Ci illər peyzaj: Hüseyin Arif


İsmayıl Şıxlının "Namus qaçağı" hekayəsində milli xarakter (10 bal)



Yüklə 214,12 Kb.
səhifə43/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   39   40   41   42   43   44   45   46   ...   51
Allah komeyimiz olsun

52. İsmayıl Şıxlının "Namus qaçağı" hekayəsində milli xarakter (10 bal)
“Namus qaçağı”hekayəsində milli mənliyi,milli xarakteri özündə əks etdirən obraz qaçaq Süleymandır. Namus üstündə qaçaq olan Süleyman təkcə özünün deyil,elin namusunu hər şeydən üstün tutur. Atası ona həmişə deyirdi ki,kişinin birinci sifəti namusudur. Gərək tək özünün yox el-obanın da namusunu qoruyasan,kişi başqasının qız-gəlininə xain gözlə baxmaz. Bu sözlər uşaqlığından bura onun beyninə həkk olunmuşdu. Onun haqqında ilk məlumatı əsərdə İlyasın xatirəsindən alırıq. İlyas əvvələr məktəbdə olan hadisəni xatırlayır,onun dediyi sözlər qulağında səslənir,Süleyman üzünü camaata tutub demişdi ki,məni çöllərə salan elin namusudur,qoymaram bu mahalda bir adamın namusuna toxunsunlar. Sonra onun xarakterindəki milli mənlik ideyalı onun İlyasla söjbətindən sonra məlum olur. İlyasın tənəsi onu çox düşündürür,niyə qaçaq olmasını xatırlayır. Atasını həps elədiyi qızların namusu üstündə əlini qana bulamış, elin namusunun tapdalanmasına izin verməmişdir. İlyasın şikayətindən sonra o əvvəldən dediyi namus sözünün üstündə durur,İlyasın nişanlısına göz dikəm alçaq Rəşidin cavabını layiqincə verir,onu etdiyi alçaqlığa görə lazımınca cəzalandırır.

Məzmun
Namus qaçağı hekayəsi İlyasın toyu haqqında olan təsvirlə başlanır. İlyas toyu olacağı üçün sevinclidir,evlərində toy üçün hazırlıq görülür,zurnaçılar artıq hazırdır. O kəndin kənarında olan çayın ətrafı ilə gedir. Bu zaman Rəşidlə qarşılaşır. Rəşid onu hədələyir,alçaldır, Zöhrənin ona layiq olmadığını deyir. İlyas əlini naqanına atır. Rəşid deir ki,yadında saxla mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram,o beynindən vurulmuşa dönür,özünə gələndə Rəşid artıq getmişdi. O əvvəl Rəşidin Zöhrə haqqında dediklərinə fikir verməmiş,ara sözdür demişdi. Bir də axı o evli idi və belə namussuzluq eləsə qan su yerinə axardı. O atasından eşitmişdi ki,koxalılar arxalı tayfadı onlara baş qoşan xeyir tapmaz.
O evə gəlir. "Siz işinizdə olun mən axşam gələcəm"deyir evdən çıxır. Dağa doğru addımlayır. O dağa Qaçaq Süleymanın yanına gedirdi. O Süleymanı bir dəfə kənddə məktəbin həyətində görmüşdü. O digər kənddə işləyən müəllimi boğazına kəndir salıb gətirmişdilər. O irəli çıxıb deir ki,bilirsizmi bunun günahı nədir? Deyir ki,o bizim namusumuza toxunub,qızları başına yığıb teatr çıxarıb. Deyir ki,onun başını burda kəsəcəm,insanlar razı olmur,yalvarır,əl ayağa düşür. O müəllimi öldürmür,buraxır ki getsin,bir də gözə görünməsin. Üzünü camaata tutub deyir: "yadınızda saxlayın məni çöllərə salan namus məsələsidir,nə qədər ki sağam qoymaram bu mahalda kiminsə namusuna toxunsunlar"
İlyas bu sözləri xatırlayır,ürəklənir. Bu zaman o sinəsinə tuşlanmış gülləni görür,bilir ki,çatmışdır. Adama Süleymanla görüşmək istədiyini deyir,o əvvəl razı olmasa da İlyasın üzündəki qətiyyəti görür,onu qaçaq Süleymanın yanına aparır. Süleyman ondan niyə gəldiyini soruşanda deyir ki,bura sənin üzünə tüpürməyə gəlmişəm,qaçaq bu sözdən sarsılır. Onu çölə atmaq istəsələr də Süleyman qoymur,səbəbini soruşur. O deyir ki,ona görə ki,sən yalançısan hər yerdə namusdan danışırsan amma sənin adamların sənə arxalanıb,camaatın nişanlısına sataşır. O əsəbləşir,soruşur ki,kimdi bu biqeyrət. İlyas deyir ki,koxalılardan Rəşid.
İlyasın sözü Süleymanı bərk tutur. Doğurdan onu çöllərə salan nə idi? O da atası-qardaşı da şura hökuməti qurulanda çox sevinmişdilər. Atası ona həmişə deyirdi ki,kişinin birinci sifəti namusudur. Gərək tək özünün yox el-obanın da namusunu qoruyasan,kişi başqasının qız-gəlininə xain gözlə baxmaz. Bu sözlər uşaq vaxtından onun beyninə həkk olunmuşdu.
Süleyman yenicə düzəlmiş komsomol özəyinə katib seçilir. Kənddə Əbdürrəhman adlı bir bəy var idi,o şura kökuməti qurulanda başına bir neçə adam toplayır,hökumətə baş əymir,buralar mənimdi deyir ağalıq edir. Bir gün onu da oğlanlarını da tutub aparırlar. Evinin üst gözündə kənd şurası qurulur,zirzəmiyə oxşar yerdə isə qızları arvadı qalır. Atası bu əhvalatı eşidəndə deyir ki,bilirəm komsomolsuz,bəylərlə vuruşursuz. Amma arvad uşaqla işiniz olmasın,elin namusu bizim namusumuzdur. Deyir ki ehtiyatlı ol,Keçəl Xondul dinc dayanmır. Bir gün o otaqda oturanda aşağıdan səs eşidir,düşəndə görür ki Əbdürrəhimin qızları üst-başları cırılıb bir küncdə durub,keçəl Xondul da onların yanında köynəyinin yaxası açıq. O vəziyyəti anlayır,əlini naqanına atır,onu öldürür,o gündən də dağlara düşür...
Bu zaman qapı açılır,Rəşid içəri girir. İlyas onu görəndə beyninə qan vurur amma sakit oturub vəziyyətin nə olacağını gözləyir. Süleyman Rəşiddən xəbər alır ki,sizin kənddə toy var?o da deyir hə,İlyasın toyudu. Sonra onların dialoqları olur,Rəşid deyir ki,o qızı qaçıracam,bir gün keçirəcəm,sonra istəyirsə verərəm İlyasa. İlyas yerindən durmaq istəsə də Süleyman onu baxışları ilə sakitləşdirir. Süleyman durur deyir ki gedək. Bu zaman Rəşid İlyası görür. Onlar çıxırlar. Süleyman İlyasa da at gətirdir,onlar yola çıxırlar. İlyas əvvəl peşman olur ki,kaş heç gəlməyəydi.Onu öldürəcəklər. Öldürsələr bundan yaxşıdı kənd içində biabr edəcəklər. Onlar donmuş çayın kənarına çatırlar. Süleymanın adamları donmuş suyun üstündə gəzir,ortada quyu boyda deşik açır. Süleyman Rəşidə deyir ki,çimməklə aran necədi?Qız yanına gedirsən gir çim,belin bərkisin. Rəşid deyir ki,məni ələ salmısan? O əlini naqanına atmaq istəyəndə,Süleyman onu qamçı ilə vurur atdan yerə salır. Onu soyundururlar,soyuq suyun içinə salırlar. Biraz qalandan sonra çıxarıb atın belinə qaldırırlar,beləcə evə yola salırlar.
Süleyman İlyasa deyir ki,get bala arxayın toyunu elə daha heç kim sənə söz deyə bilməz,bəlkə özüm də gəldim toya.
Həmin gün bütün gecə 2evdə işıq yandı. İlyasgildə toy şadlığı idi,Rəşidgilin evində sətəlcəm olan Rəşidin başının üstündə dayanmışdılar. Səhər koxalılar tərəfdə ağlaşma səsi ucalır.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə