Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə41/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   37   38   39   40   41   42   43   44   ...   51
Allah komeyimiz olsun

"Üçüncü hərb istəmirik" şeiri nəğməkar şair kimi tanınan İslam Səfərlinin cəmiyyət məsələlərinə münasibətdə də, bəşəri mövzulardan söz açanda da dərin ictimai mətləbləri lirik tərzdə ifadə etmək səviyyəsində geniş dünyagörüşə malik olduğunu göstərən əhəmiyyətli bir sənət nümunəsidir. Aktuallığını bu gün də qoruyub saxlayan "Üçüncü hərb istəmirik" şeiri bütövlükdə müharibə əleyhinə yazılmış himn kimi səslənir.
Hətta bir çox hallarda şairin ictimai motivlərə həsr edilmiş şeirlərində obrazlı düşüncə tərzinin, lirizmin romantik pafosu üstələdiyi məqamlar ağırlıq təşkil edir. İctimai ruhlu "Mənə qalan bu olacaq" şeirində İslam Səfərlinin Vətən torpağı ilə ünsiyyəti seçilmiş poetik detallar, obrazlı düşüncə və böyük səmimiyyət vasitəsilə tərənnüm edilmişdir. Romantik pafoslu poetik nümunələrdən kamil lirika nümunələri olan şeirlərinədək keçdiyi təkamül prosesi İslam Səfərlini Azərbaycan lirikasının görkəmli yaradıcılarından biri səviyyəsinə çatdırmışdır.
49. İsmayıl Şıxlı hekayələrində milli özünüdərk problemi (10 bal) 50.51.52.53-cü suallar.


50. İsmayıl Şıxlı romanlarında milli və xarakter problemi (10 bal)
Ölən dünyam” zəmanənin, dövrün ruhundan doğmuşdur
"Ölən dünyam” romanı İ.Şıxlı yaradıcılığının son akkordudur. Bu roman forma baxımından ədibin əvvəlki iki romanından xeyli fərqlənir. Nisbətən kiçik həcmli bu əsərdə yazıçı əsas süjet xətti ilə bağlı müxtəlif hadisələri paralel inkişaf etdirmək hesabına və konkret zaman çərçivələrindən cəsarətlə çıxaraq, gah gələcəyə gedib, gah da keçmişə qayıtmaq sayəsində iki böyük nəslin taleyini izləməyə və ölkənin siyasi mənzərəsini canlandırmağa müvəffəq olmuşdur. Müəllifin məqsədi əsərin əsas qayəsini qabartmaq olmuşdur. Əsərin qayəsi isə belədir: Azərbaycan xalqına kənardan zorla qəbul etdirilmiş siyasi sistem onun həyatında saysız-hesabsız məhrumiyyətlərə, ölümlərə, faciələrə səbəb olur. Əsərdə bütün hadisələr real boyalarla, inandırıcı şəkildə verilmişdir.
"Ölən dünyam” romanında müəllif rəngarəng, yaddaqalan obrazlar qalereyası yaratmışdır. Ömər Koxa, Həsən ağa, Kəsəmənli, Halay bəy, Çapıq Əmrah, Güllü xanım, Söhrab kimi obrazlar oxucuda dərin rəğbət hissi oyadır.
Taleyinə məhrumiyyətlər və faciələr yazılan bu insanların hər biri güclü bir xarakterdir. Ömər Koxa dunyagörmüş müdrik bir qocadır. Ələddinin faciəli ölümünün əslində taleyin bir oyunu olduğunu yaxşı başa düşən Ömər Koxa düşmənçiliyin, qan axıdılmasının qarşısını alır, "ölən də, öldürən də özününküdür” deyərək, "dost var, düşmən var” deyib hamını təmkinli olmağa çağırır. Müdriklikdə, təmkinlikdə Güllü xanım da Ömər Koxadan geri qalmır. Ələddinin bacısı olan gəlininə Güllü xanım "kişi qızı ol, dost var, düşmən var” deyərək ona möhkəm olmağı tövsiyə edir.
Ömər Koxa ölümünün yaxınlaşdığını hiss edəndə son dərəcə müdrik hərəkət edir. Deyir ki, toyu yarımçıq qoymayın, uşaqları bir-bir çağırın, vidalaşaq. Toyu yola verəndən sonra hamıya vəfat etdiyimi elan edərsiniz. Bu, son dərəcə müdrik, alicənab bir hərəkət idi. Qeyd etmək lazımdır ki, faciəvi hadisələr də real boyalarla təsvir olunaraq oxucuda dərin təsir buraxır.
Toyu olan bədbəxt gəlin (bildiyimiz kimi, o gəlin əslində Ələddinin nişanlısı idi) Ələddinin ölümündən sonra "qoymarıq başqa yerə gedib düşəsən, öz gəlinimizsən, oğlumuzmu yoxdur” deyərək ailə onu başqa bir oğlanlarına alır. Toydan sonra evə gətirilən gəlin Ömər Koxanın vəfatından xəbər tutanda "camaat mənə ayağı ağır, qaradaban deyəcək” fikrindən əzab çəkərək özünü Kürə atmağı qərara alır.
Gördüyümüz kimi, el tənəsindən, camaatın qınağından qorxur.
Əsərdə başqa bir epizod da bu münasibəti aydın əks etdirir. Kəndə işləməyə gələn Mürsəl müəllimin qətlə yetirilməsi hadisəsi buna misaldır. Kimlərsə savad kursuna gələn qadınları, qızları Mürsəl müəllimə qısqanaraq onu öldürürlər. Səhər Mürsəl müəllimin qaldığı evdə meyiti tapılır. Əslində, onun da bir günahı yox idi. Ancaq ona xəbərdarlıq etmişdilər ki, bu kənd "zümzüməli” kənddir, ona ehtiyatla davranmağı məsləhət görmüşdülər.
İsmayıl Şıxlının hər bir əsərində təhsil məsələsinə geniş yer verilir.
Əsərdə Halay bəy, Çapıq Əmrah, Kəsəmənli surətləri də xüsusilə yadda qalır. Halay bəy həyatını maarifçilik sahəsinə həsr etmək istəyirdi. Ancaq ona imkan verilmir. O, qaçaqlara qoşulmağa məcbur olur. Kəsəmənli onu geri gətirir, ona maarif şöbəsini etibar etmək istəyirlər, ancaq namərdlər buna vicdansızcasına mane olurlar. Onu güllələnməyə göndərirlər. Kəsəmənli xəbər tutanda artıq gec idi. Kəsəmənli bu namərd hərəkətə görə Fətullayevi kabinetdə güllələyir. Özü də qaçaqlara qoşulmağa məcbur olur.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə