Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə49/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   43   44   45   46   47   48   49   50   51
Allah komeyimiz olsun

Vaqif Səmədoğlu 5 iyun 1939, Bakı – 28 yanvar 2015, Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi .
Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Azərbaycanın xalq yazıçısı Yusif Səmədoğlunun qardaşıdır.
Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub.. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaratmışdır. O, müraciət etdiyi rəngarəng mövzularda vətənin parlaq obrazını daim diqqət mərkəzində saxlayırdı. Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif Səmədoğlu, eyni zamanda, ictimai xadim kimi də tanınırdı. O, azərbaycançılıq məfkurəsindən çıxış edərək mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.
V.Səmədoğlunun şeirlərinin adı yoxdur; yəni bu şeirlərin adı onun məzmunundan, yaxud məntiqi nəticəsindən məlum olur. Əlbəttə, şeirlərin adının olmaması əsas şərt deyil (bu cəhətdən şeirlər klassik Şərq rübailərini xatırladır!), bu şeirlərin həyat, dünya, dünyadakı və insandakı işıqlıişıqsız, qalib-məğlub, kədərli-sevincli əhvali ruhiyyələ, günlər, saatlar, anlar haqqında poetik assosiasiyalardan ibarətdir. V.Səmədoğlunun assosiasiyaları içərisində atası S.Vurğunla bağlı poetik düşüncələri xüsusi yer tutur. Ata və sənətkar yoxluğunun ağırlığı heç vaxt şairin yaddından çıxmır, bu ağırlığı ağır yük kimi çiyinlərində daşıyır, bəzən isə həyatdakı subyektiv hadisələr birbaşa atasını xatırlamağa məcbur edir.
V.Səmədoğlu şeirlərinin obyekti, əsasən, insan qəlbi, onun müxtəlif anlarda, günlərdə, saatlarda düşdüyü əhvali-ruhiyyələr, vəziyyətlər olur.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə