Ci illər peyzaj: Hüseyin Arif


Mövlud Süleymanlı “Köç” romanında şərti-tarixi model



Yüklə 214,12 Kb.
səhifə46/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   43   44   45   46   47   48   49   50   51
Allah komeyimiz olsun

57.Mövlud Süleymanlı “Köç” romanında şərti-tarixi model
1960-1980-ci illər Azərbaycan nəsrinin tanınmış nasirlərindən biri də yazıçı Mövlud Süleymanlıdır. Yaradıcılığa şeirlə başlayan, geniş bədii-publisist fəaliyyəti ilə seçilən Mövlud Süleymanlı daha çox nəsri ilə şöhrət qazanmışdır. 1960-1980-ci illərin digər nasirləri kimi M.Süleymanlı da başlıca diqqətini milli insanın cəmiyyət içindəki yaşayışına, dünyəvi həyatına, yaşam və duyğularına, onun ictimai mahiyyətinə sosial mənasına cəlb edir. "Köç"(1980) xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açır. Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır. Mövlud Süleymanlının bir sıra hekayələrində və "Köç" romanında Azərbaycan nəsri üçün yeni olan mifik təfəkkür tərzi, türk etnoqrafiyası və folklorunun ən qədim çalarları diqqəti cəlb edir. 
“Köç” də bir çox fərqli personajlar var, onların çoxu cəmiyyətdə mövqeyi olan, hadisələrə təsir edən, fəaliyyətdə olan personajlardır. Lakin müəllifin mövqe və ideyasını ifadə edən, onun mifopoetik dünya baxışına uyğun əsas qəhrəmanlardan biri patoloji psixikası və dünya duyumu ilə fərqlənən altı yaşlı İmir obrazıdır. İmirin daxilində gerçək və yuxu, təbiət və cəmiyyət, keçmiş və müasirlik, qaranlıq və işıq adi məntiqə sığmayan vəhdət yaradıb. Onun “üzündə özündən çox-çox yaşlı bir gülüş vardı”, “əslində bu, gülüş deyildi, sirrə-sehrə oxşayırdı ki, qardaşı da İmirin üzündə oyanan bu sehrdən qorxmağa başlamışdır” Lakin bu sehr qəhrəmanın içində qalmır və onun “gözlərindən aşıb evə, evin divarlarına, pəncərələrinə, pəncərələrdən o yana – gecəyə çökürdü; nənəsinə, nənəsinin dualarına çökürdü”
İmirin yuxuları ilə gerçək bir-birinə qarışır və baş verəcək faciələri öncədən görən qəhrəman “hansının yuxu, hansının gerçək olduğunu bilmirdi. Lakin olacaqları öncədən görməsi gerçək həyatda insanları çətin duruma salır və İmirə qarşı qəzəb oyadır. İmirin yuxuda və ya daxili duyumu ilə gördükləri toplumun günahlarını açır, öncədən olacaqları desə də nəzərə alan olmur və faciələr baş verir. Beləliklə İmirin daxilində arxaik türk şamanları kimi, fərqli zamanlar, fərqli məkanlar, fərqli aləmlər qovuşur.
Mövlud Süleymanlının "Köç" romanının qəhrəmanı isə xalqdır; yazıçı bir tayfanın taleyində rol oynayan köç prosesini təsvir etməyə çalışmışdır. Bədii təhkiyədə nağıl və dastan elementlərinin köməyi ilə yazıçı bir elin, bir obanın iki parçalanmış qolu-Qoşqar tayfası ilə Qarakəllə camaatının tarixi taleyinə aydınlıq gətirir.Burada tarixi dəqiqlikdən, real tarixi faktlardan deyil, bədii təxəyyüldən istifadə edilmişdir. Bununla da, yazıçı tarixi romanın etnoqrafik zənginliklə dolu yeni bir konsepsiyasını ortaya qoymuşdur. Folklora bağlılıq, mifoloji elementlər, nağıl təhkiyəsi və s. romanın poetikasını da müəyyənləşdirir. Romanda simvolika, şərtiliklər, rəmzlər xalq həyatının, məişətinin, etnoqrafiyasının təsvirində başlıca yer tutur. M.Süleymanlı Qarakəllə tayfasının simasında bir toplumun yaddaşını təzələyir, onun keçmişini özünə qaytarır, milli ruhunu, mənəvi, etnoqrafik düşüncələrini təzələyir.

58. Mövlud Süleymanlının “Şeytan” povestində zaman-zaman insanın qəlbinə hakim kəsilən şeytan şeytana bənzər bədənlərin əməllərinin (hərəkətlərinin) yaratdığı hadisələrdən bəhs edilor. Müəllif “gözdən, könüldən uzaq kənd”, “bir ovuc un tozu” və şeytana uymuş kənd camaatını verir və bu məqsədlə insanların yaxşılığını, şərini, kin, qəzəbini, xeyrini, halallığını üzə çıxarır. İnsan mənzərələri sehrli dillə, heyrətamiz müşahidələrlə, estetik baxımdan bəzən yumorla, bəzən də bərk rənglərlə əls olunur. Əsərin ruhunda şifahi xalq yaradıcılığının ən qədim təbəqələri, mif, rəvayət və nağıllar, bir şövq, duyğu və hadisə açılmışdır.
Povestinin xülasəsi
Gözdən uzaq bir kənddə müəmmalı hadisələr baş verir. Şeytan kənddə camaatın başına dolanırdı, onlar Allahı və Quranı unutmuşdular, qafil idilər. Dini baxımdan onları kor, kar və lal kimi təsvir edə bilərik. Davamlı qeybət edirdilər. Şeytan onların içində yer alır və onları azdırırdı. Bu kənddə yaşayan, dolanışığını əkinçilik və heyvandarlıqla təmin edən, qəlbi saf və mərd Bəkir Ağca ilə toy edib. Daha sonra Şeytan Ağcaya sahib olmaq üçün Bəkirin qiyafəsində gizlənir. İşlər qarışır, təəssüf ki, Ağca Bəkirin simasında Şeytana inanır. Fermer Bəkirə inanmır. Bir neçə dəqiqədən sonra hər şey üzə çıxır. Şeytan yox olur. Ağca hal saçlı qız (şeytan) dünyaya gətirir. Cin qız böyüyüb buxurla yox olur. Uzun müddətdən sonra Fermer Bəkir gəlir...

59. Nəbi Xəzri yaradıcılığında müharibə və insan problemi
Bədii yaradıcılığa müharibədən sonra başlayan Nəbi Xəzri həm gözəl şair, dramaturq, publisist,tərcüməçi və ictimai xadimdir. Bakı, Abşeron torpağının yetirməsi kimi Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Bəşəriliklə, millilik onun poeziyasının ana xəttindən birini təşkil edir. “Şəxs və şəxsiyyət” (1999) şeirində yazırdı: “Şəxsiyyət qələmi yazır şeiri də, Şəxsiyyət yoxdursa şeir də yoxdur!” .Lirikasının baş problemi insan qəlbinin,insan ruhunun daxili dialektikası,mənəvi dinamizmidir.Son illərdə qələmə aldığı şeirlərin əksəriyyətində bu problemin şahidi oluruq.Şairin " Dinlə təbiəti","Tökülərsə","Dünəndə qaldı","Qəlbimdə salam var ona Xəzərdən","Bu gecə","Zəriflik","Ulu tanrım şükür sənə","Ürək və ağıl","Danışan əllər" və s şeirləri bu qəbildəndir."Danışan əllər" şeiri özünün lirik-emosional tutumu ilə seçilir.Şeirinn əvvəlində şairin öz yaradıcılığından epiqraf kimi gətirdiyi iki misra öz orijinallığı ilə diqqəti cəlb edir.
Dəniz, Göy, Məhəbbət şairi Nəbi Xəzri keçən əsrin doxsanıncı illərində birdən-birə o lirik, həzin lirik şeirlərdən zamanın acı küləklərinin əsdiyi bir ovqata köklənib. Dünya dəyişirdi, Azərbaycanın başı üstünü qara buludlar almışdı, xain qonşularımız rus imperiyasının dəstəyilə torpaqlarımızın bir qismini işğal etmişdi, onun arxalandığı Kommunist Partiyası isə artıq tarixin qara səhifələrinə çevrilirdi.
Nəbi Xəzri o illərdə "Qəm dəftəri", "Zaman çıxsa məcrasından", "Xəzan yarpaqları" kitablarını çap etdirib və o kitablarda olan şeirlərə diqqət yetirsək, görəcəyik ki, şair məmləkətimizdə baş verən hadisələrin heç birinə biganə qalmayıb. Vaxtilə - Sovet Azərbaycanının xarüqələrini, Milini, Muğanını, Qarabağını, göy Xəzərini, əmək bahadırlarını vəsf edən Nəbi Xəzrini indi müstəqil Azərbaycanın taleyi düşündürürdü.
O, Qarabağ müharibəsində amansızlıqla qətlə yetirilən Salatın Əsgərova haqqında bir elegiya-poema yazıb. Nəbi Xəzri lirik-fəlsəfi poemalar ustası idi. "Ana", "Bacı", "Ömür yoldaşı" poemaları təkcə Anası, Bacısı, Ömür yoldaşı haqqında yazılmayıb, Azərbaycan qadınlarının müqəddəsliyinə poetik himnlər idi bunlar.
Qızmış imperiyanın 20 yanvar hadisəsi və erməni təcavüzünün baş verdiyi illərdə şair düşmənə nifrət notları üzərində mübariz ruhlu şeirlər yazmışdır.O şeirlərdən "Qarabağ himni" diqqəti cəlb edir.
Vətənimizin ən ağır, ağrilı, keşməkeşli günlərində qələmə aldığı “İstiqlal marşı” şeirində Azərbaycanın xoşbəxt, müstəqil gələcəyinə nikbinlik və inamla dolu bu misraları oxuyuruq. Şairin “Şuşanın yolları”, “Cadırlar”, “Xocalıda ərik ağacı”, “Şuşa”, “Niyə gecikdiniz, niyə, durnalar?”, “Şuşa gəlir yuxularıma”, “Səni görəcəyəm haçan, Qarabağ?”, “Araz sahilində cavan bir gəlin”, “Kəlbəcər harayı”, “Xeyir və şər”, “Ağdərə”, “Haray” qəbildən onlarla şeirlərində işğala və erməni vandalizminə məruz qalmış Vətən yanğısı, nisgili, Qarabağ sitəmi əksini tapsada, amma mübarizəyə, intiqama haray, qələbəyə böyük inam var.

60.Nəriman Həsənzadə lirikasının ideya-bədii xüsusiyyətləri
Xalq şairi Nəriman Həsənzadə lirikasında dramatizm elementlərini asanlıqla görmək olar. Müasir Azərbaycan ədəniyyatında saf, xalis lirikanın yaradıcıları sırasında Nəriman Həsənzadənin xüsusi yeri vardır. Şeirləri təpədən dırnağa qədər lirizm hadisəsidir. Hətta N. Həsənzadənin danışıq tərzində də lirik bir həzinlik qabarıq müşahidə olunur. Poeziyamızın son dövründə N.Həsənzadə qədər fərqli şairanə tələffüzə malik sənətkar göstərmək çətindir. Danışıq tərzindəki həzinlik, axıcılıq, kövrəklik şairin lirikasının da əsas xüsusiyyətlərini təşkil edir. N. Həsənzadənin həyata və insanlara münasibətinin ifadə tərzi sanki lirikasındakı əsas notlar üstündə köklənmişdir. Nəriman Həsənzadənin lirikası ilə xarakteri, sənəti və ömür yolu bir-birini üzvi surətdə tamamlayır. O, yalnız qələmə aldığı şeirlərin müəllifi olaraq bitmir, bütövlükdə tərcümeyi-halı və mənəviyyatı ilə sanki yazılmış və hələ yazılacaq tam külliyyatının daşıyıcısıdır.
Nəriman Həsənzadə şeirlərində müəyyən epik cizgilər müşahidə olunur. Əvvəla, şairin təhkiyəsində epik üsulun ǝlamətləri vardır: "Mən səni sevəndə yaz havasıydı"; "Evimdə pianino çalınmır nə zamandı"; "Şəhərdən ayrılıb mən bağa gəldim"; "Sən baxdın həsrətlə, həsədlə mənə" və sair. Lakin Nəriman Həsənzadə ifadə etdiyi epik anı dərhal poetik cəhətdən mənalandırmaqla lirikanın içində əridir. Buna görə də epik əlamət təsvirçiliyə aparmayıb, lirikanı zənginləşdirən keyfiyyətə çevrilir. Hətta şairin bəzi şeirləri müəyyən həyat hadisəsinin, müşahidə olunmuş konkret bir vəziyyətin lirik baxımdan mənalandırılmış epik lövhəsi təsiri bağışlayır. "Arabaçı", "Ayaqqabılar", "Süpürgəçi" şeirləri epik səciyyəli müşahidənin poetik baxımdan orijinal mənalandırılmasından yoğrulmuşdur. Buna görədir ki, epik tərzdə ifadə olunan "Ayaqqabılar" şeiri lirik-fəlsəfi poetik nümunə səviyyəsində ümumiləşir. Nəriman Həsənzadənin yaradıcılığında dramaturgiyaya gələn yol lirikasındakı epik əlamətlərdən başlanır. Kiçik həcmə malik olmasına baxmayaraq, "Ayaqqabılar" şeiri bir ailənin dramı təsiri bağışlayır. Bu, Nəriman Həsənzadənin şeir yaradıcılığındakı dramatizmin, hərəkətin poetik cəhətdən mənalandırılmış, obraza çevrilmiş "ayaqqabılarıdır". Doğrudur, bu qəbildən olan şeirlərində dramaturgiya üçün zəruri olan konflikt görünmür. Lakin bir ailənin tərcümeyi-halında bəzəkli kiçik ayaqqabılardan böyük ayaqqabılara qədər keçilən yolun poeziyasını təqdim edən şairin çox asanlıqla həmin prosesdəki çətin, gərgin məqamları da göstərmək imkanlarını təsəvvür etmək olar. Bu mənada epik mahiyyətli poetik nümunələr Nəriman Həsənzadənin lirikadan dramaturgiyaya keçidinin başlanğıcıdır. Bu qəbildən olan şeirlər Nəriman Həsənzadənin lirikasındakı dramatizmin tumurcuqlarıdır. Ümumiyyətlə, şair Nəriman Həsənzadə dramaturgiyaya epik düşüncədən keçərək gəlmişdir. Epik-dramatik poemaları lirikasındakı dramatik məşqlərin qanunauyğun məntiqi davamı kimi meydana çıxmışdır. Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında "epik-dramatik" formatda poemanın əsas yaradıcılarından biridir. "Nəriman" (1968), "Zümrüd quşu" (1976), "Kimin sualı var" (1984) epik-dramatik poemaları "Arabaçı" və "Ayaqqabılar" şeirlərindən süzülüb gələn epik-dramatik əlamətlərin qanunauyğun məntiqi yekunudur. Bu poemalar ümumilikdə Azərbaycan ədəbiyyatında epik-dramatik poema janrının uğurlu nümunələridir. "Epik-dramatik" janrda yazıldığı bəyan edilsə də, həqiqətən də epik və dramatik xüsusiyyətlər üstünlük qazansa da, bu əsərlərdə lirikanın da kifayət qədər payı vardır. Epik-dramatik poemalarındakı bəzi parçalar ayrıca müstəqil bir şeir kimi səslənir. "Nəriman" poemasında görkəmli dövlət xadimi Nəriman Nərimanovun məşhur Genuya konfransında çıxışı ərəfəsindəki düşüncələrinin ifadəsi olan aşağıdakı parça ictimai lirikanın qiymətli nümunəsi sayıla bilər. Əslində mükəmməl ictimai lirika nümunəsi olan parçada daxili bir gənclik, vətəndaş narahatlığı, dramatizm mövcuddur. Bütün bunlara görə epik səciyyəli, ictimai məzmunlu lirik şeirdən epik- dramatik poemaya keçid Nəriman Həsənzadənin yaradıcılığında dramaturgiyanın yetkinləşməsi mərhələsi hesab oluna bilər.
61. Nəriman Həsənzadə yaradıcılığında tarixilik
Epik səciyyəli, ictimai məzmunlu lirik şeirdən epik- dramatik poemaya keçid Nəriman Həsənzadənin yaradıcılığında dramaturgiyanın yetkinləşməsi mərhələsi hesab oluna bilər. Görkəmli şair Nəriman Həsənzadəni həm də istedadlı dramaturq kimi qəbul etmişdir. Nəriman Həsənzadə "Atabəylər" (1984), "Pompeyin Qafqaza yürüşü" (1997), "Midiya sarayı" dram əsərlərini tarixi mövzuda yazmışdır. Azərbaycanda özünəməxsus inkişaf yoluna malik olan tarixi dram ənənəsi Nəriman Həsənzadənin tarixi dramları ilə daha da zənginləşmişdir. Bu əsərlər mənzum tarixi dramlar kimi də ciddi əhəmiyyətə malikdirlər.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə