Ci illər peyzaj: Hüseyin Arif


Yusif Səmədoğlu hekayələrinin mövzu dairəsi



Yüklə 214,12 Kb.
səhifə50/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   43   44   45   46   47   48   49   50   51
Allah komeyimiz olsun

67. Yusif Səmədoğlu hekayələrinin mövzu dairəsi.
Yusif Səmədoğlunun əsərlərində milli hiss, vətən sevgisi qabarıq şəkildə öz əksini tapmışdır. Yusif Səmədoğlu sovet ideologiyasının prinsiplərinə zidd olan əsərləri ilə seçilmiş, bu quruluşun formalaşdırdığı insanların faciəsini əks etdirmişdir. O, zamanın nəbzini tutaraq günün mühüm məsələlərinə toxunmuş, mənəvi-ictimai problemləri ön plana çəkmiş, dövrünün, yaşadığı mühitin eybəcərliklərini ifşa etmişdir. Yusif Səmədoğlu bir nasir kimi XX əsrin 60-cı illərində püxtələşmişdir. “Soyuq daş”, “Foto-fantaziya”, “Bayatı-Şiraz”, “ İncə dərəsində”,“Astana” kimi hekayələr yazıçının keyfiyyətcə yeni, daha kamil üslub, daha maraqlı forma axtarışlarının göstəricisi olmuş və klassik hekayə örnəkləri sayılır.
"Gözlər" hekayəsindəki Şakir Səməd Vurğunun obrazıdır. Bu obrazdakı tanış cizgiləri, böyük sənətkara məxsus sadəliyi, ovçuluq meylini, şairə məxsus xəfif yumoru və kövrəkliyi unuda bilmirsən.
"Saat işləyir" hekayəsində ana məhəbbəti təsvir olunmuşdur. Gülsabah arvad oğlunun qəfil ölümündən sonra gəlinin ərə getməsinə dözə bilmir, bu hadisə qəlbinə dağ çəkir.
"220№-li otaq" kitabına toplanan hekayələr Yusif Səmədoğlunun ilk qələm təcrübələri idi. Bu hekayələrdə, əgər belə demək mümkünsə, Yusif Səmədoğlu da, onun təsvir etdiyi qəhrəmanlar da romantik gənclik dövrünü yaşayırdılar. Ədəbi tənqid Yusifin bu hekayələri haqqında xoş sözlər dedi. "Qalaktika"da Yusifə və onun qəhrəmanlarına xas olan romantik dövrün ötüb keçdiyini hiss elədik. Artıq bu hekayələrdə romantik xəyal və arzuların həyatın sərt üzü ilə qarşılaşdığını görmək çətin deyildi. "Qalaktika" hekayəsindəki professoru və Kərim kişini xatırlayın. Onlar ömürlərini başa vurmaqdadırlar, gənclik dövrlərini xatırladıqca məyusluğa qatılırlar. Səbəb heç də qocalıq deyil. Əsas səbəb odur ki, onlar məşhurlaşandan sonra doğulduqları kəndi, eli, obanı unutmuş, qəfəs bülbülünə çevrilmişlər. Yusif Səmədoğlunun "Soyuq daş" hekayəsində də Qızla Oğlanın sevgisi meşşanlığın soyuq nəfəsinə tuş gəlir: Qız onlara qonaq gələn şəhərli oğlanın zahiri görünüşünə, şəhərdən gətirdiyi "mədəniyyətə" aludə olur və beləliklə gözəl bir məhəbbət dastanı sona çatmamış soyuq daşa çevrilir. "Foto-fantaziya" hekayəsi isə cəmiyyətdə qütbləşmənin doğulduğu mənəvi faciələrdən söz açır.
"Bayatı-Şiraz" hekayəsi 60-70-ci illər nəsri üçün çox səciyyəvi olan bir mövzuda yazılmışdır - bu da adi, sıravi insanın həyatıdır. Müəllif bu sadə və zavallı insanın necə təmiz və saf olmasını bədii tədqiq obyektinə çevirmişdir. Səbzəli dayı - bu bədbəxt insan restoran çalğıçısı idi. Hər gün tavada bir yumurta qayğanaq edib, öz mənasız çalğısı ilə (kontrabasda) yeyib-içənləri əyləndirən, çox zaman gülüş və ironiya hədəfinə çevrilən bu qoca zavallı müharibə illərində "Hitleri təriflədiyi üçün" (bunu zorla onun boynuna qoyurlar) üç-dörd il qazamatda yatır.
Hekayənin finalını isə heç unutmaq olmaz. İki pullu şəxs Səbzəli dayıdan kontrabasda "Bayatı-Şiraz" çalmağı xahiş edir və o... canını dişinə tutub iki əlliliyin xətrinə belə bir biabırçılığa gedir.
"Yüz manat - iki dənə şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun xəyalı gözləri qabağında Səbzəli dayı yavaş-yavaş yol gedirdi.
Az getdi, üz getdi, sevindiyindən birdən başını yuxarı qaldırdı. Qaldırdı ki, baxsın görsün yuxarılarda nə var, nə yox?Uca binaların zil qara siluetləri arasından parıltılı ulduzların əhatəsində süd yolunu gördü. Təəccüb elədi. Çünki əlli ildən yuxarı idi ki, süd yolunu görməmişdi.Dayanıb, əlləri cibində doyunca tamaşa elədi. Birdən Səbzəli dayını ağlamaq tutdu, ta ürəyi boşalanacan ağladı...".


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə