləşməli olur. Onlar əks qütblərdən çıxış edirlər. Mövqe, hərəkət və münasibətlər tədricən kəskinləşir. Ümumiyyətlə, əsər psixoloji məqamlarla zəngindir. “Ayrılan yollar” romanı həm oxucular, həm də ədəbi ictimaiyyət tərəfindən maraqla, dərin rəğbətlə qarşılanaraq, bədii nəsrimizdə öz layiqli yerini tutmuşdur
“Ayrılan yollar” romanınında gənc qəhrəmanların mənəvi aləmini açıb göstərməsi oxucular və tənqidçilər tərəfindən qiymətləndirilib. Əsərdə pambıqçı Zeynəblə traktorçu Əlinin, aqronom İmranla kənd müəllimi Nərgizin qarşılıqlı məhəbbəti təbii təsvirlər vasitəsilə verilib.
“Ayrılan yollar” əsəri 50-ci illərin bir çox roman və povestləri kimi kolxoz kəndinə, məhsuldarlıq uğrunda mübarizə məsələlərinə həsr olunub.
51.İsmayıl Şıxlının "Namərd gülləsi" hekayəsində milli mənlik motivi (10 bal)
Namərd gülləsi əsərində əsas obrazlar Niftalı koxa,Qaçaq Kərəm və gəlmə Mürşüddür.
Niftalı koxa-o əvvəl rahat şəkildə gəzdiyi yerlərdən keçəndə qüssələnir. Koxa vəzifəsinə keçəndən dinclik tapmır,hətta öz köçü ilə yaylağa köçməyə də ehtiyat edir. Çünki kənddə rahat gəzməyin rahat olmayacağını bilir. O çayın kənarında dincəlmək istəyir,əvvəl bundan ehtiyatlanır,elə silahla uzanmaq istəsə də bunun mümkünsüzlüyünü dərk edir. Həm də düşünür ki,kimdən qorxacaq? Qaçaq Kərəmdən?o bilir ki,Qaçaq Kərəm silahsız adama silah çəkməz,namərdlik eləməz. Bircə gəlmə Mürşüddən ehtiyatlanır. Gəlmə Mürşüd qaçqındır. Onun evinin qarşısında gəlib dayanır,ona rəhm edib öz evlərində iş,yatmağa yer yemək verirlər. Hətta Niftalı atası öləndən sonra ona torpaq da verir,dost olurlar. Bir yerdə Mürşüdə ev tikirlər,Niftalı qohum qızlardan birini onunla evləndirir. Amma Mürşüd əlinə pul keçdikdən sonra ailəsini incidir. Bu Niftalının qulağına çatır. Onlar yolda qarşılaşanda aralarında mübahisə düşür,Mürşüd ona edilən yaxşılığı undur,Niftalıyla üstdən danışır,onu təhqir edir. Bundan qəzəblənən Niftalı onu vurur,atdan yerə salır,qılınc çəkmək istəyəndə o yenə yazıq görkəm alır,uşaqlarına keçməsi üçün yalvarır. Mürşüd atın belinə qalxdıqda ona deyir ki,bunun heyfini səndə qoymayacam,uzaqlaşır. Sonra eşidirlər ki,o dağa qalxmışdır. Əsərdə diqqəti ən çox cəlb edən obraz Qaçaq Kərəmdir. Onlar Niftalı ilə uşaq vaxtından dost olmuş,gəncliklərində Kür qırağında bir yerdə gəzmişlər. Sonra biri dağlara qalmış qaçaq olmuş,biri koxa olmuş düşmən olmuşlar. Dəfələrlə bir-birlərinə ismarıc göndərsələr də bir-birlərinə xeyri olmamışdır. Qaçaq Kərəmin xarakteri haqqında ilk dəfə elə Niftalının düşüncələrindən məlumat alırıq. O tək uzananda düşünür ki,Qaçaq Kərəm mərddir,əliyalın adama silah qaldırmaz. Niftalı vurulanda onlar üz-üzə gəlir. Burada Qaçaq Kərmin xarakteri tamamilə açılır. Vurulan düşməni də olsa o namərdlik eləmir,onu o vəziyyətdə qoymur. Başını dizləri arasına alır uşaqlıq dostuna baxır. Onu həkimə aparmağa imkanı yoxdur,bundan qüssələnir. Niftalı onun tərəfindən arxadan vurulmadığını biləndə,Qaçaq Kərəmin namərd iş tutmaması onu sevindirir. Biləndə ki,onu vuran Mürşdüddür,verdiyi əməyin boşa getməsi onu kədərləndirir. Qaçaq Kərəm də onun dəstəsindən birinin Niftalını vurduğunu biləndə beynindən vurulmuş kimi olur.
Kərəm Mürşüdü silah çəkib öldürmək istəsə də bunu eləmir,düşünür ki,onsuz da Niftalının qohumları onu sağ qoyan deyil,həm də əlini namərd,murdar birinin qanına bulamaq istəmir. Əmr edir ki,atını,silahını alıb onu dəstədən göndərsinlər.
Niftalının ölüm ayağında Qaçaq Kərəmdən onu öldürməsini istəməsi Qaçaq Kərəm obrazının xarakterindəki mərdliyi,milli mənlik motivini daha qabarıb ortaya qoyur. O istəyir ki,ölümü mərd birinin əlindən olsun,deyir ki,"Kişini kişi öldürər". Bu sözlər Kərəmi sarsıdır. O düşünür ki,nə olur olsun Niftalını kəndə özü aparacaq. Bunun çətin olacağını özlüyündə dərk edir. Öz dəstəsi ilə ora gedəndə qadınların ağlaşması,insanların baxışları,bəzilərinin gedib milisə xəbər verəcəyi onun gözləri qarşısında dayanır. Amma o yenə də özünü inandırır ki,kənddə belə namərdlər tapılmaz. Xəyallarından ayrıllr. Baxır ki,Niftalının bədəni soyuyur,artıq ölümü yaxındır. Onun gözlərində intizarı görür. Əlləri əsir,boğazı düyünlənir,tətiyi çəkir.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə