Ci illər peyzaj: Hüseyin Arif


İsi Məlikzadənin “ Dədə palıd” povesti “yeni nəsr” nümunəsi kimi



Yüklə 214,12 Kb.
səhifə39/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   35   36   37   38   39   40   41   42   ...   51
Allah komeyimiz olsun

46. İsi Məlikzadənin “ Dədə palıd” povesti “yeni nəsr” nümunəsi kimi
Yazıçı-dramaturq İsi Məlikzadə müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun "Küçələrə su səpmişəm", "Evin kişisi", "Yaşıl gecə", "Dədə palıd", "Günəşli payız", "Quyu", "Qırmızı şeytan", "Gümüşgöl əfsanəsi", "Qırmızı yağış" və s. əsərlərində mənəviəxlaqi problemlərə toxunulur, insan psixologiyasının müəyyən məqamları göstərilir.
İsi Məlikzadənin "Dədə palıd" povestində isə insan və təbiət problemi qoyulub. "Dədə palıd"dakı Nurcabbar əsl təbiət aşiqidir. Amma Nurcabbar təbiətlə insan harmoniyasının pozulduğunu, insanın təbiətə qəsd etdiyini böyük ürək ağrısı ilə dastana, nağıla çevirir: "Quruyacaq Dədə Palıd, ayaq üstə can verəcək". Dədə Palıd mişarlananda Nurcabbar da meşəni, təbiəti tərk edir.
Yazıçı Dədə palıdı simvollaşdıraraq onu müqəddəs dəyər kimi təqdim edir. Povestdə çox mükəmməl şəkildə Dədə Palıdın quruma səhnəsi təsvir olunub. Dədə palıd axırda özü bezir və qurumağa başlayır, sanki təbiət də olanlara protest edir.
İnsanların acizliyindənmi, zamanın labüdlüyündənmi öz-özünə quruyur palıd, sanki ev də öz-özünə satılır. Bağır da, Nurcabbar da öz-özünə təslim olur. Çünki şər cəmiyyətində xeyirxahlıq və dəyər mübarizədə məğlubiyyətə məhkumdur və bu reallıqda hər şey elə belə də olmalıdır. Son məqamda əsərdə gələcəyə yönəlik incə bir mesaj var. Dədə palıdın yerində restoran tikən, evin satıb vətənini dəyişən adamlar, eyni zamanda gələcəyin qurucuları, arzularını reallaşdıran adamlardılar. O gələcəkdə nə Bağıra yer var, nə də Nurcabbara.
Əsərin axırında belə bir cümlə var: “Övlad necə amansız olarmış, fələk”. Bağır evini qızı Nazlıya görə satır . O evini satmasa qızı boşanacaq. Övladının qurbanına çevrilmiş valideynlərin taleyi var bu əsərdə.
Oradakı ən yaddaqalan, təsirli məqamlardan biri də cəmiyyətdə özünə yer tapa bilməyib mehrini təbiətə salan Nurcabbarın Kür çayıyla dərdləşməsidir.
İdrisov özü, tipik Sovet məmuru və feodalı idi. Bəs Nurcabbar kimdir? O uğursuz yaradıcı bir insandır, öz faciəsini yaşayan adamdır, qiyməti verilməyən, küncə sıxışdırılan, meşəyə qaçan yaradıcı bir adamdır. Piti Namaz fürsətcil biridir, o dövr üçün qabiliyyətli adamdır, restoran açıb, rayonda ən yaxşı pitixananın yiyəsidir. 
Müəllif əsərin axırında üç nöqtə qoyur, yəni bu hadisələrin gələcəkdə də olacağına aşkar işarələr edir. Ona görə də bu faciələr hələ davam edəcək, hələ bu cür hadisələr çox yaşanacaq. 
47. İsi Məlikzadənin “Gümüşgöl əfsanəsi” povestində psixologizm
İsi Ab­bas oğlu Mə­lik­za­də 1934-cü il ma­yın 1-də Ağ­ca­bə­di ra­yo­nu­nun Xal­fə­rəd­din kən­din­də do­ğul­muş­dur. Yazıçı­nın uşaq­lıq döv­rü haq­qın­da qiy­mət­li mən­bə, av­to­bi­oq­ra­fik po­vest olan «İki gü­nün qo­na­ğı» po­ves­tin­dən onun uşaq­lığı, ai­lə­si­nin ka­sıb­lığı, ata­sı və ana­sı haq­qın­da ma­raq­lı mə­lu­mat­lar öy­rən­mək olur.
Gümüşgöl əfsanəsi povestində mənəvi-əxlaqi problemlərə toxunulur,insan psixologiyasının müəyyən məqamları göstərilir,şəhər və kənd həyatı,insan taleyi,insanın cəmiyyət və təbiətlə münasibəti bədii-simvolik şəkildə təsvir olunur.
Əsərin qəhrəmanı Orxan xalçaçılıq üzrə aspirantura oxuduğu üçün müəllim Xürrəmin tapşırığı ilə Çapıqqaya kəndinə gəlib məşhur xalça ustası Ağabəyimlə görüşmək məqsədilə Çapıqqaya kəndinə gedir. Bu kəndin əfsanəvi ab-havası, gözəl təbiəti Orxana xoş təəssürat bağışlayır. Elə Çapıqayanın təbiəti üzərində köklənmiş Ağabəyimin qızı Bənövşənin “tilsimi- nə düşür”. Qızın mənəvi saflığı şəhərdən gəlmiş gənci ovsunlayır. Qızın dürüstlüyü, səmimiliyi, hardasa sadəlöhvlüyü Orxanı təəcübləndirir, onun həyat fəlsəfəsini dəyişdirir. Yazıçı Sabir Əhmədli haqlı olaraq qeyd edir ki: “Təbiətdən zövq ala bilməyən adamın saflığına mən inanmıram. Bu adam mənəviyyatca zəngin bilməz” Şəhərdə öyrəşdiyi, əhatə olunduğu meşşan mühitlə paradoks təşkil edən “Bənövşə dün- yası” sanki onu tanımadığı, bələd olmadığı “paralel dünya”yla tanış edir. “Povestin baş, ideal qəhrəmanı “Gümüşgöl”dür. İnsanın dünənini, bu gününü, sabahını təyin eləyən təmizlik, paklıq, daxili böyüklük və bir də “hər şeyi məhv edən, lakin özünə gücü çatmayan Məhəbbətdir”. Lakin Orxan cərəyan edən hadisələrin inkişafında sona qədər ziddiyyətli və mürəkkəb təbiətli obraz kimi yadda qalır. Əsərin əvvəlində Səfa adlı gənc xanımla sevgili olduğunu, eyni zamanda bu münasibətə saf, təmiz duyğularla deyil, vaxt keçirmək məqsədi ilə başlandığının, hisslərində tərəddüd keçirdiyinin şahidi oluruq: “Orxan yatmaqdan, dincəlməkdən ümidini üzdü, dikəlib çarpayıda oturdu. Anladı ki, sabah da belə olacaq, biri gün də, o biri günlər də - beləcə xiffət çəkəcək, bu xiffətdən yaxasnı qurtarmayınca bu gen dünyada rahatlıq tapmayacaq. Bəs bu fikirlərin əlindən baş götürüb hara qaçasan, hara? Adam özündən necə qaça bilər?.. Orxanın qulaqlarına bulaq şırıltısınabənzər bir səs gəldi, yenə yadına dağ düşdü, çəmən düşdü” Bu təsvirlərdən bir daha aydın olur ki, Səfa ilə keçən yeknəsəq günlər gənci getdikcə bezdirir, daha fərqli məkana, fərqli münasibətə, yenidən sevməyə və sevilməyə sövq edir. Evlənmək kimi ciddi bir mərhələnin qarşısında dayanan gənc konkret qərar qəbul etməkdə çətinlik çəkir.
Orxan Səfa əvvəllər evli olsa da, şabalıdı saçlı, ağbəniz xanıma fərqli düşüncələrlə ya- xınlaşmış, onu özünün gələcək həyat yoldaşı, anası Fatma həkimin gəlini kimi düşünmüşdü. Zaman keçdikcə o bu düşüncələrdən uzaqlaşmış, nə onunla evlənməyə, nə də ayrılmağa qərar verə bilmişdi. Tale onu Çapıqqayada nağıllardan gəlmiş, günahından həyatın dibində deyil, təmizli- yindən suyun üstündə olan, təbiətin dilində danışan bir mələklə- Bənövşə ilə görüşdürür. Səfa ilə müqayisədə düzəni, dünyası fərqli olan, əxlaqı mükəmməlliyi, gənc olmasına baxmayaraq ağıllı, müdrik davranışları ilə Orxanın diqqətini çəkir Ən mənfi xarakterə malik insanlarda belə kiçiçik də olsa mərhəmət, xeyirxahlıq əlamə- tinin olması mümkün olduğu kimi, Orxana da bütün bu anlaşılmaz hərəkətləri sırasında rəğbət oyandıra biləcək bir məqam diqqətdən yayınmır, bu da anası Fatma xanıma qarşı olan səmimi münasibəti idi. “Köhnə nəsl”in nümayəndəsi kimi ana oğlunu halal süd əmmiş, əsas qayəsi yalnız ailəsinin və uşaqlarının xoşbəxtliyi olacaq bir qızla evləndirmək istəyi ilə çırpınırdı. "Yeni nəslin❞ nümayəndəsi olan Orxan isə daha müasir düşüncəli bir xanımla ailə qurmaq istəyirdi. Dünyagörüşlərində və dünyayabaxışlarındakı ziddiyyətə baxmayaraq Orxanın bəzən anasının tələblərini diqqətdə saxlayıb ona uyğun hərəkət etdiyinin şahidi oluruq. Bu bir tərəfdən Orxanın xarakterində başqalarının fikirlərindən asılılıq, özünəgüvən duyğusunun aşa-ğı olması ilə bağlı olduğu kimi, eyni zamanda anasına qarşı hörməti kimi də dəyərləndirilə bilər. İkinci müddəanın həqiqətə daha uyğun olduğu Orxanın Bənövşə ilə bağlı düşüncə- lərində də üzə çıxır. Düşünür ki, Orxanı ziddiyətli, qərar qəbul etməkdə çətinlik çəkən obraz kimi dəyərləndirən onun fərqli qadınlara bağlanmasıdır. Səfa müasir düşüncəlidir, gözəldir, lakin əxlaqı Orxanı həmişə düşündürür. Ciddi addım atması üçün tərəddüdə salır. Bənövşə safdır, mənən çox pakdır, Orxan üçün “göydən düşüb”. Amma "sivilizasiyadan”, “meşşan mühiti"dən bir o qədər uzaqdır. Təbiətin özü kimidir. Yonulmamış. Necə varsa elə. “Bənövşənin gözlərindəki duruluqdan, dodaqlarındakı təbəssümdən Orxanın ürəyinə bir işıq seli axdı. Ürəyi o qədər isindi, divarları diş-diş olan daxmanın soyuqluğunu daha hiss etmədi. Qız, üzünə dağılan telini hərdən başının hərəkəti ilə geri atırdı və həmin anda fürsət tapıb Orxana nəzər salırdı. Orxanla Bənövşənin baxışları rastlaşanda qız ürküb gözlərini tez çəkirdi, ucuqatdalı uzun kirpiklərini çırpa-çırpa döşəməyə baxırdı, ya da özünü məşğul kimi göstərir- di; çay dəsmalını götürüb samovarın qulpunu, qapağını silirdi. Bənövşə sevincini, marağını gizlədə bilməyən uşağa bənzəyirdi” Bənövşə o qədər saf qızdır ki, uşaqlıq dövrünü çoxdan arxada qoymasına baxmayaraq, hələ də nağıllara, əfsanələrə inanır. Görünür birinin gözəlliyini, digərinin saflığını özündə birləşdirən bir qız Orxanı valeh edər, cəsarətli addım atmasına təkan verərdi.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə